Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5031/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 iyul 2 018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) İddiaçı cavabdeh X qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilmiş, bu qətnamənin Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 51 saylı evin, 27 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas olduğu qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Nərimanov rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən v ə qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə verərək, Cavabdeh onun şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 51 saylı evin, 27 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini ar aşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 51 saylı evin, 27 saylı mənzili 2003-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh 2011-ci il tarixdə iddiaçının oğlu, yəni X5 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 22 avqust 2012-ci il tarixdə X3 doğulmuşdur. Cavabdeh 2012-ci il tarixdə həmin mənzilə pasport qeydiyyatına alınmışdır və hazırda pasport qeydiyyatındadır. İddiaçının oğlu X5 ilə Cavabdeh arasında bağlanmış nikah məhkəmə qaydasında 2017-ci il tarixdə pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 51 saylı evin, 27 say lı mənzilində heç vaxt yaşamadığını, sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatında olduğunu, oğlu ilə cavabdehin onun həyat yoldaşının mülkiyyətində olan başqa mənzillərdə yaşadığını bildirir və bu halı təsdiq edən aidiyyəti sənədləri təqdim edir. İşdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 51 saylı evin, 27 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi 06.09.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır; Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 51 saylı evin, 27 saylı mənzilinə pasport qeydiyyatına alınmışdır, lakin onun göstərilən ünvanda yaşamasına dair iş materiallarında sübutlar yoxdur. Əksinə işin halları ilə müəyyən edilir ki, Cavabdeh nikaha girdiyi vaxtdan nikah münasibətləri pozulan vaxta qədər qayına nası X mülkiyyətində olan mənzillərdə yaşamışdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh nikaha girdiyi vaxtdan 18.04.2015-ci ilədək əri X birlikdə qayınanası X mülkiyyətində olan ünvan 1 ünvanında 4-cü girişdə, 7-ci mərtəbədə, 232 saylı mənzildə yaşamışdır. 18.04.2015-ci ildə X həmin mənzili sataraq ünvan 2 ünvanda yerləşən 3 saylı mənzili almışdır. Bundan sonra cavabdeh əri X bilrlikdə həmin mənzilə köçmüş və ailə münasibətləri pozulana qədər onlar birlikdə həmin mənzildə yaşamışlar. İddiaçı göstərilənlərin nəzərə alınmasını və cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun itirilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi məsələsi nə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü”, “digər qohumlar” prizmasından yanaşılır. Eyni zamanda, bu hüquqi anlayışlarla yanaşı Mülki Məcəllənin 228.1-ci maddəsində "digər şəxslər" məfhumundan da istifadə edilir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, b ir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, Cavabdeh İddiaçı münasibətdə “ailə üzvü” deyil, onun oğlunun həyat yoldaşı olaraq (artıq nikahda pozulmuşdur) “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu statusa malik olmaqla yanaşı, onun mübahisəli mənzildə heç vaxt yaşamaması da öz təsdiqini tapır. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Cavabdehin mübahisəli mənzildə heç vaxt yaşamaması ilə yanaşı, onun mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Eyni zamanda, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müd afiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzil üzrə pasport qeydiyyatına alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavab dehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Eyni zamanda, cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmaqda davam edir və onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında olması məsələsinə də hüquqi q iymət verilməli və hazırki qətnamə onun mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında m übahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2011-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisənin 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, cavabdehin mübahisəli mənzilə dair iddiaçı yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşasa yaxud qeydiyyatda olsa belə, bu hallar da cavabdehin mübahisəli mənzillə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması da iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal müba hisəli mənzilın mülkiyyətçisi, cavabdehin keçmiş qaynatası olan iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını poza bilər. Belə ki, cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, Cavabdeh bu istəyi keçmiş qayınatası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti düzgün olmuşdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə ko llegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5031/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5031/2019
02.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver