Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5026/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)2462/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.R.Mustafayev, iş № 2(094)-395/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış s ahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh2 və X2 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, N saylı evin 8 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 İddiaçı və 159 saylı MKİS-ə qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun müəyyən olunması tələbinə dair iddia tələbləri qismən təmin edilərək İddiaçı ilə 159 saylı MKİS arasında bağlanmış 19 iyul 2018-ci il tarixli kirayə müqaviləsi etibarsız hesab edilmiş, qalan hissədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Pirallahı qəsəbəsində yerləşən yuxarıda göstərilən mənzil 02 mart 1998-ci il tarixli orderə əsasən X5 cəmi 5 nəfərdən ibarət ailəsinin (özü, arvadı, oğlu və iki qızı) yaşaması üçün verilmiş, 08 fevral 2018-ci il tarixdə X8, 13 dekabr 2014-cü il tarixdə X3 (arvadı) vəfat etmişlər. 2006-cı ildə Cavabdeh1 X6 ilə ailə quraraq həmin mənzildən getmiş və 2013-cü ildə ərinə məxsus mənzilə köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 17 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh1 həmin mənzilə köçürülmüşdür. 19 iyul 2 018-ci il tarixdə 159 saylı MKİS-lə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. 2018-ci ilin sentyabr ayında İddiaçı bacısı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun ailə qurduqdan sonra mübahisəli mənzildən köçüb getməsini, əri ilə nikahı pozulduqdan sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə keçmiş ərinə məxsus mənzilə köçürülməsini əsas göstərməklə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılana qədər İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək digər bacısı Cavabdeh2 2011-ci ildə ailə qurması ilə əlaqədar mübahisəli mənzildən getməsini əsas göstərməklə onun da mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edil məsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək İddiaçılə 159 saylı MKİS arasında bağlanmış 19 iyul 2018-ci il tarixli kirayə müqaviləsinin etibarsız sayılması və mənzildən istifadə qaydasının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: N və Cavabdeh2lər kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın qala n hissədə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və Cavabdeh2 həmçinin onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı A.İddiaçıbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Nin iddia tələbinin təmin olunmasını qanuni hesab edərkən Z və Cavabdeh2lərin ailə qurmaları ilə əlaqədar mübahisəli mənzildən daimi köçüb getmələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 2006-cı ildən mübahisəli mənzildə yaşamır və məhkəmənin 17 aprel 2013-cü il tarixli qətnaməsi ilə onun keçmiş əri Nun yaşadığı N ünvanında yerləşən 8 saylı evə hüququ tanınmışdır. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 də, 2011-ci ildən mübahisəli mənzili tərk edərək başqa daimi yaşayış yerinə köçmüşdür. İşin müəyyən olunmuş həmin halları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından məhkəmə kol legiyası həmin Məcəllənin müvafiq müddəalarına əsaslanmaqla mübahisənin həll olunmasını qanuni saymışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrin i rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5026/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5026/2019
17.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver