Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5018/2020 26.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının Nurməmmədov Əhməd Güləhməd oğlu, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək hakimi MÜƏYYƏN ETDİM: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1 və 407.1.4-cü maddələrinin tələblərinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin təl əbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Verilmiş kassasiya şikayətində iş üzrə qəbul edilmiş qərarlar, işin faktiki halları göstərilmiş, Mülki Prosessual Məcəllənin bır sıra normaları sadalanmış, lakin şikayətdə maddi və prosessual normaların pozulmasının nədən ibarət olması göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası işin faktiki hallarını araşdırmır. Həmin Məcəllənin 407.2-ci maddəsinin kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1223/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin olması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. Yuxarıda göstərilən nöqsanlar aşkar şəkildə göründüyü halda apellyasiya instansiya məhkəməsi əsassız olaraq iddiaçının kassasiya şikayətini mülki prosessual qanu nvericiliyin tələblərinə uyğun verilmiş hesab etmiş və kassasiya şikayətini baxılmasından ötrü mülki işlə birlikdə Ali Məhkəməyə göndərmişdir Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa qaytarılır. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 407.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5018/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5018/2020
26.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver