Məhkəmə qərarları › İş №2(102)-5032/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5032/2022

15.11.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5032/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: sığorta ödənişi, maddi və mənəvi zərər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3987/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan1paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 920 nömrəli vərəqində qeydiyyata alınmışdır. (XXX№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən)

2. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanı 27 dekabr 2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsinə əsasən sığorta olunmuşdur.

3. AR ETSN yanında Milli Hidrometerologiya Xidmətinin 20/27 saylı 14 yanvar 2021-ci il tarixli məktubuna əsasən 25 iyun 2020-ci il tarixdə Binə hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatda qeyd edilir ki, külək şi mal-qərb istiqamətli, maksimum sürəti 19 m/san (9 bal) olmuşdur, bofort şkalasına əsasən 9 ballıq külək çox möhkəm küləkdir. 4. 22 iyul 2020-ci il tarixində iddiaçının evinin yerləşdiyi torpaq sahəsində sürüşməçökmə prosesi olduğu üçün evinin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar əmələ gəlmiş və həmin çatlar tədricən böyümüşdür. 5. 17 noyabr 2020-ci il tarixində leysan xarakterli yağış yağmış, iddiaçının evini su basaraq fərdi yaşayış evinə zərər vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24.750 manat məbləğində yekun sığorta ödənişi, həmin fərdi yaşayış evində ev əşyalarının istifadəyə yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olan 7.000 manatın, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olan 50.000 manatın, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın və iddiaçının vəkilə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manatın, cəmi 81.800 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə baş vermiş güclü külək nəticəsində iddiaçının yaşadığı evin dam örtüyünün bir hissəsi uçub tökülmüşdür. 22 iyul 2020-ci il tarixində iddiaçının evinin yerləşdiyi torpaq sahəsində sürüşmə-çökmə prosesi olduğu üçün evinin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar əmələ gəlmiş və həmin çatlar tədricən böyümüşdür. Cavabdehin əməkdaşları onun evinə baxış keçirdikləri zaman həmin çatların olduğunu qeydə almışlar. AR ETSN yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/259 saylı xx.xx.2020-ci il tarixli məktubu təqdim olunmuş ünvan 1 ünvanının yerləşdiyi ərazinin mühəndis geoloji şəraiti haqqında arayışda göstərilir ki, İddiaçı məxsus ərazi mailiyi 20-220 olan yamacda 400 *** **** 490 *** **** koordinatlarında yerləşir. Ərazidə aparılan vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvan, bu sahədə mövcud olan qırılma xəttinin təsir dairəsində yerləşir, mövsümi yağıntıların və texnogen amillərin təsirindən ərazidə sürüşmə-çökmə prosesi, torpaq qatında isə deformasiyalar müşahidə edilir, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. Cavabdehin AS-21/118 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla qeyd olunan fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940.50 manat məbləğində müəyyən edilmişdir, lakin evə dəymiş maddi zərərin məbləği həmin məbləğdən xeyli artıq olmuşdur. Həmçinin, Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin 157 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən ünvan1 ünvanına həmin bələdiyyənin əməkdaşları tərəfindən baxış keçirilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdeh süründürməçiliyə yol verərək ona sığorta ödənişi vermədiyi üçün xx.xx.2020-ci il tarixədək evini təmir etdirə bilməmişdir. Odur ki, evin bir hissəsində dam örtüyü olmadığına və evin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar olduğuna görə xx.xx.2020-ci il tarixində leysan xarakterli yağış yağdığı zaman evini su basaraq fərdi yaşayış evinə daha çox zərər dəymiş, həmçinin evdəki ev əşyaları yarasız hala düşmüşdür. Həmçinin, bu hadisədən sonra evində iddiaçı ilə birlikdə yaşayan anası Q.Rəsulovanın soyuqdəymə nəticəsində ağ ciyərlərində iltihab əmələ gəlmişdir. AR ETSN yanında Milli Hidrometerologiya Xidmətinin 20/1093 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən, xx.xx.2020-ci il tarixdə Binə hidrometeorloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatda qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə saat 10.25-dən saat 14.0 0-dək leysan xarakterli yağış yağmış, düşən yağıntının miqdarı 7,2 mm olmuşdur. Cavabdehin AS-21/250 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixlərdə baş vermiş hadisə nəticəsində zərər dəymiş, evə baxış keçirilmiş və 250 manat azadolma məbləği çıxılmaqla 1810 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Lakin evə dəymiş maddi zərərin məbləği həmin məbləğdən xeyli artıq olmuşdur. Nəhayət cavabdehin AS21/840 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən cavabdehin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6300 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250 manat azadolma məbləği çıxılmaqla 6050 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Lakin evə dəymiş maddi zərərin məbləği 6050 manatdan xeyli artıqdır. Belə ki, tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar mütəxəssis XXXə müraciət olunmuşdur. Mütəxəssis XXX tərəfindən tərtib olunmuş evin əsaslı təmiri və bərpası üçün lazım olan tikinti materialları və görüləcək işlərin ilkin siyahısı barədə xx.xx.2020-ci il tarixli rəyə əsasən evinə dəymiş maddi zərərin əvəzi cəmi 29943 manat və leysan xarakterli yağışdan sonra maddi zərər dəymiş ev əşyalarının təmiri və bərpası üçün lazım olan material və görüləcək işlər barədə 20 noyabr 2020-ci il tarixli rəyə əsasən dəymiş maddi zərərin əvəzi 1680 manatdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək cavabdeh tərəfindən evinin təmir olunub əvvəlki vəziyyətinin bərpa olunmasını xahiş etmiş, l akin cavabdeh onun bu xahişini də yerinə yetirməmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, baş vermiş hadisələr tərəflərindən tam təfsilatı ilə araşdırılmışdır. Həmçinin, sığortalanmış yaşayış evinə 25 iyun 2020-ci il tarixində əsən külək nəticəsində ziyan dəymişdir. İddiaçıya məxsus fərdi yaşayış evinə əsasən külək nəticəsində maddi ziyan dəyməsi “İcbari Sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda baş vermiş hadisə qanunvericiliyə əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığorta hadisəsi hesab edilmir. Buna görə də, bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Dig ər baş vermiş iki hadisə ilə bağlı iddiaçı tərəfindən ünvanlanan məktublara cavab olaraq bildirilmişdir ki, cavabdeh tərəf dəymiş maddi ziyanın qarşılığını ödəməyə hazırdır. Son olaraq iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.

9. İş materiallarında olan Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2, ev 46 ünvana əməkdaşlar tərəfindən baxış keçirilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin qəza vəziyyətinin hansı səbəbdən və hansı tarixdə baş verməsi barədə bələdiyyədə heç bir məlumatın olmadığı qeyd olunmuşdur.

10. Məhkəmə icraatı zamanı iş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən cavabdeh "x xxx" ASC-yə ünvanlanan məktuba əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 2021-ci il 18 iyun tarixində vizual mühəndis-geoloji tədqiqat işləri aparılmış və müvafiq arayış tərtib olunmuşdur. Həmin arayışa əsasən, ərazidə vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə sürüşmə-çökmə prosesi, torpaq qatında isə deformasiyalar müşahidə edilir. Təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır.

11. Cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6.300 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çıxılmaqla 6050,00 manat məbləğində yekun s ığorta ödənişi müəyyən edilmişdir. 12. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablanmış 2060,00 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çıxılmaqla 1810,00 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. 13. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla ünvan 1 saylı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940,50 manat məbləğində müəyyən edilmişdir.

14. Məhkəməyə 19 yanvar 2022-ci il tarixində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/6162-9/8430 saylı ekspert rəyi daxil olmuşdur. Həmin ekspert rəyindən görünür ki, baş vermiş hadisələr nəticəsində ünvan 1 ünvanında yerləşən maddi zərər dəymiş fərdi yaşayış evinin əsaslı təmiri və bərpası üçün çəkiləcək xərcin ümumi dəyəri 25.500 manat məbləğində müəyyən olunmuşdur.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 24 fevral 2022-ci il tarixli, 2(006)-360/2022 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən - cavabdeh "xxxx" ASC-dən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24750 manat məbləğində yekun sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddiaçı tərəfindən vəkilə ödənilən hüquqi yardım haqqının əvəzi olan 100 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ndə təmin olunmuş, qalan hissədə təmin olunmamışdır.

16. Məhkəmə mövqeyini əsaslandırarkən icraat zamanı keçirilmiş ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyi üçün əsassızdır və təmin edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 922.2, 926.1, 1096, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 36.1.8, 40.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın 7860 manat hissəsində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən ASC-yə təqdim edilmiş rəydən aydın olur ki, mütəxəssislərin hadisə yerinə baxışı və verilmiş rəy 18 iyun 2021-ci tarix üçün nəzərdə tutulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022ci il tarixli, 2(006)-360/2022 saylı qətnaməsində qeyd olunan rəyə istinad edilərkən məhkəmə bu tarixi nəzərə almamışdır, çünki əmlaka dəymiş əsas və ilk zərər tarixi, yəni İddiaçı ASC-yə müraciət etdiyi tarix xx.xx.2020-ci il tarixə təsadüf edir. Əlavə olaraq Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5953/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəmə baxış iclasında cavabdeh tərəfdən yazılı təqdim edilmiş suallar nə qərardadda, nə də ki, ekspert rəyində öz əksini tapmışdır. Çünki belə olan halda məhkəmə-əmtəəşünaslıq və məhkəmətikinti texniki ekspertizası rəy verərkən ilk hadisənin sığorta hadisəsi olmaması halını nəzərə almalı və 25 iyun 2020-ci il tarixdə baş verən hadisə nəticəsində əmlaka dəyən zərər çıxılmaqla rəy verilməli idi. Əlavə olaraq qeyd olunmuşdur ki, 20 dekabr 2021-ci il tarixdə, saat 17:00-da zərər dəymiş əmlaka baxışın keçirilməsi ilə bağlı Cəmiyyətə bildiriş daxil olmuşdur. Qeyd olunan vaxtda Cəmiyyətin əməkdaşları bildirişdə göstərilən ünvanda olduqları halda ekspertlərin iştirakı olmamış lakin, buna baxmayaraq rəy verilmişdir. Bu hal ilə bağlı məhkəmə baxış iclasında hakimə etira z bildirilərək təkrar ekspertizanın təyin olunması xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Əlavə olaraq Nəsimi Rayon Məhkəməsi qeyd olunan ərazidə 3 dəfə fərqli hadisənin və müraciətin olmasını qətnaməsində təsdiq etsə də hər hadisə üzrə tərəflər arasında bağlanmış sığorta müqaviləsində nəzərdə tutulan azadolma məbləğini yekun zərərdən 1 dəfə çıxmaqla yekun məhkəmə aktı qəbul etmişdir. Bu hal özlüyündə məhkəmənin 25 iyun 2020-ci il tarixdə baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirilməsinə gətirib çıxarır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsaslanır, yəni sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsində həmin maddəyə istinad etdiyini görmək olar. Cavabdeh tərəfindən məhkəmə baxış iclasında dəfələrlə 1-ci hadisənin “İcbari Sığortalar haqqında” Qanunun 36.1.8-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil olmadığı bildirilmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 25 may 2022-ci il tarixli, 2(103)-3987/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellya siya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhz özünün təyin etdiyi ekspertizanın rəyini əsas götürərək sığortalanmış mənzilə dəydiyini müəyyənləşdirdiyi ziyan məbləğini cavabdeh şirkətdən tutmaqla, həmçinin məhkəmə xərclərini ona aid etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissələrdə ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinin külək əsməsi nəticəsində evə ziyan dəyməsinin sığorta hadisəsi olmaması, həmin hadisə nəticəsində evə dəymiş maddi ziyanın tələb edilməsinin qanunsuz olması barədə dəlilə münasibətdə qeyd etmişdir ki, həmin dəlil iş materiallarında olan sübutlarla təkzib olunur. Ekspert rəyindən görünür ki, tikilinin tikintisinə sərf edilə biləcək pul vəsaəitinin (xid mət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti, təmirlilik dərəcəsi, aparılmalı təmir işləri nəzərə alınmaqla müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi ekspert tərəfindən baxış keçirilərkən külək əsməsi nəticəsində uçmuş evin damı iddiaçı tərəfindən artıq təmir olunmuşdur. Ekspert rəyində müəyyən olunmuş təmir xərci də evin faktiki vəziyyəti, görüləcək işlər nəzərə alınmaqla müəyyən olunduğundan, dam örtüyünə çəkilmiş xərc nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, apellyatorun şikayətdə göstərdiyi kimi fərdi yaşayış evinə külək əsməsi nəticəsində maddi ziyan dəyməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil olmaması nəzər ə alınsa belə, ekspertiza rəyində həmin dəymiş ziyanın məbləği nəzərə alınmadan 25.500 manat təmir xərci hesablanmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 922.2, 926.1, 1096, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 36.1.8 və 40.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla 25 iyun 2020-ci il tarixli hadisənin sığorta hadisəsi olması halını təqdim edilmiş sənədlərə əsasən sübut edilmədən ancaq həmin hadisə nəticəsində əmlaka dəymiş zərər də nəzərə alınmaqla yekun məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

28. Maddə 926.1. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

29. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əml akın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

33. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

34. Maddə 40.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Məhkəmələr müəyyən etmişlər ki, ünvan1paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 920 nömrəli vərəqində qeydiyyata alınmışdır. (XXX№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən) Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən ünvan 1 ünvanı 27 dekabr 2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsinə əsasən sığorta olunmuşdur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisələri baş vermişdir.

46. İddiaçı müqavilə müddəti ərzində üç dəfə, cavabdeh isə iki dəfə sığorta hadisəsi baş verməsində israr edirlər. Cavabdeh 1-ci sığorta hadisəsini-25 iyun 2020-ci il tarixdə baş vermiş güclü küləyin əsməsini sığorta hadisəsi kimi qəbul etmir və hesab edir ki, həmin hadisə sığorta müqaviləsi ilə əhatə o lunmur.

47. İşə baxan apellyasiya məhkəməsi cavabdehin şikayətinin dəlili kimi irəli sürülən 1-ci hadisənin sığorta hadisəsi olmaması ilə bağlı məsələyə hüquqi qiymət vermişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, 1-ci hadisənin sığorta hadisəsi olub-olmaması hazırkı mərhələdə əhəmiyyət kəsb etmir. Cavabdeh 2-ci və 3-cü hadisələri sığorta hadisəsi kimi qəbul edir. İddiaçının istinad etdiyi 1-ci hadisədə evin dam örtüyü sıradan çıxmış və həmin qüsurlar iddiaçının öz hesabına aradan qaldırılmışdır. Məhkəmə gedişi zamanı ekspert rəyi əsasında hesablanmış zərərin məbləği 1-ci hadisə zamanı dəymiş zərərin məbləği ilə əhatə olunmamışdır. Çünki ekspertiza keçirilən zaman həmin zərər aradan qaldırıldığı üçün evin təmir-bərpasına çəkilməli olan xərclərə həmin məbləğ daxil edilməmişdir.

48. İşdə ol an ekspertiza rəyinin əsaslandırıcı hissəsinə diqqət yetirdikdə (mülki iş səhifə 71.) təsdiq olunur ki, ekspert çəkiləcək xərcləri müəyyən edərkən nəzərə aldığı təmir bərpa işləri mövcud olan otaqların sahəsi (170 kv.m), iki mərtəbə və mansard sahəsi nəzərə alınmaqla, çəkiləcək xərcləri hesablamışdır. Həmin xərclərə evin dam örtüyünün bərpasına dair xərclərin daxil edilməsi təsdiq olunmur. Ekspert rəyində söhbət evdə əmələ gələn daxili təmir-bərpa işlərindən gedir.

49. Bundan başqa, qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlayır.

50. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur(43-44&).

52. Cavabdeh "xxxx" ASC-nin iddiaya etirazı özünün tərtib etdiyi və irəli sürdüyü dəlillərlə ziddiyyət təşkil edir. Beləki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda deyilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla ünvan 1 saylı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940,5 0 manat məbləğində müəyyən edilmişdir. Həmin məktubdan bir neçə gün sonra "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan deyilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablanmış 2060,00 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çıxılmaqla 1810,00 manat məbləğində yekun sığorta ödənişi ödənilməlidir. Yenə də, cavabdeh "xxxx" ASC-nin hadisədən bir neçə gün sonra xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6.300 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çıxılmaqla 6050,00 manat məbləğində yekun sığorta ödənişi ödən ilməlidir.

53. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərkən 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın 7860 manat hissəsində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

54. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğv olunaraq iddianın tamam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

55. Göründüyü kimi cavabdehin bütün proses boyu irəli sürdüyü dəlillər, gətirdiyi sübutlar bir-biri ilə ziddiyyət təşkil etmişdir.

56. Ona görə işə baxan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə keçirilmiş ekspertiza rəyini əsas götürməklə ödənilməli sığorta məbləğini müəyyən etmişdir.

57. İş üzrə təkrar ekspertiza təyin olunması ilə bağlı kollegiya qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM-in 103.1 maddəsi). Təkrar ekspertizanın keçirilməsinin əsasları prosessual qanunveriiliklə müəyyən edilir. Belə ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 102.2. maddəsi)

58. İşdə ekspertiza rəyinin əsassızlığına dair sübutlar olmadığı üçün iş üzrə təkrar ekspertiza keçirilməsinə zərurət olmamışdır. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3987/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar