Məhkəmə qərarları › İş №2(102)-5044/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5044/2019

11.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5044/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)962/2019 nömrəli iş üzrə 25 aprel 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Mingəçevir şəhər məhkəməsinin (hakim İspəndiyar Şəfiyev) 07 sentyabr 2007-ci il tarixli, 2-560/2007 n ömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı bir uşağı ilə birlikdə, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi, iddiaçının həmin mənzildə qeydiyyata alınması, mənzildəki mətbəx, dəhliz və sanitariya qovşağının ümumi istifadədə saxlanılması, qətnamənin icrasının Mingəçevir şəhər Məhkəmə İcraçıları bölməsinə və Mingəçevir şəhər PŞ-nin Şəxsiyyət və Qeydiyyat vəsiqəsi bölməsinə tapşırılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilm iş və iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Elşanə Vəliyeva) 13 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Ayaz Mahmudov) 25 aprel 2019-cu il tarixli qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli, 2-560/2007 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümükün hesab edilmişdir. İşin halları: İ ddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə pasport qeyidiyyatına alınma, məcburi qaydada köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia tələbi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Qətnaməni aldığı vaxtdan, yəni, 29.03.2018-ci il tarixdən 1 ay ərzində apellyasiya şikayəti vermiş, müddəti ötürməmişdir. Lakin məhkəmə əsassız olaraq onun qanunla müəyyən edilmiş müddətin ötürməsi qənaətinə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh2 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh2 və onun vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara gö rə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Mingəçevir şəhər məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli, 2-560/2007 nömrəli qətnaməsindən Cavabdeh2 20.04.2018-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq şikayət vermə müddətinin ötürülməsi əsası ilə apellyasiya şikayətinə baxılmasını qeyrimümkün heasb etmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iş materialından göründüyü kimi, Cavabdeh2 oğlu olan digər Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, iddiaya etiraz etmədiyini, arvadı İddiaçı həmin evə köçürülməsinə razı olduğunu bildirmişdir. 07 sentyabr 2007-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilmiş, qətnamənin surəti iş üzrə cavabdehlərə yenə həmin ünvan üzrə xəbərnaməli poçtla 12 sentyabr 2007-ci il tarixdə göndərilmiş, ünvana çatdırılmaması barədə hər hansı sənəd məhkəməyə daxil olmamışdır. 08.10.2007-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsi üzrə icra vərəqəsi qətnamənin surəti də əlavə edilməklə icra olunması üçün göndərilmişdir. İcra məmuru tərəfindən 26.12.2008-ci il və 18.05.2009-cu il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin rəisinə və o cümlədən iş üzrə tərəflərə göndərilmiş məktublarda icra vərəqəsinin iddiaçının azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri X1 küçəsi, bina 16, 36 saylı mənzildən istifadə hüququnun tanınması hissəsinin icrası üçün göndərildiyi göstərilmişdir. İcra məmurunun 04 dekabr 2009-cu il tarixli cavabehlərə göndərdiyi məktubunda icra vərəqəsinin mənzilə köçürülmə hissəsinin icrasının 09 dekabr 2009-cu il tarixə saat 15:00-a təyin edildiyi və icra vərəqəsi icra olunan zaman iştirak etmələrinin və maneçilik törətməmələrinin tələb edildiyi göstərilmişdir. 28 yanvar 2010-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli icra vərəqəsinə Mingəçevir Şəhər Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli qərardadına əsasən xitam verildiyindən icra sənədi geri qaytarılmışdır. “İcra haqqında” Qanunun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları göstərilmişdir. Həmin qərardad iş materiallarına əlavə edilmə sə də, 09 dekabr 2009-cu il tarixə iddiaçının mənzilə köçürülməsi hissəsində qətnamənin icrasının təyin edilməsi, 25 dekabr 2009-cu ildə isə icra sənədinə xitam verilməsinə dair qərardad qəbul edilməsi icra sənədinin tam icra edilməsi barədə nəticəyə gəlməyə əsas verir. Beləliklə, İddiaçı Cavabdeh2 mülkiyyətində olan mənzil üzrə pasport qeydiyyatına alınmış, istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi hissəsində də qətnamə icra edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah 23 noyabr 2010-cu il tarixdə pozulmuşdur. 16.02.2018-ci il tarixdə Cavabdeh2 İddiaçı və onun oğlu Nihad Quluzadəyə qarşı qaldırdığı “evdən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə iddia ərizəsi Mingəçevir Şəhər məhkəməsinə daxil olmuşdur. 28.03.2018-ci il tarixdə Ca vabdeh2 Mingəçevir Şəhər məhkəməsinə müraciət edərək 07 sentyabr 2007-ci il tarixli qətnaməni almadığını, həmin qətnamənin yalnız evini satmaq istəyərkən ona məlum olduğunu göstərmişdir. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355- 19.3-cü və 35522.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamənin qanuni qüvvəyə minməsi onun təkzibedilməzliyi, müstəsnalığı, məcburiliyi, preyudisiallığı və icra edilə bilməsi kimi hüquqi nəticələrə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktının t əkzibedilməzliyi müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Qətnamənin məcburliyi dedikdə isə, onun bütün dövlət və yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin vətəndaşlığından asılı olmayaraq bütüm fiziki şəxslər, fəaliyyətinin xarakterindən xarakterindən, mülkiyyət və təşkilati-hüquqi formasından aılı olmayaraq hüquqi şəxslər üçün məcburi olması nəzərdə tutulur. Bu halda qanuni qüvvəsini almış və icra edilmiş qətnamənin doğurduğu hüquqi nəticələrlə razılaşan cavabdehin apellyasiya şikayəti əsasında Mingəçevir Şəhər Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli qətnaməsinin 11 ildən sonra apellyasiya qaydasında yoxlanılmasının mümkün hesab edilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, Cavabdeh2 qətnaməni rəsmi qaydada almaması əsası ilə 11 ildən sonra həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməsi qanuni qüvvəyə minmiş və icra edilmiş həmin məhkəmə qətnaməsi əsasında iddiaçının əldə etdiyi Mülki Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş əmlak hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün edərkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində 2007-ci il tarixli qətnaməni məhkəməyə müraciət edərək 29.03.2018-ci il tarixdə rəsmi qaydada aldığını və həmin tarixdən müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən apellyasiya şikayəti verdiyin i qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Çünki apellyasiya instansiyası məhkəməsi cavabdehin 2007-ci il tarixli qətnamədən şikayət vermə müddətini onun 2018-ci ildə qətnaməsini alması vaxtından hesablamamaqda haqlı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsi barədə məlumatı oluğunu, lakin prosessual imkanlardan qanunla nəzərdə tutulmuş qaydada istifadə etməklə qətnaməni mübahisələndirməyə təşəbbüs göstərmədiyini, onun qətnamə və onun doğurduğu hüquqi nəticə razılaşdığını müəyyən etmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-962/2019 nömrəli iş üzrə 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar