Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5030/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Cavadova Almara Ağasən qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5030/21 (Açar sözlər: miras payların müəyyən edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: X11 və vəkili Vəkil2 Sərkər oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(107)86/2021 saylı qətnaməsindən İddiaçı Ağasən oğlunun kassasiya şika yəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X8 qarşı iddia qaldıraraq, 09 aprel 2002-ci ildə ölmüş nənəsi X1 miras qalmış ünvan 2 evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatan payın və cavabdehə çatan məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.M.Əsgərov) iddia təmin edilərək, Ağsu şəhərində 09 aprel 2002-ci ildə ölmüş X1 miras qalmış və ünvan 1 ünvanda 0,11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlakların vərəsələr arasında bölünməsi- daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə X6, 1/14 hissəsinə X3, 1/14 hissəsinə X4, 1/14 hissəsinə X7, 1/14 hissəsinə X9 və 1/14 hissəsinə X2 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mərhum X13 şəhəri, Ü.Hacıbəyov küçəsi 07 saylı ünvanda olan 0,11 ha torpaq sahəsində tikilmiş 2 otaqdan ibarət cəmi sahəsi 64 kv.metr olan yaşayış evini, sahəsi 18 kv.metr olan balkonu, sahəsi 8 kv.metr olan mətbəxi və sahəsi 32 kv.metr olan köhnə və yararsız qeyri-yaşayış tikilisini nəvəsi İdd iaçı vəsiyyət edib və 09 aprel 2002-ci ildə ölüb. Həmin vaxtadək və Gülsabah Allahyarovanın ölümündən sonra evdə İddiaçı və atası Ağasəf Allahyarov yaşayıb. Ağasəf Allahyarov 17 may 2012-ci ildə ölüb. Mirası qoyan Gülsabah Allahyarovanın övladları Almara, Solmaz, Zenfira, Sənubər, Kütahi, Raya və Ağasəf sözügedən evdə yaşamışlar və ailə qurduqdan sonra onlar digər yerlərdə yaşasalar da, anaları Gülsabah Allahyarovanın sağlığında və onun ölümündən sonra həmin evə gedibgəliblər. Vərəsələrdən Solmaz isə 06 mart 2007-ci ildə ölüb. Ona görə də miras əmlakın ½ hissəsi İddiaçı, qalan hissəsi isə digər 7 vərəsə arasında bərabər payda bölünməklə, hər bir vərəsəyə 1/14 hissədə pay verilməli, Ağsəf Allahyarova çatan 1/14 hissəyə İddiaçı, Solmaz Zülfüqarovaya çatan 1/14 hissəyə isə Səbuhi Zülfüqarovun vərəsəlik hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1145, 1147.1, 1133.1, 1159.1.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh Almara Cavadova apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov sədrlik edən, məruzəçi, R.R.Rəfiyev və M.R.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 may 2013-cü il tarixli qətnaməsi qismən- Ağsu şəhərində 09 aprel 2002ci ildə ölmüş Gülsabah Alla hyarovadan miras qalmış və ünvan 1 ünvanda 0,11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tiklisi yerləşən daşınmaz əmlakların 1/14 hissəsinə Səbuhi Zülfüqarovun, 1/14 hissəsinə Zenfira Məlikovanın, 1/14 hissəsinə Kütahi Bədəlovanın, 1/14 hissəsinə Raya Nəbiyevanın, 1/14 hissəsinə Sənubər Gülməmmədovanın vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Cavabdeh Almara Cavadova kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassa siya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qətnaməsi qismən- iddianın təmin olunan hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov sədərlik edən, məruzəçi, A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 may 2013 -cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini belə əsaslandırıb ki, İddiaçı nənəsi, Almara Cavadovanın anası Gülsabah Allahyarova 09 aprel 2002-ci ildə, İddiaçı atası Ağasəf Allahyarov isə 17 may 2012-ci ildə ölüb. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-501 A Şəhadətnaməyə əsasən Ağsu rayon AİK-nın 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Gülsabah Allahyarovanın adına qeydə alınıb. 11 dekabr 1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Gülsabah Allahyarova ona məxsus olan ünvan 1 ünvanda yerləşən divarları saman kərpicdən tikilmiş 1 mərtəbəli, 2 otaqlı evi və bütün əmlaklarını nəvəsi İddiaçı vəsiy yət edib. Bundan sonra 23 aprel 2013-cü il tarixli mütəxəssis rəyinə görə, sözügedən həyətyanı sahəsində ölçmə işləri aparılıb və həmin torpaq sahəsinin faktiki ölçüsünün 0,11 ha olduğu müəyyən edilib. Həyətyanı torpaq sahəsində 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr olan bir köhnə yaşayış evi, sahəsi 18 kv.metr olan bir balkon, sahəsi 8 kv.metr olan mətbəx, habelə sahəsi 32 kv.metr olan köhnə və yararsız bir qeyri yaşayış sahəsinin olduğu müəyyən edilib. Rəyə görə həyət və tikililər iki yerə bölünməli olsa, həmin həyət şərq və qərb tərəfə olmaqla ortadan iki hissəyə bölünməlidir ki, hər iki həyət Ü.Hacıbəyov küçəsinə açılsın. Hazırda bu gediş-gəliş yolunıın biri var, digəri üçün isə 4 metr enində daş hasar sökülüb yerində darvaza qoyulmalıdır. Ağsu Rayon Məhkəməsinin 16 iyu l 2018-ci il tarixli qətnaməsi ilə X14 Cavadovaya və digərlərinə qarşı “miras payları müəyyən edilmiş daşınmaz əmlakın naturada real bölgüsünün aparılması və naturada payların ayrılması” barədə iddiası təmin edilərək, ünvan 2 ünvanda yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin qərb tərəfində tikilmiş sahələri 10.0 kv.metr; 9.5 kv metr, qarşısında açıq balkon olan evin, həyətin qərb tərəfində yerləşən 0,062857 ha torpaq sahəsi və həmin tərəfdə yerləşən yardımçı tikililər üzərində İddiaçı payının müəyyən edilməsi qət edilib. Eyni zamanda Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə X16 Allahyarova və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, 11 dekabr 1996-cı il tarixli vəsiyyətnamə etibarsız hesab edilib. Göründüyü kimi, iddiaçının tələbi vəsiyyət üzrə miras qalmış ünvan 2 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölünərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payın müəyyən edilməsindən ibarət olduğundan və hazırda sözügedən vəsiyyətnamə etibarsız sayıldığından iddiaçının hazırki tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iş üzrə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Almara Cavadova və vəkili Vəkil2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və vəkili Vəkil3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin məna sına görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasə n, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhk əməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, iddiaçının nənəsi, cavabdehin anası X13 şəhəri, Ü.Hacıbəyov küçəsi 07 saylı evdə yaşayıb. 11 dekabr 1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Gülsabah Allahyarova həmin evi və bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət edib. 09 aprel 2002-ci ildə X13 rayonunda ölüb. Bundan sonra Ağsu rayon AİK-nın 02 yanvar 2004-cü il tarixli qərarı ilə sözügedən evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsi Gülsabah Allahyarovanın mülkiyyətinə verilib və JN-501 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən hə min torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. 17 may 2012-ci ildə iddiaçının atası Ağasəf Allahyarov ölüb. Eyni zamanda işdən görünür ki, qanuni qüvvəyə minmiş Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə X16 Allahyarova qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Gülsabah Allahyarova tərəfindən notarial qaydada verilmiş 11 dekabr 1996-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilib. Hazırda iddiaçı, 09 aprel 2002-ci ildə ölmüş nənəsi Gülsabah Allahyarovadan miras qalmış ünvan 2 evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatan payın və cavabdehə çatan məcburi payın müəyyən edilməsini iddia edir. Cavabdeh isə mərhum anası Gülsa bah Allahyarovadan miras qalmış əmlakın iddiaçıya vəsiyyət üzrə keçməsi ilə razılaşmır və iddia tələblərinə etiraz edir. Göründüyü kimi tərəflər mərhum Gülsabah Allahyarovadan miras qalmış əmlakın vərəsələrə qanun üzrə keçməsinə etiraz etmirlər və işin bu halı iddia ərizəsi, iddiaçının kassasiya şikayətinin dəlilləri, cavabdehin izahatı və etiraz ərizəsi ilə də istisna olunmur. Mülki Məcəllənin 1133-cü maddəsinin mənasına görə, vərəsəlik dedikdə- ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Yəni vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan və siyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi, iddiaçının, mərhum Gülsabah Allahyarovanın əmlakının ona vəsiyyət üzrə keçməsini iddia etməsini və hazırda sözügedən vəsiyyətnamənin məhkəmənin qətnaməsinə əsasən etibarsız sayılmasını əsas tutub iddia tələblərini rədd edərkən mülki qanunvericiliyin tələblərini pozub. Belə ki, mülki qanunvericiliyə görə vəsiyyətnamə etibarsız sayıldığı halda, mirası qoyanın əmlakının vərəsələrə qanun üzrə keçməli olmasını nəzərə almayıb və iddia tələblərini bütövlükdə rədd etməklə əslində iddiaçının qanunla qorunan vərəsəlik hüququnu pozub. Vərəsəlik hüququ dedikdə- ölmüş şəxsin hüquq və vəzifələrinin vərəsəlik hüquq normaları əsasında vərəsələrə keçməsi başa düşülür. Bu zaman i ki hala diqqət yetirilməlidir: birincisi, ölənin hüquq və vəzifələrinin vərəsələrə universal hüquqi varislik qaydasında keçməsi; ikincisi, Mülki Məcəllə və digər qanunlarla qadağan olunmayan, həmçinin ötürülməsi bu hüquq və vəzifələrin təbiətinə zidd olmayan bütün hüquq və vəzifələrin keçməsi. Universal hüquqi varislik dedikdə- mülki qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda hüquq və vəzifələrin dəyişilmədən, tam vahid şəkildə, eyni anda keçməsi başa düşülür. Bu baxımdan kassasiya insiansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyi ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Çünki, mülki qanunvericiliyin özündə ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər i ki əsasla keçməsi nəzərdə tutulduğundan, iddia tələbində iddiaçının miras əmlakdan payının vəsiyyətnamə üzrə müəyyən edilməsini tələb etməsi, miras əmlakın qanun üzrə vərəsələrə, o cümlədən iddiaçıya keçməsini istisna etmir. Bu hal Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərindən də irəli gəlir. Həmin maddədə göstərilir ki, qanunda göstərilən müstəsna hallarda məhkəmə iddia tələblərindən kənara çıxa bilər. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı, son nəticədə miras əmlakdan vərəsəlik payını tələb etdiyindən, apellyasiya instansiyası məhkəməsinin iddia tələblərini istinad etdiyi əsasla bütövlükdə rədd etməsi qanuni və əsaslı sayıla bilməz və bunun üçün iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınması barədə ayrıca məhkəmədə iddia qaldırması tələb olunmur. Digər tərəfdən, iddiaçının atası Ağasəf Allahyarovun miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölməsi və mirasdan pay almaq hüququnun onun vərəsəsi olan iddiaçıya keçməsi (irsi transmissiya), habelə sonuncunun mirasa vərəsəlik açıldığı gündən həmin əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmiş sayılması mülki iş materialları ilə istisna edilmir. Cavabdeh özü də izahatında, apellyasiya şikayətində və etiraz ərizəsində qeyd olunan faktları, o cümlədən iddiaçının miras əmlaka qanun üzrə vərəsə olmasını inkar etməyib. Belə olan halda tərəflərin miras əmlaka qanun üzrə bərabər pay hüquqlu vərəsə olmaları Mülki Məcəllənin 1159.1.1, 1243.2, 1246, 1252-ci maddələrinin tələblərindən də i rəli gəlir. Qeyd olunan maddələrin mənasına görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsiliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüq uqu onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Bundan başqa, işdən görünür ki, ünvan 1 ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə mərhum Gülsabah Allahyarovanın adına qeydə alınmasa da, həmin ev onun sahibliyində və istifadəsində olub, evin yerləşdiyi 0,11 ha həyətyanı torpaq sahəsi isə ölümündən sonra mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Mülki qanunvericiliyə görə, fiziki şəxsin mülkiyyətində mülki dövriyyədən çıxarılmamış, miqdarı və dəyəri məhdudlaşdırılmadan istənilən əmlak ola bilər. Fiziki şəxs özünə mənsub olan əmlak üzərində mülkiyyət hüququna malik olur. Beləliklə, fiziki şəxs öldüyü halda onun öz əmlakına olan hüquqları və vəzifələri miras kimi qalır. Miras əmlakın anlayışına isə Mülki Məcəllənin 1151.1-ci maddəsində verilib. Həmin maddədə göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Maddənin mənasına görə, vərəsə əldə edəcəyi hüquqlardan əmlak mənafelərinə malik olacağına görə buna miras aktivi, əldə edəcəyi vəzifələri müəyyən məsrəflər hesabına icra edəcəyinə görə buna miras passivi deyilir. Bir sözlə vərəsə miras əmlakı öz mülkiyyətinə almaqla, ondan irəli gələn vəzifələri icra etmək öhdəliyini qəbul etmiş olur. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mirası qoyan Gülsabah Allahyarovanın öldüyü məqamadək və onun ölümündən sonra malik olduğu əm lak hüquqlarının (miras aktivinin) toplusu, o cümlədən sözügedən evin hüquqi statusunun araşdırılması ilə bağlı kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki 29 iyun 2020ci il tarixli qərarında şərh edilən göstərişlər üzrə heç bir araşdırma aparmayıb və nəticədə Mülki Prosessual Məcəllənin 88, 420-ci maddələrinin tələblərini də pozub. Halbuki, həmin maddələrin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verir. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə ola n sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(107)-86/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5030/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5030/2021
10.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver