Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5027/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10Tədqiqat İnstitutuna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10-Tədqiqat İnstitutuna qarşı (Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4123/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında X10 Tədqiqat institutuna makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilədə işçinin iş saatı 09.00-13.00 g östərilmişdir.
2. İşə gecikmələrinə görə İddiaçı F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir.
3. Yenidən təkrarən işə gecikmə halları təkrarlandığından İİETİ-nin direktor v.i.e. direktorun birinci müavinin “İşə gecikmiş əməkdaşlara töhmət verilməsi haqqında” F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmri ilə İddiaçı töhmət verilmişdir.
4. X10 X1 tədqiqatlar şöbəsinin 0,5 ştat vahidi ilə baş mütəxəssisi İddiaçı 25 noyabr 2021-ci il tarixində heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsi barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt Ümumi şöbənin müdiri X3, Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri vəzifəsini icra edən X7 və X14 Təşkilatının komissiyasının üzvü X4 tərəfindən imzalamışdır.
5. Davamiyyət kitabında İddiaçı 25 noyabr 2021-ci ildə işə gəlişi barədə qeyd edilməmişdir.
6. İddiaçı işə dəfələrlə gecikməsi və xx.xx.2021-ci il tarixində isə işə 15 dəqiqə gecikdiyi halda davamiyyət kitabına yalan məlumat daxil etməsi (işə gəliş vaxtının 09.00 olaraq göstərilməsi) barədə İnstitutun ştatdankənar nəzarətçisi və polis nəzarətçisi tərəfindən 9/150 nömrəyli, xx.xx.2021-ci il tarixli birgə izahat tərtib edilmişdir.
7. Direktor müavini XXXnın xx.xx.2021-ci il tarixli xidməti məruzəsi, elmi katib XXXnın xx.xx.2021-ci il tarixli xidməti məruzəsi, Ümumi şöbənin müdiri XXXnın xx.xx.2021-ci il tarixli xidməti məktubu, X14 Təşkilatının komissiyasının üzvü XXXnın xx.xx.2021-ci il tarixli xidməti məktubu, xx.xx.2021-ci il tarixli aktlar və nəzarətçilərin xx.xx.2021-ci il tarixli izahatında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin X10 Tədqiqat İnstitunun Makroiqtisadi tədqiqatlar şöbəsinin 0.5 ştat vahidi ilə baş mütəxəssisi İddiaçı İnstitutda çalışdığı müddət ərzində İnstitutun 2018-2021-ci illərə dair iş planları üzrə yerinə yetirilən tədqiqat işlərində iştirak etməməsi, həmin illərdə rəhbərlik və çalışdığı şöbənin rəhbəri tərəfindən ona verilən tapşırıqların öhdəsindən layiqincə gələ bilməməsi, əsas etibarı ilə də əməkdaşın işə davamiyyətinin qənaətbəxş olmaması, nəticədə bu səbəbdən yazılı xərdarlıq və töhmət intizam tənbehi almasına baxmayaraq işinə məsuliyyətlə yanaşmaması və 25 noyabr 2021-ci il tarixində heç bir üzürlü səbəb göstərmədən işə gəlməməsi, 29 noyabr 2021-ci il tarixində yenidən işə 15 dəqiqə gecikdiyi halda əməkdaşların işə davamiyyətinin qeydiyyatı kitabında işə gəlmə saatını 9:00 olaraq göstər məsi qeyd edilmişdir.
8. X14 Təşkilatının komissiyasının üzvlərinin xx.xx.2021-ci il tarixli iclasında X10 Tədqiqat institutunun X14 Təşkilatında İnstitutun əməkdaşı İddiaçı əmək müqaviləsinə xitam verilməsinin zəruri olduğu barədə qərar qəbul olunmuşdur. 9. xx.xx.2021-ci il tarixli K-55 nömrəli Əmr ilə “İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 3 dekabr 2021-ci il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10Tədqiqat İnstitutuna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi X10-Tedqiqat institutunun 2021ci il 3 dekabr tarixli K-55 nömrəli əmrinin ləğv edilməsi, qeyd edilən institutda Makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsi üzrə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün itirilmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X10 Tədqiqat İnstitutu arasında xx.xx.2017-ci il tarixdə K-70 nömrəli əmrlə rəsmiləşdirilən həmin institutun Makroiqtisadi tədqiqatlar şöbəsinə 0, 5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsi üzrə əmək münasibətlərinə dair əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən iş yeri üzrə 4 (dörd) ilə yaxın əmək vəzifələrini icra etməyinə baxmayaraq institut tərəfindən 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək hüquqları kobud şəkildə pozulması nəticəsində institutla arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İnstitutla arasında olan əmək müqaviləsinin xitam edilməsi ilə bağlı 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli Əmr əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin əmrin sadə təhlilindən onun çalışdığı müddət ərzində 2018-2021-ci illərə dair müəyyən edilmiş iş planlarında nəzərdə tutulan tədqiqat işlərində iştirak etməməyi, həmin tarixlər aralığında rəhbərlik və şöbə rəhbəri tərəfindən ona verilən tapşırıqları icra etməməyi məsələsi öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, onun qeyd edilən İnstitutda əmək fəaliyyəti 2017-ci ildən etibarən başlamış və hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan xitam tarixinə qədər, yəni 2021-ci ilə qədər davam etmişdir. Keçən bu 4 (dörd) illik müddət ərzində onun əmək fəaliyyətinin icrası ilə bağlı rəhbərlik tərəfindən hər hansı bir irad bildirilməmiş, habelə bununla əlaqədar ona bu və ya digər formada nə xəbərdarlıq edilmiş, nə də müvafiq intizam tənbeh tədbiri tətbiq edilmişdir. 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli Əmrdə onun 2018-2021-ci illərə dair müəyyən edilmiş iş planlarına müvafiq olaraq tədqiqat işlərində iştirak etməməyi də əsassız iddiadır. Belə ki, əgər o dövrlər üçün qarşıya qoyulan məqsədlər çərçivəsində iş planlarında nəzərdə tutulan tədqiqat layihələrində iştirak etməsəydi, o zaman onunla bağlı müvafiq tədbirlərin görülməsi üçün işəgötürən tərəfindən 3 (üç) ildən çox gözləmə mövqeyinin seçilməsi də inandırıcı xarakter daşımamaqdadır. Əlavə olaraq işəgötürən tərəfindən əvvəlki dövrlərlə bağlı onun əmək funksiyalarını icra etməyi ilə əlaqədar qeyd edilən icranın keyfiyyəti nöqteyi-nəzərdən qiymətləndirilməsi də konkret mübahisə üzrə işəgötürən tərəfindən həyata keçirilən və hüquq pozuntuları ilə müşayiət olunan xitam prosesinin süni əsaslandırmasından başqa bir şey deyildir. 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli Əmrdə qeyd edilən digər nüans isə onun işə davamiyyətinin qənaətbəxş olmamasıdır. İşə davamiyyətin qənaətbəxş olmaması anlayışı özlüyündə kifayət qədər mücərrəd xa rakter daşımaqdadır. Ancaq işçi və təşkilati-hüquqi struktur baxımından, habelə maliyyə cəhətdən işçidən daha güclü mövqedə olan işəgötürən arasında olan əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsi normalarının hüquqi təbiəti onu deməyə əsas verir ki, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsinin xitam edilməsi konkret hallarla əlaqələndirilməli və bu hallar məhz əmək qanunvericiliyinin nəzərdə tutulduğu tələblərə cavab verməlidir. İşçinin işə davamiyyətinin qənaətbəxş olmaması anlayışı isə mücərrəd olduğu qədər, həm də tənzimləmə nöqteyi-nəzərdən əmək qanunvericiliyində işəgötürənə əmək müqaviləsini təktərəfli xitam etmək imkanı verən səbəb olaraq qiymətləndirilə bilməz. Ancaq yuxarıda istinad edilən xitam əmrində onun davamiyyətinin qənaətbəxş olmamasının hansı şəkildə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması məsələsinə toxunulmamış, səthi olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan məsələlərə dair həqiqəti əks etdirməyən, ancaq normanın məzmununa görünüş etibarilə uyğunlaşdırılan əsaslar göstərilmişdir. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Ancaq yuxarıda qeyd edilən xitam əmrinin sadə təhlilindən də müəyyən olunur ki, daha öncə də qeyd edildiyi kimi cavabdeh tərəfindən müva fiq əmrdə cəhd edilən əsaslandırma özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsir dairəsinə düşməsi üçün hazırlanmış qeyri-dəqiq, həqiqəti əks etdirməyən məlumatların bəsit toplusundan başqa bir şey deyildir. Halbuki qanunvericilikdə nəzərdə tutulan əsaslandırma anlayışı normanın məzmununa uyğun həqiqəti əks etdirməyən məlumatların yazılmasını yox, məhz faktiki münasibətlər zəmnində normada nəzərdə tutulan pozuntuların xarakteri ilə əlaqəli olan məsələlərin məntiqi surətdə izahına bağlı bir prosesin nəticəsi olaraq təsbit edilmişdir. Əmrdə istinad edilən verilən tapşırıqların icra edilməməsi məsələsi sadəcə söz yığını olmaqla, əsaslandırma kimi qiymətləndirilə bilməz. Digər nüans isə ondan ibarətdir ki, həmin əsasla işdən çıxarmanın zəruri şərti olan Əmək Məcəlləsinin 71-c i maddəsinin 2-ci hissəsindəki hallar (iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi) əmrdə əsaslandırılmamışdır. İnstitutun rəhbər heyətində müvafiq dəyişikliklər aparıldıqdan sonra daha əvvəlki dövrlərdə əmək funksiyalarının icrasına başlamış işçilərə yeni rəhbərlik tərəfindən ayrı-seçkiliklə müşayiət olunan rəftar sərgilənmişdir. Belə ki, qeyd edilən kateqoriya işçilər dəvət edilərək ərizələrini yazmaları və bu şəkildə, sanki şəxsi iradə ifadələri formasında tərəflər arasında olan əmək münasibətlərinin xitamına məcbur edilmişdirlər. Yuxarıda qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətdə qeyd etdiyi nüansları təsdiqləməkdədir. Uzun müddətli xarakter daşıyan və öz ərizəsini yazaraq işdən çıxmağıyla bağlı davam edən təzyiqlərdən sonra cavabdeh yuxarıda qeyd edildiyi formada əmək müqaviləsini qanunsuz olaraq xitam etmişdir. Xitam əmrində onun 25 noyabr 2021-ci il tarixində bütün gün işdə olmadığı qeyd edilmişdir. Maraqlı məsələ ondan ibarətdir ki, bununla bağlı növbəti gün, yəni 26 noyabr 2021-ci il tarixində ondan iddia edilən bütün gün işə gəlməməyinin səbəbi soruşulmamış, bununla bağlı ondan izahat alınmamışdır. Qeyd edilməlidir ki, 25 noyabr 2021-ci il tarixində işə getmiş, ancaq işçilərin davamiyyətinin aparıldığı kitabda müvafiq davamiyyətlə bağlı qeydlərin aparılmasına icazə verilməmişdir. Bunu tələb etdikdə isə davamiyyət kitabı üzrə məsul şəxslər kitabın ona təqdim edilməyəcəyini qeyd etmişdilər. Əmrdə istinad edilən 29 noyabr 2021-ci il tarixində isə qeyd edilən kitabda 15 dəqiqə gec gəlməyinə baxmayaraq gəliş saatını saat 9.00 olaraq göstərməyi məsələsi sadəcə absurddur. Belə ki, Əmrdə də etiraf edildiyi kimi qeyd edilən kitabla bağlı məsul şəxslər o kitaba qeydlərin aparılmasına nəzarət edirsə, o zaman onun gec gəlməyinə baxmayaraq kitaba fərqli vaxt qeyd etməyinin heç bir məntiqi açıqlaması yoxdur. Məhz o anda daxil edəcəyi məlumatların tutuşdurulacağına bilərək belə bir səhv etməyinə inanmaq, habelə bunu iddia etmək sadəlövhlük olardı. Əlavə olaraq əgər müəssisədə iş saatı saat 9.00-da başlayırsa və gecikən şəxslərin qeydiyyatı aparılırsa, bu qeydiyyat yəqin ki gecikən işçinin özü tərəfindən yox, məhz məsul şəxslər tərəfindən aparılır. Əks halda hər bir işçi bu və ya digər dərəcədə işə gec gələr və gəliş saatını 9.00 olaraq göstərərək icra intizamından yayınardı. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, bu proses məqsədli şəkildə həyata keçirilmiş, ona 25 noyabr 2021-ci il tarixində qeyd edilən kitab təqdim edilməyərək, habelə guya gecikən işçilər özləri gecikdikləri ilə bağlı qeydləri aparmasını iddia edərək onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən uzaqlaşdırmağı üçün münbit süni şərait yaratmışdırlar. Habelə iddia edilən intizam pozuntuları ilə bağlı aktlardan biri gecikmə ilə əlaqədar akt Ümumi Şöbənin müdiri tərəfindən imzalansa belə, digər akt verilən tapşırıqların icrası ilə əlaqədar olan akt isə direkt or müavini tərəfindən belə imzalanmamışdır. Bu isə onu deməyə əsas verir ki, onun süni səbəblər göstərilərək işdən çıxarılmağı əsassız xarakter daşımaqla, verilən tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd edilən hər iki akt ona təhvil verilməmiş, işdən uzaqlaşdırıldıqdan sonra şəkilləri çəkilərək ona göndərilmişdir. Bu isə məntiqi olaraq belə bir nəticə çıxarmağa imkan verir ki, onun xitamı gerçəkləşdirilmiş, daha sonra bununla bağlı köhnə tarixli sənədlərin hazırlanması və törədilən qeyri-qanuni əməllərin əsaslandırılması işi aparılmışdır.
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10 Tədqiqat İnstitutunun etirazı onunla əsaslandırılmışdır ki, əmrdə qeyd edilən 2018-2021-ci illərə dair iş planları üzrə yerinə yetirilən tədqiqat işlərində iştirak etməmiş, həmin il lərdə rəhbərlik və çalışdığı şöbənin rəhbəri tərəfindən ona verilən tapşırıqların öhdəsindən layiqincə gələ bilməmişdir” hissəsi işçinin işdən çıxarılma əsası kimi deyil, onun işə olan səhlənkar və etinasız davranış vərdişinin sübuta yetirilməsi və onun bu cür davranış vərdişinin əmək vəzifələrinin kobud pozuntusuna gətirib çıxarması anlamında qeyd edilmişdir. Belə ki, İddiaçı vəzifə funksiyalarının yerinə yetirilməsi xarakteri barəsində şöbə müdirinin xasiyyətnaməsi, elmi katibin xx.xx.2021-ci il tarixli xidməti məruzəsi, direktor müavininin xx.xx.2021-ci il tarixdə daxil olmuş xidməti məruzəsi və X14 Təşkilatı sədrinin vəzifəsini müvvəqəti İcra edən, X14 Təşkilatının komissiyasının üzvünün xx.xx.2021-ci il tarixli xidməti məktubu vardır. O cümlədən, İddiaçı vəzifələri layiqincə yerinə ye tirə bilməməsinə dair xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Özünün aktla tanış olmasına baxmayaraq, imzalamamışdır. İİETİ-nin bir neçə əməkdaşının İddiaçı vəzifə funskiyalarını yerinə yetirməsinə dair qeyri-qənaətbəxş təəsüratı onu deməyə əsas verir ki, İddiaçı öz işinə etinasız yanaşmış, vəzifə funksiyalarını səhlənkarcasına yerinə yetirmişdir. Bu cür davranış vərdişi sərgiləyən işçi, şübhəsiz, əmək vəzifə funksiyalarını gələcəkdə pozmayacağı qaçılmaz idi. Həmçinin, İddiaçı timsalında müəssisədə kadr potensialının olmamasının təsdiqi AR İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri müavininin nazir müavininə ünvanladığı xidməti məruzənin 6-cı paraqrafında öz əksini tapmışdır. Beləliklə, sərgilədiyi bu cür davranışın məntiqi nəticəsi olaraq, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin a) və ə) bəndlərini pozmuşdur. İddiaçı qeyri nizam-intizamlı davranışı onun barəsində rəsmi işdən azad edilmə əmri çıxmamış xx.xx.2021-ci il tarixində AR İqtisadiyyat Nazirliyinə göndərdiyi elektron müraciət məktubunda llETl-nin direktorunun birinci müavini, direktor v.i.e barəsidə böhtan xarakterli - onun şərəf və ləyaqətini alçaldan İfadələrdə də büruzə vermişdir. Bundan əlavə işçi öz əmək funksiyası və vəzifə borcuna qarşı səhlənkar və etinasız yanaşaraq, işə oktyabr ayında dəfələrlə gecikmiş, izahatı alınmış, törətdiyi əməl barəsində xx.xx.2021-ci il tarixində gecikmə ilə əlaqədar akt tərtib edilmiş, daha sonra Ümumi şöbənin müdiri və X14 Təşkilatı sədrinin müvafiq olaraq xx.xx.2021-ci il tarixli 9/63 nömrəylə daxil olmuş və xx.xx.2021-ci il tarixli 9/88 nömrəylə daxil olmuş xidməti mə ruzələri əsasında F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir Xəbərdarlığa məhəl qovmayaraq, yenidən 28 oktyabr və 15 noyabr tarixlərində işə gecikmiş, sözügedən əməl araşdırılaraq xx.xx.2021 tarixli İzahatı alınmış, eyni tarixli gecikmə ilə əlaqədar akt tərtib edilmiş, eyni tarixli Ümumi şöbənin müdiri və X14 Təşkilatının sədrinin müvafiq olaraq 9/117 və 9/123 nömrəylə daxil olmuş xidməti məruzələri ilə birgə İnstitutun direktor vəzifəsini İcra edən direktorun birinci müavininə təqdim edilmişdir. Yekunda, F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmr əsasında iddiaçıyə töhmət verilmişdir. Bu azmış kimi 25 noyabr 2021-ci il tarixində, ümumiyyətlə, işə gəlməmiş və gəlməməsinə dair üzrlü səbəb də gətirməmişdir. Sözügedən əməllə əlaqədar xx.xx.2021-ci il tarixli akt, X15 Təşkilatının sədrinin vəzifəsini müvvəqəti İcra edən, X14 Təşkilatının komissiyasının üzvünün xx.xx.2021-ci il tarixli, 9/156 nömrəylə daxil olmuş və Ümumi şöbənin müdirinin xx.xx.2021-ci il tarixli, 9/151 nömrəylə daxil olmuş xidməti məktubları və eyni tarixdə tərtib edilmiş akt İİETİ-nin direktoru vəzifəsini müvvəqəti icra edən direktorun birinci müavininə təqdim edilmişdir. Bununla da işçinin bu əməli Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin seçilməsinin əsası olan eyni Məcəllənin 72-ci maddəsinin a) bəndi ilə tövsif edilir. Bundan ziyadə, 29 noyabr 2021-ci il tarixində işə 15 dəqiqə gecikməsinə baxmayaraq, qəsdən davamiyyət kitabına saat 9:00-da gəldiyini qeyd etmişdir. Aldığı töhmətdən sonra 6 ay keçməmiş həm işə üzrlü səbəb gətirmədən ümumiyyətlə gəlməyib, həm də işə yenid ən gecikərək qəsdən işə 9:00-da gəldiyinə dair yanlış məlumatı davamiyyət kitabına qeyd etməsi onun Əmək Məcəlləsinin 70 ç) ilə işdən azad edilməsinə gətirib çıxarmışdır, onun bu əməli Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin seçilməsi əsası olan eyni Məcəllənin 72-ci maddəsinin ə) bəndi ilə tövsif edilir. 72-ci maddənin a) bəndi o cümlədən, 72-ci maddənin ə) bəndi ilə işdən çıxarmağımızın daha bir əsası AR İqtisadiyyat Nazirliyinin İİETİ-yə ünvanladığı sorğunun 5-ci sualına cavabında ifadə etmişdik. Yuxarıda qeyd edilmiş əmək pozuntularının (işə gecikmənin, işə gəlməməsinin) və 2018-2021-ci illər boyu işə olan səhlənkar və etinasız davranışı İnstitutda 2021-ci ilin İş Planı çərçivəsində İddiaçı görüləcək tapşırıqların ona həvalə edilməməsinə, İddiaçı dəfələrlə mütəmadi gecikməsinə görə iş ortamında gecikmənin normal olduğu abu-havanı yaratması və digər işçilərin ona baxaraq eyni hərəkəti edəcəyi təqdirdə mənfi nəticə ilə üzləşməyəcəyinə güman edərək mütəmadi gecikmələri və bunların nəticəsi olaraq işin, əməyin və icra intizamının normal ahənginin pozuntusuna gətirib çıxarmışdır. Qeyd edilən hallar isə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtləri əhatə edir. İddiaçı 2021-ci ilin İş Planı üzrə işin həvalə edilməməsinə dair onun şöbə müdirinin şahid ifadəsindən istifadə edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq, İnstitutun direktorunun birinci müavininin, direktorun v.i.e. İddiaçı barədə xx.xx.2021-ci il tarixli təqdimatı ilə X14 Təşkilatı komissiyasının üzvlərinin iclasının xx.xx.2021-ci il tarixli İddiaçı barəsində 02 nömr əli protokolu tərtib edilmişdir və protokol və digər xidməti məruzələr, xidməti məktublar əsasında “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında" 3 dekabr 2021-ci il tarixli K-55 nömrəli Əmr çıxarılmışdır. İddiaçının digər işçilərin könüllü işdən çıxma barədə ərizə yazdırdılaraq gələcəkdə işdən çıxarılmasına məcbur edildiyini qeyd etmiş, özünün də buna məcbur edildiyi və bunu etmədiyinə görə 70-ci maddənin ç) bəndi ilə işdən çıxarıldığına dair səbəbli əlaqə gətirmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının qeyd edilən arqumenti həqiqətə uyğun deyil, iddiaçının özünü məhkəmə qarşısında "qurban" kimi təqdim etmək cəhdindən başqa heç bir məna kəsb etmir. Təsadüfi deyil ki, iddiaçı bu arqumentini təsdiq edə biləcək hər hansı faktı, sənədi və ya digər sübutu iddia ərizəsinə əlavə etməm işdir. Halbuki, əgər iddiaçı bu faktı iddia edirsə, sübutetmə vəzifəsi onun üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci bəndinə əsasən, "Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” İddia ərizəsində iddiaçının X9 Xidmətinə məktubun ünvanladığını qeyd etmişdir, halbuki, məktuba cavab almasına dair heç bir qeyd yoxdur. X9 Xidmətinin bizə ünvanladığı **********8 nömrəli xx.xx.2021-ci İİ tarixli müraciət məktubuna cavab olaraq tələb olunan sənədlər İnstitutdan xx.xx.2021-ci il tarixində çıxan məktub ilə cavablandırılmışdır. Bizim burada düşən öhdəliyimizi yerinə yetirməyimizə baxmayaraq, X9 Xidmətinin araşdırması hələ də nəticəsiz qalmışdır və qalmaqdadır. Beləliklə, iddia ərizəsində fakta istinad edilsə də heç bir sübut təq dim edilməmişdir, ümumiyyətlə, iddiaçının iddia etdiyi hallar olsaydı işdən çıxmağa məcbur olmuş işçilər tərəfindən İİETİ barədə müvafiq orqanlara, o cümlədən məhkəmə orqanlarına müraciətlər olmalı idi ki, belə hallar isə mövcud deyil. 25 noyabr 2021-ci il tarixində İddiaçı üzrlü səbəb olmadan işə gəlməməyi ilə bağlı davamiyyət kitabında heç bir qeydi yoxdur. Sözügedən əməllə əlaqədar xx.xx.2021-ci il tarixli akt, X14 Təşkilatının sədrinin vəzifəsini müvəqqəti icra edən komissiya üzvünün xx.xx.2021-ci İl tarixli, 9/156 nömrəli və Ümumi şöbə müdirinin xx.xx.2021-ci il tarixli, 9/151 nömrəli xidməti məruzələri və eyni tarixdə tərtib edilmiş işə gəlməməsinə dair akt İİETİ-nin direktoru vəzifəsini icra edən direktorun birinci müavininə təqdim edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İ ddiaçı aktla tanış edilsə də, o bununla bağlı imza atmaqdan, habelə izahat verməkdən imtina etmişdi. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı işdə saat 9:00-da olmalıdır. Bundan ziyadə, 2021-ci ilin oktyabr ayının əvvələrində mütəmadi gecikmələrin vüsət almasının ardınca işçilərə müvafiq əmək funksiyasını xatırlatmaq məqsədi ilə Ümumi şöbə müdirinin xx.xx.2021-ci il tarixdə “İş vaxtının rəsmiləşdirilməsi barədə" xidməti məruzəsi əsasında İnstitutun direktorunun birinci müavini, direktor v.i.e. tərəfindən xx.xx.2021-ci il tarixli F- 54 nömrəli Əmrində də işə gəlmə vaxtının saat 9:00 olması təsbit olunmuşdur. İnstitutun ştatdankənar nəzarətçisinin, o cümlədən polis nəzarətçisinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli izahata əsasən, İddiaçı 29 noyabrda həqiqətən 15 dəqiqə geci kmiş və davamiyyət kitabına qəsdən real vaxta uyğun olmayan vaxt - saat 9:00 qeyd etmişdir. Həmçinin, AR İqtisadiyyat Nazirliyinin verdiyi sorğunun 7-ci sualına cavab olaraq, bildirilmişdir ki, İddiaçı tabeldə pozuntu edərək saat 9:00-da gəldiyini qeyd etmişdir. Ştatdankənar nəzarətçinin nəzarət etmə xarakterinin, yəni işə gələnin başının qabağını kəsdirərək deyil də, işə gələnin qeydindən sonra nəzarətçinin saata baxıb hər ikisini tutuşdurması faktını sübuta yetirilməsi üçün İİETl-nin əməkdaşlarının birindən şahid qismində ifadəsi alına bilər. Həmçinin ştatdankənar nəzarətçinin işə gələn işçilərə nəzarət etməsi tərzinə dair kamera görüntüsü vardır. İddiaçıdan 15 dəqiqə gec gəlib saat 9:00-un davamiyyət kitabında qeyd etməsinə dair izahat yazması xahiş edilsə də, izahat verməmişdir. İzah at verməməsi, o cümlədən, izahat verməkdən imtina edirəm qeydini İddiaçı vəzifələri layiqincə yerinə yetirə bilməməsinə dair “İddiaçı ilə bağlı” xx.xx.2021-ci il tarixli aktda qeyd edib imzalamamasının təsdiqi AR İqtisadiyyat Nazirliyinin llETl-yə ünvanladığı sorğunun 8-ci sualına cavabında ifadə etmişik. İzahat verməkdən imtina etməsinə dair şahid ifadəsindən də istifadə edilə bilər. Tapşırıqların icra edilməməsinə dair xx.xx.2021-ci il tarixli akt İİETİ-nin direktor müavini XXX tərəfindən imzalanmışdır. Əmək Məcəlləsinin 189.3-cü bəndinə əsasən, “İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Əmək Məcəlləsinin 186.2-ci bəndinin ç) yarımbəndində əks olunmuş “İş çinin əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tənbehinə dair Əmr işçinin elektron poçt ünvanına göndərilmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10-Tədqiqat İnstitutunda ştatdankənar nəzarətçi işləyir. O, iddiaçının dəfələrlə işə gecikməsinin şahidi olmuş, işə 15 dəqiqə gecikməsinə baxmayaraq qeydiyyat kitabına saat 9.00 yazdığı faktını təsdiq edir. Həmin vaxt bu barədə onunla mübahisəsi belə yaranmışdır. Qeydiyyat kitabına qəsdən real vaxta uyğun olmayan vaxtın qeyd edilməsi barədə onun da iştirakı ilə akt tərtib edilmişdir. Lakin noyabr ayının 25-də işə gəlib-gəlməməsindən xəbərsizdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X10-Tədqiqat İnstitutunda direktor vəzifəsində çalışır. 2019 avqust 2021-ci il sentyabr ayına qədər direktor vəzifəsini icra edərkən iddiaçı ona şifahi qaydada müraciət edərək onu tam ştata keçirməyini xahiş etmişdir. Lakin o, imtina etmişdir, çünki hələ 2017-ci ildən direktor müavini işləyərkən iddiaçının elmi tədqiqat sahəsində hər hansı töhfəsini görməmişdir. 29 noyabr 2021-ci il tarixli aktın tərtib olunmasında iştirak etmişdir, aktdakı imza ona məxsusdur. Akt həmin gün onun tərəfindən imzalanmışdır. İddiaçının əlində olan aktda onun imzasının olmaması səbəbi isə onun həmin aktı növbəli şəkildə imzalanması üçün ona təqdim olunanadək keçən vaxt ərzində iddiaçının onu əldə etməsi olmuşdur.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bunda n sonra- birinci instansiya məhkəməsi) e-2(004)-1259/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı X10 Tədqiqat institutuna makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşə gecikmələrinə görə İddiaçı F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir. Yenidən təkrarən işə gecikmə halları təkrarlandığından İİETİnin direktor v.i.e. direktorun birinci müavinin “İşə gecikmiş əməkdaşlara töhmət verilməsi haqqında” F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmri ilə X10 X1 tədqiqatlar şöbəsinin baş mütəxəssisi İddiaçı töhmət verilmişdir. 25 noyabr 2021-ci il tarixdə heç bir səbəb göstərmədən işə gəlməmişdir. xx.xx.2021-ci il tarixli K-55 nömrəli Əmr ilə “İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 3 dekabr 2021ci il tarixindən xitam verilmişdir. Eyni zamanda rəhbərliyin xidməti məktubları və aktlardan görünür ki, işçi İddiaçı İİETİ-də işlədiyi müddətdə xüsusi bilik və bacarıqları ilə seçilməmiş, elmi tədqiqatlara maraq göstərməmiş, öz üzərində çalışmamış, İnstitutda yerinə yetirilən tədqiq işlərinin icrasında iştirak etməmiş, rəhbərlik tərəfindən ona verilmiş tapşırıqların icra nəticəsi qənaətbəxş hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cav abdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir.
17. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli K-55 nömrəli Əmr əsaslı və qanuni olduğundan həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur.
18. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, iddiaçı 25 noyabr 2021-ci il tarixdə işdə olduğunu qeyd etsə də, bu barədə hər hansı mötəbər sübutunu məhkəmədə təqdim edə bilməmişdir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 70, 71(2), 72(a), 72(ə), 76(1), 80(1), 80(2)-cı, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1-ci madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı apellyasi ya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçının çalışdığı iş yeri kameralar ilə gün boyu müşahidə olunur. İddiaçıdan dəfələrlə həmin kamera görüntülərini məhkəməyə təqdim etməsi tələb olunsa da, o, həmin görüntüləri hər dəfə müxtəlif bəhanələrlə Məhkəməyə təqdim etməkdən yayınmışdır. Bundan başqa cavabdeh tərəfin şahid kimi işə cəlb etdiyi, həmin iş yerində nəzarətçi vəzifəsində çalışan, yəni işə gəlib gedən hamını görən X5 öz izahatında da deyir ki, “iddiaçının noyabr ayının 25-də işə gəlibgəlməməsindən xəbərsizdir”. Yəni, şahid iddiaçının noyabr ayının 25-də işə gəlmədiyini demir, deyir ki, gəlib-gəlməməsindən xəbərsizdir. Əslində şahid bilərək və istəyərək sualdan yayınıb. Onun bilməməsi mümkün deyil ki, həmin günü iddiaçı işdə olub, ya olmayıb. Bir də ki, iddiaçının həmin günü işdə olmadığını görsəydi, o, məmnuniyyətlə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktı imzalayardı. Çünki bu mübahisəsizdir ki, XXX ilə iddiaçının arasında müəyyən narazılıqlar vardı. Açıq-aydın göründüyü kimi bu proses öncədən planlaşdırılmışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən bütün aktlar rəhbərliyin təzyiqi ilə əməkdaşlar tərəfindən imzalanmışdır. Məhkəminin həmin aktları sübut kimi qəbul etməsi tamamilə qanunsuz və ədalətsizdir. Qeyd olunan aktlardan başqa məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İntizam tənbehi verilərkən ondan izahat tələb edilməyib, ona özünü müdafiə etməyə imkan verməmişlər.
22. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4123/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X6 və X2 ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir.
25. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız saym ış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir.
26. Apellyasiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 80(1)-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının xx.xx.2022-ci ildə bütün günü işdə olmadığını yalnız cavabdeh tərəfin tək tərəfli olaraq tərtib etdiyi akta istinadla əsaslandırmışdır. Halbuki, bu yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddiaçının çalışdığı iş yeri kameralar ilə gün boyu müşahidə olunur. İddiaçıdan dəfələrlə həmin kamera görüntülərini məhkəməyə təqdim etməsi tələb olunsa da, o, həmin görüntüləri hər dəfə müxtəlif bəhanələrlə Məhkəməyə təqdim etməkdən yayınmışdır. Bundan başqa cavabdeh tərəfin şahid kimi işə cəlb etdiyi, həmin iş yerində nəzarətçi vəzifəsində çalışan, yəni işə gəlib gedən hamını görən X5 öz izahatında da deyir ki, “iddiaçının noyabr ayının 25-də işə gəlib-gəlməməsindən xəbərsizdir”. Yəni, şahid iddiaçının noyabr ayının 25-də işə gəlmədiyini demir, deyir ki, gəlib-gəlməməsindən xəbərsizdir. Əsli ndə şahid bilərək və istəyərək sualdan yayınıb. Onun bilməməsi mümkün deyil ki, həmin günü iddiaçı işdə olub, ya olmayıb. Həmçinin xx.xx.2022-ci ildə iddiaçı bütün gün işdə olmasına baxmayaraq davamiyyət kitabına imza çəkməyinə əməkdaşlar tərəfindən maneə yaradılmış və davamiyyət kitabı ona təqdim edilməmişdir.
29. Bundan başqa əmək müqaviləsində və sistemdə iş saatı müəyyən edilməmişdir ki, belə olan halda işçinin işə gecikməsinin necə müəyyən edildiyi aydın deyildir.
30. Həmçinin qeyd edilmişdir ki, ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə İddiaçının işdən azad edilə bilməyi üçün bu şərtlər tələb olunur: 1) işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmalı, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməli; 2) Bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməldir. Bu da danılmaz faktdır ki, hər iki şərtin var olduğunun İşəgötürən sübut etməlidir. Lakin belə bir sübut təqdim olunmadı. Məhkəmə də buna məhəl verməyib. İkincisi, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndində deyilir ki, “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. İşəgötürən verdiyi mübahisəli Əmri tutarlı əsaslar ilə əsaslandırmayıb.
31. Eyni zamanda Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə, “İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı iza hatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir”. Cavabdeh- İşə götürən, İddiaçıya “əmək müqaviləmin Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi” intizam tənbehini verərkən ondan izahatını, müdafiəsini tələb etməyib, ona özünü müdafiə etməyə imkan vermədilər. Bununla Cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndi pozmuşdur. İşçi məhkəmə iclasına qədər bilmirdi ki, O, hansı səbəb və əsasla işdən azad edilib. Çünki, İşçiyə Əmrin surəti təqdim edilmədiyi kimi, əmək kitabçasının surəti də verilmədi. Lakin məhkəmə bu pozuntulara göz yumdu.
32. Cavabdeh işəgötürən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbini də pozmuşdur. Belə ki, həmin normaya görə “İşəgötürən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçasını və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Qanunun bu İmperativ tələbini Cavabdeh kobud şəkildə pozsa da Məhkəmə buna heç bir əhəmiyyət vermədi. Bütün bunlar Məhkəmə qətnamə qəbul edərkən işi təfsilatlı araşdırmadan, qanunun maddi və prosessual normalarını pozaraq qətnamə qəbul etdiyini sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
34. Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
35. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan t ərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
36. Maddə 71(2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Maddə 72(a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
38. Maddə 72(ə). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
39. Maddə 76(1). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər..
40. Maddə 80(1). Bu Məcəllənin 70- ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
41. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
42. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcə llənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. İlk növbədə qeyd olunur ki, iddiaçı kassasiya şikayətini işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması ilə əsaslandırır. Bununla bağlı qeyd olunur ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.
56. Konstitusiya Məhkəməsi Ple numunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. İddiaçının onun işə çıxıb-çıxmaması ilə bağlı halların ətraflı araşdırılmaması, əlavə sübutlar t ələb edilməməsi ilə bağlı qeyd etdikləri işin faktiki halları ilə bağlı məsələlərdir.
58. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun işə mütəmadi olaraq gecikməsi əsası ilə xitam verilmişdir.
59. Qeyd olunur ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (37-38&). Qeyd olunan pozuntulara yol verilməsi işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xi tam verilməsi üçün əsasdır.
60. Məhkəmələr müəyyən etmişlər ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı X10 Tədqiqat institutuna makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşə gecikmələrinə görə İddiaçı F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir. İşə gecikmə halları təkrarlandığından İİETİ-nin direktor v.i.e. direktorun birinci müavinin “İşə gecikmiş əməkdaşlara töhmət verilməsi haqqında” F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmri ilə X10 X1 tədqiqatlar şöbəsinin baş mütəxəssisi İddiaçı töhmət verilmişdir. İddiaçı 25 noyabr 2021-ci il tarixdə heç bir səbəb göstərmədən işə gəlməmişdir.
61. Məhkəmə baxışı zamanı iddiaçı qeyd olunan faktiki halları əks etdirən sübutların həqiqətə uyğun olmamasını lazımi qaydada təkzib edə bilməmişdir.
62. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur(43-44&). 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 3)-4123/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.