Məhkəmə qərarları › İş №2(102)-5050/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5050/2019

15.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5050/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim:Z.A.Rəsulov; 2(018)-66/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "tutulmuş (zəbt edilmiş) torpaq sahə sinin azad edilməsi, hasarın sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə"dair iddiası qismən təmin olunmuş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən Astara rayonunun ********** kəndində yerləşən və İddiaçı adına qeydiyyata alınmış 0,194277 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,1535 ha hissəsi azad edilməsi, mübahisəli torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,1535 ha hissəsində yerləşən özbaşına tikilmiş hasarın cavabdehlər Cavabdeh1 nun və Cavabdeh2 hesabına sökülməsi, iş üzrə dövlət büdcəsinə ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 ndan və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tu tulması qət edilmiş, iddia qalan hissədə qismən təmin olunmamışdır, iş üzrə ekspertiza xərcini təşkil edən 200 manat pulun cavabdehlər Cavabdeh1 ndan və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə- AZ MEM VÖEN **********, AZ34 CTRE **************** X1, Kod ******** VÖEN ********** Müxbir hesab AZ41 NABZ ********* SFİFT BİK CTREAZ **** nömrəli hesaba ödənilmiş, iş üzrə hər iki mütəxəssis rəyi ilə əlaqədar xərci təşkil edən 120 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx"ASC-nə Kod******** VÖEN ********** Müxbir hesab AZ37 NABZ ************* SFİFT ******** nömrəli hesaba ödənilməsi qət edilmişir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov (sədrlik edən və məruzəçi ), F.N.Abbasov, T.S.Kərimov; iş 2(106)-3172/2018) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-66/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun ********** kəndində yerləşən ona məxsys torpaq sahəsinin cavabdehlər Cavabdeh1 nun və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, orada tikilmiş hasarın sökülməsi, dəymiş maddi zərərə görə 1000 manat məbləğində pulun və 30,4 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır o, Astara rayonunun Marzəsəy kə ndində yaşayır. Astara rayonunun ********** kəndində yerləşən 0,194277 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu barədə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2017ci il tarixli, RX ******* saylı çıxarış verilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsini Astara rayonunun ********** kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər. Belə ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini hasarlayaraq öz torpaq sahələrinə birləşdirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir və mülkiyyətində olan torpağı istifadə etməkdən məhrum olmuşdur. Cav abdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsini hasarlamaqla mülkiyyət hüquqlarını həyata keçirməkdən məhrum etmiş və mübahisəli torpaq sahəsindən qanunsuz istifadə etmişlər. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdehlər torpaq sahəsini könüllü qaydada azad etməkdən imtina etmişlər. Bu barədə kəndin müvafiq orqanlarına məlumat verilmiş, cavabdehlərin qanunsuz istifadə etdikləri torpaq sahəsinin iddiaçıya məxsus olması bildirilmiş və həmin torpaq sahəsinin azad edilməsi cavabdehlərin nəzərində catdırılmışdır. Cavabdehlər onun torpaq sahəsini zəbt etməklə həmin torpaqdan fayda götürmüşlər. Belə ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsində sitrus ağacları əkmişlər və halhazırda da həmin ağaclardan fayda götürürlər. Bununla da cavabdehlər həmçinin mad di ziyan da vurmuşlar. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 217-ci madələrinin tələbləri pozulmuş,əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı isə kassasiya şikayətinə etiraz göndərərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən s axlnılmasını, həmçinin iddiaçı isə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq nor malarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanı nda DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2017-ci il tarixli, RX ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Astara rayonunun ********** kəndində yerləşən 0,194277 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 12.02.2018-ci il tarixli, ********** saylı mütəxəssis rəyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 15 fevral 2018-ci il tarixli, ********** saylı r əyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən Astara rayonunun ********** kəndində yerləşən və İddiaçı adına qeydiyyata alınmış 0,194277 ha torpaq sahəsinin 0,1535 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 13.06.2018-ci il tarixli, ********* saylı əlavə mütəxəssis rəyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertiza sının 09 iyul 2018-ci il tarixli, ********* saylı əlavə rəyindən görünür ki, 15.02.2018-ci il tarixli, ************ saylı ekspert rəyində göstərilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən Astara rayonunun ********** kəndində yerləşən və İddiaçı adına qeydiyyata alınmış 0,194277 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş 0,1535 ha hissəsinin iddiaçının torpaq sahəsinin cənubşərq hissəsinə düşdüyü müəyyən olunmuşdur. İddia predmeti olan sökülməsi tələb olunan hasarın 15.02.2018-ci il tarixli, 31934 saylı ekspert rəyində göstərilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10.06.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən As tara rayonunun ********** kəndində yerləşən və İddiaçı adına qeydiyyata alınmış 0,194277 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş 0,1535 ha hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13,29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qor unan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətl ərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,1535 ha hissəsini zəb t etmiş və zəbt olunan sahədə hasar hörmüşlər. Halbuki hər bir şəxs mülkiyyətində olan daşınar və ya daşınmaz əmlakından sərbəst surətdə sahiblik, istifadə etməklə, həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Ancaq cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlakı zəbt edərək və orada hasar hörmələri, həmin əmlakdan sonuncunun istifadə etməsinə maneələrin yaradılması mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilməlidir. Halbuki mülkiyyət hüququnun məhdudlaşdırılması qadağan olunmaqla, hər bir kəs öz əmlakından (konkret halda torpaq sahəsindən) istədiyi kimi sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbinin qismən təmin olunması barədə birinci instansiya məhkəmənin qətanməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prose ssual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar