Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5037/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-114/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı KB ASC və Ca vabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bankla Cavabdeh1 arasında 25.09.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 01.12.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə - 19.11.2018-ci il tarixədək illik 25% ödəmək şərtilə 124 000 manat, 18.05.2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən isə 24 ay müddətinə - 18.05.2018ci il tarixədək - illik 20% ödəmək şərtilə 2695 ABŞ dolları məbləğində kreditlər verilmiş, 25.09.2012-ci il tarixli əsas kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 25.12.2014cü il tarixli sazişlə kredit müqaviləsinin məbləği 1 000 000 manat, kreditin bitmə müddəti 25.12.2024-cü il tarixədək müəyyənləşdirilmiş, öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh1 kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, 19 noyabr 2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) onun 01.12.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 113 442 manat, faiz borcu üzrə 67 595,38 manat, cərimə borcu üzrə 204 615,47 manat olmaqla cəmi 385 652,85 manat, 25UB/16 saylı 18 may 2016-cı il tarixli əlavə kredit müqaviləsinə əsasən isə 18.05.2018-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) əsas kredit borcu üzrə 2214,40 ABŞ dolları, faiz borcu üzrə 703,54 ABŞ d olları, cərimə borcu üzrə 5200,30 ABŞ dolları olmaqla cəmi 8118,24 ABŞ dolları borcunun yarandığı hesablanmışdır. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının 11.12.2017-ci il 357/UB saylı rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilin hazırki virtual orta bazar qiyməti 110000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı KB ASCnin xeyrinə Cavabdeh1 25.09.2012-ci il tarixli UM-32/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 01.12.2015-ci il tari xli 171UB/15 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 113442 manat, faiz borcu üzrə 67595,38 manat, cərimə borcu üzrə 204615,47 manat, cəmi 383652,85 manat, 18.05.2016-cı il tarixli 25UB/16 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2214,40 ABŞ dolları, faiz borcu üzrə 703,54 ABŞ dolları, cərimə borcu üzrə 5200,30 ABŞ dolları, cəmi 8118,24 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və ipoteka predmeti olan əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 01.12.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 383652,85 manat, 18.05.2016-cı il tarixli 25UB/16 saylı əlavə kredit müqaviləsi üzrə 8118,24 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq İddiaçı KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 135000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavab dehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 25.09.2012-ci il tarixli UM-32/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 01.12.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 19.11.2018-ci il tarixədək, illik 25% ödəmək şərtilə 124000 manat, 18.05.2016cı il tarixli 25UB/16 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 18.05.2018-ci il tarixədək illik 20% ödəmək şərtilə 2695 ABŞ dolları məbləğində kreditlər verilmişdir. 25.09.2012-ci il tarixli UM-32/12 saylı əsas kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 25.12.2014-cü il tarixli sazişə əsasən, kredit m üqaviləsinin məbləği ******* manat, kreditin bitmə müddəti 25.12.2024-cü il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 25.09.2012-ci il tarixli UMi-32/12 saylı ipoteka müqaviləsinə və ona dəyişikliklər edilməsi haqqında 25.12.2014-cü il tarixli sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili İddiaçı Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi və saziş 27.09.2012-ci il və 26.12.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 əsas kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuş ödəmə müddətlərini pozmuşdur. İddiaçı KB ASC tərəfindən Cavabdeh1 İddiaçı KB ASC qarşısında borcu barədə xəbərdar olunmuş lakin hal-hazıradək borcundan ödənişlər aparmamışdır. Cavabdeh1 31.01.2017-ci il tarixə 01.12.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 113442 manat, faiz borcu üzrə 67595,38 manat, cərimə borcu üzrə 204615,47 manat, cəmi 383652,85 manat, 18.05.2016-cı il tarixli 25UB/16 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2214,40 ABŞ dolları, faiz borcu üzrə 703,54 ABŞ dolları, cərimə borcu üzrə 5200,30 ABŞ dolları, cəmi 8118,24 ABŞ dolları borcu vardır. Göstərilənlərə əsas ən, iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Xəlilova, iş № 2(004)-36/2019) iddia qismən təmin edilərək, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.12.2015ci il tarixli 171UB/15 saylı kredit müqaviləsi üzrə 113442 manat əsas borcu, 67595,38 manat faiz borcu, 5000 manat dəbbə pulu borcu, cəmi 186037,38 manat (bir yüz səksən altı min otuz yeddi manat otuz səkkiz qəpik) pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı KB ASC-yə ödənilməsi, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2016cı il tarixli 25UB/16 saylı kredit müqaviləsi üzrə 2214,40 ABŞ dolları əsas borcu, 703,54 ABŞ dolları faiz borcu, 221 ABŞ dolları dəbbə pulu bo rcu, cəmi 3138,94 ABŞ dolları (üç min yüz otuz səkkiz ABŞ dolları doxsan dörd sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı KB ASC-yə ödənilməsi, tutma Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinin ilkin satış qiymətin in 135000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat dövlət rüsumunun 14,40 manat hissəsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat dövlət rüsumunun 14,40 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı KB ASC-yə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin g irova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərinin icrasına məsul olan şəxs kimi Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklərini tam icra etmədiyindən iddia tələbi kredit müqavilələri üzrə ödənilməmiş əsas borc və faiz borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzil kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi ipoteka ilə yüklü etdiyi üçün iddia tələbi Cavabdeh1 borclarının həmin daşınmaz əmlaka yönəldilməsi hissəsində də təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, F.Babayev, iş № 2(103)-114/2021) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-36/2019 saylı iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsinin “01.12.2015-ci il tarixli 171UB/15 saylı kredit müqaviləsi üzrə 113 442 manat əsas, 67 595,38 manat faiz borcunun, ümumilikdə isə 186 037,38 manatın; 18.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 703,54 ABŞ dolları faiz borcunun, ümumilikdə isə 3138,94 ABŞ dollarının Cavabdeh1 tutularaq banka ödənilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh1 h üquq varisləri (vərəsələri) olan Cavabdeh2 və Qarayev Ağamalı Vaqif oğlundan 01.12.2015-ci il tarixli 171UB/15 saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 103 772,39 (yüz üç min yeddi yüz yetmiş iki manat 39 qəpik) manat, faiz borcu 31 153,93 (otuz bir min yüz əlli üç manat 93 qəpik) manat, cərimə borcu 5000 (beş min) manat olmaqla cəmi 139 926,32 (yüz otuz doqquz min doqquz yüz iyirmi altı manat 32 qəpik) manat; 18.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 2214,40 ABŞ dolları, faiz borcu 699 (altı yüz doxsan doqquz) ABŞ dolları, cərimə borcu 221 ABŞ dolları olmaqla cəmi 3134,40 (üç min yüz otuz dörd dollar 40 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyənləşdirilsin və ümumi borc məbləği onların hər birindən 1/2 hissədə tutulması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 150 (yüz əlli) manatın 100 (yüz) manatı İddiaçı KB ASC-dən, 50 (əlli) manatı isə Cavabdeh2 və Qarayev Ağamalı Vaqif oğlundan (hər birindən 1/2 hissədə) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22), qiymətləndirmə ekspertizasının xərci olan 250 (iki yüz əlli) manat isə Cavabdeh2 və Qarayev Ağamalı Vaqif oğlundan (hər birindən 1/2 hissədə) tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edir – belə ki, 01.12.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh1 hesablanmalı olan əsas borcun 103 772,39 manat, faiz borcunun 31 153,93 manat; 25UB/16 saylı 18 may 2016-cı il tarixli əlavə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmalı olan faiz borcunun isə 699 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Cavabdeh1 müqavilələri bağlayarkən fəaliyyət qabiliyyətsiz olması, habelə ipoteka müqaviləsinin bağlanması zamanı mənzildə yaşayan digər şəxslərin razılığının alınmadığı barədə apellyatorların dəlillərini isə kollegiya əsassız hesab edir; çünkü birincisi onlar, həmin dəlillərinin araşdırılmasını mümkün edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsinin Cavabdeh1 psixi vəziyyətinin yoxlanılması məqsədilə təyin etdiyi ekspertiza isə onun ekspertizaya getməməsi səbəbindən baş tutmamışdır; digər tərəfdən, Cavabdeh1 2007-ci ildə anlaqsız vəziyyətdə cinayət törətmiş olması, onun 2015-2016-cı illərdə fəaliyyət qabiliyyətsiz olması mənasına gəlmir. İpoteka müqaviləsinə münasibətdə həmçinin qeyd olunmalıdır ki, iş materiallarından ipoteka predmetində yalnız cavabdehlərin qeydiyyata olduğu və məhz onların razılıqları ilə müqavilənin bağlandığı aydın olur; eyni zamanda, mənzildə yaşayan şəxslərin razılıqlarının alınmaması müqavilənin etibarsızlığını şərtləndirən hal deyildir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 sözügedən miras aktivinin onunla Cavabdeh2 nikahda olduqları dövrdə əvəzli əqd üzrə əldə olunmuş olması göstərilən nəticəyə gəlməyə maneə törətmir; çünkü birincisi, bazar dəyəri 138 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili bilavasitə Cavabdeh2 razılığı ilə ipotekaya qoyulmuşdur; ikincisi isə, Cavabdeh1 bankdan götürdüyü kredit ər-arvadın birgə borcu olduğundan, Cavabdeh2 həmin mənzilə münasibətdə ½ hissə payının vərəsəlikdən kənarda qalması, onun məsuliyyətinin həcminə təsir göstərmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı KB ASC (vəkil X2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiy a instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)114/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş rəydə təqdim olunmuş sübutlar nəzərə alınmamışdır. Bu isə borcun düzgün hesablanmamasına şərait yaratmışdır. Məhkəməyə təkrar ekspertiza təyin olunması ilə bağlı vəsatət verilsə də məhkəmə həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-114/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsinin tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan İxtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 135000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili satıldıqdan ən gevi 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd e dilməsi, ümumi borc məbləği Cavabdeh2 ¾, Qarayev Ağamalı Vaqif oğlundan ¼ hissədə tutulması, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, 01.12.2015-ci və 18.05.2016-cı il tarixli kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri Yasamal rayon Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka qoyanın razılığı olmamış, tərəflər arasında heç bir ipoteka müqaviləsi bağlanmamış, belə olan halda isə ipoteka ilə təmin edilmiş öhdəlik hesab olunmadığından tələb mənzilə yönəldilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, mərhum Cavabdeh1 iddiaçıdan başqa digər banklar qarşısında da kredit öhdəlikləri mövcud olmuş, belə olan halda isə həmn öhdəliklərin məbləğ i də nəzərə alınmalı idi, lakin sonuncu məhkəmə prosesində üzürlü səbəbdən iştirak etmədikləri diqqətləri buna yönəldə bilməmişlər. Vərəsələrin payının bərabər olması hissəsində səhv nəticəyə gəlinmişdir. Cavabdeh2 ipoteka ilə yüklü edlmiş əmlakı birgə nikah dövründə əldə edildiyinə görə onun payı ½ deyil, ¼ hissə təşkil edir, Ağamalı Qarayevin payı isə ¼ hissə təşkil edir, belə olan halda isə borc öhdəliyi də həmin qaydada bölünməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməs inin qətnaməsindən İddiaçı KB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri vermiş, hər biri qətnamənin ayrı ayrı hissələri mübahsələndirmişlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətlərinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (bor c alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlə ri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəf lərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası hazırkı kassasiya şikayətində istinad olunan dəlilləri araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, «mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya əsas və faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlillərini qismən əsaslı hesab edir – belə ki, 01.12.2015-ci il tarixli 171UB/15 saylı əlavə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə Cavabdeh1 hesablanmalı olan əsas borcun 103 772,39 manat, faiz borcunun 31 153,93 manat; 25UB/16 saylı 18 may 2016-cı il tarixli əlavə kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmalı olan faiz borcunun isə 699 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur.» Göründüyü kimi iddiaçı borc məbləğinin düzgün hesablanmamasını göstərsə də, faktiki olaraq borcun məhkəmənin müəyyən etdiyi məbləğdən daha artıq olması və təkrar ekspertizanın təyin olunması üçün əsasların olmaması aşkardır. Belə ki, cavabdeh tərəfin hazırkı şikayətdə istinad etdiyi dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmi şdir ki, «iddiaçı bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 müqavilələri bağlayarkən fəaliyyət qabiliyyətsiz olması, habelə ipoteka müqaviləsinin bağlanması zamanı mənzildə yaşayan digər şəxslərin razılığının alınmadığı barədə apellyatorların dəlillərini isə kollegiya əsassız hesab edir; çünkü birincisi onlar, həmin dəlillərinin araşdırılmasını mümkün edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsinin Cavabdeh1 psixi vəziyyətinin yoxlanı lması məqsədilə təyin etdiyi ekspertiza isə onun ekspertizaya getməməsi səbəbindən baş tutmamışdır; digər tərəfdən, Cavabdeh1 2007-ci ildə anlaqsız vəziyyətdə cinayət törətmiş olması, onun 2015-2016-cı illərdə fəaliyyət qabiliyyətsiz olması mənasına gəlmir. İpoteka müqaviləsinə münasibətdə həmçinin qeyd olunmalıdır ki, iş materiallarından ipoteka predmetində yalnız cavabdehlərin qeydiyyata olduğu və məhz onların razılıqları ilə müqavilənin bağlandığı aydın olur; eyni zamanda, mənzildə yaşayan şəxslərin razılıqlarının alınmaması müqavilənin etibarsızlığını şərtləndirən hal deyildir. Kredit borclusu olan Cavabdeh1 (mirasqoyan) mirasının onun həyat yoldaşı və oğlu Ağamalı Qarayev tərəfindən faktiki qəbul edildiyi təsbit olunmuş, mirasın aktivinə isə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qut qaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinin və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N. Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının (14 saylı meyvə tərəvəz mağazası) daxil olduğu müəyyənləşdirilmişdir. Təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzilinin bazar dəyəri 138 000 manat (likvid dəyəri 131 000 manat), Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N. Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasının (14 saylı meyvə tərəvəz mağazası) bazar dəyəri isə 20 000 manat təşkil edir. Başqa sözlə, Cavabdeh1 məlum olan mirasının aktivinin dəyəri ümumilikdə təxminən 158 000 manatdır və bu o deməkdir ki, mirası qəbul etmiş vərə sələr bankın tələblərini maksimum həmin məbləğ həddində təmin etmək öhdəliyi daşıyırlar – hazırkı işdə isə bankın tələbi ümumilikdə həmin məbləğdən artıq deyildir. Cavabdeh1 sözügedən miras aktivinin onunla Cavabdeh2 nikahda olduqları dövrdə əvəzli əqd üzrə əldə olunmuş olması göstərilən nəticəyə gəlməyə maneə törətmir; çünkü birincisi, bazar dəyəri 138 000 manat olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 9 saylı evin 84 saylı mənzili bilavasitə Cavabdeh2 razılığı ilə ipotekaya qoyulmuşdur; ikincisi isə, Cavabdeh1 bankdan götürdüyü kredit ər-arvadın birgə borcu olduğundan, Cavabdeh2 həmin mənzilə münasibətdə ½ hissə payının vərəsəlikdən kənarda qalması, onun məsuliyyətinin həcminə təsir göstərmir. Mülki Məcəllənin 1306-cı maddəsinin mənasına görə, vərəsələri n öhdəliyi birgə deyil, paylıdır. Maddədə özlərinin hər birinin payına mütənasib surətdə” ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Hazırkı işdə vərəslərin payı barəbər olduğundan onların hər biri borcun 1/2 hissəsini ödəməlidirlər.» Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı KB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-114/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5037/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5037/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver