Məhkəmə qərarları › İş №2(102)-5020/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5020/2019

11.07.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5020/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3448/2019 nömrəli iş üzrə 11 mart 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxa raq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Abbas Əliyev) 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı1 xeyrinə 633 manat, İddiaçı2 xeyrinə 1434,96 manat, İddiaçı3 xeyrinə 728,32 manat əmək müqavilələrinə xitam verilməsinə görə ödənilməmiş müavinətin cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən tutulması, cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən 30 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 11 mart 2019-cu il tarixli qətnaməsi iləapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdşır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən İddiaçı1 xeyrinə 485,62 manat, İddiaçı2 xeyrinə 1209,21 manat, İddiaçı3 xeyrinə 728,32 manat tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar uzun illər Azərbaycan Respublikası DNŞnin Cavabdeh Tamponaj idarəsində işləmişlər. İddiaçılardan İddiaçı2 30.04.2009-cu ildə guya yaşa görə təqaüdə çıxması adı ilə 30.04.2009-cu ildə Əmək Məcəlləsinin, 69-cu maddəsinin 3cü hissəsinə əsasən işdən azad edilib, eyni qaydada iddiaçılardan İddiaçı1 01.12.2011-ci ildə, həmçinin iddiaçılardan İd diaçı3 01.03.2012-ci ildə işdən azad edilmişlər. Əslində isə cavabdeh təşkilat iddiaçılara müəyyən sənədlərə imza etdirərək, onların artıq ixtisara düşdüklərini və qanunvericliyin tələbinə uyğun olaraq, onlara əmək haqqlarının beş misli məbləğində müavinət ödəyəcəklərini vəd vermiş, onlara bir sıra sənədlərə imza etdirmişdir. Doğrudur cavabdeh təşkilat vədinə qismən əməl etmiş iddiaçılara müəyyən qədər məbləğdə müavinət ödəmişdir. Lakin, həmin müavinət sona qədər cavabdeh təşkilat tərəfindən ödənilməmişdir. Belə ki, iddiçılardan İddiaçı1 həmin idarədə motorist, digər iki iddiaçı isə maşinst vəzifəsində işləmiş, uzun illər ağır əmək şəraitində xidmət göstərmişlər. Lakin, cavabdeh təşkilat iddiçıların hüquqlarını tam olaraq pozmuş, onlara ödənilməli haqqının 5 mislini ödəyərkən həmin pulda n qeyri-qanuni olaraq yüksək məbləğdə gəlir vergisi tutmuş, müavinətin isə müəyyən hissəsini yuxarıda göstərilən qaydada ödəmiş, lakin qalıq pulu bu günədək ödəməmişlər. Müxtəlif vaxtlarda iddiaçılar tərəfindən cavabdeh təşkilata şifahi və yazılı qaydada müraciətlər edilmiş, müxtəlif dövlət orqanlarına şikayətlər edilmiş, nəticədə isə cavabdeh təşkilat sonda 300 manat məbləğində müavinət pulu ödəmiş, lakin qalıq məbləği ödəməkdən imtina etmişlər. Əgər həqiqətən də iddiçılar öz xahişləri ilə yaşa görə əmək pensiyasına çıxmaq məqsədilə işdən azad edilmişdirlərsə, nəyə görə cavabdeh təşkilat onlara müavinət ödəmişdir. Göründüyü kimi cavabdeh təşkilat kobud qanun pozuntusuna yol vermiş, bu azmış kimi iddiaçıları bu günədək müxtəlif bəhanələrlə aldadaraq orta aylıq əmək haqqının 5 misli məbləği ndə müvainəti tam olaraq ödəməmişdir. Belə ki, iddiaçılara təqdim edilmiş haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı1 785,62 manat gəlir vergisi tutulmuş, sonradan həmin məbləğin 300 manat hissə geri qaytarılsa da qalıq 485,62 manat hələdə, ödənilməmişdir. Bundan başqa İddiaçı2 1559,21 manat gəlir vergisi tutulmuş, sonradan həmin məbləğin 350 manat hissə geri qaytarılsa da qalıq 1209,21 manat hələdə, ödənilməmişdir. Bundan başqa İddiaçı3 1028,32 manat gəlir vergisi tutulmuş, sonradan həmin məbləğin 300 manat hissə geri qaytarılsa da qalıq 728,32 manat hələ də, ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları, tam, hərtərəfli və obbyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləy ib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndə işləmiş iddiaçılardan İddiaçı2 30.04.2009-cu ildə, İddiaçı1 01.12.2011-ci ildə və İddiaçı3 01.03.2012-ci ildə Əmək Məcəlləsinin, 69-cu maddəsinin 3-cü hissəsinə əsasən müvafiq əmrlə işdən azad edilmişlər. Daha sonra iddiaçılar tutduqları vəzifədən azad edildikdən sonra onlara işdən azad olma ilə bağlı əmək haqqının 5 misli miqdarında pul məbləğinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası DNŞ-nin Cavabdehnə müraciət etmiş, lakin İddiaçı2 350 manat, İddiaçı1 300 manat və İddiaçı3 300 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçılar onlara ödənilməmiş müavinətin qalıq məbləğlərini tələb edirlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsind ə göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəlləsinin 77-ci maddəsinə əsasən 1. işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad e dilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir, bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 mi sli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və y eddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Həmin məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllə nin 288-ci maddəsinin “d” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və şt atların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar ilə bağlı fiziki şəxslərin gəlirləri gəlir vergisindən azaddır. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmrqərara dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, 14.08.2009-cu il tarixli əmr-qərar ilə bir ay müddətində işçi öz təşəbbüsü i lə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərərfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilir ilə bağlı müvafiq razılaşma imzalanır. Lakin iddiaçılara müavinət ödənilməsi nəzərdə tutulsa da, İddiaçı2 350 manat, İddiaçı1 300 manat və İddiaçı3 300 manat məbləğində ödəniş edilmişdir. Ancaq iddiaçılara məxsus şəxsi haqq-hesab vərəqəsindən məlum olur ki, cavabdeh hazırda İddiaçı1 xeyrinə 633 manat, İddiaçı2 xeyrinə 1434,96 manat, İddiaçı3 xeyrinə 728,32 manat əmək müqavilələrinə xitam verilməsi ilə bağlı müavinət ödəməlidir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 əmək müqavilələrinə xitam verilməsi nəticəsində onlara verilməli müavinətin ödənilmədiyi məhkəmə araşdırmasında sü but edildiyindən birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bundan başqa işdən göründüyü kimi birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini təmin etməməklə haqlı olmuşdur. Belə ki, iddiaçılar tərəfindən öz hüquqlarının pozulduğunu zənn etdikləri vaxtdan onlar ödənilməli olan müavinəti cavabdehdən tələb etmiş, onlara müvafiq olaraq 31.01.2015-ci ildə ödənişlər edilmiş, daha sonra iddiaçılar onlara ödənilməmiş müavinətin tələbi ilə bağlı 17.10.2018-ci il tarixdə məhkəməy ə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələblərinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Belə olan halda da apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şi kayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3448/2019 nömrəli iş üzrə 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar