Məhkəmə qərarları › İş №2(102)-5048/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5048/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5048/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının ( qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)3153/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 nömrəli mənzili Cavabdeh mülkiyyətində olmuş və o, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli müqaviləsi ilə həmin mənzili 60000 manata İddiaçı satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı 10000 manat vəsaiti ilkin olaraq 29 oktyabr 2019-cu il tarixdə, qalan 50000 manatı isə müqavilə bağlanan gün, yəni 30 o ktyabr 2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Alqı-satqı müqaviləsini Cavabdeh əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi 29 oktyabr 2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 imzalamışdır. Mənzil üzərində İddiaçı mülkiyyət hüququ 18 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 Suadə Aydın qızının qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindəki ünvan 1 nömrəli mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi, ca vabdeh tərəfindən mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilin dəyərini notariusun depozit hesabına ödəsə və satıcı Cavabdeh müqavilənin şərtinə əsasən 30 oktyabr 2019-cu tarixədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və mənzili iddiaçıya təhvil verməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli mənzilinə dair Cavabdeh və İddiaçı arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaç ı 15000 ABŞ dolları borcu olmuş, o, borcunu ödəyə bilmədiyinə görə borcun əvəzində mülkiyyətində olan ünvan 1 nömrəli mənzilini 30 oktyabr 2019-cu il tarixli müqavilə ilə İddiaçı satılmasına məcbur edilmişdir. Cavabdeh müqavilədə göstərilən 60000 manat vəsaiti almamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2(004)2042/2020 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) ilk iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətindəki ünvan 1 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən ünvan 1 nömrəli mənzilinin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı “ünvan 1 nömrəli mənzilinə dair bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarş ılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 359.1, 394, 399.1, 567, 646.1, 646.2, 648.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60000 manat dəyərini tam şəkildə satıcı Cavabdeh ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, Cavabdeh öhdəliyini yerinə yetirməmiş, mənzili boşaldaraq İddiaçı təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsind ə İddiaçı olan 15000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, notariat işinə əlavə edilmiş qəbzlərlə təsdiq edilir ki, X4 depozit hesabına alıcı İddiaçı 29 oktyabr 2019-cu il tarixli qəbzə əsasən 10000 manat, 30 oktyabr 2019-cu il tarixli qəbzə əsasən 50000 manat olmaqla, cəmi 60000 manat vəsaiti, yəni mənzilin tam dəyərini satıcı Cavabdeh ödənilməsi üçün ödəmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e-2(004)-2042/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)-3153/2021 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, e2(004)-2042/2020 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, ünvan 1 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 oktyabr 2019-cu il tarix li 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci bəndinə, 43-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəlləsinin 324.4, 337.1, 359.1, 359.3, 567, 646.1, 646.2, 777.1, 778.1-ci maddələrinə, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin qərarına istinad edərək qeyd etmişdir ki, etibarsız hesab edilməsini tələb edilən 30 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağl anmış olduğu mübahisə mövzusu deyildir. Belə ki, qarşılıqlı iddiaçının adından verilmiş etibarnaməyə əsasən X3 ona verilən (ötürülən) səlahiyyətlər çərçivəsində müvafiq müqaviləni bağlamış, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuşdur. Bununla belə, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 10000 manat və sonradan notariusun depozit hesabına yatırılan 50000 manatın mülkiyyətçi Cavabdeh verilməsi iş materialları ilə təsdiq olunmur. Pulun kim tərəfindən götürülməsini aydınlaşdırmaq məqsədi ilə X3 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş, onun məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, ona telefonoqram vasitəsilə sonuncu dəfə məlumat verilərkən məhkəmə iclaslar ına gəlməyəcəyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı, həmçinin Cavabdeh nümayəndəsi və vəkilinin izahatını nəzərə alaraq hesab etmişdir ki, alqı-satqı müqaviləsi etibarnamə əsasında bağlansa da, mənzilin əsl mülkiyyətçisi olan və adından müqavilə imzalanan Cavabdeh heç bir vəsait ödənilməmişdir. Bu isə onu göstərir ki, sözügedən müqavilə təmsilçinin adından Mülki Məcəllənin 359.3 və 778.1-cü maddələrinin tələblərinə zidd olaraq bağlanmışdır. Sadalanan xüsusatlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 30 oktyabr 2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə qarşılı qlı iddiaçının mübahisəli mənzilinin satılmasına dair iradəsini ifadə etməmişdir. Buna görə də, qarşılıqlı iddia tələbi müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Gəldiyi qənaətə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi, ilkin iddia üzrə iddiaçının tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Çünki mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin olunması, ilkin iddia tələblərin dispozitiv şərtlərini də istisna edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarix li, 2(103)-3153/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin cavabdehə ödənildiyinin iş materialları əsasında təsdiq olunmamasına əsaslanmaqla, həmin müqavilənin Mülki Məcəllənin tələblərinin pozulması ilə bağlanması kimi yanlış nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin təmsilçisi tərəfindən Mülki Məcəllənin 359.3 və 778.1-ci maddələrinə istinad etmiş, lakin bu maddələrlə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi arasında hansı əlaqənin olmasını, eyni zamanda təmsilçinin hansı pozuntuya yol verməsini, ehtimal edilən pozuntu ilə alqı-satqı müqaviləsinin etibarsızlığı arasında hansı məntiqli əlaqənin olmasını izah etməmişdir. Məhkəmə cavabdehin təmsilçisinin səlahiyyətlərinin mübahisə mövzusu olmadığını, onun cavabdehin adından çıxış etmək səlahiyyətlərinin olduğunu, eyni zamanda iş materiallarına istinad edərək iddiaçının alıcı kimi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini qeyd etsə də, cavabdehlə təmsilçi arasında ehtimal olunan mübahisəyə əsaslanmaqla, cavabdehin təmsilçisinin məhkəmə iclasında iştirak etməkdən imtina etməsini xüsusi şəkildə (ifadənin altından xətt çəkməklə) vurğulamaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsinə gələrək, iddiaçının vicdanlı alıcı kimi hüquqlarını pozmuş, əsassız və qanunsuz qətn amə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edi lir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəll i ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nın ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq oluna n faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına y ol verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilənin forma və subyektiv tərkibinə görə qanunvericiliyə uyğun olduğunu göstərmişdir. Məhkəmə müqaviləni satıcının iradə ifadəsinə uyğun olmaması əsası ilə etibarsız hesab etmişdir. Apellyasiya məhkəməsi həmin qənaətini onunla əsaslandırmışdır ki, satıcı olan Cavabdeh satdığı mənzilin dəyərinin ödənilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Lakin, alıcı olan İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi və mənzil dəyəri olan pul vəsaitini müqavilədə göstərilən qaydada, yəni 10000 manatı 29 oktyabr 2019-cu il, 50000 manatı isə 30 oktyabr 2019-cu il tarixdə satıcıya verilməsi üçün notariusun bankda olan depozit hesabına ödənilməsi iş materia llarında olan notariat işi ilə təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin satıcının iradə ifadəsinə zidd bağlanmasını alıcı tərəfindən ödənilmiş pul vəsaitinin satıcının təmsilçisi tərəfindən satıcıya verilməməsi ilə əlaqələndirməklə, MPM-in 217.3-cü maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə təmsilçi tərəfindən Mülki Məcəllənin 359.3 və 778.1-ci maddələrinin pozulmasını göstərsə də, bu pozuntuların nədə ifadə olmasını və müqavilənin etibarsızlığına necə səbəb olmasını əsaslandırmamışdır. Halbuki, MM-in 359.3-cü maddəsində təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlamasına qadağan edilmişdir. Hazırki işdə isə belə hal müəyyən olunmur. Təmsilçi olan X3 alıcı İddiaçı qardaşı olsa da, onun məhz özü üçün əqd bağlanması nə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia olunmuş, nə də ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunması qətnamədə göstərilməmişdir. Eyni zamanda, təmsilçinin MM-in 778.1-ci maddəsinin tələblərini pozaraq, vəkalət verənin tapşırığını vicdanla icra etməməsini, sonuncuya ziyan vurmasını ehtimal etsək də belə, qətnamədə bu halın təmsil edilənlə üçüncü şəxs arasında bağlanmış müqavilənin etibarsızlığı üçün səbəb olması konkret maddi hüquq norması ilə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zərur i məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhk əməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)-3153/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar