Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5026/2023 21.12.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (sədirlik edən məruzəçi) Əhmədov Əhməd Abbas oğlunun və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla hasar qonşuluğunda satılmış evi Cavabdeh almışdır. Şahin onu aldadaraq kor və oğlanlarının dustaq olduqlarından istifadə edərək, özünə təzə ev tikiləcəyini bildirmişdir. Qoca və kor olduğundan istifadə edərək ona məxsus olan sənədli həyətyanı sahəsinin 1 metrə yaxın hissəsini oğurlayaraq 4 mərtəbəli yaşayış evi tikdirmişdir. O, bundan xəbər tutmuş və ona zəng etmiş, Şahin bunu inkar etmişdir. Şahinin işçisi olan Salam adlı şəxs onlara gələrək Şahinin evinin texniki pasportunu ona vermis və bildirmişdir ki, Şahin həqiqətən həyətyanı sahəsini zəbt etmişdir. Salam demişdir ki, Şahin Bəybala adlı şəxsin qohumudur və heç nə edə bilməyəcəklər. Bundan sonra o, oğlunun sinif yoldaşı Rasimi Şahin yanına göndərmişdir. Rasim qayıdanda ona demişdir ki, Şahin xəbərdarlıq etmişdir ki, əgər onu məhkəməyə versələr, o, qadının dustaq oğlanlarından və qızından şikayət edəcək və təzminat tələb edəcəkdir. Şahin onun övladlarını şantaj edir. 2 dəfə Bakı şəhər Prokurorluğuna və Səbail rayon Prokurorluğuna bu barədə şikayət etsə də, əhəmiyyət verən olmamışdır. Onun şikayəti ilə bağlı Şahin barəsində və saxta sənəd barəsində tədbir görülməsini xahiş etmiş, onun şəxsi, sənədi olan həyətyanı sahəsinin Şahinin adına kimin və nə əsasla verməsi ona aydın deyildir. Cavabdehin onun həyətinə müdaxilə edib torpağını zəbt etməsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı zəbt olunmuş torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını, cavabdehin əməlində ona qarşı dələduzluq əməli olduğuna görə xüsusi qərardadla prokurora müraciət olunmasını xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(009)-903/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişd ir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-349/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(009)903/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan digər İddiaçı kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellya siya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş iddia yenidən iddia rədd olunmuşdur. Yenidən iddia rədd olunması əsaslar eyni olmuşdur. Belə olan halda isə İddiaçı kasssiya şikayəti vermək hüququnu istisna edilir. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsas ların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və MPM-nin 403, 404-1.1, 404-1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-349/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5026/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-5026/2023
21.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver