Məhkəmə qərarları › İş №2(102)-5026/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5026/2021

12.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5026/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2021-ci il tarixli, 2(107)708/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayonu Potu kəndində iddiaçının mərhum oğlu X2 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JJN-902 saylı dövlət aktı (kod ********) ilə rəsmiləşdirilmişdir. Bundan başqa, iddiaçının özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə rayonun Potu kəndində 0,6502 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, torpaq sahəsinə mülkiyyət hüququ 06 iyun 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İdd iaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon Üngütlü kəndində yerləşən, mərhum oğlu X1 miras qalmış 0.26 ha və ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0.6502 ha torpaq sahələrindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə torpaq sahələri mülkiyyətinə veriləndən sonra naturada yerini dəqiqləşdirmək istəyərkən torpaq sahələrinin rayonun Çərəkə kəndi ərazisində yerləşdiyini öyrənmişdir. İddiaçı ailə vəziyyətilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməsi qeyri-mümkün olduğundan torpaq sahəsindən istifadə edə bilməmişdir. Təxminən iki il əvvəl iddiaçıya məlum olub ki, torpaq sahəsi rayonun Çərəkə kəndi ərazisində yerl əşməsi yalan məlumatdır və Göyçay rayonunun Potu inzibati ərazi dairəsinin Üngütlü kəndində yerləşən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. İddiaçının mərhum oğlu X1 miras qalan 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında sənəd almaq istəsə də torpaq sahəsinin cavabdehlər tərəfindən hasarlanıb istifadə edildiyi üçün torpaq sahəsinin yerini müəyyən etməli olan mütəxəssislər əraziyə daxil ola bilməmişlər.

4. Cavabdehlər birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və bildirmişlər ki, iddiaçıya məxsus torpaq sahələrini zəbt etməmişlər.

5. Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(046)-61/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddiа tələbi təmin edilərək, Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-902 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının qanuni sahibliyində olan 0.26 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh3, 0.12 ha hissəsindən Cavabdeh2, eləcə də 06.06.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh1 və 0.15 ha hissəsindən Cavabdeh2 çıxarılması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla, habelə mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Üngütlü kəndində yerləşən, JN-902 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının qanuni sahibliyində olan 0,26 ha torpaq sahəsinin 0,09 ha hissəsi Cavab deh3, 0,12 ha hissəsi isə Cavabdeh2, eləcə də 06.06.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,65 ha torpaq sahəsinin isə 0,07 ha hissəsi Cavabdeh1, 0.15 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsindədir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ona qarşı iddia tələbinin təmin edilməsinə dair hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 22.04.2021-ci il tarixli, 2(107)708/2021 saylı qətnaməsi ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və İ.H.Şükürov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(046)-61/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.06.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.65 ha torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh1 çıxarılması hissəsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tikinti-texniki ekspertizasının 06.12.2019-cu il tarixli 23242 saylı və 22.0 5.2020ci il tarixli 5285 saylı rəylərindən görünür ki, JN-902 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan 0,26 ha torpaq sahəsinin 0,09 hadək hissəsindən Cavabdeh3, 0,12 ha-dək hissəsindən isə Cavabdeh2 istifadə edir. 06.06.2018-ci il tarixli RX ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,65 ha torpaq sahəsinin 0,07 ha-dək hissəsindən Cavabdeh1, 0.15 ha-dək hissəsindən isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh1 iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, həmin torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir.

12. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin qətnamələrində göstərdikləri xüsusatlar işin hallarına uyğun gəlmir, həmin məhkəmələr tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hər iki məhkəmənin əsaslandığı 22.05.2020-ci il tarixli, 5285 nömrəli Xəyyam İsgəndərovun ekspert rəyinin tədqiqat obyekti hazırkı 2(046)-61/2020 saylı mülki iş deyil, 2(046)-62/2020 nömrəli mülki iş olmuş və məhkəmə tərəfindən qoyulmuş suallar da JN-902 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına aid olmuşdur. İş üzrə məhkəmələr iddiaları təmin edərkən bu rəylərə əsaslansalar da, mütəxəssis rəylərinin sübut kimi qəbul edilməməsi səbəbini əsaslandırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiy a şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən h ərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq s ahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarı şmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarı)

29. İşin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallarına görə Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-902 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının qanuni sahibliyində olan 0,26 ha torpaq sahəsinin 0,09 ha hissəsi Cavabdeh3, 0,12 ha hissəsi isə Cavabdeh2, eləcə də 06.06.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışla iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,65 ha torpaq sahəsinin isə 0,07 ha hissəsi Cavabdeh1, 0.15 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsindədir.

30. Məhkəmənin istinad etdiyi ekspert rəylərinin başqa mülki iş üzrə verilmiş rəylər olması barədə dəlil əsassızdır. Çünki ekspert rəyləri hazırda baxılan mülki iş üzrə verilmişdir.

31. Kassatorun digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2021-ci il tarixli, 2(107)708/2021 saylı qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar