Məhkəmə qərarları › İş №2(102)-5038/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5038/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5038/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Cavabdeh1 MMC və şa qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı X3 vəkili Nümayəndə, cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1852/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC və ş tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları MH seriyalı, ******* saylı çıxarışın surətindən surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.16659 ha torpaq sahəsində yerləşən 37/43 nömrəli binanın 3-cü mərtəbəsində 581.3 kv.m ümumi, 565.6 kv.m əsas, 15.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4037 nömrəli vərəqində 15.02.2008-ci il tarixdə qeydiyyata alınmışdır. 159388 sayli etibarnamə əsasında İddiaçı2 və X4 adından çıxış edən sifarişçi X8 ilə direktor Serdar Şahin şəxsində icraçı Cavabdeh1 tikinti şirkəti arasında bağlanmış 17.07.2014-c ü il tarixli müqavilənin surətindən görünür ki, icraçı hazırkı müqavilə üzrə sifarişçiyə məxsus olan ünvan 1 ünvanında yerləşən 1125 kv.m. qeyri-yaşayış sahəsində təmir və yenidənqurma işini müqavilə ilə müəyyən edilmiş müddət ərzində yerinə yetirməyi, sifarişçi isə icra olunmuş işi qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqı ödəməyi öhdəsinə götürür. İşin başlanma tarixi 16.06.2014-cü il, qurtarma tarixi isə 20.10.2014-cü il kimi müəyyən edilmişdir. 17.07.2014-cü il tarixli aktın surətindən görünür ki, 17.07.2014-ci il tarixli müqaviləyə uyğun olaraq müqavilədə göstərilən təmir obyekti (birinci mərtəbənin girişdən, ikinci mərtəbədə holl və 200 kv.m qeyri-yaşayış sahəsindən və üçüncü mərtəbədə 865 kv.m qeyri-yaşayış sahəsindən, cəmi 1125 kv.m) həmin tarixdə icraçının nümayəndəsi Serdar Ş ahinə təhvil verilmişdir. Qəbzlərdən müəyyən olunur ki, iddiaçılar tərəfindən təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün tikinti şirkətinin nümayəndəsi cavabdeh Serdar Şahinə 23.02.2015-ci il tarixdə 420.000 manat, 25.02.2015-ci il tarixdə 20.000 manat, 13.03.2015-ci il tarixdə 2 ayrı nömrəli qəbz üzrə cəmi 40.000 manat, 18.03.2015-ci və 26.03.2015-ci il tarixlərdə 20.000 manat, 14.05.2015-ci il tarixdə isə 10.000 manat olmaqla, cəmi 530.000 manat məbləğində pul ödənilmişdir. Səbail RPİ-nin 20.12.2015-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh1 tikinti şirkətinin direktoru, Türkiyə Respublikasının vətəndaşı X1 Telman Səfər oğlunun etibarından sui-istifadə edərək onunla bağlanmış 17.07.2014-cü il tarixli müqavilə əsasında ünv an 2 ünvanda yerləşən 1125 kv. metr qeyri-yaşayış sahəsində təmir işləri apararaq 20.10.2014-cü il tarixdə otel kimi tam hazır vəziyyətdə istifadəyə təqdim etməyə dair yalan vəd verib aldatmaqla onun inamını qazanmış və 2014-cü ilin iyul-oktyabr ayları ərzində həmin ünvanda hissə-hissə 530.000 manat məbləğində pulları ələ keçirərək T.Səfərovu inandırmaq üçün az miqdarda söküntü və digər işlər görüb qalan pulları vəd etdiyi təmir işlərinə deyil, öz şəxsi məqsədləri üçün sərf etməklə zərərçəkmiş şəxs Telman Səfərova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Aparılmış istintaqla S.Şahinin əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Həmin materiallarda olan məhkəmə mühəndis-texniki ekspertizasının 02.06.2016-cı il tarixli, 9233 saylı rəyinə əsasən ünvan 2 ünvanda yerləşən "Butik" oteldə yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 230.126,50 manat olduğu müəyyən edilmişdir. X8 ilə X10 arasında 23.05.2015-ci il tarixdə imzalanmış “İltizam sənədi” adlandırılan sənədin surətindən görünür ki, tərəflər arasında olan 17.07.2014-cü il tarixli podrat müqaviləsinə dəyişikliklər olunmuş, müqavilənin 3.4-cü bəndinin 10-cu abzasında nəzərdə tutulmuş 2% cərimənin, həmin maddənin 13-cü bəndində nəzərdə tutulan öhdəliyin tətbiq edilməməsi razılaşdırılmışdır. X10 yuxarıda göstərilənləri nəzərə alaraq başladığı işi 15.07.2015-ci il tarixinə tamamlayacağına söz vermişdir. X10 ilkin şərtləşməyə görə iş in tamamı üçün, yəni oteli hazır vəziyyətdə açar təhvil verildikdə, ona 620.000 manatın pul ödənilməsi nəzərdə tutulmasına baxmayaraq 22.04.2015-ci il tarixinə 491.450 manat aldığını etiraf etmiş, öhdəsinə götürdüyü işi 15.07.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı3 və X8 cavabdehlər Cavabdeh1 MMC-yə və Serdar Şahinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.06.2014cü il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 530.000 manatın 2 mislinin, yəni 1.600000 manatın, həmin məbləğə gecikdirilmiş hər gün üçün 2%-lə hesablanmış 17066000 manatın, mənəvi zərərə görə 100.000 manatın, bank faizlərinə görə 60.000 manatın və əldən çxxmış fayda qismində 876.004 manatın cavabdehlərdən tutularaq onlara ödənilməsi və 17.06.2014-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 25.09.2020-ci il tarixdə iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 17.06.2014-cü il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 530.000 manatdan yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunmuş 230.126,5 manat çıxılmaqla, qalan 299.873.5 manat, 100.000 manat mənəvi zərər, 60.000 manat bank faizləri, 876004 manat əldən çıxmış fayda və iltizam öhdəliyinin 9-cu abzasının tələbinə əsasən 3.869.000 manat olmaqla, cəmi 5.204.877,5 0 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, 17.06.2014-cii il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29.09.2020-ci il tarixdə iddiaçılar yenidən dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 530.000 manatın, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış illik 26.500 manat olmaqla, cəmi 132500 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 100000 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 762.530 manat məbləğindəpul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və X4 adından etibarnamə ə sasında çıxış edən X8 (birincinin əri və ikincinin atası) ilə Cavabdeh1 MMC-nin direktoru X10 arasında 17.07.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən Serdar Şahin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1125 kv.m olan qeyri-yaşayış sahəsində öz materiallarından istifadə etməklə təmir və yenidənqurma işlərini aparmağı və butik otel ərsəyə gətirərək 20.10.2014-cü il tarixdə tam hazır vəziyyətdə sifarişçilərə təqdim etməyi öhdəsinə götürmüşdür. Obyekt 17.07.2014-cü il tarixdə təmir üçün cavabdeh Serdar Şahinə təhvil verilmişdir. Müqavilənin 3.4-cü bəndində işin sifarişçiyə vaxtında təhvil verilməməsi halında podratçının gecikdirilən hər gün üçün ödənilmiş məbləğin 2% miqdarında cərimə ödəyəcəyi nəzərdə tutulmuşdur. Həmin bəndin 13-cü cümləsində isə sifarişçinin işi yarımçıq qoyduğu halda aldığı pulun 2 mislini qaytarmalı olduğu deyilir. İşin hallarına görə, X8 razılaşdırılan işin görülməsi üçün podratçı Serdar Şahinə ümumilikdə 530.000 manat məbləğində pul vermişdir. İşin bu halı iş materiallarında olan qəbzlərlə yanaşı, cavabdeh X11 RPİ-nin 20.12.2015-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarında verdiyi izahatla da öz təsdiqini tapmaqdadır. Belə ki, iş materiallarında olan qəbzlər ilə cavabdeh Serdar Şahinin 23.02.2015-ci il tarixdə 420.000 manat, 25.02.2015-ci il tarixdə 20.000 manat, 13.03.2015-ci il tarixdə 2 ayrı nömrəli qəbz üzrə cəmi 40.000 manat, 18.03.2015-ci və 26.03.2015-ci il tarixlərdə 20.000 manat, 14.05.2015-ci il tarixdə isə 10.000 manat olmaqla cəmi 530.000 manat pul aldığı müəyyən edilir. X11 RPİ-də verd iyi izahatında, Telman Səfərovdan 2014-cü ilin avqust ayınadək 100.000 manat, 20.10.2014-cü il tarixinədək daha 200.000 manat, 30.01.2015-ci il tarixinədək 70.000 manat, 2015-ci ilin fevral ayınadək 130.000 manat və həmin ilin mart ayınadək isə daha 20-30 min manat məbləğində pul aldığını göstərmişdir. Bu məbləğlərin toplamı yenə də 530.000 manat təşkil edir. Bununla belə, X8 ilə X10 arasında 23.05.2015ci il tarixdə imzalanmış “iltizam sənədi” adlandırılan sənəddə 17.07.2014-cü il tarixli podrat müqaviləsi üzrə bəzi əlavə və dəyişiklik nəzərdə tutulmuşdur. Bu mənada həmin sənəd mahiyyət olaraq 17.07.2014-cü il tarixli podrat müqaviləsi üzrə əlavə və dəyişiklik kimi qəbul edilməlidir. Buna əsasən, işin icra müddəti 15.07.2015-ci il tarixədək uzadılmış, cavabdeh X16 Səfərovdan 491.450 manat pul aldığını etiraf etmiş, işin gecikdirdirməsi səbəbilə qalan 129.000 manatı almayacağı və indiyədək aldığı pulla işi tamamlayacağını öhdəsinə götürmüşdür. Həmin “iltizam sənədi” ilə eyni zamanda müqavilənin 3.4-cü bəndinin yuxarıda göstərilən tələblərinin tətbiq edilməyəcəyi razılaşdırılmışdır. 23.05.2015ci il tarixli dəyişikliklə tərəflər həmçinin razılaşmışlar ki, 15.07.2015-ci il tarixədək iş başa çatdırılmasa və ya yarımçıq qoyulsa, həmin tarixədək alınan pulun hamısı (530000 manat) elə həmin tarixdə sifarişçiyə qaytarılır. Əks təqdirdə, bu halda hər gecikdirilən gün üçün ümumi məbləğin 2% əlavə olaraq cərimə ödənilməlidir. Cavabdeh Serdar Şahin 15.07.2015-ci il tarixədək işi başa çatdırmamışdır. Göründüyü kimi, işin başa çatdırılmaması və ya yarımçıq qoyulması halında tərəflərin raz ılaşdırdıqları normanın tətbiqi üçün zəmin yaranmışdır. Bu isə o deməkdir ki, iddiaçılar cavabdeh Serdar Şahin tərəfındən müxtəlif tarixlərdə alınmış cəmi 530.000 manat pulu iş üzrə cavabdehlərdən tam şəkildə tələb etməkdə haqlıdırlar. Bu zaman podratçının aldığı vəsaitin hansı hissəsini işə sərf etdiyini və hansı hissəsini mənimsədiyini araşdırmağa, bundan ötəri ekspert rəylərini nəzərə almağa ehtiyac yoxdur. Yuxarıdakı izahatlardan, cavabdeh Serdar Şahinin öhdəsinə götürmüş olduğu işi başa çatdırmayaraq yarımçıq qoyduğu və bu səbəblə 530.000 manat pulu iddiaçılara qaytarmağa borclu olduğu mübahisəsiz şəkildə aydın olur. Cavabdehlərin borclu olduqları həmin pul məbləğinin ödənilməsini gecikdirdikləri də mübahisə mövzusu deyildir. Belə olan halda iddiaçılar MM-nin 445.7-ci maddəsinin tələb ləri baxımından 530.000 manat pul üçün illik 5%, yəni, 26.500 manat olmaqla, cəmi 132.500 manat məbləğində pul vəsaitini də cavabdehlərdən tələb etmək hüququna malikdirlər. Bundan başqa, cavabdeh Serdar Şahinin əməlləri nəticəsində iddiaçılara mənəvi zərər də dəymişdir. Belə ki, Telman Səfərov keçirdiyi iztirablar nəticəsində ağır xəstəliklərə düçar olmuş, 09.04.2015-ci il tarixində komaya düşmüş və X2 daxil olmuş, ona kəskin dissirkulyator ensefalopatiya, şəkərli diabet tip 2, dekompensasiya, ÜİX, AKŞ əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuş, 14.04.2015-ci il tarixinə kimi xəstəxanada yatmışdır. MNX-nın 15.07.2015-ci il tarixli 419 saylı arayışı. Bundan sonra da o, uzun aylar bu stressdən çıxa bilməmiş və demək olar ki, otelin təmiri ilə bağlı heç bir işlə məşğul ola bilməmişdi rlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-3868/2020) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC-dən 491.450 (dörd yüz doxsan bir min dörd yüz əlli) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçılar (İddiaçı2 Mehdi qızı və İddiaçı3) ilə cavabdeh (Cavabdeh1 MMC) arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların işin görülməməsinə (başa çatdırmamasına/yarımçıq qoyulmasına) görə 530.000 manat pulu n ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların cavabdehlərə qarşı tələbi tərəflər arasında bağlanılmış 17.07.2014-cü il tarixli müqavilədən və 23.05.2015-ci il tarixli “İltizam sənədi”ndən irəli gəlir. İddiaçılar İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh1 MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçılar, aralarındakı müqavilənin şərtlərinə uyğun olaraq pulun ödənilməsini tələb etməkdə haqlıdırlar. Bununla belə məhkəmə, 17.07.2014-cü il tarixli müqavilə və 23.05.2015-ci il tarixli “İltizam sənədi”üzrə Cavabdeh1 MMC-nin iddiaçılara 491.450 manat məbləğində pul vəsaitini qaytarmalı olduğu qənaətinə gəl ərək hesab etmişdir ki, həmin məbləğ adı çəkilən cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, iddiaçılar iş materiallarında olan qəbzlərə əsasən 530000 manat məbləğində pulun cavabdehlərə verilməsinə istinad etsələr də, bu qəbzlərin verilməsindən sonra iş materiallarında olan razılaşmaya əsasən, işlər yerinə yetirilmədiyi təqdirdə, niyə 491450 manat məbləğində ziyanın qaytarılmasına dair razılığa gəldiklərinin - yəni, bu məbləğlər arasındakı 38550 manat fərqin ağlabatan izahını məhkəmədə iştirak edən nümayəndələri verə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh Turkuaz Grup” MMC-dən məhz 491450 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmin hissədə iddia tələbini iddiaçı X6 və cavabdeh Serdar Şahinə münasibətdə də əsasl ı hesab etməyərək qeyd etmişdir ki, həmin şəxslər müqavilənin tərəfi kimi deyil, təmsilçi (iddiaçı Telman Səfərov etibarnaməyə, cavabdeh Serdar Şahin isə qanunun göstərişinə əsasən) kimi çıxış etmişlər. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Serdar Şahinə münasibətdə məhkəmə əlavə olaraq həmçinin onu da qeyd edir ki, o, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) olmaqla yanaşı, o cümlədən təsisçisi də olmuşdur. Mülki Məcəllənin 52.2-ci maddəsinə görə isə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 26.500 manat olmaqla, cəmi 132500 manat məbləğində pul vəsaitinin və mənəvi zərərə görə 100000 manatın cavabdehlərdən tutulub iddiaçılara ödənilməsi hissəsində də əsassızdır; belə ki, məhkəmə 491450 manat məbləğə ziyan olaraq yanaşdığından, hesab edir ki, 5% məbləğ olaraq, illik pulun tutulm ası əsassız hesab edilməlidir. Həmçinin, iddiaçılar əldən çıxmış faydanı əldə etmək üçün gördükləri tədbirlər və bu məqsədlə apardıqları hazırlıq işləri, cavabdehlərin hərəkətləri nəticəsində keçirdikləri mənəvi sarsıntılar barədə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edə bilməmişlər. Buna görə də, iddia tələbinin “mənəvi zərərə görə 100000 manatın ödənilməsi hissəsi də əsaslı hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)-1852/2021) Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmi n edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(004)3868/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC-dən və şdan 299873,5 manat pul vəsaiti, həmin pul vəsaitinin ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə hesablamaqla 74968 manat olmaqla, cəmi 374841,5 (üç yüz yetmiş dörd min səkkiz yüz qırx bir manat əlli qəpik) manat pulun müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların təmsilçisi Telman Səfərov ilə ş arasında 23.05.2015-ci il tarixdə imzalanmış iltizam adlanan sənədə əsasən tərəflər arasında olan 17.07.2014-cü il tarixli podrat müqaviləsinə dəyişikliklər edilmiş, ş qeyd edilən işi 15.07.2015-ci il tarixə tamamlayacağına söz vermiş, 22.04.2015-ci il tarixə 491450 manat aldığını etiraf etmiş, işi 15.07.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd edilən dəyişikliklərlə müqavilə üzrə podratçının öz öhdəliklərini sonradan yerinə yetirməsi sübuta yetirilmir. Cavabdeh ş müqavilə üzrə Cavabdeh1 MMCnin qanuni təmsilçisi olsa da icraçı kimi öz adından çıxış etmiş, pul vəsaitlərini öz adından qəbul edərək Cavabdeh1 MMC-nin hesabına ödəməyərək şəxsi məqsədləri üçün sərf etməklə iddiaçılar İddiaçı2 və İddiaçı3 ziyan vurmuşdur. Qeyd edilən səbəbdən Cavabdeh1 MMC ilə yanaşı onun qanuni təm silçisi olan Sərdar Şahinin 23.02.2015-ci il tarixdən 14.05.2015-ci il tarixədək ayrı-ayrı vaxtlarda iddiaçı tərəfdən aldığı 530000 manat məbləğində pulu qaytarmaq öhdəliyi yaranmış olur. Bu hal habelə, Səbail RPİ-nin 20.12.2019-cu il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarı ilə təsdiqlənmişdir ki, Cavabdeh1 tikinti şirkətinin direktoru olan ş 530000 manat pulu vəd etdiyi təmir işlərinə deyil, öz şəxsi məqsədləri üçün sərf etməklə zərərçəkmişə külli miqdarda ziyan vurmuşdur. İstintaq orqanında araşdırma zamanı ş verdiyi ifadəsində Telman Səfərovla onun qeyd etdiyi obyektdə təmir tikinti işlərinin aparılması barədə razılığa gələn vaxt Cavabdeh1 MMC-ni təsis etdiyini, həmin MMC-nin direktoru olduğunu, lakin MMC-nin hər hansı işçisi olmadığını, 17 iyul 2014-cü ildə Tel man Səfərovla Cavabdeh1 MMC-nin adından müqavilə bağladığını və həmin müqaviləyə fiziki şəxs kimi imza etdiyini bildirmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh1 MMC-nin təmsilçisi mübahisəli qeyri-yaşayış sahəsinin təmirinə görə iddiaçılar tərəfindən şa ödənilmiş pul vəsaitinin sonuncu tərəfindən Cavabdeh1 MMC-yə mədaxil olunmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiklərini həmin sənədlərin saxlanma müddətinin bitdiyi üçün saxlanılmadığı ilə izah etmiş, lakin bu dəlilini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Bundan başqa, qeyd edilən araşdırma materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 02.06.2016-cı il tarixli, 9233 saylı rəyinə əsasən ünvan 4 ünvanda yerləşən "Butik" oteldə yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 230126,50 manat olduğu müəyyən edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlərin qeyd edilən obyektin təmiri üzrə öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçılar məcbur qalıb əlavə xərc çəkərək həmin qeyri yaşayış sahəsini artıq təmir etdirmişlər. Cavabdehlər tərəfindən məhkəmə mühəndistexniki ekspertizasının 02.06.2016-cı il tarixli, 9233 saylı rəyi mübahisələndirilməmişdir. Odur ki, hazırkı mülki mübahisə üzrə həmin ekspertiza rəyi nəzərə alınaraq, Sərdar Şahinin iddiaçı tərəfdən aldığı pullar hesabına gördüyü işlərin qiyməti çıxılmaqla (530000230126,5=299873,5) yaranan fərq məbləğində pulun ödənilməsi öhdəliyi yaranır. Bununla yanaşı, iddiaçı tərəf p ul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun ödənilməsini tələb edir. İşin tədqiq edilmiş halları əsasında Sərdar Şahinin 299873,5 manat pulu iddiaçı tərəfə ödəməli olduğu müəyyən edildiyindən həmin məbləğə illik 5 faizlə hesablanmış borc olan 14994 manat pulu ödənilməli olduğu 5 il üçün hesablamaqla (14994x5=74968) iddiaçıların xeyrinə tutulmalıdır. İşin tədqiq edilməsi ilə hesablanmış ümumi borc məbləği (299873,5+74968=374841,5) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbini iddiaçı X6 münasibətdə əsaslı hesab etməyərək qeyd edir ki, həmin şəxs müqavilənin tərəfi kimi deyil, digər iddiaçıların adından təmsilçi (etibarnaməyə əsasən) kimi çıxış etmişdir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəs inə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmçinin, iddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində keçirdikləri mənəvi sarsıntılar barədə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edə bilməmişlər. Buna görə də, iddia tələbinin “mənəvi zərərə görə 100000 manatın ödənilməsi” hissəsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin apelyasiya ş ikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilini əsaslı saymamışdır. Belə ki, iddiaçı tərəfindən vurulmuş zərərin ödənilməsi barədə hazırkı iddia tələbi ilə iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 MMC və ş (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(103)-1852/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, hər iki cavabdehin vəkli və nümayəndələri ərizə ilə məhkəmə yə müraciət edərək iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Cavabdehlərin nümayəndələri bu tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlər tərəfindən guya öhdəliklərin yerinə yetirilməməsi sifarişçiyə, yəni iddiaçılara 20 oktyabr 2014-cü il tarixdə məlum olmasına baxmayaraq iddiaçılar məhkəməyə 27 iyul 2020-ci il tarixdə, yəni 5 il 9 ay 7 gün sonra müraciət etmişlər. Müqavilə tələbləri üzrə iddia müddət üç ildir. Hazırkı mübahisə podrat müqaviləsindən irəli gəlir. Mübahisə podrat müqaviləsindən irəli gəlməsinin sübut olunmamasına ehtiyac olmaması ilə yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, qətnamənin 4-cü səhifəsinin 5-6-cı abzaslarına, 5-ci səhifənin 5-ci abzasında və digər hissələrdə podrat müqa viləsi üzrə normaları əsas götürərək tətbiq etmişdir. Belə olan halda məhkəmə nəzərə almalı idi ki, Mülki Məcəlləsinin 776-cı maddəsi podrat müqaviləsi üzrə iddia müddətini müəyyən edir. Həmin Məcəllənn 776.1-ci maddəsinə əsasən sifariş icranı qüsuru barəsində tələb işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələb isə beş il ərzində irəli sürülə bilər. Qeyd edilənlər nəzərə alındıqda və iddiaçının 28 iyul 2020-ci i tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınaraq yenə də, iddia müddəti keçmiş olur. Belə ki, hətta məhkəmənin qeyd etdiyi kimi götürülsə iddiaçılar hüquqlarının pozulduğunu 15 iyul 2015-ci il tarixdə bilmişlər. Göründüyü kimi həm Mülki Məcəllənin 373.2-ci, həm də Mülki Məcəllənin 776-cı maddəsinin normalarına əsasən iddia müddəti keçmiş olur. Cavabdeh isə hesab edir ki, baxılan işə Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq olunmalıdır. Məhkəmə isə özünəməxsus analogiya tətbiq edərək podrat müqaviləsini daşınmaz əmlakla bağlı müqavilə kimi hesab edərək 6 illik müddəti əsas götürərək iddia müddətini tətbiq etməmişdir. Məhkəmə sübut kimi qeyd etdiyi sənədlərin br qismini (Səbail RPİ-də istintaqı aparılan cinyaət işinin materialları) sübut kimi qiymətləndirə bilməz. Ona görə ki, həmin iş üzrə icraata xitam verilmişdir. İddiaçıların iddia tələblərinə dəfələrlə düzəliş etdiyi nəzərə alınsa cavabdehlərdən nə istədiklərini bilmədikləri, tələb ilk iddia ərizəsindən başlayaraq sonrakı dəqiqləşmə ərizələrində də, olduğu kimi qeyri müəyyən olduğuna diqqət yetilməlidir. Səbail RPİ-də istintaqı aparılan cinayət işinin materiallarına diqqət yeririlməli olsa, onda ay dın olar ki, iddiaçılar cavabdehlərə qarşı tam qərəzli mövqedə olmuş, Türkiyə Respublikasının vətəndaşı Şahin Sərdara qarşı hədə-qorxu ilə tələb etmə məsələləri olmuş və Şahin Sərdarın səfirliyə müraciətindən sonra hüquq mühaifzə orqanları işə qarışmış və Şahin Sərdarın hüquqları bərpa olunmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabhedlərin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı X7 vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə ic lasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişlər. Bu səbəbdən apelya siya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilik də nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21-ci maddəsində əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənl əşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyy ətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci mad dəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-c maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa m arağı olsun. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri il ə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənar a çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası Cavabdeh1 MMC-dən 299873,5 manat pul vəsaitinin, həmin pul vəsaitinin ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə hesablamaqla 74968 manat olmaqla, cəmi 374841,5 (üç yüz yetmiş dörd min səkkiz yüz qırx bir manat əlli qəpik) manat pulun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi dair apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır. Apelyasiya instansiyası məhkəməsinin həmin hissə üzrə mövqeyi ondan ibarət olmuşdur ki, «23.05.2015-ci il tarixdə imzalanmış iltizam adlanan sənədə əsasən tərəflər arasında olan 17.07.2014-cü il tarixli podrat müqaviləsinə dəyişikliklər edilmiş, ş qeyd edilən işi 15.07.2015-ci il tarixə tamamlayacağına söz vermiş, 22.04.2015-ci il tarixə 491450 manat aldığını etiraf etmiş, işi 15.07.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd edilən dəyişikliklərlə müqavilə üzrə podratçının öz öhdəliklərini sonradan yerinə yetirməsi sübuta yetirilmir». İşin araşdırılmış halları da cavabdehin podrat müqaviləsi üzrə üzərinə götürmüş olduğu və əlavə razılaşma ilə üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi aşkardır. İddiaçı isə iddia müddətini ötürmədən faktiki olaraq haqqı çatanları tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində Cavabdeh1 MMC-dən 299873,5 manat pul vəsaitinin, həmin pul vəsaitinin ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə hesablamaqla 74968 manat olmaqla, cəmi 374841,5 (üç yüz yetmiş dörd min səkkiz yüz qırx bir manat əlli qə pik) manat pulun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsinə dair hissə üzrə mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər göstərilən hissə üzrə əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Lakin məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hüquqi şəxslə yanaşı onun təsisçisi, eyni zamanda qanuni təmsilçisi olan şəxsdən pulun tutulması ilə bağlı nətcəsini əsaslı saymır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, «… Cavabdeh ş müqavilə üzrə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olsa da icraçı kimi öz adından çıxış etmiş, pul vəsaitlərini öz adından qəbul edərək Cavabdeh1 MMC-nin hesabına ödəməyərək şəxsi məqsədləri üçün sərf etm əklə iddiaçılar İddiaçı2 və İddiaçı3 ziyan vurmuşdur.. Qeyd edilən səbəbdən Cavabdeh1 MMC ilə yanaşı onun qanuni təmsilçisi olan Sərdar Şahinin 23.02.2015-ci il tarixdən 14.05.2015-ci il tarixədək ayrı-ayrı vaxtlarda iddiaçı tərəfdən aldığı 530000 manat məbləğində pulu qaytarmaq öhdəliyi yaranmış olur.» Qeyd edilməlidir ki, Mülki Məcəlləninin 52-ci, 87-ci və 359-cu maddələrinin imperativ qaydada müəyyən olunmuş tələbləri qanuni nümayəndə və təsisçinin üzərinə hüquqi şəxsin iştirak etdiyi müqavilə üzrə icra edilməyən öhdəliyə görə məsuliyyət qoyulmasını istisna edir. Hüquqi şəxsin öhdəliyi üçün onun təmsil edən şəxsin və ya təsisçisinin üzərinə öhdəlik qoyulmasını mümkün edən (qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, hansı ki, baxılan işdə belə istisna halları mövcud deyil) istənilən əsaslandırma yolverilməz hesab edilir. Məhkəmə kollegiyası həmin hissədə (Sərdar Şahinə aid olan tələbə münasibətdə) iddia tələbini əsaslı hesab etməyərək qeyd edir ki, həmin şəxs öhdəlik münasibətlərində müqavilənin tərəfi kimi deyil, təmsilçi kimi çıxış etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. O, Cava bdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) olmaqla yanaşı, o cümlədən təsisçisi də olmuşdur. Mülki Məcəllənin 52.2-ci maddəsinə görə isə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh Sərdar Şahinə qarşı iddia tələbi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Sərdar Şahinə qarşı pul tələbinə dair hissədə ləğv olunmalı, yeni qərar qəbul edilərək həmin hissədə iddia təmin olunmamalıdır. Yuxarıda göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 MMC və ş tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1852/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi «cavabdeh Sərdar Şahindən 299873,5 manat pul vəsaitinin, həmin pul vəsaitinin ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə hesablamaqla 74968 manat olmaqla, cəmi 374841,5 (üç yüz yetmiş dörd min səkkiz yüz qırx bir manat əlli qəpik) manat pulun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsinə» dair hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qərar qəbul edilsin. Həmin hissədə «cavabdeh Sərdar Şahindən 299873,5 manat pul vəsaitinin, həmin pul vəsaitinin ödənil məsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə hesablamaqla 74968 manat olmaqla, cəmi 374841,5 (üç yüz yetmiş dörd min səkkiz yüz qırx bir manat əlli qəpik) manat pulun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsinə» iddia təmin olunmasın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar