Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5037/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin vəkili Vəkil iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3855/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş kas sasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Qeydiyyat şəhadətnaməsinə görə, «Volvo» BL 61 markalı AZ 10 P-636 qeydiyyat nömrə nişanlı ekskavator «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsusudur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 Sumqayıt regional qeydiyyatimtahan və Texniki baxış şöbəsi tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli, 1-124 nömrəli məktuba görə, «Kamaz» -5511 markalı, **-BG-*** qeydiyyat nömrə nişanlı avtomaşın xx.xx.2006cı ildən İddiaçı2 məxsusdur; xx xxxxxx 2017-ci il tarixli mədaxil qəbzinə görə, «Volvo» BL 61 markalı AZ 10 P-636 qeydiyyat nömrə nişanlı ekskavatorun Bərdə rayon cərimə meydançasından Saray qəsəbəsinə gətrilməsi üçün «x xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən “xxxxxxxxxxxx” MMC-yə 250 manat məbləğində pul ödənilmişdir; xxxxxxxxxxx MMC tərəfındən verilmiş xx xxxxx 2017-ci il tarixli məktuba görə, “Volvo” BL 61 markalı ekskavator-yükləyicinin 1 aylıq icarə müqaviləsinin qiyməti 3000 manat təşkil edir; «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in kassa məxaric orderlərinə görə, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən fermanın tikintisi və mal qaraların alınması məqsədi ilə müxtəlif vaxtlarda ümumilikdə 43900 manat pul götürmüşdür. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in xx xxxxxx 2014-cü il tarixli, 05 nömrəli əmrinə əsasən, əmək müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh sahə rəisi vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat «xxxxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxx» MMC və İddiaçı2 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün xərclənmiş 78.000 manat pulun, “xxxxxxxxxxxx” MMC-yə ödənilmiş 250 manat pulun, DYPB-nə ödənilmiş 200 manat cərimənin, avtomobilin cərimə meydançasında qaldığı müddət üçün ödənilmiş 80 manat pulun, “Volvo BL 61” markalı ekskavatorun təmirinə görə 25.245 manat pulun, “Volvo BL 61” markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış 90.000 manat faydanın, betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat pulun, cəmi 203.775 (iki yüz üç min manat yeddi yüz yetmiş beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsini n xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(021)-272/2018) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün iddiaçıdan aldığı 43.900 manat, «xxxxxxxxxxxx» MMCyə ödənilmiş 250 manat, «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat, «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat, betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat, cəmi 169.395 (bir yüz altmış doqquz min üç yüz doxsan beş) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın alınaraq iddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh «xxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-də 2006-cı ildən 2014-cü ilədək sahə rəisi vəzifəsində işləmişdir. Cavabdeh 2014-cü ilin may ayında işdən azad edildikdən sonra «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə məxsus 2006-cı il istehsalı olan AZ 01 T-636 qeydiyyat nömrə nişanlı tam saz vəziyyətdə olan bir çalovuşlu «Volvo» BL 61 markalı traktoru, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in sifarişlərinin yerinə yetirilməsi üçün İddiaçı2 icarəyə götürülmüş «Kamaz» 5511 markalı ** BG *** nömrə qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilini, 1 ədəd qaynaq aqerqatım, 2 ədəd 05 kv-10 kv-luq işıq generatorlarını, 420 kv. metr metal dirəklərdən olan podmosu (tikinti işlərinin aparılması üçün metal konstruksiyadan ibarət nərdivan) özü ilə gətirmişdür. Bundan başqa ferma tikintisi və mal qara alınması məqsəd i ilə 2009-cu ildə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən 43900 (qırx üç min doqquz yüz) manat pul alaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Keçən müddət ərzində cavabdeh iddiaçılardan aldığı pulu və gətirdiyi texnikaları heç hüquqi əsas olmadan özündə saxladığı üçün iddiaçıların məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtd an götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və A.Bayramov, iş № 2(104)379/2019) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin olunmuş Cavabdeh Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün iddiaçıdan aldığı 43.900 manat, «xxxxxxxxxxxx» MMC-yə ödənilmiş 250 manat, «Volv o BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat, «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat, betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat, cəmi 169.395 (bir yüz altmış doqquz min üç yüz doxsan beş) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın alınaraq iddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün iddiaçıdan aldığı 26.900 manat məbləğində, «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 20.550 manat məbləğində, «xxxxxxxxxxxx» MMC-yə ödənilmiş 250 manat və «Volvo BL 61» mark alı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat məbləğində, cəmi 137.700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın alınaraq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə verilməsi, iddianın Cavabdeh betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat pulun alınaraq İddiaçı2 xeyrinə verilməsi hissəsinin rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 258 (iki yüz əlli səkkiz) manat məbləğində pulun 158 manatının Cavabdeh, 100 manatının isə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən tutulub, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi V ÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin həmin qərardad üzrə rəyləri məhkəmə kollegiyasına daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 29607 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 82-91-ci vərəqlərində olan xx xxxxxx 2009-cu il tarixli, xx xxxx 2009-cu il tarixli, xx xxxxxx 2009-cu il tarixli, xx xxxxxx 2009-cu il tarixli, xx xxxx 2009-cu il tarixli, xx xxxxxx 2009-cu il tarixli, xx xxxxxx 2009-cu il tarixli, xx xxxx 2009-cu il tarixli, xx xxxx 2009-cu il tarixli, xx xxxxx 2009-cu il tarixli kassa məxaric orderlərinin kserosurətində “alanın imzası” qrafasında əks olunmuş imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 81-ci vərəqində olan xx xxxxxx 2009-cu il tarixli kassa məxaric orderinin kserosurətində “alanın imzası” qrafasında əks olunmuş imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 29918 saylı rəyi ilə müəyyən etmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş aktda olan məlumatlara əsasən, 2006-cı il buraxılışlı “Volvo BL 61” markalı ekskavatorun təmir-bərpa xərci, ƏDV, avtoehti yat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 20.550 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən imza edilən kassa məxaric orderləri ilə isə, ona xx xxxxxx 2009-cu il tarixdə ferma tikintisi üçün işçilərə əmək haqqı verilməsi üçün 2.000 manat, xx xxxx 2009-cu il tarxdə fermaya mal- qara alınması üçün 10.000 manat, xx xxxxxx 2009-cu il tarixdə tikinti materiallarının alınması üçün 9.000 manat, xx xxx 2009-cu il tarixdə fermada çalışan işçilərə əmək haqqı üçün 600 manat, xx xxxx 2009-cu il tarixdə fermada çalışan işçilərə əmək haqqı üçün 800 manat, xx xxxxx 2009-cu il tarixdə fermaya mal-qara alınması üçün 4.500 manat, cəmi 26.900 manat məbləğində pul verilmşdir. Ape lyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin kassa məxaric orderləri ilə Cavabdeh 26.900 manat məbləğində pulun təyinatı ferma tikintisi, fermaya mal-qara alınması və fermada çalışan işçilərə əmək haqqı verilməsi üçün olmuşdur. Cavabdeh isə həmin pulu təyinatı üzrə xərcləməmiş, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticə etibarı ilə işəgötürənə qeyd edilən məbləğdə ziyan vurmuşdur ki, cavabdeh həmin ziyana görə maddi məsuliyyət daşıyır. Mülki işin 81-ci vərəqində olan xx xxxxxx 2009-cu il tarixli kassa məxaric orderinə gəldikdə isə, “alanın imzası” qrafasmda əks olunmuş imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmiş, digər kassa məxaric orderləri ilə alman pull arın təyinatı işçilərin əmək haqlarının ödənilməsi olmuşdur. Ona görə də, Bərdə Rayon Məhkəməsi Cavabdeh 43.900 manatın tutulması hissəsində haqlı olmamışdır. Apelyasiya instansiya məhkəməsi qətnamənin betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat pul tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin “Kamaz 5511” markalı, **-BG-*** qeydiyyat nömrə nişanlı avtomaşın xx.xx.2006-cı ildən İddiaçı2 mülkiyyətində olduğundan, sonuncu həmin avtomaşının başqasının qeyri-qanuni sahibliyindən tələblə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər və nasazlıqlar aşkar edildiyi halda, ziyan tələbi də irəli sürə bilər. Ona görə də, apelyasiya dəlilləri həmin hissədə qanunidir və Bərdə Rayon Məhkəməsi Cavabdeh betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat pulun alınaraq iddiaçılar «xxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi hissəsində haqlı olmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə iddianın təmin edilmiş hissəsində qismən işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlard a göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin “b” yarımbəndinə görə, işçi qanunazidd hərəkətləri ilə əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bü tün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və V.İbayev, iş № 2(102)5095/2019) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-ci il tarixli qətnaməsi «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat, ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat pulun tutulması hissəsində ləğv edilmiş, işin həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiya məh kəməsi ekskovatorun təmirinə görə 20.550 manat məbləğində və əldən çıxmış faydaya görə 90000 manat pulun tutulması hissələrində düzgün nəticəyə gəlməmişdir. Belə ki, qətnamə onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyi ilə ekskavatorun təmir-bərpa xərci 20550 manat müəyyən edilmişdir. Qeyd edilən ekskavatora görə əldən çıxmış 90000 manat faydaya aid hissədə apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göstərilən markadan olan ekskavatorların internet saytlarında olan aylıq icarə haqqı 3500 manat təşkil edir. Halbuki, ekskavatorun təmir və bərpasına görə 20550 manat pulun tutulması üçün cavabdehin məsuliyyəti o halda yarana bilərdi ki, iddiaçı ekskavatorun cavabdehə saz vəziyyətdə təhvil verilməsini sübut etsin və bu hala istinad etməklə nasaz vəziyyətdə ona qaytarılmış ekskavatorun əvvəlki vəziyyətə gətirilməsinə görə zəruri xərcləri tələb etsin. Lakin, iddiaçı tərəfindən bu halı təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa iddiaçı ekskavatorun aylıq icarə haqqının 3000 manat təşkil etməsini və buna görə də cavabdehdə qaldığı müddətdə 90000 manat faydadan məhrum olduğunu iddia etsə də, ekskavator cavabdehdə olduğu müddətdə ekskavatorun icarəyə verilməsi üçün hər hansı bir şəxsin onlara müraciət etməsinə dair iş materiallarına sübutlar əlavə etməmişdir. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Əliyeva, iş № 2(104)3855/2019) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-272/2018 saylı mülki iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin olunmuş, Cavabdeh «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25245 manat, «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manatın alınaraq iddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddianın həmin hissələrdə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi Ali Məhkə mənin Mülki kollegiyasının 2(102)-5095/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarında şərh edilən göstərişlərə əsasən apardığı araşdırmaların nəticəsi olaraq belə qərara gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat pulun və «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat pulun cavabdehdən alınaraq, iddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli və irəli sürülən iddia həmin hissələrdə rədd edilməlidir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki işin materiallarında «Volvo BL 61» markalı ekskavatorun cavabdehə saz vəziyyətdə verildiyini təsdiq edə bilən heç bir sübut yoxdur. Bundan əlavə, iş materiallarında «Volvo BL 61» markalı ekskavatorun cavabdehdə olduğu müddətdə ekskavatorun icarəyə verilməsini təsdiq edə bilən hər hansı bir sübut yoxdur. İddiaçı tərəf «Volvo BL 61» markalı ekskavatorun cavabdehə saz vəziyyətdə verildiyini, həmçinin «Volvo BL 61» markalı ekskavatorun cavabdehdə olduğu müddətdə ekskavatorun icarəyə verilməsini təsdiq edə bilən hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, qeyd edilən ekskavator Cavabdeh tərəfindən «X1» MMC-in Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən qarajından özbaşına olaraq aparılmışdır. xx.xx.2014-cü il tarixli akta əsasən Cavabdeh digər avadanlıqlarla yanaşı, «Volvo BL 61 markalı» AZ 10 P-636 dövlət qeydiyyat nişanlı ekskavator-yükləyicini cəmiyyətə geri qaytarmamışdır. Cavabdehin özünün, vəkili və nümayəndəsi X3 imzası ilə Gəncə Ap elyasiya məhkəməsinə təqdim etdiyi apelyasiya şikayətinin 2-ci vərəq 6-cı bəndində qeyd edilir ki, «Volvo BD 61» markalı ekskovator və «Kamaz 5511» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınlar həqiqətən onun həyətində olub, Yevlax, Ağdaş, Ağdam və s ətraf rayonlarda tikinti işləri görülmüşdür. Həmin texnikaları 2014-cü ildən işdən çıxarılandan sonrada iddiaçı cəmiyyət gəlib aparmayıb». Bununla da cavabdeh etiraf edir ki, texnika saz vəziyyətdə ətraf rayonlarda işlədilib və saz vəziyyətdə də onun həyətində olub. Cavabdeh apelyasiya şikayətində texnikanın ona saz vəziyyətdə verilmədiyini qeyd etsə də, lakin texnikanın nasaz vəziyyətdə olması, olsaydı nə zaman nasaz olub, hansı nasazlığın olmasını qeyd etməmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, güya iddiaçı cəmiyyəti n təsisçisi onunla şərik olub, ona çatası gəlirləri ödəmədiyindən o da texnikaları həmin gəlirlərin əvəzi kimi saxlamışdır. Bu etirafın özü də sübut edir ki, ekskavator saz vəziyyətdə olub, əks təqdirdə cavabdeh niyə nasaz texnikanı pul əvəzinə götürsün. Ekskavatorun və digər texnika və avadanlıqlarla bağlı xx xxxx 2016-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizələri ilə müraciət edilmişdir. Müraciətləri Bərdə rayon prokurorluğunda araşdırılıb və Bərdə rayon prokurorluğunun xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib və mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət olunması tövsiyyə edilib. Bununla yanaşı məhz həmin şikayətlərdən və Bərdə rayon prokurorluğunun müdaxiləsindən sonra «Volvo BL 61» FP 10P-636 markalı e kskavator cavabdeh tərəfindən icarəyə verildiyi şəxsdən 2016-cı ilin dekabr ayında alınaraq 2017-ci ilin 19 yanvar tarixində onlara qaytarılıb. «xxxxxxxxx» MMC-nin xx xxxxxx 2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd edilən texnika xx xxxxxx 2017-ci il tarixində Bərdə rayon cərimə meydançasından Saray qəsəbəsinə gətirilmişdir. Bütün bu faktlar sübut edir ki, iddiaçıya məxsus AZ 10P 636 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici özbaşına olaraq cavabdeh tərəfindən aparılıb və aparıldığı zaman da saz istismara tam yararlı olub. Qanunvericiliyin tələbinə görə ekskavator cavabdehdə qaldığı müddət ərzində cavabdehdən tələb edilən məbləğ ehtimal edilən gəlirlər nəzərdə tutur ki, bura da sübut olunmalı olan əsas ekskavatorun istismarına görə aylıq icarə haqqının məbləğindən gedir. E kskavatorun aylıq istismarı üçün olan məbləğ apelyasiya instansiyasının qətnaməsində qeyd edildiyi kimi internetdən götürülmüş məbləğ deyil, əksinə iş materiallarına əlavə edilmiş bu sahədə ixtisaslaşmış «xxxxxxxxxxx» MMC-in verdiyi xx xxxxx 2017-ci il tarixli rəy əsasında tələb olunan məbləğdir. Təqdim olunmuş müqavilə «Volvo BL 61» markalı AZ 10P 636 dövlət qeydiyyat nişanlı ekskavator yükləyicinin xidmət sahəsini əhatə edir. Müqavilələrdən də görünür ki, ekskavator yükləyicinin aylıq icarə haqqı 3200 manat təşkil edir. Cavabdeh ekskavator-yükləyicini 2014-cü ilin noyabr ayından özbaşına olaraq Bərdə rayonuna aparıb istismar etmiş, apardığı zaman istismara tam yararlı vəziyyətdə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Mə hkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3855/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Əvvəlki kassasiya icraatının nəticəsi olaraq Gəncə Apelyasiya Məhkəməsinin MK-ın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat, ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat pulun tutulması hissəsində ləğv edilmiş və məhz həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmış qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmışdır. H azırkı halda isə verilmiş kassasiya şikayəti üzrə başlanmış icraat yalnız yuxarıda göstərilən hissələr üzrə irəli sürülmüş dəlilərin yoxlanması ilə bağlıdır. Digər hissələr üzrə qəbul olunmuş məhkəmə aktları isə qanuni qüvvəsini almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3855/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi «Cavabdeh «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25245 manat, «Volvo BL 61» markalı ekskavtorun istifadəsinə görə əldən çıxmış faydaya gö rə 90.000 manatın alınaraq iddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in və İddiaçı2 xeyrinə verilməsinə dair iddianın rədd edilməsi» hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Birinci kassasiya icraatı zamanı kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekskavatorun təmir və bərpasına görə 20550 manat pulun tutulması üçün cavabdehin məsuliyyəti o halda yarana bilər ki, iddiaçı ekskavatorun cavabdehə saz vəziyyətdə verilməsini sübut etsin və bu hala istinad etməklə nasaz vəziyyətdə ona qaytarılmış ekskavatorun əvvəlki vəziyyətə gətirilməsinə görə zəruri xərcləri tələb etsin. Bundan başqa iddiaçı ekskavatorun aylıq icarə haqqının 3000 manat təşkil etməsini və buna görə də cavabdehdə qald ığı müddətdə 90000 manat faydadan məhrum olduğunu iddia etsə də, ekskavator cavabdehdə olduğu müddətdə ekskavatorun icarəyə verilməsi üçün hər hansı bir şəxsin onlara müraciət etməsinə dair iş materiallarına sübutlar əlavə etməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyi ilə «Volvo BL 61» markalı ekskavatorun təmir-bərpa xərci ƏDV avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 20550 manat müəyyən edildiyindən, «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə xərcin məbləği 20550 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli qüsur akından görünür ki, «Volvo BL 61» markalı ekskavatorun üzərində aparılmış müayinə ilə bağlı onun ayrı-ayrı hissələrində qüsurlar müəyyən olunmuş və bu qüsurların aradan qaldırıl ması üçün cəmi çəkilməli olan xərcin məbləğinin 24311 manat olması müəyyən edilmişdir. İşdə olan «xxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli məktubda «Volvo bl 61» markalı ekskavator-yükləyicinin 1 aylıq icarə müqaviləsinin qiymətinin 3000 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında xx.xx.2013-cü ildə əmək müqaviləsi bağlanmış və xx.xx.2014-cü ildə həmin müqaviləyə xitam verilmişdir. İşin halları ilə müəyyən olunur ki, «Volvo BL 61» markalı ekskavator 2014-cü ildən ondan məcburi qaydada götürülərək iddiaçıya təhvil verilməsi vaxtınadək (2016-cı ilin dekabr ayından alınaraq cərimə meydançasına yerləşdirilm iş, xx.xx.2017-ci il tarixdə isə iddiaçıya təhvil verilmişdir) cavabdehdə olmuşdur. Bu faktı cavabdehin apelyasiya şikayətində aydın olaraq göstərilmişdir Apelyasiya şikayətində göstərilir ki, «Volvo BL 61» markalı ekskavator və …. həqiqətən onun həyətində olub. Ona görə ki, ümumiyyətlə Yəhya Əhrimanovla şərikli işlədiyim müddətdə yaxın ərazidə gördüyümüz işlər qurtardıqdan sonra texnikaları Bakı şəhərinə aparmırdıq və növbəti işlərimiz başlayanadək aramızda olan razılaşmya görə mənim həyətimdə saxlanırdı. » Birinci kassasiya icraatının başlanmasına əsas olmuş cavabdehin kassasiya şikayətində göstərmişdir ki, «Volvo BL 61» markalı ekskavator rəsmi sənədlərlə, yəni qaimə və ya müqavilə ilə Cavabdeh təhvil verilməmiş, həmin texnikanın nə vaxt, harada, hansı müddətə kimin tərəfindən istifadə edilməsi, istismarından sonrakı vəziyyəti müəyyən edilməmiş, təmir xərclərinin məbləği barədə cavabdehin iştirakı ilə akt tərtib edilməmiş, ekspertiza zamanı ekskavatora baxış keçirilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.» İddiaçı tərəfinin kassasiya şikayətindən isə görünür ki, «ekskavatorun, digər texnika və avadanlıqlarla bağlı xx xxxx 2016-cı ildə Azərbaycan Respublikası Baş prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciət Bərdə rayon prokurorluğunda araşdırılıb və Bərdə rayon prokurorluğunun xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki xarakterli olması müəyyən olunmuşdur. Bərdə rayon prokurorluğunun müdaxiləsindən sonra «Volvo BL 61» markalı ekskavator cavabdeh tərəfindən icarəyə verdi yi şəxsdən 2016-cı ilin dekabr ayında alınaraq 2017-ci ilin 19 yanvar tarixində ona qaytarılmışdır. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəf apelyasiya instansiya məhkəməsinin göstərdiklərindən fərqli olaraq həm ekskavatora dəymiş zərərin məbləği ilə, zərər vurulması və cavabdehdə olan müddətdə icarə haqqının məbləği və icarəyə verilməsi ilə bağlı müvafiq sübutlara malik olmuşdur və məhz həmin sübutlara istinad etmişdir. Belə olan halda apelyasiya instansiya məhkəməsi sübutların təqdim olunmaması ilə bağlı gəlmiş olduğu nəticəsinin əsassızlığı meydana çıxmış olur. Apelyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarında göstərilənləri müvafiq əsaslandırma aparmadan mübahisəsiz hallar kimi qəbul edərkən, ilkin olaraq nəqliyyat vasitəsinin cavabdehdə q almasının səbəblərini, hansı səbəbdən mülkiyyətçiyə qaytarılmaqdan imtina edilməsi, hansı səbəbdən hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra onun geri qaytarılması, nəqliyyat vasitəsinin məhz cavabdehdən və ya onun tərəfindən icarəyə verilmiş şəxsdən təhvil alınması və alınarkən ekskavatorun texniki vəziyyəti ilə bağlı hər hansı üzləşdirmə aktının tərtib olunub-olunmamasını müəyyən etməmişdir. Digər tərəfdən nə qədər ki, nəqliyyat vasitəsi hüquq mühafizə orqanının müdaxiləsindən sonra geri qaytarılmışdır, bu halda məhz həmin araşdırma materiallarının əldə olunaraq tədqiq olunması vacib olması halında belə araşdırmanın aparılmasını təmin etməmişdir. Məhkəmə ekspertiza rəyini və mütəxəssis rəyini sübut kimi qəbul etmədiyi ilə bağlı nəticəyə gələrkən bunların işin düzgün həll edilməs i ilə bağlı mühüm əhəmiyyətli olan sübutlar olmadığı ilə bağlı ümumiyyətlə heç bir mövqe göstərməmişdir. Ekspert və ya mütəxəssis rəyləri ilə tam və qismən razılaşmamasının əsaslarını öz qərarında göstərməmiş və həmin sübutların işdə olan digər sübutlarla birlikdə qarşılıqlı qiymətləndirilməsi təmin etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və h allarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla müb ahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sü butları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquq i cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın iza h edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmi n olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3855/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi «Cavabdeh «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25245 manat, «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manatın alınaraq iddiaçılar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-in və İddiaçı2 xeyrinə verilməsinə dair iddianın rədd edilm əsi» hissəsində ləğv edilsin və həmin hissədə mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.