Məhkəmə qərarları › İş №2(102)-5025/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5025/2021

04.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5025/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılaraq cavabdehlərdən alınıb qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh2 vəkili Vəkil Əlisa oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(107)-707/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Torpağa Mülkiyyət Hüququna Dair JN-903 saylı Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonu Hüngütlü kəndində yerləşən 1.31 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan və Göyçay rayon Hüngütlü kəndində yerləşən 1.31 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barə də qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 28.10.2019-cu il tarixli və 07.04.2020-ci il tarixli rəylər və sxemlər mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərcləri 444.76 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının 06.12.2019-cu il tarixli 23239 saylı və 22.05.2020-ci il tarixli 5286 saylı rəylərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Ağsu LTİ-nin mütəxə ssis rəyinə əsasən, elektron kadastr bazası məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, X1 ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin 0.19 ha-dək hissəsini Cavabdeh4 Balaəli oğlu, 0.03 ha-dək hissəsini Cavabdeh3, 0.43 ha-dək hissəsini Cavabdeh2, 0.04 ha-dək hissəsini Cavabdeh1, 0.56 ha-dək hissəsini Cavabdeh5 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Aparılm ış ekspertizanın dəyəri 200 manat təşkil edir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 26 noyabr 2020-cu il tarixli 2(046)62/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiаsı təmin edilərək Göyçay rayonu Hüngütlü kəndində yerləşən JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.19 ha hissəsindən Cavabdeh4 Balaəli oğlu, 0.03 ha hissəsindən Cavabdeh3, 0.43 ha hissəsindən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh1 və 0.56 ha hissəsindən Cavabdeh5 çıxarılmaları qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Göyçay rayonu Hüngütlü kəndində yerləşən hüquqların JN-9 03 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.19 ha-dək hissəsi Cavabdeh4 Balaəli oğlunun, 0.03 ha-dək hissəsi Cavabdeh3, 0.43 ha-dək hissəsi Cavabdeh2, 0.04 ha-dək hissəsi Cavabdeh1, 0.56 ha-dək hissəsi Cavabdeh5 qanunsuz istifadəsindədir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 1.31 ha torpaq sahəsini cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hər əkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-cu il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsizdir. Belə ki, məhkəmə tərəfindən istinad olunmuş mütəxəssis və ekspert rəyləri mötəbər sayıla bilməz, çünki həmin rəylər özlüyündə mübahisəlidir. Mütəxəssis öz rəyində X1 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmədiyini və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığını göstərməsinə baxmayaraq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin 1.04 hektaradək hissəsinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən istifadə edildiyi göstərilmişdir. Göründüyü kimi mütəxəssis tərəfindən aparılmış tədqiqat nəticəsində verilmiş mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş sxem arasında kobud ziddiyyət vardır. Ekspert isə qeyd edilən ziddiyyətli mütəxəssis rəyinə əsaslanaraq rəy vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) 2(107)-707/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(046)-62/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni Göyçay rayonu Hüngütlü kəndində yerləşən JN-903 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsinin 0.43 ha hissəsindən Cavabdeh2 çıxarılması hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, həmin torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı mötəbər sübutu nə bi rinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərin JN-903 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin hamısından yox, zəbt edilmiş 0.19 ha + 0.03 ha + 0.43 ha + 0.04 ha + 0.56 ha = 1.25 ha hissəsindən çıxarılmalarını qət etmişdir. Yəni iddia tələbi əslində qismən təmin edildiyi halda qətnamənin nəticə hissəsində “iddia təmin edilsin” ifadəsi yazılmışdır. Bununla bağlı qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edildiyini göstərməsə də, qətnamənin nəticə hissəsində cavabdehlərin zəbt etdikləri və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsindən çıxmalı olduqlarını, həmin torpaq sahəsinin ölçülərini dəqiq göstərmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin formal mülahizələrə görə ləğv edilməsinə və ya dəyişdirilməsinə zərurət yoxdur. Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-707/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmənin əsaslandığı 22.05.2020ci il tarixli 5285 nömrəli yenə Xəyyam İsgəndər ovun ekspert rəyinin tədqiqat obyekti hazırkı 2(046)62/2020 nömrəli mülki iş deyil, 2(046)-61/2020 nömrəli mülki iş olmuş və məhkəmə tərəfindən qoyulmuş suallar da JN-902 nömrəli “Torpağa mülkiyyət hüququna dair”Dövlət Aktına aid olmuşdur. İş üzrə İ və İİ instansiya məhkəmə hakimləri iddiaları təmin edərkən bu rəylərə əsaslansalar da, mütəxəssis rəylərinin sübut kimi qəbul edilməməsi səbəbini əsaslandırmamışlar. Bundan əlavə, 10 saylı Ucar Ərazi şöbəsinin, Göyçay rayonu İHB-nm Potu İƏD üzrə nümayəndəsinin, Potu bələdiyyəsinin sədrinin və kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş 16.08.2018-ci il tarixli akta əsasən, torpaq islahatı zamanı Cavabdeh2 1990-cı ildən istifadəsində olan torpaq sahəsinin 0,06 hektarı həyətyanı və 0,79 hektarı zəbt yazılaraq ona verilmiş və pay torpağından çıx ılmışdır. Odur ki, Nümayəndə 1209 nömrəli dövlət aktı ilə 0,27 ha pay torpağı verilmişdir. Həmçinin, torpaq islahatı zamanı Həsənov Əlisa Abdulla oğlunun 1990-cı ildən istifadəsində olan torpaq sahəsinin 0,25 hektarı həyətyanı və 1,65 hektarı zəbt yazılaraq ona verilmiş və pay torpağından çıxılmışdır. Zəbt yazıldığı üçün Cavabdeh3 pay torpağı verilməmişdir. Lakin zəbt kimi yazılmış torpaq sahələri səhv nəticəsində bölgüyə verilərək başqa vətəndaşlara pay torpağı kimi verilmişdir. Hal-hazırda həmin ərazidə meyvə ağacları vardır. Vətəndaşlarla söhbət zamanı bildirdilər ki, onların tələbi uzun müddət istifadə etdikləri torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsidir. Göyçay rayonu İHB-nın Potu kənd İƏD üzrə nümayəndəsinin 12.02.2021-ci il tarixli 161 nömrəli arayışına əsasən, i slahat zamanı Potu nümayəndəliyinin ərazisində adambaşına 0,35-0,36 ha olmaqla pay torpağı düşdüyü halda, Cavabdeh2 və onun ailə üzvlərinə ümumilikdə 0,27 ha pay torpağı verilmişdir. Cavabdeh2 adına 0,79 ha zəbt torpağı olduğu üçün həmin pay torpaq sahəsindən çıxılmışdır, lakin zəbt torpaq sahəsinə heç bir hüquqi sənəd verilməmişdir. Göyçay rayonu Potu bələdiyyəsinin 19.04.2021-ci il tarixli 72 nömrəli arayışına əsasən, torpaq islahatı gedərkən mülkiyyətində və istifadəsində olan ümumi sahəsi 0,85 ha torpaq sahəsi 18-ə vurularaq ona və ailə üzvlərinə veriləcək olan pay torpağından çıxılmışdır. 0,85 ha torpaq sahəsindən 0,06 ha onun xüsusi mülkiyyətinə, 0,79 ha torpaq sahəsi isə qanuni zəbt kimi onun adına yazılmışdır. Hal-hazırda Cavabdeh2 və özündən başqa 3 nəfər ailə üzvünün adında 0,27 ha pay torpaq sahəsi vardır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar süb utlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Ap ellyasiya məhkəməsi qətnaməni yalnız Cavabdeh2 aid hissədə yoxladığından kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, torpaq sahəsi üzərində hər hansı bir hüquqa malik olmayan şəxs tərəfindən tor paq mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Kassasiya şikayətindən göründüyü kimi, cavabdeh torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olduğunu mübahisələndirməmiş, həmin torpaq sahəsinin zəbt olduğunu etiraf etmiş, lakin torpaq islahatı zamanı ona verilmiş pay torpağından çıxıldığını, 1990-cı ildən istifadəsində olan torpaq sahəsinin 0,06 hektarı həyətyanı və 0,79 hektar torpağın zəbt yazılaraq ona verildiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-707/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar