Məhkəmə qərarları › İş №2(102)-5045/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5045/2019

19.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5045/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Gündüz Ağababa oğlu Quliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh nın Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-434/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.S.Mirzəliyev) 2(051)-2262/2018 nömrəli, 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilin hərracda satılması tələbinə dair iddia tələbinin təmin edilməsi, xxxxxxxxxxxxx küçəsində yerləşən 3 saylı evin 20 saylı mənzilinin açıq hərracda satılması və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləğinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarış əsasında paylara uyğun bölüşdürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və V.İ.Məlikov) 2(107)-434/2019 nömrəli, 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tаrixli, 2(051)-2262/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzilin hərracda satılma sı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 1987-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin, cavabdehlə arasında olan nikah 2014-cü ildə pozulmuşdur. Cavabdeh da bu əsasa görə birgə nikah dövründə qazanılmış xxxxxxxxxxxx küçəsində yerləşən 3 saylı evin 20 saylı mənzilini böldürmüşdür. Həmin mənzil cavabdehlə onun ½ hissədə mülkiyyətindədir. Mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən RH seriyalı, ******* saylı çıxarış verilmişdir. Hazırda sözügedən mənzildə cavabdeh tək yaşayır və ona həmin mənzildə yaşamağa imkan verməmişdir. 2014cü ildən mənzilinə girə bilməmiş və yaşamağa başqa yeri yoxdur. Bundan başqa, məhkəmədə mübahisəli mənzilin naturada bölünməsi tələbinə dair iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır. Bundan sonra, məhkəmədə cavabdehə qarşı mülkiyyətçinin payının alınmasına tələbinə dair iddia qaldırmış və iddia tələbi məhkəmənin 22 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən rədd edilmişdir. Cavabdehlə bir yerdə yaşamaları mümkün deyildir. Göstərilənlərə əsasən, İddiaçı, xxxxxxxxxxxx küçəsindəki 3 saylı evin 20 saylı mənzilinin açıq hərracda satılması və satış pulunun paylara uyğun mütənasib şəkildə bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-434/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılm ası üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlill ərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)434/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına h örmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik y aşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan: Mingəçevir Şəhər Məhkəməsinin 27 dekabr 2007-ci il tarixli, 2-916 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X1 arasında olan, 23 aprel 1987-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış nikah pozulmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 aprel 2018-ci il tarixli, 14 saylı rəyindən görünür ki, 2 otaqlı əla təmirli daş binada yerləşən mənzilin hal-hazırda bazar satış qiyməti 30000 manatdır. Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın Dövlət reyestrindən RX seriyаlı, ******* sаylı çıxаrışın surətindən görünür ki, xxxxxxxxxxxxx küçəsindəki 3 saylı evin 20 saylı mənzili 24 iyun 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Çıxarışda İddiaçı payı mənzili 1/2 hissəsi və Cavabdeh payı mənzilin 1/2 hissəsi qeyd edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 29 mart 2018-cı il tarixli, 2(051)-191/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşay ış sahəsinin paylara uyğun naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Mingəçevir şəhər məhkəməsinin 22 iyun 2018-cı il tarixli, 2(051)-1455/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin payının alınması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mül kiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göstərilən Məcəllə nin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Adıçəkilən Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fi ziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüq uqunun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edildiyindən apellyasiya instansiya məhkəməsi mübahisə predmeti olan ümumi mülkiyyətdə olan mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi nəticəsinə gələrkən haqlı olmuşdur. A zərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-434/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiy a Məhkəməsinin MK-nın 2(107)-434/2019 nömrəli iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar