Məhkəmə qərarları › İş №2(102)-502/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-502/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-502/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(106)-1457/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı (Vəkil2) şikayəti üzrə işə yazılı icraat qaydasında 10 iyun 2022-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 200.000 ABŞ dolları (ödənilən zaman manatla) və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, həmçinin mənəvi zərərə görə 20.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla daş alveri ilə bağlı şərikli biznes yaratmaq qərarına gəlmiş və şərikli olaraq bu işə başlamışlar. Onlar müxtəlif vaxtlarda daş alıb-satmış, qazanc əldə etmişlər. Birgə alverdən götürəcəkləri gəlirdən aralarında pul bölgüsü aparılacaqdı. Cavabdehlə ortaqlıqlarının yekunu olan 08 avqust 2018-ci il tarixli yazılı qəbz tərtib etmişlər. Həmin qəbz tərtib edilərkən cavabdehin artıq borclu şəxslərdən borcları yığdığını bilməmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh gəlirləri yığmış, ona düşəcək pulları verməmiş, ümumiyyətlə, pulu götürməsini gizlətmişdir. Tərtib edilmiş qəbzə əsasən, gəlirlər bölünməli idi. Lakin cavabdeh aralarında olan bu öhdəliyi pozmuş, iddiaçıya çatacaq pulu ödəməmişdir. Hazırda cavabdehin ona 200000 ABŞ dolları borcu vardır. Cavabdeh borcu könüllü ödəmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh eyni zamanda bu hərəkətləri nəticəsində ona mənəvi zərər də vurmuşdur. Belə ki, o, cavabdehin onu aldatdığını biləndən sonra mənəvi iztirablar keçirmişdir. İddiaçı mənəvi zərəri 20000 manat qiymətləndirir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 29.000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçılə 2010-cu ildə tanış olmuşdur. İddiaçı Bakı şəhərində yerləşən daş sexlərinə mişar daşı paylayırdı. İddiaçının özü də daş ustası olduğuna görə onunla tanışlıq münasibəti yaranmışdır. 2014-cü ilin təxminən aprelmay aylarında İddiaçı ona bildirmişdir ki, Gürcüstan Respublikasında yerləşən Kutaisi rayonunda yaxşı daş yeri müəyyənləşdirmişdir. Lakin onun pulu olmadığından qarşılıqlı iddiaçıya təklif edərək bildirmişdir ki, həmin işi görən şəxslərlə onu tanış edəcək və bunun müqabilində qarşılıqlı iddiaçının özü İddiaçı qazancı bölməyi təklif etmişdir. Bu məqsədlə hər ikisi birlikdə Gürcüstan Respublikasına getmişlər. Orada İddiaçı qarşılıqlı iddiaçını Tengiz adlı şəxslə tanış etmişdir. Gürcüstanda olan daşların tədarük olunması məqsədilə qarşılı qlı iddiaçı cavabdehə müxtəlif vaxtlarda özünün hesabı ilə 191000 ABŞ dolları pul versə də, cavabdeh ona bildirmişdir ki, guya ona cəmi 151000 ABŞ dolları pul verilmiş, o isə həmin pulu Tengiz adlı şəxsə çatdırmışdır. Tərəflər haqq-hesab edərkən İddiaçı ona bildirmişdir ki, 58000 ABŞ dolları məbləğində Tengizdə depozit pulları qalmışdır və əvvəl göndərilən daşların pullarını İddiaçı özünə götürmüş, tez bir zamanda həmin puldan ona çatacaq 19000 ABŞ dolları müqabilində daş verəcək. Hətta həmin razılaşma zamanı o, İddiaçı çox güzəştə getmişdir. Belə ki, İddiaçı ona 19000 ABŞ dolları yox, daha çox pul verməli idi. Sonra 08 avqust 2018-ci il tarixdə İddiaçılə olan razılaşmaları əsasında həmin 19000 ABŞ dolları və Gürcüstan Respublikasında fəaliyyət göstərən Tengiz adlı şəxsdə qalan 58000 ABŞ dollarını ikisinin pulu kimi qeyd edərək tez bir zamanda həmin borclarını ona çatdıracağını bildirmişdir. Lakin İddiaçı vədinə əməl etmədiyinə və həmin zaman Tengizdən pulun alınmadığını ona bildirdiyinə görə, qarşılıqlı iddiaçı 19000 ABŞ dollarında borcun qaytarılması barədə iddia qaldırmışdır. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Suraxaı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Gürcüstan Respublikasında fəaliyyət göstərən Tengiz adlı şəxslə danışdıqda müəyyən olunmuşdur ki, Tengizdə olan pula görə veriləcək bütün daşları İddiaçı qarşılıqlı iddiaçının məlumatı və xəbəri olmadan ondan almışdır. Pulun alınmasını Tengiz Svintradzenin yazmış olduğu ərizə də təsdiq edir. Cəlilabad Rayon Məhkəmə sinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Q.Paşayev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı 29.000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(106)2098/2021 saylı qətnaməsi ilə (hakimlər – İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və T.X.Heydərov) apellyasiya şikayəti qismən təmin olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(073) -1168/2020 saylı qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 30000 ABŞ dollarının ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(102)-1893/2022 saylı qərarı( hakimlər- A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2098/2021 nömrəli iş üzrə 21 oktyabr 2021ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2(106)1457/2022 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1168/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı vergi ödəyicisi olaraq ********** qeydiyyat sayı (VÖEN) ilə, Cavabdeh vergi ödəyicisi kimi ********** eyniləşdirici nömrəsi ilə (VÖEN) uçota alınmışdır. Hazırkı iş üzrə mübahisənin subyektlərinin hər ikisinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması görünür. Bundan başqa, mübahisə predmeti olan və həm ilk, həm də qarşılıqlı iddia ərizələri vasitəsilə tələb edilən pul məbləğinin yaranma əsası kimi də məhz mübahisə subyektlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması çıxış edir. Belə ki, tərəflərin əvvəllər daş materiallarının alğı-satqısı üzrə şərikli kommersiya fəaliyyəti göstərməsi işin mübahisəsiz halıdır. Həm İddiaçı, həm də Cavabdeh tələb etdiyi pul məbləğləri isə məhz həmin kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərdən ibarətdir. Bu isə tərəflər arasındakı mübahisənin predmetinin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm aralarında yaranmış münasibətlərin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. İddiaçı (vəkil X1) qərardaddan şikayət verib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 2018-ci ildə Cavabdeh eyni qəbzə istinad etməklə ona qarşı qaldırdığı iddiaya ümumi məhkəmədə, Suraxanı rayon Məhkəməsində baxılıb qətnamə qəbul edilmiş, həmin qətnamədən verilən kassasiya şikayətləri təmin edilməmiş, onun qarşılıqlı iddiasə isə icraata qəbul edilməyərək yeni iddiaformasında ümumi məhkəməyə müraciət etməsi izah olunmuşdur. Hazırda qaldırdığı iddia da eyni tərəflər arasında eyni münasibətlə rin nəticəsi olmaqla, eyni qəbzə istinad edilməklə pul tələbi ilə bağlıdır. Uzun müddət davam edən məhkəmə mübahisəsi zamanı heç kim aidiyyət qaydalarının pozulduğunu vurğulamamışdır. İş üzrə kassasiya məhkəməsi də bunu müəyyən etməmiş, başqa əsaslarla qətnaməni ləğv etmişdir. Hazırki mübahisə şəriklər arasında qəbzə əsasən yaranmış pul tələbi barədə olduğundan kommersiya məhkəməsinə aid deyil. Azərbaycan Respublikası MPM-nin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43- cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı ik i qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflərin subyekt tərkibini, onlar arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini və mübaisənin predmetini nəzərə alıb hesab edir ki, həm iddiaçı, həm də cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidirlər. Bu tərəflər arasında yaranan mübahisə isə onların şərikli biznes fəaliyyəti əsasında birgə daş alverindən əldə edəcəkləri qazanc bölgüsü üzrə pul tələbinə olduğundan sahibkarlıq fəlailyyətindən irəli gələn mübahisədir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əvvəllər yaranan mübahisənin ümumi məhkəmədə baxılması və həmin iş üzrə məhkəmə aidiyyətinin pozulmasının aşkar edilməməsi, hazırki işin məhkəmə aidiyyət qaydaları pozularaq ümumi məhkəmədə baxılması üçün əsas ola bilməz. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-cü maddəsinin tələblərini rəhbər tutaraq ka ssasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar