Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-502/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdeh qarşı “ipoteka ilə yüklü edilmiş avtomobilin və avtomobilə dair texniki pasportun alınması, avtomobil olmadıqda isə həmin avtomobilin bazar qiyməti ilə dəyərinin alınıb ona ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyan tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərk ibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə1, cavabdehin vəkili X9 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3508/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5796/2012 saylı 06 dekabr 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə 22483.52 (iyirmi iki min beş yüz səksən dollar əlli iki sent) ABŞ dolları əsas borc, 8510 (səkkiz min beş yüz on) ABŞ dolları faiz borcu, 250 (iki yüz əlli) ABŞ dolları dəbbə pulu, cəmi 31243.52 (otuz bir min iki yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat tutulmuşdur. Cavabdeh İddiaçı məxsus “Hyundai Sonata” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə (buraxılış ili-2010, tip-sedan, ban KMHEC41CVVA120756, rəng-ağ) tutma yönəldilmiş həmin avtomobil açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdeh İddiaçı banka olan borcunun ödənilməsi qət edilmişdir. 29 iyul 2014-cü il tarixli ƏN-İİ № 117314 nömrəli etibarnamənin surətinə əsasən İddiaçı Bakı şəhəri X10 tərəfindən 09 iyul 2010-cu il tarixli, 536141 nömrəli qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan 2010-cu il buraxılışlı, Ban KMHEC41CVVA120756, “Hyundai Sonata” **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabd eh etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə, Cavabdeh qarşı “Cavabdeh ipoteka ilə yüklü edilmiş avtomobilin və avtomobilə dair texniki pasportun alınması, avtomobil olmadıqda isə həmin avtomobilin bazar qiyməti ilə dəyərinin alınıb ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ipoteka ilə yüklü edilmiş avtomobilin və avtomobilə dair texniki pasportun alınması, avtomobil olmadıqda isə həmin avtomobilin bazar dəyəri ilə hesablanmış pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onun la əsaslandırmışdır ki, o, 09 iyul 2010-cu ildə “xxxx" ASC-nin Şamaxı filialında girov müqaviləsi ilə yüklü edilmiş “Hyundai Sonata" markalı, ağ mirvari rəngli, **HH-*** dövlət qeydiyyat nişanlı Ban. KMHEC41CBBA120756 nömrəli avtomobili ilkin ödəniş etməklə mülkiyyətçisi olmuşdur. Həmin avtomobilə 09 iyun 2010-cu ildə AB536141 nömrəli şəhadətnamə verilmişdir. Səhhəti ilə bağlı baş vermiş qəfil xəstəliyə görə ipoteka ilə yüklü edilmiş “Hyundai Sonata" markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin banka olan qalıq borcunu, yəni ödənilməmiş hissəsini ödəmək üçün yaxın tanışı olan Cavabdeh 15 iyul 2010-cu ildə uzun müddətli etibarnamə ilə vermişdir. Cavabdeh öhdəsinə götürmüşdür ki, Banka olan borcu tam ödəyəcək sonra isə avtomobili özəllləşdirəcəkdir. Lakin yaxın tanışı olan cavabdeh onun etibarından sui-istifadə edərək həmin avtomobili 22 iyul 2010-cu il tarixdə X3 etibarnamə ilə vermiş, lakin yenidən həmin tarixdə etibarnaməyə xitam vermişdir. Cavabdeh 30 iyul 2010-cu ildə X4 etibarnamə ilə vermiş və yenidən 30 iyul 2013-cü ildə həmin etibarnaməyə xitam verdirmişdir. Bildirir ki, həmin avtomobillə bağlı bank ödənişinin olmaması barədə yenidən müalicə almaq üçün xarici ölkəyə gedən zaman sərhəd keçid məntəqəsində onun ölkədən giriş və çıxışa məhdudiyyət qoyulduğundan xəbərdar olmuşdur. İddiaçı həmin vaxt cavabdehlə əlaqə saxlayaraq avtomobillə bağlı banka nədən ödənişin etmədiyini soruşmuş, cavabdeh isə avtomobili başqa şəxslərə satdığını bildirmişdir. İddiaçı ona etibarnamə ilə etibar etdiyi “Hyundai Sonata" markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili geri verməsini tələb etsə də tələbi cavabsız qalmışdır. Göründüyü kimi Cavabdeh onun verdiyi hüquqlardan sui-istifadə etmişdir. Belə ki, ondan etibarnamə alaraq avtomobildən istifadə etmiş, lakin ipoteka da olan avtomobillə bağlı “xxxx” ASCyə ödəməli olan aylıq ödənişi etməmiş, etibar edilmiş avtomobili kənar şəxslərə satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə ünvanlanan sorğudan da görünür ki, İddiaçı mülkiyyətçisi olduğu “Hyundai Sonata" markalı **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehin sahibliyindədir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə 20.09.2019-cu il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, 25 yanvar 2019-cu ildə Cavabdeh ipoteka ilə yüklü edil miş avtomobilin və avtomobilə dair texniki pasportun alınması, avtomobil olmadıqda isə həmin avtomobilin bazar dəyəri ilə hesablanmış pulun alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı ekspertiza təyin edilərək avtomobilin faktiki dəyərinin 19000 manat olduğu müəyyən edilmişdir. Beləliklə, üzərinə bank tərəfindən həbs qoyulmuş “Hyundai Sonata" markalı, ağ mirvari rəngli, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil banka verilməli, avtomobilin bank tərəfindən tələb edilən məbləğdən avtomobilin hazırkı dəyəri çıxılmaqla qalan məbləğ cavabdehdən tələb edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən üzərinə bank tərəfindən həbs qoyulmuş 19000 manat dəyərində “Hyundai Sonata" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin banka verilməsi, avtomobilin bank tərə findən tələb edilən dəyərindən avtomobilin faktiki dəyəri çıxıldıqdan sonra qalan məbləğin Cavabdeh tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə 30.09.2019-cu il tarixdə ərizə ünvanlayaraq üzərinə “xxxx" ASC tərəfindən həbs qoyulmuş məhkəmə ekspertizası tərəfindən 19.000 manat (11.176 ABŞ dolları) dəyərində avtomaşının bankın tələb etdiyi məbləğin ödənilməsi üçün banka verilməsi, habelə qalan 37.535 manat 20 qəpik (22.078 ABŞ dolları) borcun Cavabdeh tələb edilib banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə 06.12.2019-c u il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən təkrar məhkəmə ekspertizası keçirilərək avtomobilin dəyərinin faktiki 8000 manat olduğu dəqiqləşdirilmişdir. Beləliklə, üzərinə bank tərəfindən həbs qovulmuş "Hyundai Sonata" markalı, ağ mirvari rəngli, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil banka verilməli, bank tərəfindən tələb edilən 22.483,52 ABŞ dolları əsas borc, 8.700 ABŞ dolları faiz borcundan avtomobilin hazırkı dəyəri çıxıldıqdan sonra qalan məbləğ Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən banka olan 22.483,52 ABŞ dolları əsas borc, 8700 ABŞ dolları faiz borcundan üzərinə həbs qoyulmuş "Hyundai Sonata" markalı, ağ mirvari rəngli, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki dəyəri 8000 manat çıxıldı qdan sonra qalan məbləğin Cavabdeh tələb edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 21.02.2019-cu il tarixdə məhkəməyə etiraz ünvanlıyaraq, bildirmişdir ki, iddia tamamilə həqiqəti əks etdirmir, yalan və absurd olaraq qeyd edilmişdir. Belə ki, təxminən 9 il bundan əvvəl 2010-cu il tarixdə işlədiyi müəssisəyə adını bilmədiyi iki nəfər yaxınlaşaraq, “Hyundai Sonata” markalı avtomobili satmaq istədiyini bildirmiş, avtomobilin qiyməti aralarında 12.000 ABŞ dolları olaraq razılaşdırılmış, avtomobilin qanuni sahibi gətirilərək, ona baş etibarnamə verməklə avtomobil onun tərəfindən 12.000 ABŞ dolları iddiaçıya ödənilərək, iddiaçıdan alınmışdır. Daha sonra alqı-satqı ilə məşğul olduğundan, onda 200 dollar xeyir qoymaq məqsədi ilə 12.200 ABŞ dolları müqabilində tər əfindən baş etibarnamə verilməklə digər şəxsə satılmışdır. İddiaçının dediyi kimi avtomobilin başqa digər ödənişləri və bu məbləği onun tərəfindən ödənilməsi və ya ödənilməli olması barədə tərəfindən iddiaçı qarşısında heç bir rəsmi öhdəlik, məsuliyyət olmamışdır, bu barədə heç bir öhdəlik götürülməmişdir. Eyni zamanda tərəfindən iddiaçı ilə avtomobilə aid digər borc və ya hər hansı kredit müqaviləsi bağlanmamışdır. İddiaçının iddia etdiyi ipoteka ilə bağlı qeyd etmişdir ki, ipoteka yüklülüyünün ona aid olması, o halda inandırıcı və mümkün ola bilərdi ki, bu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilsin. Qanunun tələbindən göründüyü kimi ipoteka ilə yüklü olan daşınar əmlaka dair öhdəlik o zaman ona aid olar və etibarlı sayılarmış ki, bu barədə notarial qaydası nda razılaşma olmalı və razılaşma və ya ipotekanın ona keçməsi barədə müqavilə daşınar əmlakın dövlət reyestrində qeydə alınarmış. Ancaq bu sənədləşmənin heç biri aralarında olmamışdır və ipotekanın ona keçirilməsi barədə rəsmi qeydiyyat aparılmamışdır. Buna görə də qarşı tərəfin avtomobilə olan borcun onun tərəfindən öhdəlik kimi götürülərək, ödənilməli olması barədə dedikləri, tamamilə yalan, əsası olmayan, bank, qarşısında məsuliyyətdən yayınmaq məqsədi daşıyan ifadələrdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 sentyabr 2019-cu il tarixli 21063 nömrəli rəyi ilə ekspertiza təqdimatına təqdim olunmayan “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı, 2 010-cu il buraxılışlı, mühərrik həcmi 2000 kvadrat santimetr normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 19.000 (on doqquz min) manat müəyyən edilmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 noyabr 2019-cu il tarixli 27537 nömrəli rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş “Hyundai Sonata” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı qüsurları nəzərə alınmaqla orta bazar qiyməti təxminən 8000 (səkkiz min) manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 2(007)-1064/19 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə icl asında müəyyən edilmişdir ki, iddiaçı 09 iyul 2010-cu ildə “xxxx" ASC-nin Şamaxı filialında girov müqaviləsi ilə yüklü edilmiş “Hyundai Sonata" markalı, ağ mirvari rəngli, **HH-*** dövlət qeydiyyat nişanlı, Ban KMHEC41CBBA120756 nömrəli avtomobili ilkin ödəniş etməklə mülkiyyətçisi olmuşdur. Həmin avtomobilə AB536141 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı ipoteka ilə yüklü edilmiş “Hyundai Sonata" markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 iyul 2010-cu ildə uzun müddətli etibarnamə ilə Cavabdeh Asəf oğluna satmışdır. Cavabdeh öhdəsinə götürmüşdür ki, Banka olan borcu ödəyəcəkdir. Lakin cavabdeh həmin avtomobili 22 iyul 2010-cu il tarixdə X1 və ona etibarnamə vermişdir, lakin yenidən həmin tarixdə etibarnaməyə xitam verilmişdir. Cavabdeh 30 iyul 2010-cu ildə X2 və ona etibar namə vermişdir. Həmin etibarnaməyə yenidən 30 iyul 2013-cü ildə xitam verdirmişdir. İddiaçı həmin avtomobillə bağlı bank ödənişinin olmaması barədə xarici ölkəyə gedən zaman sərhəd keçid məntəqəsində onun ölkədən giriş və çıxışa məhdudiyyət qoyulduğundan xəbərdar olmuşdur. İddiaçı həmin vaxt cavabdehlə əlaqə saxlayaraq avtomobillə bağlı banka niyə ödəniş etmədiyini soruşmuş, cavabdeh isə avtomobili başqa şəxslərə satdığını bildirmişdir. İddiaçı ona etibarnamə ilə etibar etdiyi 44 “Hyundai Sonata" markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili geri verməsini tələb etsə də tələbi cavabsız qalmışdır. Göründüyü kimi Cavabdeh etibarnamə ilə aldığı avtomobildən istifadə etmiş, lakin ipotekada olan avtomobillə bağlı “xxxx” ASC-yə ödəməli olan aylıq ödənişi etməmişdir. Azərbaycan Respublika sı Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə ünvanlan sorğudan da görünür ki, İddiaçı mülkiyyətçisi olduğu “Hyundai Sonata" markalı **-HH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehin sahibliyindədir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “xxxx" ASC-nin Şamaxı filialında girov müqaviləsi ilə yüklü edilmiş “Hyundai Sonata" markalı, ağ mirvari rəngli, **-HH-*** dövlət qeydiyyat nişanlı Ban KMHEC41CBBA120756 nömrəli avtomobili banka olan qalıq borcunun, yəni ödənilməmiş hissəsini ödəmək şərti ilə cavabdehə satmışdır. Cavabdeh öhdəsinə götürmüşdür ki, Banka olan borcu tam ödəyəcəkdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, cavabdeh məhkəmədə vermiş olduğu izahatında bildirmişdir ki, iddiaçıdan 3000032000 ABŞ dolları dəyərində olan “Hyundai Sonata" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 ABŞ dolları ödəməklə almış və avtomobilə görə banka pul ödənilməli olduğunu bilmiş və həmin kredit borcunun ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1064/19 say lı, 09 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təxminən 9 il bundan əvvəl 2010-cu il tarixdə işlədiyi müəssisəyə adını bilmədiyi iki nəfər yaxınlaşaraq, “Hyundai Sonata” markalı avtomobili satmaq istədiyini bildirmiş, avtomobilin qiyməti aralarında 12000 ABŞ dolları olaraq razılaşdırılmış, avtomobilin qanuni sahibi gətirilərək, ona baş etibarnamə verməklə avtomobil onun tərəfindən 12000 ABŞ dolları iddiaçıya ödənilərək, iddiaçıdan alınmışdır. O, alqı-satqı ilə məşğul olduğundan, həmin avtomobili 200 dollar bahasına, 12200 ABŞ dolları müqabilində tərəfindən baş etibarnamə verilməklə digər şəxsə satmışdır. Burada onun iddiaçının dediyi kimi avtomobilin borcunun ödənilməsi kimi rəsmi öhdəlik və məsuliyyəti olmamışdır. Eyni zamanda, onun tərəfindən iddiaçı ilə avtomobilə aid digər borc və ya hər hansı kredit müqaviləsi bağlanmamışdır. İddiaçının iddia etdiyi ipoteka ilə bağlı qeyd etmişdir ki, ipoteka yüklülüyünün ona aid olması, o halda inandırıcı və mümkün ola bilərdi ki, bu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilsin. Qanunun tələbindən göründüyü kimi ipoteka ilə yüklü olan daşınar əmlaka dair öhdəlik o zaman ona aid olar və etibarlı sayılardı ki, bu barədə notarial qaydasında razılaşma olmalı və razılaşma və ya ipotekanın ona keçməsi barədə müqavilə daşınar əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Ancaq bu sənədləşmənin heç biri aralarında olmamışdır v ə ipotekanın ona keçirilməsi barədə rəsmi qeydiyyat aparılmamışdır. Buna görə də qarşı tərəfin avtomobilə olan borcun onun tərəfindən öhdəlik kimi götürülərək, ödənilməli olması barədə dedikləri, tamamilə yalan, əsası olmayan, bank, qarşısında məsuliyyətdən yayınmaq məqsədi daşıyan ifadələrdir. Ancaq bu pulun ödənəcəyi barəsində də aralarında hər hansı müqavilə və sənədləşmə olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tarverdiyev) 26 avqust 2020-ci il tarixli 2(103)-3508/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1064/19 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş iddia tələbinin rədd ed ilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmə qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılmasında iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə ve riləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı iş üzrə onunla cavabdeh arasında öhdəliyin verilməsi barədə razılaşma olması, eyni zamanda, öhdəliyin üçüncü şəxsə verilməsi barədə kreditorun (bankın) razılıq verməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5796/2012 saylı, 06 dekabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, bank öhdəliyin borclusu (tərəf) kimi hazırkı İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, onun iddia tələbi təmin edilmiş, həmin qətnamə qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 522.2, Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3508/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 9.1, 13, 76, 80- 82, 88, 217-218-ci maddələrinin, Azərbaycan Respublikası MM-nin 14, 385- 386, 396, 425, 442-443, 740.1-ci maddələrinin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmaması nəticəsində düzgün olmayan qətnamə çıxarılmışdır. Apellyasiya məhkəməsi qətnamə çıxararkən ilk növbədə hamıya bəlli olan aşkar məlumatları - etibarnaməni, cavabdehin avtomobillə bağlı banka sərbəst kredit ödənişləri etməsi kimi hüquqi əhəmiyyətli faktı açıq-aşkar işdə cavabdeh tərəfin öhdəliyinin əsası kimi görməməyə çalışmışdır. Nəticədə, məhz bu mülki kazusun şərhində ciddi səhv etmiş, münasibəti düzgün şərh etməmişdir. Belə ki, mülki hüquq pozuntusunda iştirak edən tərəflər - bankdan avtomobil əldə edən şəxs olan iddiaçı və etibarnamə əsasında avtomobil əldə etmiş və krediti ödəməklə iddiaçı qarşısında üçüncü şəxsə olan borcu ödəməyi öhdəsinə götürmüş şəxsdir. Bu hüquqi əhəmiyyətli fakt və tərəflər arasındakı bu hüquqi əhəmiyyətli faktla bağlı mübahisəyə Azərbaycan Respublikası MM-nin 522-ci maddə sinin tətbiqi deyil, ziyan vurmaqdan əmələ gələn öhdəliklərin pozulmasının müəyyən edən Azərbaycan Respublikası MM-nin 14, 21, 385-386, 396, 442, 1097-ci maddələri tətbiq edilməlidir. Belə ki, mübahisəli münasibətə məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası MM-nin 522-ci maddəsinin tətbiqi prizmasından baxsaq, bu əməldə iddiaçı ilə cavabdeh arasında əldə edilmiş razılığın, yəni cavabdehin həmin avtomobilə görə qalan kreditin ödənilməsi öhdəliyinin yaranması və mövcud olması həm əmlakın ona keçməsi, habelə avtomobilə görə müstəqil kredit ödənişləri etməsi faktı cavabdehin öhdəliyinin mövcudluğunun sübutu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 425-442-ci maddələrinə əsasən öhdəliyin pozulması, icra edilməməsi dedikdə onun pozulması və lazımınca (vaxtında) icra ed ilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə ki, cavabdeh tərəflə iddiaçı arasında bağlanmış və etibarnamə ilə təsdiqini tapan münasibətlər dairəsi və bu münasibətlər dairəsində cavabdehin etibardan sui-istifadə etməsi faktı aşkar olaraq həm də avtomobili uzun müddət özündə saxlaması, avtomobilə görə müstəqil kredit ödəməsi faktı mülki hüquq və vəzifələrin əmələ gəlməsi öhdəliyinin həm yaranması, həm də pozulmasına yol verilməsi deməkdir. Məhkəmə isə hüquqi əhəmiyyət kəsb edən bu məsələləri şərh edərkən səhvə yol verməklə iddiaçının hüquqlarını pozan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385-386, 417-418-ci maddələrinə əsasən İş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır. Çünki məhkəmə tətbiq olunmalı qanunu deyil, bu mülki mübahisənin həllinə aidiyyəti olmayan qanunu tətbiq etmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-yə edilmiş sorğunun cavabından görünür ki, İddiaçı mülkiyyətçisi olduğu “Hyundai Sonata” markalı, ağ mirvari rəngli, **-HH-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh sahibliyində qalmışdır. “xxxx “ASC-nin verdiyi çıxarışdan görünür ki, avtomobilə görə banka olan qalıq borcdan 06 avqust 2010-cu ildə 892 manat, 14 sentyabr 2010-cu ildə 920 manat, 24 noyabr 2010-cu ildə 1400 manat ödəniş edilmiş, sonra qalan ödənişlər edilməmişdir. Yəni avtomobil uzun müddətli etibarnamə ilə cavabdehə verildikdən sonra banka avtomobillə bağlı qalıq borca görə üç dəfə müstəqil ödəniş edilmişdir, hətta 14 sentyabr 2010-cu ildə ödənilən məbləğ Quliyev El çinin adından ödənilmişdir. Yəni, cavabdehin 22 iyul 2010-cu ildə avtomobili etibarnamə ilə verdiyi şəxsin adından ödənilmişdir. Bu da onu göstərir ki, cavabdeh avtomobillə bağlı qalan ödənişləri banka edəcəyi barədə öhdəlik götürmüş, bununla bağlı etibarnamə ilə avtomobili əldə etdikdən sonra banka kredit ödənişləri etmiş, hətta başqa şəxsə etibarnamə ilə avtomobili verərkən onun da üzərinə banka ödənişlər etməsi öhdəliyini qoymuşdur. Bu müddət ərzində banka üç dəfə ödəniş edilmiş, sonradan ödənişlər edilməmişdir. Əgər cavabdeh həqiqətən də avtomobili iddiaçıdan 12000 ABŞ dollarına almışdırsa və qalıq ödənişləri ödəməyi öhdəsinə götürməmişdirsə onda avtomobili etibarnamə ilə aldıqdan sonra banka üç dəfə ödəniş etməzdi. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı v ə ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Nümayəndə1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X9 oğlu kassasiya şikayətinin dəlilərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varl ığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması idd iaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehlə razılaşmaya əsasən avtomobilə görə kreditin cavabdeh tərəfindən ödənilməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında öhdəliyin verilməsi barədə razılaşma olması, eyni zamanda, öhdəliyin üçüncü şəxsə verilməsi barədə kreditorun (bankın) razılıq verməsinə dair hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçının cavabdehə verdiyi etibarnaməyə gəldikdə isə, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Bu etibarnamə iddiaçının borclarının cavabdeh tərəfindən icra edilməli olması öhdəliyinin yaranması üçün əsas deyil. Kassasiya şikayətinin tərəflər arasında ziyan vurmaqdan əmələ gələn öhdəliklərin yaranması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1. 5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosess ual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3508/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.