Məhkəmə qərarları › İş №2(102)-5022/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5022/2022

27.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5022/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-21/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi İddiaçı, X3, X1, X2 və X5 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən 31 avqust 2017-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü vardır.

2. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,05315 ha torpaq sahəsi Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən 30 avqust 2017-ci il tarixli çıxarış, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü vardır.

3. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,07626 ha torpaq sahəsi Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu barədə iş materiallarında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarış, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü vardır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23807 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən tədqiq olunan torpaq sahəsi üzrə mütəxəssis tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mülki iş materialında RX seriyalı, ******* saylı Çıxarışa (i.v,6) əsasən İddiaçı, X7, X4, X6 və X8 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa (i.v.80) əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi və RX seriyalı, ******* sayli Çıxarışa əsasən Cavabdeh3 Zaman oğluna məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,07626 ha torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur.

5. Rəyə görə vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXKsi tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron k adastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi, “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən, keçmiş DTXK tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş, ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/2384 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, RX seriyalı, ******* saylı Çıxarışa (i.v.6) əsas ən İddiaçı, X7, X4, X9 və X8 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa (i.v.80) əsasən Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,07626 ha torpaq sahəsi, Cavabdeh1 məxsus torpaq sahəsi həmin torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyətləri arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan torpaq sahələrinin naturada üst-üstə, düşüb-düşməməsinin araşdırılması mümkün ol mamışdır.

7. RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X7, X4, X9 və X8 məxsus Abşeron rayonu. Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan Cavabdeh2 mülkiyyətində olan 0,05315 ha torpaq sahəsi, Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,07626 ha torpaq sahəsi və Cavabdeh1 məxsus torpaq sahəsinin qonşuluq sərhədlərinin olub-olmamasının araşdırılması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin zəbt olub-olunmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir.

8. RX seriyalı, ******* saylı Çıxarışa əsasən İddiaçı, X7, X4, X10 və X8 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106277 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilərək istinad nöqtələri ləğv olunduğundan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan torpaq sahələrinin ölçüləri ilə üst-üstə, düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı i ddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən uzaqlaşdırma və qanunsuz tikilmiş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* aylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106277 ha torpaq ahəsi onun mülkiyyətindədir. Lakin qonşuları olan cavabdehlər ona məxsus olan torpaqları zəbt edərək, onun mülkiyyətində olan torpaq sahəsində hasar tikmişlər. O, dəfələrlə onlardan hasarı sökmələrini və ona məxsus torpaq sahəsindən çıxmalarını tələb etsə də, onlar buna əməl etməmişlər. Cavabdehlər torpağın onlara məxsus olduğunu bildirmişlər. Bununla əlaqədar DƏDRX-nin 4 saylı Ərazi İdərəsinə müraciət etmiş, oranın əməkdaşları gələrək ölçmə işləri aparmış və onun torpağın qanuni sahibi olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər zəbt olunmuş torpaq sahəsindən çıxmaqdan imtina etmişlər.

11. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1034/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə olunaraq hasar inşa edildiyini iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-21/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1034/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparı lmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, Torpaq Məcəlləsinin 67, 68, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-c i maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə dair iddiaçının çıxarışı və çıxarışda torpaq sahəsinin əsas döngə nöqtələri göstərildiyini nəzərə almamışdır. Sözügeden torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı iş yenidən araşdırılmalı və bunun üçün yenidən apellyasiya məhkəməsinə göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən h üquq Mülki Məcəllə

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ger i tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi

25. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

26. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

27. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi tər əfindən işə Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6,372.7 və 380-ci maddələrinin tələblərinə müvafiq qaydada baxılmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri araşdırılmamış, onlara müvafiq hüquqi qiymət verilməmiş, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmamışdır.

41. Bundan başqa, işdən göründüyü kimi, İddiaçı iddia tələbi üç cavabdehə qarşı yönəlmişdir.

42. İddiaçıya görə mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuş və onun qanunla qorunan və müdafiə olunan mülkiyyət hüququ pozulmuşdur.

43. İşdən görünür ki, məhkəməyə və eləcə də ekspertiza tədqiqatına iddiaçıya və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus torpaq sahələrinə dair Reyestrindən Çıxarışlar və həmin torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur.

44. C avabdeh1 istifadəsində olan torpaq sahəsinə dair isə tədqiqata nə Dövlət Reyestrindən Çıxarış nə də torpaq sahəsinin plan və ölçüsü təqdim olunmamışdır.

45. Cavabdeh1 həmin torpaq sahəsindən hansı hüquqi əsasa görə istifadə və kimə məxsus olması iş materiallarından görünmür.

46. Lakin məhkəmə hər üç cavabdehə qarşı iddianı əsassız sayaraq rədd etmiş və bu zaman işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin rəylərinə əsaslanmışdır.

47. Həmin rəylərə görə isə tərəflərə məxsus torpaq sahələrinin faktiki istifadə vəziyyətlərində uyğunsuzluqlar olduğundan həmin torpaq sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir.

48. Cavabdehlərin birinin istifadə etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmadığı vəziyyətdə və eləcə də torpaq sahələrinə dair plan və cizgilərdə müəyyən olunmuş koordinatlar əsasında verilməsinin qeyri-mümkünlüyü lazımınca əsaslandırılmadan verilmiş həmin rəylərin tamlığı və obyektivliyi onların qanuni olması inamına gəlmək üçün kifayət qədər əsas verməməsinə baxmayaraq məhkəmə həmin rəylərə əsaslanaraq iddianı əsassız saymışdır.

49. Halbuki həmin ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmamışdır.

50. Ekspertlərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən olunmasını qeyri-mümkün saymaları iddianın rədd edilməsi üçün əsas verən qanuni səbəb kimi qəbul edilə bilməz.

51. Hazırkı vəziyyətdə isə belə bir qənaət yaranır ki, iddia ekspertlərin araşdırılmasını qeyri-mümkün saydıqları əsasa görə rədd edilmişdir.

52. Belə əsaslandırma qanunun tələblərinə u yğun olmadığından qətnamə qanuni və əsaslı sayıla bilməz.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-21/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar