Məhkəmə qərarları › İş №2(102)-5017/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-5017/2023

22.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5017/2023 22.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4079/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavab deh3 tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında olan mənzilə məcburi qaydada köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim F. Əlizadə) iddianın təmin edilməsi qət edilmişdir.

3. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev, G.Axundova) 2023-cü il 12 sentyabr tarixli, 2(103)-xxxx/2023 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Ya samal Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

5. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 ayrılıqda, Cavabdeh2 və Cavabdeh3 isə birlikdə kassasiya şikayəti vermiş və kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 7. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;.

8. Maddə 4

09. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

9. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 10. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

11. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə Cavabdeh1 ayrılıqda 27 noyabr 2023-cü il tarixində,cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birlikdə 28 noyabr 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 12 sentyabr tarixli, 2(103)-xxxx/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər.Hər iki kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir.

13. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, cavabdehlər Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərkən prosessual hüquq normalarının tələbinə əməl olunsa da Cavabdeh2 və Cavabdeh3 tərəfindən birlikdə kassasiya şikayəti verilərkən prosessual hüquq normalarının tələbinə tam əməl olunmamışdır.

14. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilərkən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişdir.Göstərilən şəxslərin kassasiya şikayətinə əlavə edilmiş 50 manat dövlət rüsumu ödənilməsi barədə qəbz Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu ödənilməsi barədə 27 noyabr 2023-cü il tarixli ********** nömrəli qəbzin surətidir.Eləcə də, kassasiya şikayətinə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu ödəməkdən azad olmasını təsdiq edən sənədlər əlavə olunmamışdır.Beləliklə, MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl olunmamışdır.

15. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməməsini araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

16. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kim i hüquqi nəticəyə səbəb olur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

18. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsin ə göndərilməlidir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-xxxx/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar