Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5029/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil, cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)3211/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(006)6295/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh “xxxx” ASC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmeti üzərində ipoteka yüklülüyünə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka qeydiyyatının ləğv edilməsi, ipoteka predmetinin əvvəlki vəziyyətə, həmçinin sahibinə qaytarılması, ipoteka predmetindən istifadə hüququnun bərpa edilməsi” barədə iddiası təmin edilərək, 19 oktyabr 2017-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvanin üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipotekadan azad edilməsi və ipoteka qeydiyyatının ləğv edilməsi, evin əvvəlki vəziyyətə, həmçinin sahibinə qaytarılması, habelə iddiaçının ev üzərində hüququnun bərpa edilməsi qət edilib. Cavabdeh “xxxx” ASC qətna mədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)3211/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 10 dekabr 2018-cı il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmeti üzərində ipoteka yüklülüyünə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka qeydiyyatının ləğv edilməsi, ipoteka predmetinin əvvəlki vəziyyətə, həmçinin sahibinə qaytarılması, ipoteka predmetindən i stifadə hüququnun bərpa edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə onun mülkiyyətində olan ünvanin satılması və satışdan əldə edilən pul vəsaitinin borclu X2un tələbkar “xxxx” ASC olan 40.000 ABŞ dolları əsas, 15.000 ABŞ dolları faiz borcunun ödənilməsinə yönəldilməsi qət edilib. Sonradan həmin işə apellyasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb və qətnamə icraya yönəldilib. İcra məmurunun 03 avqust 2010-cu il tarixli qərarı ilə icra üzrə icraata başlanıb. Bundan sonra “xxxx” MMC “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 08 iyun 2011-ci il tarixli hesabatına əsasən evin ilkin satış qiyməti 95.000 manat müəyyən edilib və icra məmuru 21 iyun 2011-ci il tarixli məktubla “xxxx”nə müraciət edərək, evin hərraca çıxarılmasını xahiş edib. İlk hərrac 20 sentyabr 2011-ci il tarixdə 95.000 manat qiymətlə, təkrar hərrac 20 oktyabr 2011-ci il tarixdə 80.750 manat qiymətlə keçirilsə də, hərraclar baş tutmayıb. Bu səbəbdən də hərrac təşkilatçısı tərəfindən 01 dekabr 2011-ci il tarixdə ev tələbkar “xxxx” ASC 25 faiz aşağı qiymətlə, yəni 60.562 manata təklif edilib və hərracların baş tutmaması 20 oktyabr 2011-ci il tarixdən tələbkar “xxxx” ASC bəlli olduğu halda, 30 təqvim günü ərzində sonuncu nəinki ipoteka predmetini əldə etmiş, heç buna cəhd belə göstərməmişdir və nəticədə onun ipotekaya xitam verilməsini tələb etmək hüququ süni şəkildə məhdudlaşdırılmışdır. Bundan sonra, icra məmurunun 27 mart 2017-ci il tarixli qərarına əsasən icra sənədi məhk əməyə geri qaytarılmış və tələbkar “xxxx” ASC ipoteka predmetini almaqdan açıq-aşkar imtina etmişdir. Bu isə ona məxsus olan ev üzərində ipotekaya xitam verilməsi üçün əsasdır. Lakin icra məmurunun 27 mart 2017-ci il tarixli qərarından 14 gün sonra tələbkar “xxxx” ASC 10 aprel 2017-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmiş və bununla da, ipoteka predmetinin yenidən qiymətləndirmənin təşkilinə və hərracın keçirilməsinə qanunsuz ravac verilmişdir. Belə ki, icra sənədi məhkəmənin 17 aprel 2017-ci il tarixli məktubu ilə yenidən icraya yönəldikdən sonra, 01 may 2017-ci il tarixdə icra məmuru “mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün 18-118930-6 saylı məktubla qiymətləndirmə fəaliyyətini həya ta keçirən “xxxx-N” MMC göndərmiş və sonuncunun “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 04 iyul 2017-ci il tarixli hesabatına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 65.000 manat müəyyən edilmiş və icra məmurunun 06 iyul 2017-ci il tarixli məktubu ilə “xxxx” MMC müraciət olunaraq 65.000 manat qiymətləndirilmiş evin hərraca çıxarılmasına dair 06 iyul 2017-ci il tarixli sifarişin icra edilməsi xahiş olunmuşdur. “xxxx” MMC tərəfindən ilk hərrac 16 avqust 2017-ci il tarixdə 65.000 manat, təkrar hərrac isə 20 sentyabr 2017-ci il tarixdə 55.250 manat qiymətlərlə keçirilsə də, hərraclar baş tutmamışdır. Bundan sonra hərracın təşkilatçısı tərəfindən ipoteka predmeti 22 sentyabr 2017-ci il tarixdə 25 faiz aşağı qiymətlə, yəni 41.437 manata tələbkar “xxxx” ASC təklif edilmiş və so nuncu həmin qiymətə ipoteka predmetini qəbul etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil k assasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili X məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, “xxxx” MMC, Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏ LƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsini rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka pr edmetini 30 gün müddətində əldə etmə imkanına malik olduğu halda, bunu ona görə etməyib ki, ipoteka saxlayan ilə ipoteka qoyan arasında sonuncunun banka olan borcunu ödəyəcəyinə dair şifahi razılaşma olub. Əvvəla, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, iddiaçı, 24 yanvar 2007-ci il tarixli kredit müqaviləsi üzrə borclu deyil, ipoteka qoyan olub və o, 24 yanvar 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə borclu X2un öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan ünvani bankın xeyrinə ipoteka qoyub. Sonradan borclu X2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 23 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə bankın İddiaçı və digərlərinə qarşı “ipoteka qoyul muş əmlakın satılmasına dair” iddiası qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan sözügedən evin açıq hərracdan satılaraq, satışdan əldə edilən pulun X2un banka olan 40.000 ABŞ dolları əsas, 15.000 ABŞ dolları faiz borcunun ödənilməsinə yönəldilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, ipoteka saxlayanla ipoteka qoyan arasında borclu X2un banka olan borcunu ödəyəcəyinə dair şifahi razılaşmanın nədən ibarət olmasını, sonuncunun razılaşmada iştirak edib-etməməsini, ümumiyyətlə tərəflərin hansı şərtlərlə, hansı müddətə razılığa gəlmələrini araşdırmadan, ipoteka predmetinə dair faktiki dörd dəfə harrac keçirilməsini nəzərə almadan, hərracın qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla keçirilməsinə dair işin halları barədə səhv nəticəyə gə lmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinin mənasına görə, ilkin və təkrar hərraclardan sonra hər hansı əsasla yeni hərracların keçirilməsi yolverilməzdir. Eyni hüquqi mövqe “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.443.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın y alnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış e lan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsini və beləliklə də ipoteka qoyanın mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etmək hüququnun əmələ gəlməsini, ilk və təkrar hərraclardan sonra hər hansı əsasla yeni hərracların, o cümlədən üçüncü, dördüncü dəfə hərracların keçirilməsinin yolverilməz olmasını nəzərə almadan, iddia ərizəsini rədd etməklə əslində cavabdeh tərəfin ipoteka predmetinə yiyələnməsi üçün qanusuz əsas yaratmışdır. Belə ki, işdən görünür ki, ipoteka predmetinə dair ilk hərrac 20 sentyabr 2011-ci il tarixdə 95.000 manat qiymətlə, təkrar hərrac 20 oktyabr 2011-ci il tarixdə 80.750 manat qiymətlə keçirilsə də, hərraclar baş tutmamış və hərrac təşkilatçısı tərəfindən 01 dekabr 2011-ci il tarixdə ipoteka predmeti tələbkar banka 25 faiz aşağı qiymətlə, yəni 60.562 manata təklif edilmiş, lakin sonuncu 30 təqvim günü ərzində nəinki ipoteka predmetini əldə edib, heç buna cəhd belə göstərməmişdir və nəticədə icra məmurunun qərarı ilə icra sənədi düzgün olaraq məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi icra məmurunun qərarı ilə icra sənədi məhkəməyə geri qaytarıldıqdan altı ildən sonra məhkəmənin 17 aprel 2017-ci il tarixli məktubu ilə icra sənədinin yenidən icraya yönəldilməsi, eləcə də qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin yenidən qiymətləndirilməsi, ipoteka predmetinə dair 16 avqust 2017-ci il tarixdə 65.000 manat qiymətlə üçüncü, 20 sentyabr 2017-ci il tarixdə 55.250 manat qiymətlə dördüncü dəfə hərracların keçirilməsi və bundan sonra hərracların baş tutmaması əsas tutularaq hərracın təşkila tçısı tərəfindən ipoteka predmetinin 22 sentyabr 2017-ci il tarixdə 25 faiz aşağı qiymətlə, yəni 41.437 manata banka təklif edilməsi və sonuncunun həmin qiymətlə ipoteka predmetini qəbul etməsi açıq-aşkar qanunsuz olmuşdur. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən, yəni 01 dekabr 2011-ci il tarixdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən və həmin tarixdən ipoteka qoyanın ipotekaya xitam verilməsini tə ləb etmək hüququ əmələ gəldiyindən, ipoteka saxlayanla, ipoteka qoyan arasında kredit borcunun ödənilməsinə dair hər hansı razılaşmanın əldə edilməsi, eləcə də iddiaçı tərəfindən banka 08 sentyabr 2011-ci ildən 13 fevral 2014-cü il tarixədək 23.000 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi, altı ildən sonra ipoteka predmetinə dair üçüncü, dördüncü hərracların keçirilməsi üçün əsas sayıla bilməz. Çünki, qanunun mənasına görə qeyd olunan əsaslarla yeni hərracların keçirilməsi yolverilməzdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Eləcə də Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəll ədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi hazırda mübahisələndirilən hərracın qeyd olunan maddələrdə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilməsi mülki iş materialları ilə istisna olunmur və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarand ığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması anlaşılır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında da göstərilir. Həmin Qər arda qeyd olunur ki, məhkəmə qətnaməsi o, vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materillarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(103)-3211/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5029/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5029/2019
15.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver