Məhkəmə qərarları › İş №2(102)-5046/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5046/2019

18.07.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5046/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, kassator İddiaçı, vəkili X8 iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.İddiaçı, iş 2(033)-816/2017) İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 XXX, Cavabdeh4 və maraqlı şəxs Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddiası təmin edilmiş, 26 aprel 1994-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1975-ci il tarixdə çay daşından tikilərək, üstü şiferlə örtülmüş, ümumi sahəsi 39 kv.m., yaşayış sahəsi 24 kv.m., köməkçi sahəsi 15 kv.m. olan yaşayış evinin miras əmlak olmaqla qanun üzrə birinci növbə vərəsə olan oğlu İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin miras əmlaklar üzərində ona qanun üzrə vərəsəlik hüququnun verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş №2(107)-1342/201 8, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-7752/2018, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.M.Rüstəmov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş №2(107)-766/2019, hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov, V.İ.Məlikov) cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edi lmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İsmayılov Feyzulla Məhərrəm oğlu ilə X4 nikahından İddiaçı, X5, X10 doğulmuşdur. İsmayılov Feyzulla Məhərrəm oğlu 30.11.1982-ci il tarixdə, X6 isə 26.04.1994-cü il tarixdə vəfat etmişdir. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, 0,20 ha torpaq sahəsində torpaq sahəsi üzərində 1975-ci ildə çay daşından tikilmiş ümumi sahəsi 39 kv.m olan fərdi yaşayış evi (1988-ci ildə) X4 adına qeydiyyata alınmışdır. Zaqatala Rayon İslahat Komissiyasının 22 may 2004-cü il tarixli qərarı ilə X2 mülkiyyətinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Zaqatala ray onunda 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində miras ev qəzalı vəziyyətə düşmüş və sökülərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən onun əvvəlki yerində yeni ev tikilmişdir. X5 04 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon İslahat Komissiyasının 22 may 2004-cü il tarixli qərarının qismən, X2 adına verilmiş 31.01.2011-ci il tarixdə Dövlət Kadastr kitabında uçota alınmış 2.000 kv.m həyətyanı torpaq sahəsi üzərində A seriyalı 286960 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin torpaq sahəsi üzərində mərhum anası X4 adında olan əmlak üzərində vərəsəlik hüququ əsasında adına hüquqmüəyyənedici sənədlərin verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə 28 aprel 2016-cı il tarixli yekun məhkəmə qərarı ilə iddia mümkün sayılmamışdır. X1 ailə üzvləri Cavabdeh1, Cavabdeh3 XXX, X7 və Cavabdeh4 “Zaqatala Rayon İslahat Komissiyasının 22 may 2004-cü il tarixli qərarı ilə X2 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçıların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrində çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107 kv.m olan fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh3 XXX, X7, Cavabdeh4 birgə mülkiyyət kimi 18 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmışdır. 10 aprel 2017-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 XXXə, Cavabdeh4 və maraqlı şəxs Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 aprel 1994-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində vəfat etmiş X3 miras qalmış, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1975-ci ildə çay daşından tikilmiş ümumi sahəsi 39 kv.m olan ya şayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə işin bütün hallarını hərtərəfli araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişl ər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, miras qoyan şəxs X6 26 aprel 1994-cü il tarixd ə vəfat etdiyindən, hazırki mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) Həmin Məcəllənin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd olunan Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdəmiras qoyan şəxs ölən zaman s ağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Qeyd olunan Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hə rəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 119-125 və 564-cü maddələrinə əsasən kolxozçu həyəti üzvünün ölümündən sonra həyətin başqa üzvləri varsa, həyətin əmlakı növbəti üzvlərə keçir və bu zaman vərəsəlik açılmır. Həmin Məcəllənin 564-cü maddəsində qeyd olunur ki, kolxozçu həyətinin üzvü öldükdə həyətin əmlakı üçün vərəsəlik açılmır. Kolxozçu həyəti üzvünun ölümündən sonra həyətin başqa üzvləri qalmasa, həyətin əmlakına bu bölmənin qaydaları tətbi q olunur. Bu maddənin birinci və ikinci hissələrində şərh olunmuş qaydalar, həmçinin kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında əmlak vərəsəliyi zamanı da tətbiq olunur. Göründüyü kimi, istər kolxozçu, istərsə də kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında həyətin üzvünün ölümündən sonra həyətin başqa üzvləri qalmasa həyətin əmlakına əmlak vərəsəliyi tətbiq olunur. Belə olan halda İddiaçı mərhum anası Rahilə İsmayılovanın ölümündən sonra 1975-ci il tarixdə çay daşından tikilərək, üstü şiferlə örtülmüş ümumi sahəsi 39 kv.m, yaşayış sahəsi 24 kv.m, köməkçi sahəsi 15 kv.m olan yaşayış evi təsərrüfatın növbəti vərəsələrinə keçmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının anasından miras qalmış əmlak kim i vərəsəlik hüququnun tanınmasını xahiş etdiyi torpaq sahəsi və onun üzərindəki ev daşınmaz əmlakın dövlət reyestrində onun anasının adına deyil, cavabdehlərin adına qeydə alınmışdır. İddiaçının anası Rahilə İsmayılova 26.04.1994-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra qeyd olunan mübahisəli miras əmlakda iddiaçı deyil, təsərrüfatın digər növbəti vərəsələri qəbul etməklə, sonda öz adına rəsmiləşdirmişlər. İddiaçı isə anasının ölümündən vaxtında məlumatlı olmuş, lakin miras əmlakla bağlı nə rəsmi, nə də faktiki qəbulla bağlı öz iradə ifadəsini bildirməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, iddiaçı hələ valideynlərinin sağlığında miras əmlakdan çıxaraq özünə məxsus olan evdə yaşamış və müstəqil qaydada təsərrüfat idarə etmişdir. Beləliklə apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar