Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5030/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X1, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T. Xəlilova) İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 15200 manat məbləğində borc, həmin pula 3 il üçün illik 5% dərəcəsi ilə hesablanmış 2280 manat məbləğində pul, mənəvi zərərə görə 1000 manat, ümumilikdə 18480 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmamışdır. KASSASİYA Ş İKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia verərək, Cavabdeh 1500 manat, 16000 manat, 6000 manat, 5000 manat, 800 manat, ümumilikdə 29300 manat borcun və dəymiş maddi və mənəvi ziyana görə 50000 manat pulun ca vabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirərək, Cavabdeh 1500 manat, 16000 manat, 6000 manat, 5000 manat, 800 manat, ümumilikdə 29300 manat borcun, həmin borcun cavabdeh tərəfindən qanunsuz saxlanılmasına görə illik 5% olmaqla 4395 manat pulun və vurulmuş mənəvi zərərə görə 50000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır. İddiaçı iddia edir ki, Cavabdeh onun qızının keçmiş əri olmuşdur. O cavabdehə təqribən 2015-ci ilin axırında maşın almaq adı altında 16.000 manat məbləğində şahidlərin iştirakı ilə borc pul vermişdir. Cavabdeh pulu 3 ay ərzində geri qaytarmağa söz vermiş, lakin üstündən uzun müddət keçməsinə baxmayaraq indiyə kimi pulu geri qaytarmamışdır. İddiaçı həmin pulu işlədiyi yerdə tanışlardan, qohumlardan yığmış və bir neçə nəfərin yanında pulu hazırlayıb cavabdehə vermişdir. Bundan əlavə cavabdeh dəfələrlə ondan yenidən borc pul almışdır. Lakin aldığı borcları cavabdeh geri qaytarmamışdır. Belə ki, cavabdeh ondan müxtəlif məqsədlər üçün atası rəhmətə gedəndə 1.500 manat, maşın almaq adı altında 16.000 manat, sonra 6.000 manat, daha sonra 5.000 manat və 800 manat xırda-xırda borc pul al mışdır. Həmin pullardan 3.500 manatını Sənanın əvvəlki nikahından olan uşağının saxlanılması üçün məhkəmə qərarına əsasən yaranmış aliment borcunun ödənilməsi üçün vermişdir. Özünə məxsus Günəşli qəsəbəsində yerləşən mənzildən kirayə haqqının 800 manatını maddi vəziyyətləri üçün bir neçə ay ərzində onun əvəzinə kirayəşinlərdən cavabdeh götürmüşdür. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin məzmunundan göründüyü kimi borcun veril məsini sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehə pul borc verməsini şahid ifadələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində iştirak etmiş şahid ifadələrini qiymətləndirən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasın a, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilən kriteriləri əsas tutan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən istinad olunan sübutlar-şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, ifadəsi alınmış şahidlər ifadələrində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi təstiqləməmişlər, bunun şahidi olduqlarını bildirməmişlər. Şahid ifadələri iddiaçının ayrıayrı vaxtlarda onlardan borc pul vəsaitini almasını və qaytarmasını təstiqləmişlər. Ona görə də apellyasiya instansiyası məhkəməsi həmin şahidlərin ifadələrinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onların natamam-ümumi ifadələri, həmçinin hadisənin bi lavasitə şahidi olmamaları həmin ifadələrin hazırkı iş üzrə sübut qismində qəbul edilməsini istisna edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5030/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5030/2019
02.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver