Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5051/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair, Cavabdeh İddiaçı, X19, X8, Məhərrəmova Əfsanə Ələddin qızına qarşı (Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-5051/2022 Açar sözlər: Apellyasiya şikayətinə baxılmanın hədləri. Əqdin etibarsızlığı, daşınmaz əmlakı vicdanlı əldə edən. Reyestrin həqiqiliyi və tamamlılığı prezumpsiyası. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İdd iaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair ilk və Cavabdeh İddiaçı, X19, X8, Məhərrəmova Əfsanə Ələddin qızına qarşı əqdin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3015/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən ayrı-ayırılıqda verilmiş İddiaçı, X13 və Məhərrəmova Əfsanə Ələddin qızının kassasiya şikayətlərinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuşdur və onun mülkiyyət hüququna dair Daşınm az Əmlakın Dövlət Reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. 2. 03 avqust 2018-ci il tarixli 2V-76 nömrə ilə reyestrdə qeydiyyata alınmış vəsiyyətnamə ilə Məlikova X3 Dəniz Rəhim qızı və X28 şahidliyi ilə mübahisəli mənzili X19 vəsiyyət etmişdir. 3. 2078680001475 nömrəli ərizə ilə Cavabdeh xx.xx.2018-ci il tarixli 2V-76 reystr nömrəli X29 adına mübahisəli mənzilin vəsiyyət edilməsinə dair vəsiyyətnamənin ləğv edilməsi üçün 21 saylı notariat ofisinə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2019-cu il tarixli AR-İ 630772 saylı, reyestrdə 1S14039 nömrəsi ilə qeyd edilmiş, 11 saylı notariat ofisində xx.xx.2024-cü il tarixədək verilmiş etibarnamə ilə, özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün ha llarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X19 etibar etmişdir. 5. xx.xx.2019-cu il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X4 X27 adından mübahisəli mənzili 60.000 manata İddiaçı satmış, sonuncunun mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarış verilmişdir.
6. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil üzərinə həbs qoyulmuşdur. 7. xx.xx.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mübahisəli mənzili 65.000 manata X1, sonuncunun mülkiyyət hüququna dai r Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2.04.2019-cu il tarixli ********** nömrəli Çıxarış verilmişdir. 8. xx.xx.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 mübahisəli mənzili 64.000 manata Məhərrəmova Əfsanə Ələddin qızına satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlayaraq mübahisəli mənzili almışdır. Alqı-satqı müqaviləsinin 16-cı bəndində göstərilmi şdir ki, satıcı Cavabdeh xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə öhdəlik götürsə də, bu günə qədər mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir.
11. Cavabdehlər İddiaçı, X19, X8, Məhərrəmova Əfsanə Ələddin qızına qarşı, Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X29 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlan mış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alqı-satqı müqaviləsinin, qeyd olunan mənzillə bağlı X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə 2006-cı ildən təkbaşına yaşayır. Ləman Həsənovanı uzun müddətdir tanıyır və ona öz övladı kimi baxmışdır. Ləman təsərrüfat işlərinin aparılmasında ona kömək etmişdir. Aralarındakı razılığa əsasən Ləman ona qulluq etməyi, o, isə evini Ləmana vəsiyyət etməyi qərara almışlar. Bununla bağlı 03 avqust 2018-ci il tarixdə 21 saylı notariat ofisində Ləmana evin vəsiyyət e dilməsi ilə bağlı vəsiyyətnamə vermişdir. Sonradan kənar şəxsdən borcun tutulub Cavabdeh verilməsi işi ilə məşğul olmaq üçün 13 iyul 2019-cu il tarixdə 3 saylı notariat kontorunda X29 adına etibarnamə vermişdir. Lakin etibarnamənin məzmunundan məlumatlı olmamışdır, bu etibarnamənin yalnız sözügedən borc pul məbləğinin tutulması işi ilə bağlı olduğunu düşünmüşdür. Bundan sonra 25 oktyabr 2020-ci il tarixdə cavabdeh İddiaçı mübahisəli mənzilə gələrək həmin mənzilin ona məxsus olduğunu, mənzili X9 alqısatqı vasitəsi ilə aldığını bildirmişdir. Daha sonra X15 İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrənmişdir. Bir müddət sonra İddiaçı polislə mənzilə gələrək ondan evi tərk etməyini tələb etmişdir. O, isə məcbur qalaraq evi tərk etmişdir. İddiaçı isə ona məxsus əşyaları onun icazəsi olmadan mənzildən çıxararaq naməlum yerdə gizlətmiş, bu səbəbdən də polis orqanlarına müraciət etmiş və araşdırma zamanı X29 yuxarıda qeyd olunan halları etiraf etmişdir.
13. Hazırkı mülki işə məhkəmədə baxılan zaman ona məlum olmuşdur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Məhərrəmova Əfsanə Ələddin qızının adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqav iləsinə əsasən Məhərrəmova Əfsanə Ələddin qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzillə bağlı İddiaçı ilə X13 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə AN-İ № ******* saylı alqısatqı müqaviləsi, sonradan isə elə həmin notariat ofisində X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında 13 aprel 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı A.Qulivev ona qarşı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından cəmi 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla «vicdanlı alıcı» obrazı yaratmaq üçün mənzili öz yaxın qohumu olan cavabdeh Zaman Hacıyevin adı na, bundan sonra isə xx.xx.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Əfsanə Məhərrəmovanın adına keçirmişdir. Həmçinin notariat işindən də məlum olur ki, Bəyim Məlikova mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzillə bağlı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olan şəxs kimi onun razılığı alınmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzillə bağlı cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri də görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqdlərdir.
14. Qarşılıqlı iddia üzrə cavabdeh X29 iddianın etiraf edilməsinə dair ərizə ilə məhkəməyə müaciət edərək bildirmişdir ki, qar şılıqlı iddiaçı Cavabdeh iddia tələblərini qismən qəbul edir. Belə ki, həqiqətən də qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə dair ona xx.xx.2020-ci il tarixdə vəsiyyətnamə vermişdir. Eyni zamanda notariat kontorunda öz adından ona ümumi etibarnamə vermişdir. Lakin onun adından çıxış edərək X29 digər cavabdeh İddiaçı arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmamış və o, Məlikovanın mənzilini İddiaçı satmamışdır. İddiaçı 40000 manat faizə pul almaq barədə onunla razılığa gəlmiş və İddiaçı pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat olaraq Cavabdeh evini təklif etmişdir və Akif də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım duğunu ona bildirmişdir. Onlar xx.xx.2019-cıı il tarixdə 11 saylı notariat kontoruna getmiş və orada sənədlər hazırlanmışdır. X6 həmin sənədlərə imza etməsini bildirmişlər. Ləman Həsənova sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alqı-satqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Akif bildirdi ki, narahat olma, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O, da məcbur qalıb həmin sənədlərə imza etdi. Sonra onlar banka getmiş, bankda İddiaçı öz depozitindən pul çıxararaq notariusun hesabına pul köçürmüşdür. Növbəti gün isə onlar birlikdə banka getmiş, Ləman Həsənova bankdan 60000 manat məbləğində pulu götürmüşdür. Bu zaman Akif həmin puldan ona cəmi 34000 manat məbləğində pul vеrmiş, qalan pulu isə yеnidən həmin bankda öz hеsabına qоymuşdur. Akif ona ümumilikdə 34000 manat məbl əğində pulu faiz kimi vеrmiş, o, həmin vaхtdan bir il yarım Akifə faiz ödəmiş, lakin sоnradan pandеmiya ilə bağlı işləri yaхşı gеtmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Faktiki оlaraq B.Məlikоvaya məхsus mənzillə bağlı A.Quliyеvlə aralarında alqı-satqı оlmamış, onun mənzili satmaq fikri və bеlə bir iradəsi оlmamışdır. Mənzili yalnız Akifə pul qarşılığında girоv qоymuşdur. Cavabdеh A.Quliyеv onu da bu yоlla aldatmış və qanunsuz yоlla B.Məlikоvanın еvini ələ kеçirmişdir.
15. Məhkəmə iclasında şahid X38 ifadə verərək bildirmişdir ki, Cavabdeh qulluq edən şəxs olmuşdur. Məlikova X2 mənzildə yaşamışdır.
16. Məhkəmə iclasında şahid X24 ifadə verərək bildirmişdir ki, İddiaçı X19 borc pul vermişdir. Cavabdeh məxsus mənzil borcun təminatı kimi girov qoyulub. X24 müəyyən məbləğdə pulu X9 göt ürüb İddiaçı çatdırıb.
17. Məhkəmə iclasında şahid X33 ifadə verərək bildirmişdir ki, Cavabdeh ilə qonşu olmuşlar. Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Sonradan İddiaçı Cavabdeh həmin mənzildən çıxarmışdır.
18. Məhkəmə iclasında şahid X21 ifadə verərək bildirmişdir ki, Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Lakin sonradan məcburi qaydada yaşadığı mənzildən çıxarılmışdır.
19. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 105-1-11/2081-21 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzilə xx.xx.2008-ci il tarixdə telefon xətti çəkilmiş və Cavabdeh adına rəsmiləşdirilmişdir. 20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/0506/2068 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzil **********50088 nömrəli abunə kodu ilə 02 sentyabr 2000-ci il tarixdən 25 mart 2006-cı il tarixədək X22 adına qeydiyyatda olmuş, 25 mart 2006-cı il tarixdə ilə “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilərək, Cavabdeh adına qeydiyyata alınmışdır. Abunə kodunun Cavabdeh digər şəxslərin adına keçməsi barədə məlumat yoxdur. 21. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/4/017/6/6908 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi müvafiq sənədlərə əsasən xx.xx.2012-ci il tarixdə 11498970 nömrəli müqavilə bağlanaraq, **********880 saylı abonent kodu verilmişdir.
22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətna məsi ilə (hakim K.F.Əmirxanova) hər iki iddia rədd edilmişdir.
23. Birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xx.xx.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən Məhərrəmova Əfsanə Ələddin qızının adına qeydiyyatdan keçmişdir və hazırda da Əfsanə Məhərrəmovanın mülkiyyətindədir. İddiaçı sözügedən mənzilə heç bir hüququ olmadığından o, hər hansı şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi tələbi irəli sürmək hüququna malik deyil.
24. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən X19 xx.xx.2024-cü il tarixədək verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh özünün mülkiyyətində olan bütün əmlakı idarə etməy i və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X19 etibar etmişdir və bu etibarnamə əsasında X29 mübahisəli mənzili İddiaçı qanunvericiliyə müvafiq qaydada satmışdır.
25. Qarşılıqlı iddiaçı mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki işin materiallarından göründüyü kimi, tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Etibarsız hesab edilməsi tələb edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəl ləsinin şərtlərinə əməl olunmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 337.1, 337.2, 339.1, 339.3, 340.2, 646.1 və 648.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsinə və qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə məhkəmə araşdırmaları nəticəsində də tam təsdiq və sübut оlunur ki, mübahisələndirilən əqdlər еtibarsız əqdlərdir. Bеlə ki, iş üzrə cavabdеh L.Həsən оva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrmiş qarşılıqlı iddia tələində göstərilən faktları etiraf etmişdir.
29. Bundan başqa, tərələrindən məhkəməyə təqdim еdilmiş nоtariat işlərindən görünür ki, B.Məlikоvanın adından еbarnaməyə əsasən çıхış еdən cavabdеh L.Həsənоva ilə digər cavabdеh A.Quliyеv arasında mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən B.Məlikоvanın nümayəndəsi L.Həsənоva satacaq mənzili 60000 manata qiymətləndirir və həmin qiymətə A.Quliyеvə satmağı, A.Quliyеv isə 60000 manata almağı öhdəsinə götürür. A.Quliyеv satış məbləğinin 40000 manatı nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə B.Məlikоvanın nümayəndəsi L.Həsənоvaya ödəyir, satış qiymətindən qalan 20000 manatını mənzilin alqısatqısına dair əsas müqavilə ba ğlanarkən ödəməyi öhdəsinə götürür. Yеnə, еyni mənzilə görə еyni tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tariхli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hеsablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə göstərilən mənzilə dair Bakı şəhəri 11 saylı nоtariusu Məmmədоv.İ.A. tərəfindən xx.xx.2019-cu il tariхli 3M/1138 r/n ilə təsdiq оlunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən 40000 manatını ilkin müqavilə bağlanarkən, qalan 20000 manatı isə hazırda satıcıya ödədi. Satıcı isə həmin məbləği bütünlükdə qəbul еdir. Lakin həmin nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aş kar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Bundan əlavə məhkəmənin qərardadına əsasən "xxxx" ASCdən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir.
30. Apellyasiya şik ayətinə görə, məhkəmə iclasında dindirimiş şahid ifadələri və digər sübutlarla təsdiq еdilmişdir ki, B.Məlikоvanın mülkiyyətində оlan mənzillə bağlı cavabdеhlər arasında bağlanmış müqavilələr оnun iradə ifadəsi və məlumatı оlmadan bağlanmış, еyni zamanda müqaviləni imzalayan tərəflər arasında оlan münasibətlər də mənzilin alqı-satqısı ilə bağlı dеyil, öz aralarında оlan bоrc münasibətlərini pərdələmək üçün оlmuşdur. Bütün bu faktlar qеyd оlunan sübutlardan əlavə tərəflər arasında aparılmış tеlеfоn danışıqlarının səs yazıları ilə də təsdiqini tapır. Həmin səs yazılarını əks еtdirən 1 ədəd CD-R disk məhkəməyə təqdim еdilməsinə baхmayaraq məhkəmə həmin sübuta da qiymət vеrməmişdir.
31. Məhərrəmova Əfsanə Ələddin qızının nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən bəlli olduğu kimi, qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş Məhərrəmova Əfsanə Ələddin qızı mübahisələndirilən alğı-satqı münasibətlərində vicdanlı üçüncü şəxs kimi çıxış edir və bu səbəbdən də. onun hazırkı mülki iş üzrə ümumiyyətlə cavabdeh qismində cəlb edilməsi düzgün olmamışdır. Hüquqlarını müdafiə etdiyi qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızının “vicdanlı” üçüncü şəxs olmadığını təkzib edən heç bir sübut mövcud deyil. Cavabdeh vəkili və nümayəndəsi öz mövqeyini onunla əsaslandırır ki, xx.xx.2021-ci il tarixində aparılan alğı-satqı zamanı mübahisəli əmlak üzərində həbs mövcud olmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da aydın şəkildə görünür ki, əmlak üzərinə həbs xx.xx.2021-ci il tarixində qoyulmuşdur. Bununla yanaşı, xx.xx.2021-ci il tarixində alğı-satqı aparılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən edilən sorğu əsasında çap edilmiş arayışla “xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən mənzil üzərində məhdudiyyətin və yüklülüyün qeydiyyata alınmadığı” aşkar edilmişdi. Bununla yanaşı, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir.
32. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.x x.2021-ci il tarixli xx/xx-6853 nnömrəli sorğuya cavab məktubuna əlavə edilmiş İddiaçı məxsus hesabdan xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək aparılmış əməliyyatlardan və 18 iyul 2019-cu il tarixli mədaxil və məxaric orderlərindən müəyyən edilir ki, ayrı-ayrılıqda 50000 manat, 30000 manat və 20000 manat məxaric, eyni zamanda ayrı-ayrılıqda 50000 manat və 20000 manat mədaxil edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X16 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X34 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirlə ndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bır qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X34 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Məlikova X17 Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, əri Xaqaninin sabiq polis əməkdaşı olduğu uçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin əlaqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquqmühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq qızı X29 ilə qabaqcadan əlbir olub bır qrup şəxs halında birləşərək xx.xx.2019cu ıl tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-istifadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütün daşınmaz əmlakının üzərində müstəqil sərəncam vermə hüquqlarına dair Ləman Həsənovanın adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilini xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62800 manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X35 Azərbayca n Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 85.2.4. 223, 224-cu maddələrini rəhbər tutaraq X23 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır.
34. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X16 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, № ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X29 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötr ü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X29 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, atası Xəqaninin sabiq polis əməkdaşı olduğu üçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin ələqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquq-mühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb ol duğuna inandıraraq anası X35 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2019-cu il tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-istifadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütun daşınmaz əmlakının üzərində müstəqil sərəncamvermə hüquqlarına dair öz adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin xx.xx.2019-cu ıl tarixdə ünvan 2 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62800 manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X29 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci m addəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən X29 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddə ilə ittiham elan olunması qərarı alınmışdır.
35. Adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”nda qeyd edilmişdir ki, X29 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akifin özünün tanış notariat kontoruna getmişlər, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Lakin müqavilənin adının alqısatqı müqaviləsi olduğunu gördükdə narazılıq etmiş, Solmaz onu arxayın etmişdir ki, narahat olmasın arada o özü var. Nə vaxt pulları geri qaytarsa mənzili özünə qaytaracaq. Akifdən hər ay 1600 manat faiz ödəmək şərti ilə 40000 manat pul borc götürmüşdür. O da onlara inanmışdır. Əslində mənzil girov qoyulmalı idi.
36. Adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, X15 anası Könül Həsənova ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akif tərəfindən aldadılaraq Ləman mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Əslində mənzil girov qoyulmalı idi.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3015/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Babayev) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X29 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; qeyd olunan mənzillə bağlı X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi qət edilmişdir.
38. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrərək qarşılqlı iddia tələbində göstərilən faktları etiraf etmişdir.
39. Həmçinin məhkəməyə təqdim еdilmiş nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatl arına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir.
40. Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə vеrən Хudiyеva Sürayə Əli qızının, Məmmədоva Cəmalə Aydın qızının, Əliyеva Sahilə Sеyfulla qızının, Əbilоva Şahnaz Şamil qızının ifadələrindən müəyyən olunur ki, B.Məlikоva Ləman Həsənovaya vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. 2020-ci ilin оktyab r ayının sоnlarında Quliyеv Akif Balaca оğlu başqa şəхslərlə birlikdə B.Məlikоvanın yaşadığı mənzildən zоrla çıхarmışlar.
41. Apellyasiya instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına da istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X29 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlandığından etibarsız hesab olunmalıdır.
42. Apellyasiya instansiya qeyd etmişdir ki, mübahsəli mənzillə bağlı İddiaçı ilə X13 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, cavabdeh X36 оğlu verdiyi iza hatında satıcı İddiaçı qızı ilə 20 ilə yaxın vaxtda evli olduğunu, qaynatası İddiaçılə münasibətləri yaxşı olduğunu bildirməklə yanaşı, qeyd olunan mənzilə dair məhkəmə mübahisəsi olduğunu İddiaçı kürəkəninə bildirməməsini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Həmçinin, iddiaçı A.Qulivev ona qarşı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından (məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikmişdir) cəmi 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla mübahisəli mənzili kürəkəni cavabdeh X36 оğluna satmasının, sonuncunun isə mənzili almasının hans ı zərurətdən və ehtiyacdan irəli gəlməsini də inandırıcı dəlillər əsasında izah edə bilməmişdirlər.
43. Bundan başqa apellyasiya baxışında 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X36 оğlu mübahisəli mənzilin proyektini əvvəlcədən gördüyü, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanı olduğu halda nəyə görə mənzili aldıqdan cəmi 13 gün sonra xx.xx.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Əfsanə Məhərrəmovaya satmalı olmasının səbəblərini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Belə ki, cavabdeh X36 оğlu verilən suallara cavab olaraq mübahisəli mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, 13 gündən sonra satmaq qərarına gəlməsini mənzilin proyektinin xoşuna gəlməməsi ilə izah etsə də, bu ağlaba tan olmamışdır. Çünki, qeyd edildiyi kimi, cavabdeh X36 оğlu qaynatası İddiaçı aldığını iddia etdiyi mübahisəli mənzilin proyektini əvvəlcədən görmək, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanına malik olmuşdur.
44. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı İddiaçı ilə X13 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir.
45. Eyni zamanda məhkəmə hesab etmişdir ki, mübahisəli mənzillə bağlı X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi də “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, X13 mübahisəli mənzili qaynatası, digər cavabdeh İddiaçı aldıqdan qısa müddət, cəmi 13 gün sonra digər cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızına satmaq imkanının yaranmasını izah etsə də, bu imkanın ağlabatan olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, həm cavabdeh X13 izahlarını mötəbər dəlillərlə sübut etməmiş, həm Məhərrəmova Əfsanə Ələddin qızının izahatı və apellyasiya baxışı zamanı verilən suallara cavabı ziddiyyətli olmaqla, özünün “vicdanlı alıcı” mövqeyinə uyğun olmamışdır ona görə ki, əvvəla qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzilə dair satış məlumatını ya əmlak.az, ya da bina.az saytında yerləşdirilən elanda görmüşdür. Daha sonra isə verilən suala cavab olaraq bildirm işdir ki, Zamanın telefon nömrəsini Tural adlı maklerdən almışdır. Həmçinin, cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı verilən suallara cavab olaraq bildirmişdir ki, o, mənzili alanda Notariat Kontorunda Bəyimxanın Məlikovanın qeydiyyatda olduğunu bilib və deyib ki, pul versin qeydiyyatdan çıxarsın, lakin Bəyimxanın Məlikovanın mübahisəli mənzilə münasibətdə kim olmasını maraqlanmamışdır. Həmçinin, bildirmişdir ki, mənzilin pulu ödənilsə də, evi qaytarmağa razı deyil. Bundan başqa mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, aldıqdan 3-4 ay sonra kirayəyə verdiyini də bildirmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, həmin mənzilin təmirinə çox xərc çəkmək lazım idi, təmir işləri aparmamışdır, bu səbəbdən qərara gəldilər ki, kirayəyə versinlər. Lakin qarşılıqlı iddia üzrə cavabdeh Məh ərrəmova Əfsanə Ələddin qızının nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. Daha sonra 23 may 2022-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddiaçı Bəyimxanım Məlikovanın vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı belə cavab vermişdir ki, “mübahisəli mənzilin harada yerləşdiyini bilir, Bakı şəhəri Nərimanov rayonu, X55 küçəsində, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, göründüyü kimi, mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, X55 küçəsində yerləşən mənzil yox, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilldir. Bundan başqa cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı vicdanlı alıcı olaraq mənzilin mülkiyyətçisi olduğunu bildirsə də, mənzilin telefon xətti çəkilişi müqaviləsini öz adına dəyişmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun adına “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadığının və öz adına abonent kodu əldə etmədiyinin səbəbini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir.
46. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı nə cavabdeh X7, nə də Məhərrəmova Əfsanə Ələddin qızının vicdanlı alıcı olmaları müəyyən olunmamışdır.
47. Məhkəmə əqdin etibarsızlığı ilə bağlı müddətə də qiymət verərək qe yd etmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 v ə 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Cavabdeh yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan mənzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında Əfsanə Məhərrəmovanın mübahisəli mənzilə mülkiyyətinə dair daşınmaz əmlakın reyestrində aparılmış qeydlər də dəyişdirilməli olacaqdır.
48. Qeyd edilənlərə əsasən məhkəmə həmçinin Cavabdeh mübahisəli mənzilə köçürülməsi tələbini də əsaslı hesab etmişdir.
49. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.5, 337.1, 337.3, 337.4, 324.1 və 324.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri
50. Cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmovaya qarşı iddia tələbinin rədd edilməsi və sonuncuya dair dövlət reyestrində mövcud olan qeydin saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 149.2-ci maddəsi “vicdanlı” üçüncü şəxslərə münasibətdə imperativ qaydada müəyyən etməklə, düzgün qeydiyyatın əsassız çıxarılması nəticəsində, vicdanlı üçüncü şəxs olmadığı təqdirdə, həmin qeydiyyatın düzəldilməsini tələb edir. Vicdanlı üçüncü şəxs olduğu təqdirdə, ona münasibətdə qeydiyyatın sax lanılması imperativ norma kimi müəyyən edilmiş və zərər çəkmiş digər şəxslərin “zərərin əvəzinin ödənilməsi” tələbi ilə çıxış etmək imkanı yaradılmışdır. Hazırkı mülki iş üzrə Məhərrəmova Əfsanə Ələddin qızının “vicdanlı” üçüncü şəxs olmadığını təkzib edən heç bir sübut mövcud deyil. Məhkəmə israrla qətnaməsinin əsaslandırması hissəsində Bakı şəhəri Nərimanov Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının (mənzilin üzərinə həbsin qoyulması barədə) “məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikdirildiyini” vurğulamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hərəkətsizliyi və səhlənkarlığı (öhdəliklərin vaxtıda icra edilməməsi) nəticəsində yaranm ış arzuolunmaz vəziyyət cavabdeh Əfsanə Məhərrəmovanın iradəsindən asılı olan hal deyildir və istinad olunan orqanların səhvinə görə məsuliyyəti cavabdeh Əfsanə Məhərrəmovanın daşıması qanunsuz, əsassızdır və ədalətsizlikdir.
52. Bundan başqa əgər Məhkəmə əqdin etibarsız olduğunu hesab edirsə, o zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbini nəzərə almalı idi və cavabdeh Əfsanə Məhərrəmovanın istinad olunan maddə ilə qorunan hüquqlarını təmin etməli idi.
53. Bununla yanaşı, çəkişmə prinsipinin təmin etmək məqsədi ilə cavabdeh Ləman Həsənovanın iştirakının təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Ləman Həsənovanın iştirakının vacibliyi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi sonuncunun etirafına əsaslanmışdır. Lakin, onun etirafında cavabdeh Əfsanə Məhərrəmovaya aid olan heç bir hal mövcud olmamışdır.
54. Bütün məhkəmə iclası audio-video müşahidəsi ilə aparılır. İddiaçının sualına cavabdeh tərəfindən verilən cavab düzgün təhlil edilməmişdir. Belə ki, cavabdeh tam və aydın şəkildə mənzilə gedən yolu, mənzilin quruluşunu izah etməsinə və küçələrin kəsişmələrini qeyd etməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh Əfsanə Məhərrəmova dəfələrlə müvafiq saytlarda elanın olduğunu və həmin elanlar və əmlak vasitəçisi (makler) ilə mənzili aldığını qeyd etmişdir.
55. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlər inin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Razılığın alınmaması bütün hallarda etibarsızlığa səbəb olmur. İş materiallarından göründüyü kimi, Cavabdeh 2020-ci ilin noyabr ayından sonra mübahisəli mənzildə yaşamırdı və mənzillə bağlı hər hansı bir mübahisənin mövcud olmasına dair “Elektron notariat” sisteminə məlumatlar inteqrasiya edilməmişdi. Məhkəmənin öz mövgeyini (razılığın alınmaması) əsaslandırdığı hal yenə də cavabdeh Əfsanə Məhərrəmovanın iradəsindən asılı hal olmamı şdır.
56. İddiaçı (vəkil X25) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X29 öz istəyi və iradə ifadəsi əsasında sözügedən mübahisəli mənzili İddiaçı satmış, müqavilə şərtlərini əvvəlcədən tanış olmuş və müqavilə bağlanmışdır. Həsənova Ləman mənzili Cavabdeh aldığı etibarnamə əsasında alqı-satqı müqaviləsi ilə ona satmışdır. Müqavilənin 16-cı maddəsində Cavabdeh xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürdüyü öz əksini tapmışdır. Amma Cavabdeh qeydiyyatdan çıxmamışdır. Əvvəlcə mənzilə gedərək Cavabdeh həmin mənzili boşaltmasını tələb etmiş, lakin müqavilənin şərtləri həyata keçirilmədiyi üçün polisə rəsmi qaydada müraciət edilmişdir. Hazırki mübahisədə də, İddiaçı ilə Cavabdeh ad ından etibarnamə əsasında çıxış edən X29 arasında müvafiq müqavilə bağlandığından hər iki tərəf arasında faktiki olaraq müqavilə öhdəlikləri yaranmışdır. Tərəflər müqavilə öhdəliklərini icra etdiyindən müqavilə və ondan irəli gələn münasibətlərin etibarsız hesab edilməsi tərəflərin Mülki Məcəlləsi ilə müəyyən olunan müqavilə azadlığının kobud pozuntusuna gətirib çıxarır. Bu səbəbdən, müqavilə tərəfi kimi Cavabdeh adından çıxış edən X19 birinci tərəfdən verilən etibarnamə etibarsız hesab olunmadan, məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tamamilə absurddur və öz öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirən İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.
58. X14 (vəkil X25) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olmuş, əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər X13 və Məhərrəmova Əfsanə Ələddin qızı mübahisələndirilən alğı-satqı münasibətlərində vicdanlı üçüncü şəxs kimi çıxış edirlər və bu səbəbdən də onların hazırkı mülki iş üzrə ümumiyyətlə cavabdeh qismində cəlb edilməsi düzgün olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
61. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyat a alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
62. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
63. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisn a edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
64. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
65. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
66. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
67. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
68. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
69. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
70. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
71. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
72. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarn aməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Prosessual Məcəllə
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.
79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
80. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətlərində qətnamə İddiaçı, X13 və Məhərrəmova Əfsanə Ələddin qızı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh mübahisəli mənzilə köçürülməsi hissələrində ləğv edilməli, qətnamə həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməli, qətnamə birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi hissəsinin ləğv edilməsi və ilkin iddia tələbinin rəd d olunması hissəsində ləğv edilməli, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini pozaraq prosessual pozuntuya yol vermiş, məhkəmə tərəfindən hüququn tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.
86. Belə ki, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən ilk və qarşılıqlı iddia tələbləri rədd edilmiş, qətnamədən ilk İddiaçı apellyasiya şikayəti verməmiş, ilk iddia tələbini rədd olunan hissəsini mübahisələndirməmişdir.
87. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti əs asında yalnız qarşılıqlı iddia tələbinin rədd olunması hissədə yoxlamalı olduğu halda, apellyasiyanın həddlərini pozaraq ilk iddia tələbinin rədd olunması hissəsini də yoxlamış, birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə ləğv edərək yeni qətnamə qəbul etmiş və ilk iddia tələbinin rədd edilməsini qət etmişdir. Halbuki ilk iddiaçı tərəfindən həmin hissədə qətnamə mübahisələndirilməmişdir. 88. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarınıən Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə, “...çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərini n təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir (bənd 12).
89. Qərardadda həmçinin qeyd edilmişdir ki, “...mübahisə predmetinin bölünməz olduğu hallar istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin yoxlaması şikayətin obyekti ilə, yəni qətnamənin mübahisələndirilən hissəsi ilə məhdudlaşsa da, məhkəmə həmin hissədə şikayətin predmetini təşkil edən maddi hüquq normasının pozuntusu ilə bağlı irəli sürülm üş dəlillərlə bağlı olmayıb, ondan kənara çıxma hüququna malik olmaqla mübahisələndirilən hissənin tam şəkildə təkrar hüquqi qiymətləndirilməsini keçirməlidir. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsinə gəldikdə isə məhkəmə bu halda qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, qətnaməni bütövlükdə və şikayətin dəlillərindən kənara çıxmaqla yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 382.2.1 - 387.2.7-ci maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olu b-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin mübahisələndirilməyən hissəsində yoxlanılması tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur”.
90. Baxılan işdə ilkin İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilən hissəsində müahisələndirmədiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin mübahisələndirilməyən hissəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmış, bu hissədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldityini qeyd etmiş, lakin sonda qətnaməni həmin hissədə də ləğv etmiş və yen i qətnamə qəbul edərək ilk iddia tələbini rədd etmişdir. Bununla da məhkəmə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur ki, bu da öz növbəsində ilk iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırılması ilə nəticələnmişdir.
91. MPM-nin 418.1-ci maddəsinə görə...maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
92. Həmin Məcəllənin 418.6-cı maddəsinə görə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qər ardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
93. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi hissəsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd olunması hissədə əlavə araşdırmaya ehtiyac olmadan ləğv edilməli və iddiaçının kassasiya şikayəti isə təmin olunmamalıdır.
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X29 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarız hesab edilməsi hissədə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissələrdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edilmir.
95. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh adından onun verdiyi etibarnamə əsasında Ləman Həsənova çıxış edərək, İddiaçı ilə 18 iyul 2019-cu il tarixli mübahisəli mənzilin alqı-satqı müqaviləsini bağlamışdır.
96. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir əqdin etibarlı olması üçün əqdin qurucu ünsürlərinin olması vacibdir. Əqdin qurucu ünsürlərinin mühüm elementlərdən biri iradə ifadəsidir. Hər hansı bir əqd bağlanarkən iradə ifadəsinin olmaması və ya zədələnməsi həmin əqdin etibarlılığına təsir edir.
97. Baxılan işdə Cavabdeh qarşılıqlı iddia tələbində Ləman Həsənovaya həmin etibarnaməni mübahisəli mənzili satmaq üçün deyil, kənar şəxsdən borcun tutulub ona verilməsi işi ilə məşğul olmaq üçün verdiyini, evin alqı-satqı edildiyindən xəbərinin olmamasını və alqı-satqının onun iradəsinə uyğun olmamasını bildirmişdir
98. Daha sonra X15 İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrəndiyini bildirmişdir.
99. Mülki qanunverilikdə əqdin təmsilçi vasitəsi ilə bağlanması imkanı nəzərdə tutulmuşdur. Belə olan halda təmsil edən öz adından deyil, təmsil olunanın adından hərəkət edərək sonuncunun mənafeyinə uyğun hərəkət etməlidir.
100. Hazırki işdə mülkiyyətçi Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi hallar qarşılıqlı iddia üzrə cavabdeh Ləman Həsənova tərəfindən onun etirafedici ifadələri təsdiq edilmiş, eyni zamanda bu hal işə əlavə edilmiş cinayət işinin materialları, alqı-satqı ilə bağlı notariat işin materialları, şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla müəyyən edilmişdir.
101. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X15 İddiaçı evi borc pul müqabilində gir ov qoymaq məqsədi olmuş, tərəflər arasında bağlanılan alqı-satqı bu məqsədlə olmuşdur.
102. Göründüyü kimi, bağlanılan alqı-satqı mülkiyyətçi Cavabdeh iradə ifadəsinə uyğun olmamış, o mənzili satmaq niyyəti ilə təmsilçi - cavabdeh Ləman Həsənovaya etibarnamə verməmiş, həmçinin təmsil edən L.Həsənova da əqdi bağlayarkən aldadılmışdır.
103. Ona görə də, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə düzgün nəticəyə gəlmişdir.
104. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinin İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarız hesab edilməsi hissədə apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
105. Zaman Hacıyev kassasiya şikayətində özünün vicdanlı əldə edən olduğunu qeyd etmişdir.
106. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllədə daşınmaz əmlakı vidanlı əldə etmə ilə bağlı münasibətlər Məcəllənin 140, 148.2, 149.2-ci maddələri ilə tənzimlənir (§ 61-63).
107. Həmin normaların məzmunundan göründüyü kimi, əgər daşınmaz əmlakı əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallarda onun vicdanlı əldə edən olması istisna edilir.
108. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh X51 Quliyevin qızı ilə 20 ilə yaxın vaxtda evli olduğu, qaynatası İddiaçılə münasibətləri yaxşı olduğu müəyyən müəyyən edilmişdir. Belə olan halda, onun mübahisəli mənzili ilkin mülkiyyətçidən ald atma yolu ilə alqı-satqı etmiş İddiaçı əldə edən zaman bu halları bilməməsi inandırıcı deyil və sonuncunun vidanlı əldə edən olmasını istisna edir.
109. Qeyd edilənlərə əsasən Zaman Hacıyevin kassasiya şikayəti təmin edilməməlidir.
110. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində düzgün nəticəyə gəlməmiş, bu hissədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
111. Belə ki, məhkəmə alıcı Əfsanə Məhərrəmovanın vicdanlı əldə edən olubolmamasına düzgün qiymət verməmişdir. 11
2. Məhkəmə daşınmaz əmlakın vicdanlı əldə edilməsi ilə bağlı yuxarıda qeyd edilən hüquqi mövqeyi təkrarlayaraq qeyd edir ki, reyestrdəki qeydin əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallarda onun vicdanlı əldə edən olması istisna edilir.
113. Apellyasiya instansiyası məhkəməsi Əfsanə Məhərrəmovanı vicdanlı əldə edən olmaması hesab edərkən, qənaətini yuxarıda kimi əsaslandırmışdır (§ 45).
114. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, mənzilin Zaman Hacıyev tərəfindən qısa bir müddət ərzində (13 gün sonra) Əfsanə Məhərrəmovaya satması sonuncunun vicdanlı əldə edən olmasına təsir edən hal deyil.
115. Belə ki, Əfsanə Məhərrəmova mübahisəli mənzili əldə edərkən mənzillə bağlı reyestrdə Zaman Hacıyevin adına qeydə eti mad etmiş, həmin qeydin əsassız olması alıcıya məlum olması barədə işdə hər hansı bir mötəbər sübutun olmamasına apellyasiya instansiyası məhkəməsi əhəmiyyət verməmişdir. Mənzilin satıcısının mənzili aldıqdan qısa bir müddət sonra özgəninkiləşdirməsi əldə edənin vicdanlılığına təsir edən hal olubolmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir.
116. Apellyasiya instansiyası məhkəməsi əslində cavabdeh Ə.Məhərrəmovanın vicdanlılığını istisna edən hal kimi məhz müqaviləni bağlayarkən satıcının adına reyestrdəki qeydin həqiqi hüquq əsasında qeydə alınmadığına dair birbaşa məlumatlı olmasını sübut etməli idi.
117. Müahisəli mənzili alarkən Bəyimxanın Məlikovanın mənzildə qeydiyyatda olmasını bilməsi də Ə.Məhərrəmovanın vicdanlı əldə edən olmasına nə üçün təsir etməsi ni apellyasiya instansiyası məhkəməsi əsaslandırmamış, alıcının mənzili yüklü qaydada əldə etmək hüququnun olmasını məhkəmə nəzərə almamışdır.
118. Eyni zamanda apellyasiya instanisyası məhkəməsi nəzərə almamışdır ki, kommunal xidmətlərlə bağlı müqavilələrin mənzilin ədlə edilməsindən sonra öz adına dəyişdirməməsindən ibarət hal müstəqil əsas kimi deyil, yalnız cavabdehin müqaviləni bağlayarkən satıcının həmin əmlaka həqiqi hüquq əsasında sərəncam vermədiyinin sübuta yetirildiyi halda əhəmiyyətli ola bilərdi.
119. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Ə.Məhərrəmovanın mübahisəli mənzilin vicdanlı əldə edən olub-olmaması ilə bağlı məsələyə qiymət verərkən, işdə olan sübutları müqavilənin bağlanma anına münasibətdə Mülki Məcəllənin 140-cı maddəsi baxımından qiymət verməyərək, daşınmaz əmlakı vicdanlı əldə edilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
120. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqılı iddia tələbinin Cavabdeh mübahisəli mənzilə köçürülməsi hissəsi, Əfsanə Məhərrəmovanın vicdanlı əldə edən olması ilə bağlı qərarın təsviri əsasalandırıcı hissələrində göstərilənlərə hüquqi qiymət veriləndən, onun vicdanlı əldə edın olub-olmaması, X40 mülkiyyətçi kimi qalıb-qalmadığı müəyyən edildikdən sonra baxılıb həll edilə bilər.
121. Ona görə də, qətnamə həmin hissədə də ləğv edilməlidir.
122. Qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdiyindən kassasiya şikayəti qismən təmin edilməlidir.
123. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları Mülki Məcəllənin 140-cı maddəsi baxımından tam və hərtərəfli araşdırılmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qarşılıqlı iddia tələbinin X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə və ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkə məsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
124. Eyni zamanda apellyasiyanın hədləri pozulduğuna görə, qətnamə İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin rədd edilməsi hissədə də ləğv edilməlidir.
125. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
126. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pro sessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
127. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə cavabdeh Məhərrəmova Əfsanə Ələddin qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3015/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin X13 ilə Məhərrəmova Əfsanə Ələddin qızı arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsinin ləğv edilərək, iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X29 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağl anmış 18 iyul 2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X14 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarız hesab edilməsinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.