Məhkəmə qərarları › İş №2(102)-5031/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5031/2020

19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5031/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı Ərizəçi və cavabdehin vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə qarşı “əmək münasibətlərində olma faktının müəyyən edilməsi” barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105 )-1331/2020 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 1975-ci tarixdən 1977-ci il tarixə kimi Zəngilan rayonu, Qıraq Müşlan kənd üzümçülük sovxozunda fəhlə, 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1958-ci il tarixdə Zəngilan rayonu, Qıraq-Müşlan kəndində anadan olub. O, məlum hadisələr nəticəsində Zəngilan rayonu işğal olunduğu üç ün oradan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Zəngilan rayonu işğal olunmamışdır əvvəl o, 1975-ci il tarixdən 1977-ci il tarixə kimi Zəngilan rayonu, Qıraq-Müşlan kənd üzümçülük sovxozunda fəhlə, 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləmişdir. Rayon işğal olunduqdan sonra da o, həmin yəni sonuncu işində məcburi işsiz kimi əmək haqqı almışdır. Onun əmək stajını təsdiq edən arxiv sənədləri işğal zonasında qalmışdır. Əmək pensiyasını almaq üçün o, DSMF-nun Zəngilan rayon şöbəsinə müraciət etmiş, lakin sosial müdafiə fondu onun əmək stajını nəzərə almayaraq yeni avtomatlaşdırılmış qaydalar üzrə 160 manat pensiya təyin olunacağını bildirmişlər. Təyin olunacaq pensiya məbləği çox az olduğundan o, iş staj ını başqa yolla təsdiq edə bilmədiyindən hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zəngilan Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktının müəyyən olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə-sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 2(105)-1331/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi ilə maraqlı şəxsin nümayəndəsi Çingiz İbrahimovun apelyasiya şikayəti təmin edilməyərək Zəngilan rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2019-cu il tarixli 2(034)-434/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ərizənin təmin edilmiş hissəsində ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi«X1» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinin, tələblərini nəzərə almadanərizəçinin ərizəsini təmin edilməsi barədə qətnamə qəbul etmişdir və apelyasiya məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. Bundan əlavə, məhkəmə ərizəçi tərəfindən təqdim olunmuş məhz 2 şahidin ifadəsinə əsaslanaraq, ərizəçinin 1977-ci il tarixdən 199 3-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktını müəyyən etsə də, iş materialında şahidlərin özlərinin göstərilən müddətlərdə Mədəniyyət evinin 1 saylı avtoklubunda işləmələrini təsdiq edən heç bir sübut yoxdur. Apelyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən faktiki hala ümumiyyətlə əhəmiyyət verməmişdir. Belə olan halda, həmin şahidlərin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz.Bununla yanaşı şahidlər İsmayıl Quliyevin və Məhbubə Ağamalıyevanın ifadələri ərizənin təmin edilməsinə əsas ola bilməz. Belə ki, İsmayıl Quliyev ərizəçinin həyat yoldaşı, digər şahid Məhbubə Ağamalıyeva isə ərizəçinin həmkəndlisidir (şahidlərin ifadəsinə görə). Yəni şahidlər ərizənin təmin edilməsində birbaşa maraqlı olan şəxslərdir, o nlar ərizəçi ilə bir idarədə işləməmişlər. Məhkəmə şahidlərin əmək kitabçalarının surətinə istinad etsə də, nəzərə almamışdır ki, həmin kitabçalar mötəbər sübut kimi qəbul edilə bilməz, ona görə ki, özlərinin də ifadəsindən göründüyü kimi şahidlərin və ərizəçinin əmək kitabçaları sonradan tərtib edilmişdir və əmək kitabçalarının sonradan tərtib edilməsi halı özü hüquq haqqında mübahisənin olduğunu təsdiq edir. Bundan əlavə ərizəçinin sonradan tərtib edilmiş əmək kitabçasında 1977-1993-cü illər iş stajı kimi qeyd edildiyindən, bu halda hüquq əhəmiyyəti olan faktların (əmək münasibətlərində olma faktının) müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İşin faktiki halları Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 62-ci, 80-ci və 106-cı maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 13.1-ci, 13.2, 13.3 və 13.4-cü bəndlərinin tələblərinə ziddir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiy a instansiyası məhkəməsinin «X1» Azərbaycan Respublikası Qanunun 1.0.2, «İşçilərin əmək kitabçısının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11, 308, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli 6 saylı Qərarı ilə təsdiq edilmiş «X1» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən ərizəçinin 1975-ci il tarixdən 1977-ci ilin dekabr ayına kimi Zəngilan rayonu Qıraq-Müşlan kənd üzümçülük sovxozunda fəhlə işləməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə ərizəni təmin etməmişdir. Ərizəçinin 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktı birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş İ.C.Quliyev və M.Q.Agamalıyevanın ifadələri ilə sübuta yetirilir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuş, apelyasiyanın mümkünlüyü üçün əsaslar olmadığı halda, apelyasiya şikayətini icraata qəbul edərək baxmışdır. Belə ki, işin materiallarından görünür ki, maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi birinci instansiya məhkəməsinin sözügedən qərardadından şikayət vermiş, məhkəmənin də xx.xx.2020-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməyərək, şikayətin iş materialları ilə baxılması üçün Sumqayıt Apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin qətnamədən verdiyi apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının qərara alınmasına dair xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayətinə deyil, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə mahiyyəti üzrə baxaraq xx.xx.2020-ci il tarixdə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 269.1, 269.2, 269.3-cü maddələrinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətinə baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan 7 gün müdd ətində işdə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə baxılması üçün iş Apelyasiya Məhkəməsinə göndərilməli, kas sasiya şikayəti təmin edilməməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)1331/2020 saylı qətnaməsi ləğv edilsin və iş Zəngilan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin verdiyi şikayət üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar