Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5018/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, üçüncü şəxslər AR ƏMDK yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsinə və X9 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X7, Cavabdeh1, cavabdehin vəkili Və kil iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-441/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X20 ilə X5 arasında 28.12.1964-cü ildə Ağsu rayon Qeydiyyat şöbəsində nikah bağlanmaqla 53 nömrə ilə qeydə alınmışdır. İddiaçı1 24.03.1969-cu ildə Ağsu şəhərində anadan olmaqla, atası X20, anası X10 olmuşdur. X12 14.10.1972-ci ildə Ağsu şəhərində anadan olmaqla, atası X20, anası X10 qeyd edilmişdir. X20 18.05.2005-ci ildə Ağsu şəhərində vəfat etmişdir. Rusiya Federasiyasının vətəndaşları olan İddiaçı3, İddiaçı1 və İddiaçı2 Ağsu rayon Notariat Kontoruna ünvanladıqları 08. 07.2008-ci il tarixli notarial qaydada təsdiq edilmiş rus dilində olan ərizələrlə atalarının vəfatından sonra müəyyən edilmiş müddətdə mirası qəbul etmədiklərini və miras əmlakın qəbulundan imtina etdiklərini bildirmişlər. 07.05.2017-ci il tarixdə reyestrdə 2V-70 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 18.05.2005-ci il tarixdə ölmüş X13 vərəsəsi X3 miras əmlakdan tam hissədə pay almışdır. X10 15.02.2020-ci ildə Ağsu şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin mart ayının 19-da 107 nömrə ilə qeydiyyat aparılmışdır. X10 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. X10 ilə Cavabdeh1 arasında Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. X10 ilə Cavabdeh1 arasında Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. 06.03.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.19 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh 1 adına qeydiyyata alınmışdır. 06.03.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Ağsu şəhərində yerləşən 0.5969 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. RPA seriyalı ********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Ağsu şəhəri, 20 yanvar küçəsi, 3-cü dalan, 24 saylı yaşayış evi 01.11.2018-ci ildən 31.10.2019-cu il tarixə kimi "xxxx" ASC tərəfindən 15.000 manat məbləğində sığorta olunmuşdur. Ağsu rayon Notariat Ofisi tərəfindən iddiaçı Aydin Quliyevə ünvanlanmış məktubla 18.05.2005-ci il tarixdə vəfat etmiş İllərə Quliyevdən miras qalmış Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda m ülkiyyətində olan 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evinə dair, Abhəyat Quliyevanın müraciəti əsasında 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, yenidən müraciəti əsasında növbəti əmlaka, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixdə 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İd arəsi, X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X11 miras qalmış əmlaklara həyat yoldaşı X4 Ağsu şəhəri 20 Yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixili 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklar mərhum valideynlərinə məxsus olmuşdur. Ataları - X20 18.05.2005-ci ildə, anaları - X8 15.02.2020-ci ildə ölmüşdür. Valideynlərinin ölümündən sonra qanun əsasında bərabər hüquqlu vərəsələr olaraq miras əmlakların (ev, həyətyanı torpaq sahəsi və əlavə torpaq sahəsi) faktiki istifadəçisi olmuşlar. X1 ölümündən az sonra miras əmlaklarının sağ olan birinci növbəli vərəsələr arasında bölünməsi məqsədi ilə Ağsu rayon qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni alıb Azərbaycan Respublikası MMnin 1159-cu və 1321-ci maddələrini əsas tutaraq (ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahələrinin qanun üzrə vərəsələri (beş vərəsə) arasında bölünməklə paylarının müəyən edilməsi və “Qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin verilməsini Ağsu Rayon Dövlət Notariat ofisindən xahiş etmişlər. Belə ki, ataları 18.05.2005-ci ildə rəhmətə getməyinə baxmayaraq, anaları böyük olduğu üçün övladlar arasında belə mövqe olmuşdur ki, bu əmlaklar analarından sonrakı dövrdə qanun üzrə bölünsə daha məqsədə və adət-ənənəyə uyğun olar. 20.04.2020-ci il tarixdə Ağsu rayon Notariat ofisinə müraciətlərinə 29 aprel 2020-ci il tarixdə verilmiş cavabda bildirilir ki, AR MM-in 1246-cı maddəsinə əsasən 6 ay keçdikdən sonra mçirasın qəbuluna yol verilmir, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Notariusun cavabından sonra sözügedən fərdi ev və torpaqlara dair 2017-ci ildə mərhum analarının adına şəhadətnamələr verilmiş, 2018-ci i ldə mərhum anası bütün əmlakı (miras əmlakı) cavabdeh bacıları - Cavabdeh1 adına bağışlama müqavilələri əsasında onun adına rəsmiləşdirilməsini bilmişlər. Sözügedən əmlakların Cavabdeh1 bağışlanması barədə hüquqi hərəkətlərdən məlumatları olmayıb. Bu proses vərəsələrdən xəbərsiz və gizli, iradələrinə zidd, vərəsəlik hüquqları pozulmaqla həyata keçirilmişdir. İddiaçılar qeyd edilən əmlakların vərəsələr arasında bərabər paylara bölünməsinə şifahi razılaşmışlar. Məhz ona görə də notariusa müraciət etmişlər. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Lakin, bu o halda notarial qaydada həyata keçirilir ki, ailə üzvlərinin yazılı razılğı olur. Eyni zamanda hədiyyə verənin ölməsi halı üçün bağışlanma müqaviləsi vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilməlidir (bağışlanma müqaviləsinin surəti əlavə edilir). X8 ilə X20 arasında aparılmış 07.05.2017-ci ildə vərəsəlik işində İddiaçı1, İddiaçı3 Rusiyada Notarial qaydada verilmiş ərizələri vardır. Həmin ərizələr rus dilində olmaqla surətdir və Azərbaycan dilinə tərcümə edilmədən, təqdim edilməsi bəlli olmayan sənəd olduğundan araşdırılmalıdır. Bu ərizələrin məzmununda atadan qalmış əmlakların İddiaçı3 tərəfdən mərhum Abuhəyatın adına keçirilməsi, digər iki ərizədə isə 6 aylıq rəsmiləşmə müddəti keçdiyinə görə özlərinə düşən payların rəsmiləşdirilməsinin arzu olunmadığı ifadə edilir. Həmçinin bu ərzələrin təsdiq edilmə tarixi iyul 2008-ci ildə baş vermişdir. Eyni zamanda bu vərəsəlik işinə əlavə edilmiş Ağsu şəhər ərazi dairəsi icra nümayəndəsi vərəsələrin dairəsini müəyyən edən arayışda övldlarından ikisini göstərməmişdir. Bundan başqa notariat Rusyada yaşayan vərəsələrin vərəsəliyə çağrılması barədə bildiriş göndərmədiyi üçün həmin vərəsəlik işi hüquq pozuntuları ilə aparılmışdır. Notariat işlərinin aparılması haqqında əsasnamədə əmlakların taleyi həll ediləndə, bağışlananda, satılanda evdə qeydiyytda olan, yetkinlik yaşına çatan ailə üzvlərinin yazılı razılığı tələb olunur. Fərdi yaşayış evi X8 ilə Cavabdeh1 arasında bağışlanma müqaviləsi bağlananda evdə qeydiyyatda olan İddiaçı3 həyat yoldaşı Quliyeva Akifənin razılığı alınmamışdır. Eyni zamanda vərəsələr Quliyeva Abuhəyata münasibətdə əmlaka pay hüququ olduğundan həmin əmlakın vərəsəliklə məhdudlaşdırılması nəzərə alınmalı idi. Bu hüquqi hallar nəzərə alınmadığı üçün vərəsələrin hüquqları cavabdehlər tərəfindən pozulmuşdur. Bağışlanma müqaviləsi o halda notarial qaydada həyata keçirilir ki, daşınmaz əmlakın bağışlanılması müqaviləsi yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil istismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin yazılı razılığı əsasında təsdiq edilsin. X27 Notoriusu qeyd edilən sənədlər olmadan məhrum X8 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsini təsdiq etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, məhrum X8 ilə Cavabdeh1 arasında bağlanmış bağışlanma müqaviləsi vərəsəlik hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2( 016)-558/2020) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu rayon Dövlət Notariat Ofisi, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi, X9 qarşı iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması, X11 miras qalmış əmlaklara həyat yoldaşı X4 Ağsu şəhəri 20 yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş 08.09.2008-ci il tarixli, 2V/01-47 reystr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnamələrinin verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunda göstərilən müddət ərzində hərəkətləri etməmiş iddiaçılar mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişlər. İddiaçılar mirası qəbul etməmələrini anaları böyük olduğu üçün bu əmlakların analarından sonrakı dövrdə övladlar arasında qanun üzrə bölünməsini daha məqsədə və adət-ənənəyə uyğun hesab etmələri ilə əsaslandırmışlar. Məhkəmə, iddiaçıların həmin dəlillərinə tənqidi yanaşmış və bu halın mirasın qəbul edilməməsinin hüquqi nəticələri barədə qanununun tətbiq edilməməsinə əsas olmad ığı nəticəsinə gəlmişdir. Əqdin etibarsız sayılmasını tələb etmək üçün maraqlı şəxsə hüquq tanısada, əqdlərin o cümlədən vərəsəlik haqqında şəhəadətnamələrin və əmlak üzərində sərəncam vermə barədə müqavilələrin ləğv etmək hüququnu həmin əqdin iştirakçılarına aid etmişdir. Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlaklar üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan onun notariat qaydasında təsdiq olunmuş mübahisəli bağışlama müqavilələrini bağlaması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Eyni zamanda iddiaçılar mübahisəli bağışlama müqavilələrinin predmeti olan fərdi yaşayış evinin və torpaq sahələrinin mülkiyyətçisi olmadıqlarından, həmin əmlaklara dair mübahisəli əqdlər onların hüquqlarına toxunmamış və onların hazırkı iddia ilə müraci ət etmək hüquqları yaranmamışdır. İddiaçıların istənilən halda iştirakçısı olmadıqları şəhadətnamələrin ləğvini tələb etmək hüquqları yoxdur. Eyni zamanda iddiaçılar qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə X11 qalan mirasa subyektiv vərəsəlik hüquqlarını itirdiklərindən 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi ilə və 07.05.2017-ci il tarixdə 2V-70 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş iddiaçılar üçün hüquqi nəticələrə səbəb olmur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçılar bağışlama müqavilələrini mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyillər. İddiaçıların subyektiv vərəsəlik hüquqlarını itirmələri, eləc ədə bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaları iddianın təmin edilməsini istisna etdiyindən, mübahisəli şəhadətnamələrin və əqdlərin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə uyğunluğunun araşdırılması zəruriliyini də aradan qaldırır. İddiaçılar mərhum X11 qalan mirasa dair şəhadətnamələri, eləcədə mərhum Abhəyat Quliyevanın mülkiyyətinə qeydə alınmış əmlakların sağlığında bağışlanmasına dair bağlanmış müqavilələrini və verilmiş çıxarışları mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadıqlarından, eləcədə həmin şəhadətnamələrin və müqavilələrin ləğvini tələb etmək hüququ onların iştirakçılarına aid olduğundan iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini, vərəsəlik hüquqlarının tan ınmasını, miras əmlakların vərəsələr arasında bölünməsini tələb etmək hüquqları da yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, həmin qətnaməni əsassız və qanunsuz hesab edirlər. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaklar mərhum ata və analarına məxsus olmuşdur. Belə ki, iddia ərizəsində bildirdikləri kimi mülkiyyətçilər X20 2006-cı ildə həyat yoldaşı X8 15.02.2020-ci ildə vəfat etmişlər. Hər iki valideynin ölümündən qabaq və ölümündən sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ata-analarına məxsus evdən istifadəçi olmuş və Rusiyada yaşamalarına baxmayaraq ata və analarının sağlığında bütün qayğılarını çəkmişlər. Mübahisələndirilən əmlakların mülkiyyətçilərindən biri olmuş, X13 ölüm ündən sonra İddiaçı1, İddiaçı2, İddiaçı3 və digər vərəsələrin notarial qaydada iş materiallarında olan Rusiya Federasiyasında Rostov-Don şəhərində təsdiqlənmiş ərizədə fərdi tərcümə əsasında müəyyən edilən mətndə atanın ölümündən keçən altı aylıq müddətində vərəsəliyin İddiaçı1 tərəfindən qəbul edilmədiyi və ona həmin vərəsəlik payının, ataya aid olan vərəsəlik payının özünə rəsmiləşdirilməsini iddia etmədiyni bildirir. Bu mətn digər İddiaçı2 adından da eyni məzmunlu ərizədə ifadə edilmişdir ki, “atamın ölümündən keçən altı aylıq müddətində vərəsəlik payı onun tərəfindən qəbul ediləmdiyi və harada yerləşməsindən asılı olmayaraq onun bu payı özü üçün rəsmiləşdirilməsinə iddia etmir”. Hərfi mənada bu ərizələrdə qanuni vərərsələr olan şəxslərin atanın ölümündən sonrakı vərəsəlik paylarından i mtinası kimi deyil, olduğu vəziyyətdə rəsmiləşdirməmək arzusunu ifadə etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən həmin mənanı nəzərə almamış bu ərizələrin mətnini ümumiyyətlə vərəsəlik payından imtina kimi hüquqi qiymət vermişdir. Hesab edirlər ki, bu şərh həm qanuni vərəsələrin iradəsini ifadə etmir, həm də ki, həmin ərizələrin Azərbaycan dilinə tərcüməsində sadəcə olaraq ərizələr təsdiq olunduğu 2008-ci il tarixdə qeyd etdikləri iddiaçılar sadəcə olaraq anaları sağ olduğu üçün həmin atanın miras qalmış payına münasibətdə rəsmiləşdirməni istəməmişlər. Bu imtina deyil, sadəcə olaraq həmin vaxt rəsmləşdirməni arzu etməməklə bağlıdır. Əsl həqiqətdə iddiaçılar evdə sağ ana olduğu üçün hələlik ümumiyyətlə bu rəsmiləşdirməni istəməmişlər. Hesab edirlər ki, məhkəmə bu ərizələrə qiymət verərkən h əmin onun mətninin yuxarıda qeyd etdikləri şərhə uyğun qəbul etməli və imtinanın əsası kimi qiymətləndirməmli idi. Belə ki, Rusiyada yaşamağına baxmayaraq qanun üzrə birinci növbəli vərəsələr olan üç oğlan övladın həmin əmlaklarda məhz ailə üzvü kimi vərəsəlik payının olması və bu vərəsəlik paylarının digər tək vərəsəyə bağışlanması zamanı digərlərinin razılığının alınmaması qanunla hüquq pozuntusu hesab olunduğu üçün mübahisələndirdikləri qətnamə qanuni və əsaslı sayıla bilməz. Ağsu Rayon Məhkəməsi bu məsələyə baxarkən AR MPM-nin 217-218-ci maddəsində qətnamənin qanuniliyini və əsaslığını müəyyən edən tələbləri nəzərə almamışdır. Hesab edirlər ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini göstərən AR MPM-nin 385-386-cı maddələrində sadalanan əsaslar mövcuddur. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Şükürov və R.Rəfiyev, iş № 2(107)441/2021) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2(016)558/2020 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməmiş miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Ağsu Rayon Notariat Ofisinə, Ağsu şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə, 3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X9 qarşı bağışlanma müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair idd iasının miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsində qismən təmin edilməsi, X3 mülkiyyətində olmuş və 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payı 1/10 müəyyən edilməsi və Cavabdeh1 tərəfindən həmin hissədə tamamlanmanın (ödəmə) təmin edilməsi, q ətnamənin mübahisələndirilən digər hissələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X10 və X20 ər-arvad olaraq Ağsu şəhər 20 Yanvar küçəsi ev-24-də yaşamışlar. Onların birgə nigahından iddiaçılarİddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və iş üzrə tərəf olmayan X14 doğulmuşlar. X20 18 may 2005-ci ildə, X10 15 fevral 2020-ci ildə vəfat etmişlər. X11 miras qalmış Ağsu şəhəri 20 yanvar küçəsi, 3-cü dalanda mülkiyyətində olan 0.1763 ha torpaq sahəsində yerləşən 24 nömrəli fərdi yaşayış evi Abhəyat Quliyevanın müraciəti əsasında 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrə ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, yenidən müraciəti əsasında növbəti əmlaka, Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.0 5.2017ci il tarixdə 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin əmlaklar mülkiyyət kimi Abhəyat Quliyevanın adına qeydiyyata alınmışdır. Qeyd olunan əmlakların X10 tərəfindən vərəsəlik qaydasında miras əmlak kimi qəbul edilməsinə və onun adına qeydiyyata alınmasına iddiaçılar-- İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və iş üzrə tərəf olmayan X14 razılıq vermişlər. X10 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsinin və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsinin Cavabdeh1 bağışlanması haqqında 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin əmlaklar Cavabdeh1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçılar- İddiaçı1, İddiaçı2, İddiaçı3 06.11.2018-ci il tarixli bağışlama müqavilələrinin bağlanmasındsan iki il keçməmiş özlərinin vərəsə olmalarına və mirasdan pay almaq hüququ olmalarına istinad edərək mirasa daxil edilməli olan və bağışlanma yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş əmlakdan bərabər paylarını tələb etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanun üzrə birinci növbə vərəsə olan iddiaçılar- İddiaçı1, İddiaçı2, İddiaçı3 (məcburi pay hüququ olan vərəsələr) məcbur i paylarının tamamlanmasını tələb etmək hüquqları vardır və hazırkı iddianın miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi hissəsinin məcburi paylarının tamamlanmasına aid həcmini tələb etməsi qanunidir və tələbin həmin hissəsi təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-441/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işdə olan sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, atası vəfat edəndən sonra digər vərəsələr mirasdan imtina etdikləri üçün miras əmlak anası Abhəyat Quliyevanın adına rəsmləşdirilmişdir. Anası illərlə xəstə olmuş, onu müalicə etdirmiş, qayğısına qalmış, qidalanması, təmizliyi ilə o, məşğul olmuşdur və ona hərtərəfli qayğı göstərmişdir. Ona görə də anası əmlakı ona bağışlanmışdır. İddiaçılar vərəsə olmadıqları üçün iddia qaldırmaq hüququ olmamışdır. Məcburi payla bağlı tələb olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddianın həcmindən çıxaraq iddiaçılar tələb etmədiyi halda onlara məcburi pay vermişdir. Halbuki onların pay almaq hüquqları yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabd eh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X15 izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etsə də dəilləri iddianın təmin olunan hissəsinə yönəlmişdir. Bu səbəbdən kassasiya baxışının hədləri kassasiya şikayətində irəli sürülmüş dəlillərin yoxlanması ilə məhdudlaşır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına n və qorunan hüququdur. 389.1-c maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1-ci maddəsinəəsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.http://eqanun.az/ framework/46944 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notaria t qaydasında təsdiqləndikdəbağışlama etibarlıdır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaq ları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.http://e-qanun.az/framework/47173 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdiril məlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağır ılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın fak tiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhk əməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb e dir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dek abr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığ ını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üzrə qeyd etmişdir ki, Ağsu Rayon Məhkəməsi iddianı tam rədd etməklə düzgün nəticəyə gəlməmiş və qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, X10 tərəfindən sonuncunun mülkiyyətində olmuş, miras kütləsinə daxil ola biləcək və Cavabdeh1 bağışlanmış əmlaklardan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 1/10 pay olmaqla məcburi payları müəyyən edilərək tamamlanmalı olması və qətnamənin mübahisələndirilən digər hissələrində dəyişdirilmədən saxlanmasını müəyyən olunmuşdur. İddiaçıların iddia ərizəsində irəli sürdükləri tələbləri aşağıdakılardan ibarətdir; 1. iddiaçıların birinci növbədə vərəsəlik hüquqlarının tanınması,
2. X11 miras qalmış əmlaklara həyat yoldaşı X6 Ağsu şəhəri 20 Yanvar küçəsi, 24 nömrəli evə dair verilmiş 08.09.2008-ci il tarixdə 2V/01-47 reyestr nömrəsi olan vərəsəlik şəhadətnaməsinin,
3. Ağsu şəhəri ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair 07.05.2017-ci il tarixili 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi,
4. Cavabdeh1 adına daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi, 5. miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi 6. paylara uyğun vərəsəlik şəhadətnamələrin in verilməsinin Ağsu rayon Notariat ofisinə həvalə edilməsi Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin kassasiya şikayətində qətnamənin tam ləğv olunması tələb olunsa da, irəli sürülmüş dəlillər yalnız iddianın təmin olunan hissəsi ilə bağlıdır. Həmin hissələr üzrə məhkəmələr müəyyən etmişlər ki, həyata yoldaşından miras qalmış əmlak Abhəyat Quliyeva tərəfindən digər vərəsələrin miras əmlakdan imtina etmələri (o cümlədən baxılan iş üzrə iddiaçılar) səbəbindən ilkin olaraq fərdi yaşayış evi, bundan sonra isə torpaq sahəsi qəbul edilmişdir. Nə qədər ki, iddiaçılar atalarından miras qalmış əmlakı qəbul etməkdən notariat qaydasında imtina etmişlər və mirasın qəbul edilməsindən imtinanın geri götürülməsi yolverilməzdir iddiaçıların atalarından miras qalmış əmlakın anaları tərəfindən qan uni əsaslar olmadan qəbul edilməsi ilə bağlı dəlilləri əsassızdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlak üzərində hər birinə 1/10 pay olmaqla məcburi paylarını müəyyən edərkən, miras əmlak kimi bölünməyə məruz qoyduğu əmlakların (fərdi yaşayış evi və torpaq sahəsinin) cavabdehin mülkiyyətində olduğuna və onun adına aparılmış qeydin prezumpsiyasının qüvvədə olmasına, belə bölgünün aparılmasının mübahisələndirilən müqavilələrin etibarsızlığına nail olduqdan sonra bölünməyə məruz qala biləcəyini nəzərə almamışdır. Halbuki müqavilələrin etibarsızılığı ilə bağlı iddia tələbi olmamış, müqavilərin ləğv edilməsi ilə bağlı isə məhkəmələr müəyyən etmişlər ki, iddiaçıların subyektiv hüquqları yoxdur, çünki onlar müqavilə tərəfi deyildirlər. Bax ılan iş üzrə qeyd edilməlidir ki, Cavabdeh1 ilə bağlanmış daşınmaz əmlakların bağışlama müqavilələrinin və çıxarışın ləğv edilməsi tələbi olmuş və həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır. Belə olan halda digər şəxsin mülkiyyətində olan əmlakın payların bölünməsinin mümkün olması və bölgünün hansı qaydada müəyyən olunması anlaşılmaz olaraq qalmaqdadır. Apellyasiya məhkəməsi faktiki olaraq mra açıldığı zaman miras qoyanın mülkiyyəti olmayan və ya miras aktivi olmayan əmlak üzrə məcburi pay müəyyən etmişdir. Həmin hissədə iddia təmin olunmasa da iddiaçılar tərəfindən təmin olunmayan hissələr mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hissədə i ddianın rədd edərkən iddiaçıların bağışlama müqaviləsinin ləğvi ilə bağlı tələb irəli sürülməsi üçün subyektiv hüquqlarının olmamasını qeyd etmiş və eyni zamanda iddiaçıların mübahisələndirdikləri müqavilə üzrə tələblərinin müqavilənin etibarsızlığı deyil, ləğvi ilə bağlı olmasını qeyd etmişdir. Məhkəmələr isə faktiki olaraq iddiaçıların tələblərinin əsaslarının müqavilələrin etibarsızlığına və ya ləğvinə yönəlməsini müəyyən etməmişlər. Bununla yanaşı Ağsu rayon notariat ofisi tərəfindən iddiaçılardan İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, yalnız o mirasın qəbulu üçün nortariat ofsinə müraciət etmiş, notariat hərəkətlərinin aparılmasının yol verilməməsinin mümkün olmaması ona izah edilmişdir. Bu halda isə apellyasiya instansiyası məhkəməsi digər iddiaçıların məcburi paylarının müəyyən edən zamanı onların mirası rəsmi olaraq qəbul etmələri üçün müraciətlərinin olub-olmamasını, faktiki qəbul edib etməmələrini yoxlamamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi bölgü həyata keçirildikdən sonra «həmin hissədə tamamlanmanın (ödəmə) təmin edilməsini cavabdeh aid etsə də iddiaçıların miras qoyandan əlavə olaraq hansı miras əmlakları qəbul etməsi və çatışmayan hissənin nədən ibarət olması və payın bağışlanmış əşyanın dəyəri hesabına tamamlanmalı olmasına dair mövqeyini heç bir halda əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə yeni baxışa göndərilməlidir. Çünki ləğv edilmiş hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl ol unmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir, bu isə qəbul olunmuş qətnamənin həmin hissələrdə ləğvi üçün əsasdır. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-441/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi «miras əmlakların qanuni vərəsələr arasında bərabər paylara bölünməsi his səsində qismən təmin edilməsi, X3 mülkiyyətində olmuş və 06.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh1 bağışlanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.1763 ha olan torpaq sahəsində və həmin ünvanda yerləşən ümumi sahəsi 98.5 kv.metr olan fərdi yaşayış evindən (seriya RX “çıxarış” №1406953), Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.485 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406947) və Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.5969 ha olan torpaq sahəsindən (seriya RX “çıxarış” №1406948) iddiaçılar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin məcburi payı 1/10 müəyyən edilməsi və Cavabdeh1 tərəfindən həmin hissədə tamamlanmanın (ödəmə) təmin edilməsi» hissəsində ləğv edilsin, həmin hissədə iş yenidən baxılması üçün qaytarılsın. Qət namə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.