Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-504/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 İddia tələbi: mənzilin boşaldılması, açarların təhvil verilməsi, mənzildən istifadə, sahiblik hüquqlarının həyata keçirilməsinə müdaxilələrə son qoyulması öhdəliyinin qoyulması və mənəvi ziyanın əvəzinin ödənilməsi Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(103)-3137/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Levanevski küçəsində yerləşən 12 saylı evin 16 nömrəli mənzili onun “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında 20.000 manat məbləğində kredit öhdəliyinin təminatı kimi xx xxxxx 2012-ci il tarixdə sonuncunun xeyrinə ipoteka ilə yüklü edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Cavabdeh1 ümumilikdə 27159 manat məbləğində pul tutulub iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi və tutmanın ipoteka predmet i olan mənzilə yönəldilməsi qət edilmişdir. xx xxxxxxx 2016-cı il tarixli “hərracın nəticələri haqqında protokol və eyni tarixli əmlakın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi 12 saylı evin, 16 saylı mənzil 44200 manata İddiaçı satılmışdır. Mənzilin ilkin satış qiyməti 52000 manat olmuşdur. Bundan sonra, Cavabdeh1 “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Xətai Rayon İcra Şöbəsinə qarşı “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh1 qarşı hazırki i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus olan Bakı şəhəri Xətai rayonu Levanevski küçəsində yerləşən 12 saylı evin 16 nömrəli mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində təhvil verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi ilə eyni vaxtda mənzilin açarlarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, mənzildən iddiaçının maneəsiz istifadə, sahiblik və bu kimi qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3195/2017 saylı iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində iddiaçıya təhvil verilməsi, mənzilin açarlarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, həmin mənzillə bağlı iddiaçının maneəsiz istifadə, sahiblik və digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.1, 157.2., 157.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin mənzilə dair hüquqlara malikdir. Lakin, cavabdeh mübahisəli mənzili könüllü olaraq boşaltmadığından iddiaçı öz mülahizəsinə görə mübahisəli mənzildən istifadə edə bilmir. Buna görə də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, mənzil düzgün qiymətləndirilməmişdir, mənzilin real bazar dəyəri 82.000 manat təşkil etdiyi halda, mənzil 44200 manata satılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1304/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (ha kimlər V.Ə.Baxışova, E.E.Nağıyeva, H.Ü.Həmidov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarınn pozulduğu məhkəmə araşdırlması zamanı təsdiq edildiyindən, Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində iddiaçıya təhvil verilməsi, mənzilin açarlarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, həmin mənzillə bağlı iddiaçının maneəsiz istifadə, sahiblik və digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri təmin edilməlidir. Cavabdeh həmin qətnaməni kassasiya qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-291/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.İsgəndərov, Ə.A.Əhmədov, Ə.G.Nurməmmədov) kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, cavabdeh mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi mübahisəli mənzildə heç kimin pasport qeydiyyatında olmaması barədə Mənzil İstismar Sahəsinin verdiyi arayışı əsas götürərək cavabdehin mübahisəli mənzild ə yaşayan ailə üzvlərini işdə iştirak etməyə cəlb etməmiş və mənzilin tam boşaldılıb iddiaçıya təhvil verilməsi və s. barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmışdır. Halbuki, mənzildə yaşayan digər şəxslər cəlb edilmədən qəbul olunan bu məzmunda qətnamə gələcəkdə icra mərhələsində çətinlik və qeyri-müəyyənlik yaradacaqdır. Həmçinin göstərilmişdir ki, mənzilin tam boşaldılması öz-özlüyündə təkcə Cavabdeh1 deyil, həm də orada yaşayan bütün şəxslərin və əşyaların çıxarılmasını ehtiva edir və bu baxımdan qəbul olunan qətnamə ilə həmin şəxslərin də hüquq və vəzifələrinə dair məsələ həll olunduğundan onlar işdə iştirak etməyə cəlb olunmalıdırlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3137/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci i l tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev, M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən – Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzillə bağlı iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə təkrar apellyasiya baxışı zamanı Cavabdeh1 ailə üzvləri olan Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində iddiaçıya təhvil verilməsi, mənzilin açarlarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, həmin mənzillə bağlı iddiaçının maneəsiz istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mənzillə bağlı iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. İddia tələbi həmi n hissədə qeyri-müəyyən olmaqla, iddiaçının pozulmuş hansı hüququnun təmin edilməsini əks etdirmir. Bu səbəbdən də, qeyd edilən tələbin təmin edilməsi qətnamənin icra mərhələsində çətinlik yaratmaqla, faktiki olaraq cavabdehin hər hansı digər hüququnun mövcud olub-olmadığına qiymət verilməsini qətnaməni icra edən qurumun üzərinə qoymuş olacaqdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclası na gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqların dan ibarətdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü və hazırki kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-504/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-504/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver