Məhkəmə qərarları › İş №2(102)-5044/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5044/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5044/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun qaytarılması, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2021-ci il tarixli, 2(103)3843/2021 saylı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 3200 manat pulun və məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X1 müəllimə işləyir. 2016-cı ildə, həyat yoldaşının Şamaxı şəhərindən Sumqayıt Şəhərinin məktəblərinin birinə köçürülməsi üçün Cavabdeh1 oğluna 4000 manat pul vermişdir. Pulu verərkən Cavabdeh1 oğlunun yanında Cavabdeh2 da olmuşdur. Sulduz bildirmişdir ki, verdiyi pulu Aqşinə verib, həyat yoldaşı nı Sumqayıta köçürəcəkdir. Həmin vaxt Sulduz və Aqşin pulu onun yanında sayaraq ondan təhvil almışdırlar. Onlar onun həyat yoldaşının qısa vaxt ərzində şəhərə köçürəcəklərini bildirmiş, lakin verdikləri sözə əməl etməmişdirlər. Hər iki cavabdeh onun verdiyi puldan, cəmi 800 manat qaytarmış, yerdə qalan pulu isə müxtəlif bəhanələr gətirərək qaytarmamışdırlar. Sulduzun müxtəlif bəhanələr gətirməsi, ona göndərilən smslərdə də öz təsdiqini tapır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmənin sorğusuna cavabından görünür ki, İddiaçı adı çəkilən orqana müraciət edərək Cavabdeh1 oğlu və Cavabdeh2, həyat yoldaşını işə düzəltmək adı altında, onun 4000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Araşdırma zamanı orqan tərə findən müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ilin iyul ayında tanışları Cavabdeh1 və Cavabdeh2 4500 manat borc pul vermiş, sonradan həyat yoldaşının işə düzəlməsi ilə əlaqədar pul lazım olmasını bildirərək onlardan borcunu tələb etmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı olan borclarından 1500 manat qaytarsalar da, 3000 manatını qaytara bilmədiyindən onların barəsində şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında olan mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia təl əbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 3200 manat pulun cavabdehlərdə borc olaraq qaldığını bildirsə də, qanunvericiliyin tələbinə əsasən yazılı borc müqaviləsinin bağlanıldığını sübut edə bilməmişdir. Həmçinin iş materiallarında olan sorğuya cavabdan da görünür ki, cavabdehlərin iddiaçıya 3200 manat deyil, 3000 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, pul məbləği iddia tələbinin digər qanuni əsası-əsassız varlanma ilə cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır. İddiaçı iddia tələbinin sübutu kimi sms-lərə istinad etsə də, Mülki Prosessual Məcəllənin 20 0-cü maddəsinin tələbinə əsasən məhkəmə bu sübutları sübut kimi qəbul etməmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-1014/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməklə, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 16.03.2020ci il tarixli qətnaməsi Cavabdeh2 iştirakı olmadan və çoxsaylı ziddiyyətli məqamlar ilə qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma zamanı həm Cavabdeh1 izahatında, həm də iddiaçının özü də bildirmişdir ki, Cavabdeh2 bu məsələ ilə bağlı heç bir əlaqəsi olmamışdır. H əmçinin bu məsələ ilə bağlı İddiaçı digər cavabdeh və ümumi tanıdığı Cavabdeh1 görüşü Cavabdeh2 avtomobilində olmuş və o sadəcə həmin anda bu məsələni qıraqdan izləmişdir. Daha sonra onlar arasında olan bu məsələ ilə bağlı nə cavabdeh İddiaçı, nə də ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 heç bir vəsait verilməmiş və o heç bir məbləği heç kəsdən almamışdır. İddiaçının hal-hazırdakı məqsədi birinci cavabdehi tapa bilməməsi və Cavabdeh2 aid olmayan pul vəsaitini onun adına yazmaq və gələcəkdə Cavabdeh2 almaqdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) 2(103)-3843/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-1014/2020 nömrəli, 16.03.2020-ci il tarixli qətnaməsi qismən iddianın Cavabdeh2 aid olan hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qətnamənin tam deyil, Cavabdeh2 aid hissədə ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlamış və qeyd etmişdir ki, iddiaçının iddia etdiyi borc məbləğini Cavabdeh2 verməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 4000 manat pul verdiyini, Cavabdeh2 da pulu verərkən həmin yerdə olduğunu bildirmişdir. Eyni zamanda, id diaçı işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman kollegiya iclasında verdiyi izahatında gah borc pulu əslində digər Cavabdeh1 verdiyini, gah da hər iki cavabdehə verdiyini bildirərkən, məhkəmə tərəfindən bu ziddiyyətli izahata açıqlama verilməsi istənilmiş, İddiaçı fikirlərinə aydınlıq gətirərək Mirzəyevi tapa bilməyəcəyini və pulu ondan ala bilməyəcəyini sonradan başa düşdüyünü, ona görə də həmin məbləği Cavabdeh2 də tələb etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh1 ilə danışdığını və sonuncunun ona vədlər verərək aldatdığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1lə olan telefon yazışmalarının surətini məhkəməyə təqdim etmişdir. Həmin yazışmalar iddiaçı ilə Cavab deh2 arasında deyil, iddiaçı ilə Cavabdeh1 arasında olmuşdur. Kollegiyanın həmin telefon yazışmalarının surəti ilə bağlı mövqeyi ondan ibarətdir ki, həmin yazışmalar Mülki Prosessual Məcəllənin tələbinə əsasən, Cavabdeh1 razılığı olmadığı halda sübut kimi qəbul edilə bilməz. Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etməmiş və həmin yazışmaların sübut kimi qəbul edilməsinə razılıq verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 10.10-cu maddəsinə əsasən hesab etmişdir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Bütün bu xüsusat ları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 borcun tutulması hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3843/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin istinad etdiyi halları əsaslı hesab edirdisə, məhkəmə iclaslarında sübutların tədqiqin də iştirak etməli idi. Halbuki cavabdeh apelyasiya məhkəməsində iştirak etməmiş, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh xüsusilə pulun alınmasında müşahidəçi qismində nə üçün iştirak etdiyinə, pulun alınmasının nə üçün məhz onun maşınında həyata keçirilməsinə, Cavabdeh1lə hansı münasibətdə olmasına, Cavabdeh1 və özünün hansı işlərlə məşğul olmaqlarına, təhsil işçilərinin yer dəyişməsi ilə əlaqələrinin olub-olmamasına, yerdəyişmə üçün pulu Cavabdeh1 tərəfində alınmasına nə üçün münasibət bildirməməsinə aydınlıq gətirməli idi. Qətnamənin məzmunundan görünür ki, məhkəmə kollegiyası BMCQMİ-də aparılmış araşdırmanın materiallarını ətraflı tədqiq etməmiş, yer dəyişmə üçün məhz cavabdehlərə müraciət etməsinə əhəmiyyət verməmişdir. İşdəki sübutlar məhkəm ə kollegiyasının qanunsuz qətnamə çıxarmasını göstərir. Abşeron rayon məhkəməsinin 16.09.2020-ci il tarixli, 8(012)-286/2020-ci il tarixli qərardadından görünür ki, Cavabdeh2 3000 manat borcun 2500 manatının ödənildiyini, cəmi borcun 500 manat qaldığını göstərmişdir. Cavabdeh2 bu məlumatlara malik olması onun hazırki iddia ilə birbaşa əlaqəli olmasına dəlalət edir. Məhkəmə kollegiyası bu məlumatın mötəbərliyinə qiymət verməmişdir. Abşeron rayon məhkəməsinin 01.02.2021-ci il tarixli,8(012)-53/2021-ci il tarixli qərardadından görünür ki, Cavabdeh2 Bakı şəhəri üzrə təhsil idarəsində direktor müavini vəzifəsində işləyir. Pulun Sumqayıt şəhərində Cavabdeh2 maşınında verilməsi işin mübahisəsiz halıdır. Abşeron rayonunun Masazır qəsəbəsində yaşadığı halda dostu, Bakı şəhər sakini Cavabdeh1lə bi rlikdə Sumqayıt şəhərinə gedib Mürşüd Cəmaləddinovdan pul alması onun göstərir ki, müəllimlərin yer dəyişməsi məhz onun işinə uyğundur və bu əsərin qəhrəmanı məhz odur. Bütün bunlar onu göstərir ki, məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələblərini aşkar pozaraq işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 1091.1 və 1091.2 maddələrinə istinad etmişdir. Lakin kassatorun işdə sövdələşmə ilə əlaqədar pul almamasına dair mötəbər sübut mövcud deyil. İddiaçı hesab etmişdir ki, məhkəmə kollegiyası Mülki Məcəllənin 1091.1 və 1091.2 maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə baxarkən subyektivliyə yol vermiş, maddi hüquq normalarını düzgün tətbiq et məməklə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 217,218.3 maddələrinin tələblərinə əməl etməyərək həqiqətə nail olmaq üçün, işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiya sı Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, pulun Cavabdeh2 maşınında verilməsi işin mübahisəsiz halı olsa də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə pul məbləğinin iddiaçı tərəfindən Cavabdeh2 verilməsini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı müqavilə münasibətləri mövcud olmadığından, həmçinin cavabdehlərin əməlində hər hansı cinayətin tərkib əlamətləri səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmədiyindən, verilmiş pulun geri qaytarılması tələbinin qanuni əsası kimi məhkəmə tərəfindən Mülki Məcəllənin 1091.2 və 1092.1-ci maddələrinə istinad edilməsi düzgün olmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3843/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar