Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5018/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: etibarsız əqd, mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2653/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə arasında xx.xx.2012-ci ildə bağlanmış müqavilə üzrə ona məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması və onun mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin hallarına görə, xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən MMC-nin direktoru X13 tərəfindən alıcı X8 Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edi lən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı mənzil (bundan sonra-mübahisəli mənzil) dəyəri 51200 manat müəyyən edilməklə satılmışdır. Eyni tarixli maliyyə arayışından görünür ki, X10 mənzilin dəyərini tamamilə ödəmiş, heç bir borcu yoxdur. 3. xx.xx.2012-ci il tarixli müqavilənin surətinə əsasən, MMC-nin direktoru X13 tərəfindən alıcı Maraqlı şəxs mübahisəli mənzilin dəyəri 51200 manat müəyyən edilməklə satılmışdır. xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs mənzilin dəyərini tamamilə ödəmiş, heç bir borcu yoxdur.
4. MMC-nin təsisçisi X18 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 147 nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı y aşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan, 3 otaqlı mənzil 35000 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir. 5. "xxxx" MMC-nin təsisçisi X18 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 133141 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə ev almaq üçün 35000 manat məbləğində pul ödənilmişdir. 6. "xxxx" MMC-nin təsisçisi X18 tərəfindən verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli,147 nömrəli alğı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur.
7. Bakı Ağır Cinayət lər Məhkəməsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh təsisçisi olmuş X18, X5, X14, Cavabdeh direktoru vəzifəsində işləmiş X9 barəsində olan cinayət işi vardır və hazırda məhkəmə araşdırması davam edir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində keçir, Maraqlı şəxs və X11 həmin iş üzrə zərərçəkmiş şəxs və ya şahid qismində keçmir. Maraqlı şəxs oğlu X6 həmin iş üzrə şahid qismində keçir. Məktubda qeyd edilən 102,4 m2 sahəsi olan 147 nömrəli mənzillə bağlı Cavabdeh təsisçisi olmuş X12 ittiham verilmişdir ki, 16 may 2013-cü il tarixdən sonra müraciət edən İddiaçı yalandan bildirib, həmin mənzili ona 35.000 manata sata biləcəyinə inandırıb 102,3 m2 sahəsi olan mənzil ümumiyyətlə olmadığı halda məzmununa Bakı şəhəri ərazisində istintaqla dəqiq müəy yən olunmayan ünvanda tamah niyyəti ilə bilə-bilə həmin mərtəbədə 102,3 m2 sahəsi olan mənzilin 10 fevral 2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumat daxil etməklə eyni tarixli 147 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli maliyyə arayışını, eləcə də, mənzilin dəyəri olan 35.000 manat məbləğində pul vəsaitinin qəbul edilməsi haqqında eyni tarixli 133141 nömrəli kassa mədaxil orderini, bundan başqa, həmin mərtəbədə yerləşməklə 102,4 m2 sahəsi olan 147 nömrəli mənzilin İddiaçı təhvil verilməsinə dair arayışı hazırlayıb həmin sənədlərin mətnində olan “təsisçi: Qədirov A.Ə.”, “Meqa-Siti Holdinq MMC-nin təsisçisi: Qədirov A.Ə.” və “rəhbər” yazılarının qarşısında imzalayıb istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırlad ıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri 16 may 2013-cü il tarixdən sonrakı istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda İddiaçı verib, mənzilin satılması adı ilə həmin vaxt sonuncudan 35.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus əmlakı ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığı etmişdir.
8. İddiaçı bildirir ki, MMC ilə arasında 10 fevral 2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, X21 küçəsində inşa edilən 1 saylı Yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən ümumi sahəsi 102,3 kv.m dən ibarət 3 otaqlı 147 nömrəli mənzilin alqısatqısına dair müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəri tam olaraq ödənilmiş və 10 fevral 2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işləri müqavilə bağlandıqdan sonra 24 ay müddətinə tamamlanır, alıcıya təhvil verilir. Bu günə qədər cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, mənzili ona təhvil verməmişdir. Dəfələrlə edilmiş müraciətlərə isə cavabdeh şirkət tərəfindən heç bir əhəmiyyət verilmir.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2072/2021 nömrəli, 16 may 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi təmin etmiş, sözügedən mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, maliyyə arayışına əsasən, iddiaçının şirkətə heç bir borcu qalmamışdır. Həmçinin, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 35000 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh öhdəliklərini pozaraq 24 ay ərzində müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir. Beləliklə, iddia tələbi əsaslıdır və iddiaçının mülkiyyət hüququ təmin olunmalıdır.
12. Məhkəmə kolleg iyası öz mövqeyini Mülki Məcəllənin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 178.8-ci maddəsinə, Mənzil Məcəlləsinin 112-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qiyabi qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ona məxsusdur, həmin mənzili 2009-cu ildə X11 "xxxx" MMC-dən almış və xx.xx.2012-ci il tarixdə ona satmışdır. Həmin mənzilin sənədləşdirilməsi üçün MMC-yə müraciət etmişlər və həmin tarixli müqaviləyə əsasən mənzil onun adına rəsmiləşdirilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2653/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsini qət etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MMC-nin təsisçisi olmuş X2 Səməndər Vüqar oğlunu aldatmaqla, mənzilin satılması adı ilə sonuncudan 35000 manat məbləğində pul almış və saxta müqavilə və maliyyə arayışı vermişdir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı Vüsal oğlu ilə MMC arasında mənzilə dair hər hansı əqd bağlanmamışdır və 147 nömrəli mənzilə dair xx.x x.2012-ci il tarixli müqavilə isə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Həmin əqd etibarsız olduğu üçün onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs mənzili xx.xx.2012ci il tarixli müqaviləyə əsasən adına rəsmiləşdirmişdir, lakin iddiaçı həmin mənzili ilkin olaraq ondan əvvəl 10 fevral 2012-ci il tarixdə ca vabdehlə alqı-satqı müqaviləsini imzalamışdır. İddiaçı onu da qeyd etmişdir ki, onun müqaviləsi qüvvədə ola-ola Maraqlı şəxs arasında bağlanan müqavilənin heç bir qüvvəsi yoxdur və həmin müqavilə bağlandığı andan etibarsızdır. Bundan əlavə, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə yerli baxış keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatətə münasibət bildirməmişdir. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsindəki işin Bakı Ağır Cinayətlər Məhkəməsindəki iş qurtaranadək dəyandırılması barədə verilən vəsatətin qəbul olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 337.1 Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
25. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Məlumatlar yazılı və maddi süb utlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 89.3. Yazıl ı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
38. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh ed ilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubdan görünür ki, cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
43. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
44. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələbini pozaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda, məhkəmənin göndərdiyi məktuba qanuni qüvvəyə minmiş hökm kimi qiymət verərək qəbul etdiyi qətnamədə həmin məktubda göstərilmiş məlumatlara preyudisial əhəmiyyətli, təkzibolunmaz sübut kimi istinad etmişdir.
45. Digər tərəfdən, Maraqlı şəxs mübahisəli mənzili xx.xx.2009-cu ildə əldə etmiş X4 almasına istinad edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli mənzilin S.Rəsulova satılması barədə xx.xx.2009-cu il tarixli müqavilə onun əsli deyil, kserosurətidir.
46. Bundan başqa S.Rəsulovun həmin mənzildən Maraqlı şəxs xeyrinə imtina etməsi barədə iş materiallarına sübut əlavə edilməmişdir.
47. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
48. İş materiallarından o da görünür ki, işə baxan məhkəmə kollegiyası MPM-nin 78.11-ci maddəsinin tələblərinə zidd olaraq zəruri sü butları, yəni qeyd edilən müqavilənin əslini təqdim etməyi cavabdehə təklif etməmişdir.
49. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən X1, həqiqətən həmin şəxsin mövcud olub-olmaması, həmin şəxsin mənzili Maraqlı şəxs satmasına dair müqavilənin olub-olmaması, habelə həmin şəxsin mənzildən Maraqlı şəxs xeyrinə imtina edib-etməməsi araşdırılmamış və qeyd edilən hallara ümumiyyətlə qiymət verilməmişdir.
50. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunulan şəxsin oğlu X3 (mülki iş, səhifə 197) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatı (dindirmə protokolunu) nəzərə almamışdır.
51. Həmin izahatında Kənan Əmirov göstərmişdir ki, mübahisəli mənzilə dair onun anası Maraqlı şəxs adına olan 29 noyabr 2012-ci il tarixli müqaviləni MMC-nin təsisçisi olan Fariz Nuriyev imzalamış, həmçinin özündə olan möhürlə təsdiq edib ona vermişdir. Mənzili anasının adına rəsmiləşdirməklə, əslində o almışdır. Həmin müqavilənin anası ilə cavabdeh MMC-nin direktoru X13 arasında tərtib olunmasına baxmayaraq, Fariz Nuriyevin imzası ilə təsdiq olunmasının səbəbini sonuncudan soruşmamışdır. Elnur Məmmədov adlı şəxsi tanımır. Mənzilin dəyəri olan 51.200 manat məbləğində pulu 29 may 2014-cü ildə hissə-hissə olmaqla ofisdə Fariz Nuriyevə ödəmişdir. Müqavilənin alıcı qrafasında özünün də imza etməli olduğunu bilməmiş, Fariz Nuriyev də bu barədə ona heç nə deməmiş, buna görə müqaviləni imzalamamışdır.
52. Göründüyü kimi, Kənan Əmirov izahatında mübahisəli mənzilin X4 alındığını deyil məhz MMC-dən aldığını göstərmi ş və S.Rəhimov adlı şəxsin bu mənzildən imtina etdiyinə dair izahat verməmişdir.
53. Bu halda, apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunulan şəxsin mübahisəli mənzilin X4 alınması barədə apellyasiya şikayətinin dəlili ilə K.Əmirovun yuxarıda qeyd olunan izahatındakı ziddiyyətləri, Maraqlı şəxs mübahisəli mənzilə münasibətdə subyektiv hüququnun olub-olmamasının yoxlanması üçün onun adına bağlanmış müqavilənin etibarlılığını araşdırmalı və qiymət verməli olsa da, bunu etməmişdir.
54. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını ara şdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll et məlidir. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisad i mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
58. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilmə lidir.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2653/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.