Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5028/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.A.Nuriyev 2(007)-81/2018) iddia qismən təmin edilmiş, "Cavabdeh" firmasından dəymiş maddi z iyana görə 18002,0 (on səkkiz min iki) manat və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat«GeneralAvtoCompany» firmasındanalınıb dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət xəzinədarlığı Agentliyi, Kod *********, VÖEN **********, Müxbir hesab AZ********************SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ******************* hesablaşmahesabına keçirilməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat «GeneralAvtoCompany» firmasındanalınıb “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu: VÖEN: ********** H/h: AZ******************** “xxxx” Bank ASC Sahil filial Bankın VÖEN: ********** M/h: AZ******************* Kod: ************ SWİFT: AZ hesablaşma hesabın a keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 200 (iki yüz) manat «General-AvtoCompany» firmasından alınıb “Azərinşaatlayihə” DBLKT İnstitutu: VÖEN: ********** H/h: AZ******************* “xxxx” Bank ASC Kod: ********** VÖEN: ********** M/h: AZ******************** SWİFT: BİK AZFİAZ22 hesablaşma hesabına keçirilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi) T.S.Səmədov və E.C.Kazımov; 2(103)-1285/2019) cavabdeh "Cavabdeh" tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-81/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş və iddia təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh "Cavabdeh" firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" firmasından ona dəymiş 30.000 manat məbləğində ziyanın, cavabdehə məxsus 11 saylı marşrut üzrə hərəkət edən avtobusların sxem üzrə hərəkətlərinin təmin edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2000-ci il tarixdə ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini 2000-ci il tarixli layihə sənədinə əsasən inşa etdirmiş, evin tikintisi üçün ümumilikdə 80.000 manatdan artıq xərc çəkmişdir. 2015-ci il iyul ayından etibarən cavabdehə məxsus 11 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus lar sxemdən kənar hərəkət edərək onun evinin yerləşdiyi ************** küçəsinə daxil olmuş və evin yaxınlığından geri dönərək eyni yolla geri qayıdıb xətt üzrə işləməyə davam etmişdir. “xxxx” MMC-nin 11 saylı marşurut sxeminə əsasən cavabdehə məxsus avtobuslar “28 May” metrostansiyası ************** küçəsi istiqamətində düz və əks istiqamətdə hərəkət etməli olduğu halda,həmin iritutumlu avtobuslar evin yerləşdiyi zonadan yüksək hərəkət etmişdir və nəticədə əmlakına zərər dəymişdir. Buna görə də torpaqda baş vermiş titrəmələr nəticəsində evini əhatə edən daş hasarda, evin giriş hissəsində birinci mərtəbənin eyvanın döşəməsində, ikinci mərtəbənin eyvanının dayaq sütununda (tumba), evin ikinci mərtəbəsində otaqlararası arakəsmə divarda, ikinci mərtəbənin otaqlarının tavanlarında, evin giriş hissəsində pilləkənlərində 30-60 sm uzunluqda çatlar əmələ gəlmiş,çatlar nəticəsində həmin sütun demək olar ki, yararsız hala düşdüyündən hər an eyvanın uçma təhlekəsiyaranmışdır. Bununla cavabdeh 30.000 manat dəyərində ziyan vurmuşdur. Evin girişində olan pilləkən və s. hamısı çatdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instnasiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 403, 405-ci maddələrinin tələbləri pozulmuş, iddia tələbi tam əsaslı olmasına və cavabdeh tərəfindən iddi açıya ziyan vurulması tam təsdiq olunmasına baxmayaraq əsassız, qərəzli və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki halla rının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən cavabdeh tərəfindən təqdim olunmuş arayışa əsasən, 11 saylı marşrutun İ.Əbilov küçəsi üzrə hərəkəti İ.Əbilov küçəsində yaşayan vətəndaşların çoxsaylı müraciət və ərizələri əsasında Bakı şəhər Nəqliyyat Departamentinin göstərişi və yol hərəkət sxemi əsasında təmin olunmuşdur. Bakı Nəqliyyat Agentliyinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2004-cü il tarixli, 91 nömrəli qərarına əsasən təsnifat bölgüsü ilə Bakı şəhəri, *************************** küçəsi «rayon əhəmiyyətli küçədir». Cavabdeh tərəfindən təqdim olunmuş 10.01.2019-cu il tarixli arayışda görünür ki, Bakı şəhəri, **************** küçəsində ağır çəkili avtomobillərin hərəkətini qadağan edən lövhəcik və ya yol nişanları quraşdırılmamışdır. Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin 26.09.2017-ci il tarixli rəyində qeyd edilmişdir: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində, evin hasarında, digər əlavə tikililərdə yaranmış qüsurların səbəbi aşağıdakılardan ibarətdir: - yaşayış evi 1990-cı illərdə birmərtəbəli ev kimi tikilmişdir. İkinci mərtəbənin inşası üçün birinci mərtəbənin yükgötürmə qabiliyyəti araşdırılmamı ş və ikinci mərtəbədə evin eni, özülün konstuksiyası dəyişilmədən, hesabat və layihə cizgiləri olmadan 1,65 metr artırılaraq tikilmişdir; - evin həyətində yağış və digər atmosfer sularını kənarlaşdırmaq üçün diametri 50 mm olan kanalizasiya borusu qoyulmuşdur. Yağış və yeraltı suların təsirindən bünövrə qruntunun yükgötürmə qabiliyyəti azalmış, yaşayış evinin və hasarın özülünün bəzi hissələrində yaranmış çökmə nəticəsində çatlar yaranmışdır; - həyətin döşəmə tavaları arasında kənarlaşdırılmayan artıq su, qrunta hoparaq yükgötürmə qabiliyyətini azaltmışdır. Hasarın dibində əkilmiş dekorativ bitkilərin vaxtaşırı suvarılması hasar özülün çökmələrinə şərait yaratmışdır. Həmin rəydə, həmçinin, konstruksiyaların yükgötürmə qabiliyyəti zəifləməsi səbəbindən, ev, hasar və digər tikililərdə hasara yaxın məsafədə yerləşmiş yol boyu hərəkət edən ağır yüklü nəqliyyat və digər mexanizmlərin yaratdığı titrəyişlərin təsirindən çatların aktivləşə bilməsi ehtimalı qeyd olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 14.08.2018-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində çatlar: - bünövrə hissədə atmosfer və digər suların bünövrəyə sızması, - inşa olunarkən tikinti norma və qaydalarına əməl olunmaması və - iri tutumlu nəqliyyat vasitələrinin yaratdığı titrəmələrin təsirindən ola bilər. Həmin rəydə fərdi yaşayış evində və evin hasarlarında gipsdən qoyulmuş “mayaklarda” ağır nəqliyyat vasitələrinin hərəkəti zamanı yaratdığı titrəmə nəticəsində çatlar əmələ gəldiyi nəzərə alınaraq, iritutumlu nəqliyyat vasitələrinin ************* küçəsindən hərək əti zamanı yaratdığı titrəmə nəticəsində mövcud çatların daha da genişlənməsi ehtimalı qeyd olunmuşdur. Həmin ekspert rəyi ilə həm də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, evin hasarına və həmin ünvanda olan digər tikililərə dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 18002,0 manat olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən mütəxəssis kimi dəvət olunmuş M6 izahatında bildirmişdir ki, həmin binada və həyətin hasarında yaranmış çatlar rəydə göstərdiyi səbələrdən yarana bilərdi, tədqiqat zamanı onlar evin divarlarına və hasara nəzarət üçün müəyyən mayaklar qoymuşlar, bir müddət sonra həmin mayaklarda az da olsa dəyişikliklər aşkar olunmuşdur, o, yalnız mayakl arda baş vermiş dəyişikliklərin digər amillərlə yanaşı, həm də evin yaxınlığındakı küçədən keçən böyük tutumlu ağır yük maşınlarının yaratdığı titrəyişin də səbəb ola biləcəyini nəzərdə tutmuşdur. Apellyasiya qaydasında işə baxılarkən ekspert Ş.Hüseynov ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, evin hasarında və həmin ünvanda olan digər tikililərdə olan qüsurlar əsasən bünövrə hissədə atmosfer və digər suların bünövrəyə sızması, eləcə də tikililər inşa olunarkən tikinti norma və qaydalarına əməl olunmaması səbəbindən yarana bilərdi, nəzarət üçün qoyulmuş mayaklardakı dəyişikliklərə gəldikdə isə qeyd etdi ki, bunun həmin səbəblərlə yanaşı, həm də yaxınlıqdan keçən iri tutumlu ağır yük maşınlarının hərəkətindən də yaranması ehtimal oluna bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin, evin hasarının və həmin ünvanda olan digər tikililərin yerində müayinəsi zamanı müəyyən olunmuşdur ki, həmin fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir, həmin küçə asfalt ötrüklü olmaqla hamar və qənaətbəxş vəziyyətdədir, yolun eni 6-6.5 metr olmaqla nəqliyyatın hərəkəti ikitərəflidir, nəqliyyat vasitələrinin hərəkəti intensivdir, yolun hər iki tərəfi boyunca çoxsaylı fərdi yaşayış evləri mövcuddur, yolda hər hansı nəqliyyat vasitəsinin hərəkətini qadağan edən və ya məhdudlaşdıran yol nişanı yoxdu, hər iki tərəfdə olan evlər yoldan təxminən 14-18 metr aralıqda yerləşir, iddiaçının evi də yola münasibətdə qonşuların evləri ilə eyni məsafədə yerləşir, müayinə zamanı qonşuların ev və hasarlarında oxşa r qüsurlar aşkar olunmadı. Müayinə zamanı həmin yoldan çoxsaylı avtonəqliyyat vasitələrinin, o cümlədən də cavabdehə məxsus marşrutla hərəkət edən avtobusların, habelə müxtəlif markalı yük avtomobillərinin intensiv hərəkət etdiyi müşahidə edilmişdir. Yerində müayinə zamanı həmçinin iddiaçının göstərdiyi halın- yəni onun əmlakına dəymiş zərərin məhz cavbdehə məxsus marşrut avtobuslarının hərəkəti zamanı yaranan titrəyişlərlə bağlı olması yoxlanılarkən müəyyən olundu ki, nəinki orta tutumlu həmin avtobusların, hətta iri tutumlu yük avtomaşınlarının hərəkəti zamanı da nə yolda, nə də ki, iddiaçıya məxsus fərdi yaşayış evində hər hansı titrəyiş hiss olunmamışdır. Bundan sonra iddiaçı həmin avtomaşınların orta sürətlə hərəkət etməsi səbəbindən titrəyişlərin hiss olunmadığını, cavabdehə məxsus m arşrut avtobusların başqa vaxtlarda daha böyük sürətlə hərəkət etdiklərini və titrəyişlərin də bu vaxt yarandığını bildirmişdir. Bundan sonra həmin avtobusların iddiaçının göstərdiyi 50-60 km/saat sürətlə hərəkəti təmin edilmiş, bu zaman da nə yolda, nə də iddiaçıya məxsus fərdi yaşayış evində hər hansı hiss oluna biləcək titrəyiş baş verməmişdir. Yerində müayinə zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdehə məxsus 11 saylı marşrutda hərəkət edən avtobuslar 24 yerli olmaqla orta tutumlu sayılır, eləcə də İ.Əbilov küçəsi həmin marşrutun sonuncu dayanacağı olduğundan, avtobuslar həmin dayanacağa az sayda, təxminən 3-5 sərnişinlə daxil olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, qanuni əsasa istinad edən iddiaçı ona zərərin məhz cavbdehin hüquqa zidd əməlihərəkəti, həm də və mütləq qaydada təqsirli olması nəticəsində vuru lmasını sübuta yetirməlidir. Çünki MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı onun fərdi yaşayış evinə cavabdeh tərəfindən zərər vurulduğunu iddia etməsinə baxmayaraq, buna dair, yəni cavabdehin hüquqa zidd hərəkətləri, eləcə də onun fərdi yaşayış evinin divarları və həyətinin hasarlarında ortaya çıxmış qüsurların yaranmasında cavabdehin təqsirli olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan halları nı müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild
Məhkəmə qərarları › İş №2(102)-5028/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5028/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver