Məhkəmə qərarları › İş №2(102)-502/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-502/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-502/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 (X5 əsl iddiaçı X6 ilə əvəz edilmişdir) cavabdeh "xxxx" MMC və "xxxx" BOKT ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-502/2024 (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X2 (X5 əsl iddiaçı X6 ilə əvəz edilmişdir) cavabdeh "xxxx" MMC və "xxxx" BOKT ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “hərracın nəticələ ri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2912/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 29 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(009)2828/2018 saylı qətnaməsi ilə "xxxx" BOKT ASC-nin cavabdehlər X6 və X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, X5 ilə bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə xitam verilməsi, ondan bankın xeyrinə cəmi 23550 ABŞ dolları məbləğində pulun ödənilən anda manata məzənnəsi nəzərə alınmaqla tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 130000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyana qaytarılması, ipotekada olan mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması qət edilmişdir.

2. Həmin qətnamədən X2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1 34/20 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipotekanın ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, mənzilin ilkin satış qiyməti 162.000 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qətnamədən X6 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3709/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. İş üzrə qətnamə icraya yönəldilmiş, Səbail rayon İcra şöbəsi 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubu ilə hərracın keçirilməsini Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nə həvalə etmişdir. 5. "xxxx" MMC tərəfindən ipoteka predmetin in 162.000 manat məbləğində satılması üçün açıq hərracın keçirilməsi 01 dekabr 2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmiş və bu barədə tərəflərə 05 noyabr 2020-ci il tarixli 01 nömrəli bildiriş göndərilmişdir.

6. Hərrac baş tutmadığına görə ilkin satış qiymətindən 15% aşağı - 137700 manat qiymətə 18 dekabr 2020-ci il tarixə təkrar hərrac təyin edilmiş, bu barədə tərəflərə bildiriş göndərilmiş, qəzetdə elan verilmişdir.

7. Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq, borcluların tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız sayılması barədə iddia verildiyinə görə icra sənədi üzrə icraatın dayandırıldığını bildirmiş və hərracın dayandırılmasını xahiş etmişdir.

8. Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə xx.xx.2021-ci i l tarixli məktub ünvanlayaraq, qeyd olunan icra sənədi üzrə zərurət aradan qalxdığına görə hərracın davam etdirilməsini xahiş etmişdir.

9. Bundan sonra hərrac təşkilatçısı təkrar hərracın keçirilməsini 02 avqust 2021-ci il tarixə təyin etmiş, tərəflərə bu barədə bildiriş göndərmiş və “Birja yenilikləri” qəzetində elan dərc etmişdir.

10. Təkrar hərrac baş tutmamış və ipoteka predmeti olan əmlak təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə - 103275 manata “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir. Buna dair 13 avqust 2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.

11. Tələbkar tərəfindən əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyl i küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil üzərində tələbkarın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

12. İddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən banka ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, məhkəmə qətnaməsini könüllü icra edərək mənzili özü satmaq istəyir, bu səbəbdən banka qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaiti ondan əvvəlcədən qəbul etməklə, mənzilin satılmasına dair razılıq verilməsini xahiş edir.

13. İddiaçının nümayəndəsi L.Zalıyeva tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən məlum olur ki, qətnamə ilə müəyyən edilmiş 23550 ABŞ dolları məbləğində vəsaitinin ondan qəbul edilməsini tələbkardan xahiş etmiş, tələbkara ünvanlanmış məktubu ə lavə etməklə hərracın dayandırılmasını xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi tərəfindən eyni tarixli Səbail Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış müraciətində tələbkar və hərrac mərkəzinə təqdim etdiyi yuxarıda istinad olunan ərizələri qoşmaqla hərracın dayandırılması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı X6 cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzi tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04№-li hərracın yekun nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iddiaçı X7 əsl iddiaçı X6 ilə əvəz edilmişdir.

17. İddi açı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2828/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə qeyd edilən əmlakın açıq hərracdan satılması üçün Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə sifariş vermişdir. Əmlak açıq hərraca çıxarıldığı zaman tələbkar "xxxx" BOKT MMC-yə müraciət edərək, məhkəmə qətnaməsi ilə təmin edilmiş 23.550 ABŞ dolları məbləğində pul vəsaitinin ondan qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda hərrac mərkəzinə və İcra Şöbəsinə müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Bundan sonra dəfələrlə tələbkara göstərilən məbləğdə pul vəsaitini ondan qəbul etmələrini xahiş etsə də, tələbkar ondan əlavə olaraq 10.000 ABŞ dolları pul vəsaitini tələb etmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə təyin edilmiş pul vəsaitinin ondan qəbul edilməsi təmin edilməmişdir. Oktyabr ayında ona məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak dəyərindən ən azı iki dəfə aşağı qiymətə - 103.275 manata tələbkarın mülkiyyətinə verilmişdir.

18. Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ( hakim Gültəkin Əsədova) iddia təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən X4 məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili 103275 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi "xxxx" MMC tə rəfindən 13 avqust 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı şəxs X1 hərracın vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin açıq hərraca çıxarılması barədə elan dərc edilmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müəyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kim i, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur.

21. Məhkəmə mövqeyini İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.2-41.5, 44, 53.1, 53.2, 53.3, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1 və 416-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı X6 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur, belə ki, 2021-ci ilin yanvar ayında hərracın keçirilməsi barədə məlumat aldıqda o, tələbkar banka məhkəmə qətnaməsi ilə təmin edilmiş 23550 ABŞ dolları məbləğində pul vəsaitini ödənilməsi barədə müraciət etmiş, lakin bank borcdan əlavə 10.000 ABŞ dolları tələb etmişdir. Daha sonra isə onlar banka müraciət edərək evin onların özləri tərəfindən başqa şəxsə satılması barədə razılıq verilməsini xahiş etmiş, lakin yenə də heç bir razılıq əldə olunmamışdır. Bütün müraciətlər rəsmi şəkildə olmuşdur. Bank onların pis vəziyyətdə olmasından istifadə etmiş, yanvar ayında keçirilməli olan hərrac keçirilməmiş, onlara cavab verilməmiş müddət süni şəkildə uzadılmış, daha sonra avqust ayında olan hərracdan onların məlumatı o lmamışdır. Rayon məhkəməsi yalnız hərracdan məlumatlı olmalarına istinad edərək iddia tələbini təmin etməmiş, işin faktiki hallarını araşdırmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 2957/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.Şirinov, X.Sarıyev, A.Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifarişi ilə “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekun nəticələri barədə protokol və ona əsasən bağlanmış a lğı-satqı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edir ki, İddiaçı bankdan kredit götürmüş və təminat kimi mülkiyyətində olan mənzili ipotekaya qoymuş, sonradan kredit məbləğini ödəyə bilməmiş, bundan sonra borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi barədə məhkəmə qətnamə qəbul etmiş, son olaraq ondan ümumilikdə 23 550 ABŞ dolları məbləğində pulun tutulmuş, ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətini isə 162 000 manat müəyyən edilmiş, qətnamə icraya yönəldilmişdir. Hərracdan öncə iddiaçı borc məbləğini könüllü olaraq ödəmək istəmiş və bununla bağlı banka müraciət etsə də, bank ondan öhdəliyin icrası üçün əlavə vəsait tələb etmiş və icranı qəbul etməmiş, bu səbəbdən borclu öhdəliyi icra edə bilməmiş, sonradan borclu mənzilin satışı üçün real alıcı olduğunu və mənzili yaxşı qiymətə sataraq borcu ödəmək istədiyini bildirsə də, bank yenə də borclunun təklifindən imtina etmiş və bu dəfə də icranı qəbul etməmişdir. Eyni zamanda, apellyasiya icraatı zamanı bankın nümayəndəsi ipoteka qoyulmuş mənzil onlar tərəfindən əldə olunanadək borclu tərəfindən borcun ödənilməsinə cəhd olduğunu təsdiq etmiş, lakin borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir. Həmçinin, ipotekada olan mənzilin satışı ilə bağlı ilkin hərracın keçirilməsi 01 dekabr 2020-ci il, icra məmuru tərəfindən hərrac mərkəzinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda hərracın dayandırılması xahiş olunsa da, sonradan hərrac 18 dekabr 2020-ci il tarixinə təyin olunmuş, 02 avqust 2021- ci il tarixdə yenidən (üçüncü dəfə) hərrac keçirilmiş, hərrac mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin əmlak 103 275 manata tələbkara təklif olunmuş, avqust 2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil bank tərəfindən 103 275 manata əldə edilmişdir. Belə ki, hərrac keçirilənədək iddiaçı (ipoteka saxlayan) tərəfindən əsas öhdəlik üzrə borcun ödənilməsi barədə təkliflə banka (ipoteka saxlayana) müraciət edilməsi hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. “İpoteka haqqında” Qanunun 46.1 və Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin imperativ tələblərinə əməl olunmamasının müəyyən olunması öz-özlüyündə ipoteka saxlayana məxsus əmlakın satışı ilə əlaqədar hərracın keçirilməsi ilə bağl ı bütün hərəkətlərin etibarsızlığını şərtləndirir.

26. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, hərracın keçirilməsi zamanı “İpoteka haqqında” Qanunda, eləcə də Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl edilməsinin ayrıca yoxlanılmasına lüzum yoxdur. Baxmayaraq ki, hərracın keçirilməsi zamanı da cavabdeh hərrac mərkəzi tərəfindən aşkar qanun pozuntularına yol verilmişdir. Belə ki, borclunun müraciəti əsasında sifarişçi kimi icra məmuru hərrac mərkəzinə ünvanladığı hərracın dayandırılması ilə bağlı xx.xx.2020-ci il tarixli tapşırığına əməl etməyərək 18 dekabr tarixində ikinci hərracı keçirmişdir.

27. Bundan başqa araşdırmalar zamanı müəyyən olunmuşdur ki, hərrac mərkəzi tərəfindən 01 dekabr və 18 dekabr tarixlərində iki hərracın keçirilməsinə baxmayaraq, 02 avqust 2021-ci il tarixdə qanuna zidd olaraq üçüncü dəfə hərrac keçirilmişdir.

28. Məhkəmə kollegiyası mövqeyini “İpoteka haqqında” Qanunun 43, 46.1, 48, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416, 425.1, 425.2, 445.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 386 və 388-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Üçüncü şəxs "Finoko” BOKT ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əsas öhdəlik üzrə borcu bağlamaq niyyətini bəyan etməsi icra işinə xitam verilməsi üçün əsas deyildir. İddiaçı borcunu həm krediti qrafik üzrə ödəməsi üçün nəzərdə tutulan bank hesabına, həm də qətnamənin icra prosesini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ödəyə bilərdi. Faktiki olaraq isə iddiaçı qətnamə üzrə olan borcunu ödəməmişdir.

31. İddiaçının ipoteka predmetini satmaq istəməsi onun əsas öhdəlik üzrə borcunu tam icra etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəmə iclasında etiraf etmişdir ki, üçüncü şəxs ilə ipoteka predmeti olan mənzilin satılması üçün danışıqlar aparılan zaman mənzilin satılması üçün müştəri tapsa belə, sonradan həmin şəxs mənzili almaqdan imtina etmişdir. Belə ki, mənzilin satılması üçün real alıcı olmamışdır. İddiaçı icra sənədini könüllü olaraq icra etməmişdir və ya icra etməsinə dair sübutu müvafiq quruma təqdim etməmişdir.

32. Həmçinin, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş borcluya təqdim edildiyi gündən etib arən ipoteka predmeti üzərində ipoteka qoyanın hüquqları məhdudlaşdırılmışdır. Yəni, iddiaçı ipoteka predmeti olan əmlakın satılmasını tələb etmək hüququ yox idi və üçüncü şəxs qanuni olaraq ipoteka predmetinin satılmasına razılıq verməyə bilərdi.

33. Apellyasiya instansiya məhkəməsinin üçüncü şəxsin ipoteka predmetinin satılmasına razılıq verməməsini qanun pozuntusu kimi qiymətləndirməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, məhkəmə hərracın üç dəfə keçirilməsi ilə bağlı olan hissədə sübutları düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)5229/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər (İ.Ə.Şəfiyev sədrlik edən, məruzəçi) Ə.A.Əhmədov və V.T.Həsənov) kassasiya şikayətinin qismən təmin edil məsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2957/2022 nömrəli, 9 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

35. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qeyd edir ki, borcu ödəmək istəsə də, tələbkar əlavə pul tələb edərək, ondan borc məbləğini qəbul etməmişdir. Cavabdeh iddiaçının bu dəlili ilə bağlı birinci instansiya məhkəməsində bildirmişdir ki, iddiaçı ödəniş etmək istədiyi halda tələbkarın buna mane olması və ya borc məbləğini qəbul etməməsi mümkün deyil. Çünki kredit müqaviləsi üzrə borcun ödənilməsi müvəkkil banklarda olan hesabları vasitəsilə həyata keçirilir. Həmçinin cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında da q eyd etmişdir ki, hərrac ərəfəsindəki danışıqlarda iddiaçı tərəf mənzil almaq üçün real alıcı tapacağını bildirmiş, lakin konkret addımlar atmamışdır. İşdə olan bu sübutlar əsasında apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «hərracdan öncə iddiaçı borc məbləğini könüllü olaraq ödəmək istəmiş və bununla bağlı banka müraciət etsə də, bank ondan öhdəliyin icrası üçün əlavə vəsait tələb etmiş və icranı qəbul etməmiş, bu səbəbdən borclu öhdəliyi icra edə bilməmiş, sonradan borclu mənzilin satışı üçün real alıcı olduğunu və mənzili yaxşı qiymətə sataraq borcu ödəmək istədiyini bildirsə də, bank yenə də borclunun təklifindən imtina etmiş və bu dəfə də icranı qəbul etməmişdir. Eyni zamanda, apellyasiya icraatı zamanı bankın nümayəndəsi ipoteka qoyulmuş mənzil onlar tərəfindən əldə olu nanadək borclu tərəfindən borcun ödənilməsinə cəhd olduğunu təsdiq etmiş, lakin borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdi. Məhkəmə bu barədə nəticəyə gələrkən cavabdehin etiraz dəlillərinin ağlabatan olmadığını əsaslandırmamışdır. Çünki həqiqətən də iddiaçının tələbkarla razılaşma olmadan borcu bank hesabına ödəmək imkanının olması araşdırlmayıb. Tələbkarın borcu qəbul etməkdən imtina etdiyi halda belə, iddiaçının borcu ödəmək üçün icra məmuruna müraciət etməməsinin səbəbləri də müəyyən deyil. Bu halların araşdırılması həm də ona görə əhəmiyyətlidir ki, iddiaçının qeyd olunan müraciətləri xx.xx.2021-ci il tarixdə olmuş, sonrakı hərrac isə xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Yəni iddiaçının təklifləri real idisə və tələbkar pulu qəbul etməkdən əsassız olaraq imtina etmişdisə, iddiaçının borcu ödəmək üçün qanunla nəzərdə tutulmuş başqa üsullardan istifadə etmək üçün kifayət qədər (7 aydan çox) vaxtı vardı. Bundan başqa, tələbkarın iddiaçıdan əlavə vəsait tələb etməsi barədə hər hansı sübut yoxdur. İddiaçının əsas dəlil kimi irəli sürdüyü “əlavə vəsait tələb etməsi” faktının müəyyən edilməməsi, özlüyündə tələbkarın “borclunun öhdəliyinin icrasını qəbul edilməməsinin səbəblərini izah etmək” öhdəliyindən də azad edir. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsində satışa xitam verilməsi üçün əsas şərt - əsas öhdəlik üzrə bütün tələbin ödənilməsidir. Buna görə də borcun qəbul olunması barədə iddiaçının məktubla müraciəti, Qanunun 46.1-ci maddəsinə istinadən ipotekanın hərracda satışına xitam veri lməsi üçün yetərli deyildir. Ümumiyyətlə həmin məktubdan sonra iddiaçının hansı hərəkətləri etməsi sübut olunmalıdır. İddiaçı isə məktubu yazandan sonra tələbkarın pulu qəbul etməkdən imtina etməsi, əlavə ödəniş tələb etməsi barədə hər hansı yazılı və ya sair sübut təqdim etmir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən işin faktik hallarını iddiaçının izahatına əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məh kəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına yol verməsini, icra məmurunun hərrac mərkəzinə ünvanladığı hərracın dayandırılması barədə xx.xx.2020-ci il tarixli tapşırığı olduğu halda buna əməl etməyərək 18 dekabr tarixində ikinci hərracı keçirdiyini, 02 avqust 2021-ci il tarixdə qanuna zidd olaraq üçüncü dəfə hərrac keçirməsini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ümumiyyətlə nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində verdiyi izahatlarında hərracın keçirilməsi i lə bağlı qeyd olunan pozuntulara yol verilməsinə istinad etməmiş, bu hallar iddianın faktik əsaslarını təşkil etməmişdir.

36. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8, 44, 46.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 218.1, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası aparılması qərara alınaraq tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

38. Ekpsertiza Mərkəzinin 0 4 avqust 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “FM Express” Məktub və bağlama daşınması xidmətinin ƏİV seriyalı 169141, 169140, 169973 nömrəli Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindəki alanın ünvanı qrafasındakı evin nömrəsini göstərən rəqəmlərdə düzəlişlərin aparıldığı ehtimal olunur. Həmin sənədlər surət olduğu üçün, yuxarıda qeyd edilmiş rəqəmlərdə hansı növ düzəlişlərin aparılmasını və ilkin yazıların müəyyən edilməsi üzrə tədqiqat işləri aparılmadı. Təqdim edilmiş “FM Express” Məktub və bağlama daşınması xidmətinin ƏİV seriyalı 169974 nömrəli Kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətində hər hansı düzəlişlər müəyyən edilmədir.

39. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2912/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı il ə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmmədov Məmməd) iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun, 163052/20-xx-xx/5314 saylı xx.xx.2021-ci il tarixli məktubunun və "xxxx" BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekun nəticələri barədə protokol (hərrac və ona əsasən bağlanmış alğı-satqı müqaviləsi) etibarsı z hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-10; Mülki Məcəllənin 152-158, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-46; Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac üzrə işin hallarına düzgün qiymət verilməmişdir.

41. Məhkəmə kol legiyası qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə, yalnız işdə olan sübutlar və apellyasiya icraatı zamanı əlavə təqdim edilməsi mümkünlüyü müəyyən edilən tərəflərin təqdim etdiyi əlavə sübutlar əsasında baxmalıdır. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının sübut kimi onun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 23550 ABŞ dolları məbləğdə vəsaitin əvvəlcədən qəbul edilməsini və əmlakın alğı-satqısına razılıq verilməsini xahiş etməsi barədə icra məmuruna, tələbkara və hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə ünvanlandığı məktubların göndərilməsi və tələbkara çatması mübahisələndirilmir. Kassasiya instansiya məhkəməsi qərarında cavabdehin mövqeyinə istinad etmiş, lakin iş materiallarının tədqiqi cavabdehin heç bir instansiya məhkəmə sində iştirak etmədiyini, etiraz, mülahizə, şikayət və ya mövqeyini əks etdirən hər hansı sənədi məhkəmələrə təqdim etmədiyini göstərir. Bundan əlavə kassasiya instansiya məhkəməsi iddiaçının tələbkarla razılaşma olmadan borcu bank hesabına ödəmək imkanının olmasının araşdırılması, tələbkarın borcu qəbul etməkdən imtina etdiyi halda belə, iddiaçının borcu ödəmək üçün icra məmuruna müraciət etməməsinin səbəblərinin müəyyən olmadığı, kifayət qədər (7 aydan çox) vaxtı mövcud olması qənaəti üzrə iddiaçı tərəfin mövqeyi belə olmuşdur ki, bank hesablarını təqdim etmək "xxxx" ASC-nin üzərində idi, icranı qəbul etmək kimi niyyəti olsa idi, rəsmi məktubla müraciət edib bank hesablarını təqdim edə bilərdi. Bu faktı təkzib edən, yəni üçüncü şəxs tərəfindən iddiaçının məktubunun cavabsız qoyması heç bir sübutla təsdiq edilmir. İddiaçının iddia ərizəsində və izahatlarında qeyd etdiyi kassasiya instansiya məhkəməsinin qərarında araşdırılması əks olunmuş, tələbkarın iddiaçıdan əlavə vəsait tələb etməsi barədə hər hansı sübutun təqdim edilməməsi əsasları, məhkəmə iclasları zamanı məsələnin barışıqla həll edilməsi müzakirələrində tələbkarın əlavə xərclərinin olması barədə əsaslarla razılıqdan imtinası ilə sübuta yetirilir.

42. Həmçinin hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına qiymət verilməsinə dair kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı ümumiyyətlə nə iddia ərizəsində, nə də birinci instansiya məhkəməsində verdiyi izahatlarında hərracın keçirilməsi ilə bağlı qeyd olunan pozuntulara yol verilməsinə istinad etməmiş, bu hallar iddian ın faktiki əsaslarını təşkil etməmişdir. Qeyd edilməlidir ki, tələb üzrə mübahisələndirilən protokol iddianın əsaslandırılmasından asılı olmayaraq, ilk növbədə buna əsas olmuş hərracın keçirilməsinin qanuniliyinin yoxlanılmasını tələb edir. Bununla belə qeyd edilməlidir ki, iddia ərizəsində və izahatlarında iddiaçı tərəf hərrac dayandırıldıqdan sonra oktyabr ayında ipoteka ilə yüklü edilmiş əmlakın dəyərindən ən azı iki dəfə aşağı qiymətə 103275 manata tələbkarın mülkiyyətinə verildiyinin ona məlum olduğunu bildirilmişdir. Hərracın keçirilməsi zamanı hərrac mərkəzinin qanun pozuntularına yol verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə qiymət verməsi isə prosessual qanunvericiliyin tələbidir. Beləliklə, kassasiya instansiya məhkəməsinin mövqeyində kassasiya şikayətində əks edilən v ə əsasən kassasiya şikayəti vermiş prosess iştirakçısına aid olan suallardan ibarət mövqe sərgilənmişdir. İşin hallarının yenidən araşdırılması zamanı ilk olaraq sübutetmə yükünə və sübutların mümkünlüyünə diqqətin yönəldilməsi ilkin vəzifələrdir. İddiaçının dəlilləri pul vəsaitinin ondan qəbul edilməməsi, özü tərəfindən satışın həyata keçirilməsinə imkan verilməməsi və qanun pozuntuları ilə həyata keçirilmiş hərracın etibarsızlığıdır. Pul vəsaitlərinin təklif edilməsinin sübut edilməsi iddiaçıya aid olduğu və bu halın mübahisələndirilmədiyi halda, pul vəsaitlərinin qəbul edilməsindən (təklifdən) imtinanın səbəblərinin sübut etmək vəzifəsi cavabdehə və üçüncü şəxsə aiddir. Üçüncü şəxsə qarşı tələb yönəlmədiyindən onun sübut etmək kimi vəzifəsi yox, maraqlarına toxunan hissədə hüququ vardır. Qeyd etdiyimiz kimi, cavabdehin məhkəmə proseslərində iştirak etməməsi və üçüncü şəxsə göndərilmiş eyni məzmunlu məktubu üzrə hərəkətlər barədə sonuncu tərəfindən sübutlar təqdim edilməmişdir. Üçüncü şəxsin mövqeyi isə iddiaçının bank hesablarından xəbərdar olmasıdır, lakin bank hesabları barədə məlumatı iddiaçıya bildirməsinin sübuta yetirilməməsi və iddiaçının müraciətlərinin cavabsız qalması sonuncunun bu dəlillərinin təkzibedilməz olduğunu müəyyən edir.

43. Hərracın yekunları barədə protokolun qəbulu üzrə qeyd edilməlidir ki, Cavabdeh 13 avqust 2021-ci il tarixli hərracın yekunları barədə 62/04 nömrəli protokolunun məzmununa əsasən X4 məxsus olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil ilkin satış qiyməti 162000 manat qiymətə alınmadığ ından, 15% aşağı qiymətə 137700 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə - 103275 manat olmaqla "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "Finoko” BOKT ASC tərəfindən əldə edilmişdir. 13 avqust 2021-ci il tarixli Hərracın yekunları barədə 62/04 nömrəli protokolda qeyd edilmişdir ki, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında müqavilə qüvvəsinə malik protokolu imzalamalıdır. Hərracın keçirilməsinə sifariş verən: İpoteka Haqqında qanunun 41.2 və 47 2 maddələrinin icrasına görə məsuliyyət daşıyır. Hərrac təşkilatçısı, kütləvi informasiya vasitələrində elanların dərc olunmasına, bildirişlərin tərəflərə göndərilməsinə, yerin ayrılmasına və hərracın keçirilm əsinə görə məsuliyyət daşıyır. Protokol imzalanmadan, möhürlə təsdiq edilmədən və xidmət haqqı ödənilmədən hüquqi qüvvəyə malik deyi. Ödənilən hərrac xərci kommersiya sirri sayılır, yalnız məhkəmə qaydasında həll edilə bilər. Bu protokol alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. Protokolla müəyyənləşmiş yeni mülkiyyətçinin qanunvericiliyə uyğun sənədləşməsinə, həmçinin qeydiyyatına görə adiyyatı orqanlar məsuliyyət daşıyır və qəbul olunmuş qərarlara görə hərrac təşkilatı huquqi məsuliyyət daşımır.

44. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 13 avqust 2021-ci il tarixli müqaviləyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbə sinin 163052/20-16-15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun, 163052/20-xx-xx/5314 saylı xx.xx.2021-ci il tarixli məktubunun və "xxxx" BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən müqavilə bağlanmışdır. “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nın direktoru X8 ve ipoteka saxlayan və əldə etmək hüququna malik olan “Finoko" BOKT ASC-nin (etibarnamə əsasında nümayəndəsi X14 aşıdakı göstərilən (daşınmaz) əmlak barədə 62.04 saylı, xx.xx.2021-ci il tarixli, hərracın yekunları bərədə protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, əldə edən tələbkar 7 təqdim günü ərzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298-ci maddəsi və İcra haqqında Azərbaycan Respublikası qanunun 78 və 79-cu maddələrinə uyğun olaraq, çəkilən xərcləri ödəməlidir. Ək s halda müqavilə qüvvədən düşmüş hesab olunur. Müqavilədə nəzərdə tutulmayan digər məsələlər qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Müqavilənin icra olunmasında “Sifarişçi” və “İpoteka predmetini əldə edən” hüquqi məsuliyyət daşıyışr. Bu müqavildə nəzərdə tutulmuş rüsumlar ödənildikdən sonra alınmış əmlakın dəyərinin ödənilməsi barədə müvafiq bank və digər maliyyə orqanlarının tərəfindən ödəmə arayışı verdikdə, “İcra və ipoteka” haqqında Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin və sair normativ hüquqi sənədlərin və məhkəmə qərarlarının digər nəzərdə tutulmuş tələbləri ödənildikdən sonra hər iki tərəf üçün hüquqi qüvvəyə minir. Müqavilənin tam icrasına görə hərrac təşkilatı heç bir məsuliyyət daşımır. Fors-major. Tərəflər onlardan asılı olmayan h allar nəticəsində kontraktın şərtlərini yerinə yetirə bilməsələr(müharibə,yanğın, zəlzələ və digər təbii fəlakətlər, dövlət qadağaları və.s), buna görə məsuliyyət daşımırlar. Tərəflər müqaviləni yerinə yetirməyi öhdələrinə götürürlər. Əgər tərəflər bu müqavilənin şərtlərini yerinə yetirməsələr və onun pzoulmasını əsaslandırmasalar, onda onlar məsuliyyət daşıyır, əmlakın dəyərini 10 faizi həcmində cərimə ödəyir və eyni zamanda müqavilədə göstərilən vaxtda əmlakın sənədləşdirilməsinə görə cavabdehilik daşıyırlar.

45. Məhkəmə qeyd etmişdir ki, cavabdeh hərracın yekunları üzrə protokolda İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə istinad etsə də, hansı əsasla (43.1.2. hərracın iştirakçısı olmamaması və ya 43.1.3. hərracı udmuş iştirakçının hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdiyi) hərracın baş tutmadığını protokolda qeyd etməmiş və bunu müəyyən edən sübutlar təqdim etməmişdir Göründüyü kimi, cavabdehin (hərracın təşkilatçısı) hərracın keçirilməsi zamanı İpoteka haqqında Qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydalarına riayət edilməsi onun özünün təqdim etdiyi sübutlarla təsdiq edilməmiş, bu zaman qanunla hərracın keçirilməsinə dair mediada dərc edilmiş məlumat təqdim edilsə də, rəsmi internet saytında elanın dərc etdirilməsini, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildirişin göndərilməsini, habelə hərracın keçirilməsinə dair xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixli bildirişlər təqdim edilsə də, (sonuncu xx.xx.2021-ci il tarixli bildiriş natamam) hərracın hansı əsasla baş tutm adığını (ümumiyyətlə hərracın həqiqətən də keçirildiyini) təsdiq edən sübutlar təqdim edilməmişdir. Hərracın keçirilməsinə və mülki iş üzrə cavabdeh olan hərrac mərkəzi tərəfindən rəsmi təsdiq edilmiş sənədlərin nüsxələrin bəziləri təqdim edilmiş, qeyd edilən sənədlərlə iddia tərəfinin məlumatlandırılmasının sifarişli poçt vasitəsi ilə həyata keçirilməsi müəyyən edilməmiş, kuryer xidməti vasitəsi ilə məlumatlandırmanın həyata keçirilməsinə ünvanların düz yazılmaması və son keçirilməli olan hərracla ümumiyyətlə, məlumat göndərilməməsi müəyyən edilmişdir. Belə ki, ekspertiza tərəfindən düzəlişlər edildiyi müəyyən edilən, ünvanın tamlığına və düzgünlüyünə riayət edilməməklə 169141 saylı - xx.xx.2020 tarixli, 169140 saylı - xx.xx.2020 tarixli, 169973 saylı - xx.xx.2020 tarixli, 169974 saylı - xx.xx.2020 tarixli, “ünvanda yaşamır, qeyd edilən ünvanda belə bir şəxs” səbəbi göstərilən kuryer xidmətləri mədaxil qəbzlər məhkəməyə təqdim edilmiş, 2021-ci ilə aid qəbzlər isə təqdim edilməmişdir. 2021-ci il üçün məlumatlandırmaya aid kuryer qəbzlərini üçüncü şəxs təqdim etsə də, 22 iyul 2021-ci il tarixli “Azari” Express poçt daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş aktlarla xx.xx.2021-ci il Finokodan qəbul edilmiş zərf qaimənin X11 r., N. Rəfibəyli küç., ev 3/5, m.7 ünvanında göndərilən məktubun çatdırılmadığı, səbəb kimi müştəri ilə əlaqə saxlanıldığının və Təhməz bəyin Bakıda olmadığını və məktubun şirkətə geri göndərilməsini istədiyi qeyd edilmişdir.

46. Ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, hərracların keçirilməsini, neçə hərrac keçirildiyini və hansı əsasla baş tutmama sını təsdiq edən (akt, protokol), ələlxüsus məlumatı almaq hüququ olan iddiaçıya məlumatı göndərmək vəzifəsi daşıyan cavabdeh tərəfindən hərracın təşkili üzrə pozuntuları təkzib edən sübutların təqdim edilmədiyi bir vəziyyətdə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmiş birinci instansiya məhkəməsi hüquqlardan sui-istifadəyə haqq qazandıran qənaətə gəlmişdir. Qeyd edilməlidir ki, icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə müvafiq qərar əsasında yol verildiyi (qanunvericiliklə nəzərdə tutulduğu) halda icraatın hansı əsasla dayandırılmasına (təzələnməsinə) aydınlıq gətirilməmiş, tələbkar (ipoteka saxlayan) icra üzrə icraatın dayandırılmasına etiraz (etməsini əks etdirən sübut) etməmişdir. Bütün bunlara aydınlıq gətirilməli olan cavabdeh məhkəmələrin bir çağırışına belə təşrif buyurmadığı prosessual vəziyyətdə məhkəmənin işdə olan sübutlar əsasında işə baxmasını labüd etmişdir.

47. Beləliklə, məlumatlandırma görüntüsü yaratmaq istəyən cavabdeh öz vəzifələrini layiqincə yerinə yetirməyərək hərracın keçirilmə qaydalarını pozmaqla iddiaçının hərracda iştirak etmək, habelə yekun protokol və alqı-satqı müqaviləsi tərtib edilənədək borcu ödəyərək mənzili ipotekadan azad etmək hüquqlarını pozduğuna görə məsuliyyət daşıyır, cavabdehin üçüncü şəxslə baş tutmuş razılaşması isə əhəmiyyətsizdir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə görə: İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), y axud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

30. Qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş prosedurunun pozulması hərracın və onun nəticələrinin etibarsızlığına əsas olduğundan Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Səbail Rayon İcra Şöbəsinin 163052/20-16- 15/91 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubunun, 163052/20-xx-xx/5314 saylı xx.xx.2021- ci il tarixli məktubunun və "xxxx" BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/04 №-li hərracın yekunları barədə protokol (hərrac və ona əsasən bağlanmış alğı-satqı müqaviləsi) etibarsız hesab olunmalıdır. Mülki prosessual cəhətdən hazırki iddia həddində qiymət verilməsi mümkün olmayan üçüncü şəxsin əmlak hüquqlarına aid izah edilməlidir ki, onun başqa proses müstəvisində cavabdehə və ya digər şəxslərə qarşı mənafelərinin müdafiəsi üçün tələblər irəli sürmək hüquqları tükənməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

48. Müstəqil tələb irəl i sürməyən üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-2912/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

49. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsində satışa xitam verilməsi üçün əsas şərt - əsas öhdəlik üzrə bütün tələbin ödənilməsidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(103)-2597/2022 saylı Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə ləğv edilmiş qətnaməsində hazırki mülki iş ilə bağlı nümayiş etdirilmiş hüquqi mövqeyi faktiki təkrarlayaraq, iddiaçı tərəfindən təklif edilən ödənişin "xxxx" BOKT ASC tərəfindən qəbul edilməməsini, iddiaçıda n əlavə vəsaitin tələb edilməsini, "xxxx" BOKT ASC-nin icranı qəbul etmək niyyətinin olmamasını yuxarıda qeyd edilən qanun normasının pozuntusu kimi qeyd edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Bir daha qeyd edilməlidir ki, iddiaçı tərəfindən üçüncü şəxs qarşısında olan öhdəlik üzrə bütün tələbin, hətta onun bir hissəsinin ödənilməsinə yönəlmiş hərəkətlər "xxxx" BOKT ASC-nə müxtəlif məzmunlu məktubların ünvanlanmasından ibarət olmuşdur. Bu hallar Ali Məhkəmənin Mülki Kolleqiyasının 2(102)-5229/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarında öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, borcun qəbul olunması barədə iddiaçının məktubla müraciəti, Qanunun 46.1-ci maddəsinə istinadən ipoteka Qanunun 46.1-ci maddəsinə istinadən ipotekanın hərracda satışına xitam verilməsi üçü n yetərli deyildir.

50. İddiaçı (ipotekaqoyanın) hərracın keçirilməsi barədə ona məlumat verilməməsi ilə bağlı dəlillərini apellyasiya məhkəməsi əsaslı hesab edərək, hərrac bildirişinin çatdırılması barədə xəbərnamədə guya düzəliş edilməsini əsas götürmüşdür və bu barədə ekspertiza rəyinə istinad etmişdir. Məhkəmənin diqqətinə çatdırıram ki, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş sənədlərin texniki ekspertizası düzəlişin edilibedilməməsi barədə qoyulan suallara müsbət cavab verməyərək, təqdim edilmiş sənədlərin surət olduğundan tədqiqatın aparılmamasını bildirmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı X6 hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər X6 tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracı n yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsidir. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub - olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. İddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur.

51. Kassator qeyd edir ki, məhkəmə hərracın keçirilməsi barədə bildirişlərin çatdırılması barədə xəbərnamələrdə düzəliş edilməsi ilə bağlı hissədə sübutları düzgü n qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnamədə həmin sənədlərdə ekspertiza tərəfindən düzəlişlərin edildiyinin müəyyən edilməsi barədə səhv nəticəyə gəlmiş, halbuki mülki işin materiallarında olan sənədlərin texniki məhkəmə ekspertizasının rəyində bildirişlərdə “düzəlişlərin edilməsi ehtimal olunur” göstərilmişdir.

52. Kassator şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39 və 46.1-ci maddəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 61 və 62-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 416-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: “İpotek a haqqında” Azərbaycan Respublikasının Qanunu 54. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 55. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 56. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtl ə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 57. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 58. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipot eka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun 59. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

60. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur

61. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəllə

62. Maddə

416. Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe

74. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

76. Bu zaman işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, təkrar hərracın keçirilməsi zamanı iddiaçının lazımi qaydada məlumatlandırılmaması, həmçinin iddiaçının onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) ipoteka predmetinin alınmasına şərait yaratmamasını müəyyən etmişdir.

77. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2912/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar