Məhkəmə qərarları › İş №2(102)-5055/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5055/2022

13.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5055/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “torpaq sahəsinin zəbtinə son qoyulması, sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-3672/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Binəqədi bələdiyyəsi ərazisində 2 sərəncamla hərəsi 600 kv.m olmaqla 2 torpaq sahəsi vardır. Torpaq sahələrindən biri iddiaçı ilə qonşuluqda, digəri isə bir az kənarda yerləşir. Cavabdeh1 iddiaçıya böhtan ataraq iddiaçını tutduracağı ilə hədə ləyir, iddiaçının torpaq sahəsini özünün ikinci torpaq sahəsi ilə dəyişmək istəyir ki, torpaqları yanaşı olsun. Cavabdeh iddiaçını torpaq üzərindəki mülkiyyət hüququnu pozur, hasarını sökür, iddiaçını və ustaları təhqir edir, hədə-qorxu gəlir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(001)- 300/2020 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(103)-318/2021 saylı qətnaməsi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

3. Hazırki iş üzrə İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsinə son qoyulması və ona ayrılmış torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 23 fevral 2019-cu il tarixdə iddiaçıdan polisə verdiyi şikayət ərizəsində hazırki ərizədə mübahisələndirilən torpağın iddiaçıya məxsus olmasını və guya onlardan aldığını qeyd etmişdir. Polisdə araşdırma zamanı zəbt etmə və alğı-satqı faktı olmadığı üçün, Cavabdeh1 şikayətin mülki qaydada həll edilməsi tövsiyə edilmişdir. Lakin Cavabdeh1 indiyədək məhkəməyə müraciət etməmiş, qanunsuz olaraq onlara məxsus torpağı zəbt etmişdir. Torpaq sahəsinin onlara məxsus olması barədə Cavabdeh1 polisə yazdığı ərizədə etirafı mövcuddur. İddiaçının torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüququnun pozulması ilə bağlı polis bölməsinə və bələdiyyəyə dəfələrlə müraciət olunmuşdur. Bələdiyyə üzvləri torpaq sahəsinə yerində baxış keçirərək eskiz plan üzrə naturada olduğu kimi eynilik təşkil etdiyi və iddiaçının torpağı ilə cavabdehin torpağının yanaşı olması haqda cavab məktubu vermişdir. Ona görə də, iddiaçı Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması haqqında iddia qaldırmışlar. Məhkəmə işi araşdırıb iddiaçılara məxsus torpaq sahəsinə heç bir müdaxilə olmaması əsası ilə iddianı təmin etməmişdir. Həmin vaxt onların iddia tələbi torpaq sahəsinin zəbtinin qarşısının alınması olmamışdır. O zaman torpaq sahəsi zəbt ol unmamışdı. İddianın təmin edilməməsindən istifadə edərək Bakı-Xırdalan yolunun sağ tərəfində Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2362/1 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti işləri aparılmışdır. Cavabdeh1 iddiaçıya verilmiş torpaq sahəsini öz torpaq sahəsinə birləşdirməklə faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etməklə özbaşınalıq etmişdir. Torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar iddiaçının müraciəti əsasında Binəqədi Bələdiyyəsi yerində araşdırma apararaq torpaq sahəsinə baxış keçirmiş, qanunsuz tikinti aşkarlamış, iddiaçıya 23 iyun 2021-ci il tarixli, 01.13/M-312 saylı cavab məktubu vermişdir. İddiaçı mübahisənin həll edilməsi və gələcəkdə belə halların baş verməməsi üçü n Binəqədi qəsəbə Bələdiyyəsindən xahiş etmişdir ki, ona məxsus torpaq sahəsinə baxış keçirərək eskiz planları üzrə koordinat nöqtələrinin ona verilməsini təmin etsin, lakin bələdiyyə mübahisəni həll etməkdən ötrü öz vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, torpaq sahələrini bələdiyyə satdığı üçün, kimin torpağının harada yerləşdiyini bələdiyyə yaxşı bilir. Buna görə iddiaçı bələdiyyədən Cavabdeh1 çağırıb ona öz torpaq sahəsini göstərməsini tələb etsələr də, bələdiyyə tərəfindən onlara verilmiş cavabda bunun yalnız Cavabdeh1 müraciəti əsasında edilməsinin mümkünlüyü göstərilmişdir. Cavabdeh1 isə bələdiyyəyə belə bir müraciət etməmişdir. Digər tərəfdən, bələdiyyə tərəfindən Cavabdeh1 verilən sərəncamlardan görünür ki, ona eyni tarixdə 1916/2 və 1942 saylı qərar ilə hərəsi 600 kv.met r olmaqla iki torpaq sahəsi verilmişdir. Qanunla əgər bələdiyyə Cavabdeh1 eyni yerdə torpaq sahəsi ayırsaydı, bir sərəncamla 0,12 ha torpaq sahəsi ayırardı və torpaq sahələrinin qiyməti eyni olardı. Sərəncamlardan isə görünür ki, Cavabdeh1 eyni vaxtda ayrılan torpaq sahələri yanaşı deyil, torpaq sahələrinin qiymətləri fərqlidir. Belə ki, 1942 saylı sərəncamla ayrılmış torpaq sahəsi 480 manata, 1916/2 saylı sərəncamla ayrılmış torpaq sahəsi isə 1056 manata satılmışdır.

5. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul etmədiyini bildirərək verdiyi izahatında göstərib ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(001)-300/2020 saylı qətnaməsi mövcuddur, belə ki, İddiaçı ona qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış tor paq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə iclaslarında iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin sxem üzrə naturada da uyğun gəldiyi, habelə, onun tərəfindən iddiaçının torpağının zəbt edilmədiyi müəyyən edilmişdir. Belə ki, ekspert rəyində göstərilmişdir ki, iddiaçının göstərdiyi, özünə məxsus olduğu iddia edilən torpaq sahəsi zəbt edilməmidir. Bu rəy 2021-ci ilin mart ayında verilmişdir. Orada yerləşən torpaq sahələri hasarlıdır. Belə olan halda onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi tamamilə əsassız iddiadır.

6. Məhkəmə iclasında cavabdeh Binəqədi qəsəbə Bələdiy yəsinin nümayəndəsi iddianı qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, həmin əraziyə baxış keçirmişdir. Orada hərəsi 600 kv.m-dən ibarət 3 ayrı torpaq sahəsi mövcuddur, heç birinin də qapısı yoxdur. İddia olunan torpaq sahəsi hasarın içində olmuşdur. Hesab edir ki, torpaq iddiaçıya məxsusdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı torpaq sahəsinin boşaldılması, istifadə və sahiblik hüquqlarının bərpa olunması və s. tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

9. Məhkəmə həmçinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi tərəf indən iddianın haqlı olması barədə izahatı ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etdiklərini bildirsə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddia tələbi Bələdiyyəyə yönəlmədiyi, mübahisəli torpaq sahəsinin ayrıldığı zaman ümumiyyətlə Bələdiyyənin mülkiyyətində olmasına dair heç bir sübut olmadığı halda belə bir etirafın qəbul edilməsi mümkün olmamaqla yanaşı digər Cavabdeh1 hüquqlarını pozur. Buna görə də, bu etiraf qəbul edilməməlidir.

10. Birinci instansiya məhkəmə si qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı (vəkil X3) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3672/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Həmid Həmidov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “torpaq sahəsinin zəbtinə son qoyulması, sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyasıının mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı daha əvvəl Cavabdeh1 qarşı hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və həmin mülki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Əvvəlki iddia tələbi torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması, hazırki iddia tələbi isə torpaq sahəsinin zəbtinə son qoyulması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi ilə bağlıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun əvvəlki iddiası torpaq sahəsinin zəbt edilməsi ilə bağlı deyil, müdaxilələrə son qoyulması ilə bağlı olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı həmin vaxt əslində maneələrin aradan qaldırıl masını qeyd etsə də, əslində zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını istəmişdir. Hətta həmin vaxt iddiaçı ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza da təyin edilmişdir.

14. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassator şikayətini onunla əsaslandırmışdır ki, əvvəlki iş üzrə iddia tələbi ilə, hazırkı iddia tələbi eynilik təşkil etmir. Ə vvəlki iddiası veriləndə torpaq sahəsi zəbt olunmamışdı. Hazırki iddiası xx.xx.2020-cü il tarixlı 2(001)- 300/2020 saylı məhkəmə qətnaməsindən sonra faktiki yerləşmə sxemində göstərilən torpaq sahəsinin Binəqədi qəsəbə Bələdiyyəsinin sədr əvəzi Rəşad İsayevin qanunsuz əməli nəticəsində Cavabdeh1 tərəfindən zəbt edilməsi ilə bağlıdır.

17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4, 8, 88, 89, 261, 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin et mək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 259.0.1. Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır.

21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa icraata xitam verilir.

22. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

23. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kassasiya baxışının hədləri

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qərardad Cavabdeh1 qarşı iddia üzrə mülki işin icraatına xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanmalı, qərardad digər cavabd eh X1rşı iddia üzrə mülki işin icraatına xitam verilməsinə aid hissədə ləğv edilməli və iş həmin hissədə ərizə baxılmamış saxlanılmalıdır.

27. Belə ki, baxılan şikayət üzrə düzgün nəticəyə gəlmək üçün araşdırılmalı olan birinci hal, verilmiş iddianın eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla verilmiş iddia olub-olmamasından ibarətdir.

28. Çünki Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.2-ci maddələrinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir.

29. Qeyd edilməlidir ki, qanuni qüvvəyə mi nmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

30. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu ehtiva edir ki, tərəflərdən heç biri yalnız işə təkrar b axılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Еyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

31. MPM-nin 261.0.2-ci maddəsi işə baxan məhkəmədən, əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəfləri n barışıq sazişinin təsdiq olunması barədə işin olub-olmamasını araşdırmağı tələb edir.

32. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

33. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi, hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Həmçinin iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər.

34. Bu baxımdan Cavabdeh1 qarşı iddianın predmeti ara şdırıldıqda müəyyən olunur ki, iddiaçının əvvəlki tələbi “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi”ndən ibarət idi. Hazırki iddiasında isə iddiaçı “torpaq sahəsinin zəbtinə son qoyulması, sahiblik, istifadə hüququnun bərpa edilməsi” barədə tələb irəli sürmüşdür. Həmin tələblər hərfən fərqli səslənmiş olsa da, mahiyyəti baxımından eynidir.

35. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

36. İddiaçı əvvəlki idd iasında ona Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2362/1 saylı sərəncamına əsasən verilmiş torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasını tələb etmişdi. Həmin işə baxılarkən məhkəmə qərardad çıxararaq ekspertiza təyin etmiş, ekspert qarşısında tərəflərə bələdiyyə sədrinin sərəncamı əsasında verilmiş torpaq sahələrinin üst-üstə düşməsi, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilib-edilməməsi barədə sual qoyulmuşdu.

37. Lakin həmin qərardad əsasında ekspertiza aparan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi və Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən müəyyən edilmişdi ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdi yyəsinin 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin sxemində və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh1 ayrılmış 600 kv.metr torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, üst-üstə düşüb-düşməməsini müəyyən etmək, həmçinin cavabdeh tərəfindən iddiaçının torpaq sahəsini zəbt etməsinin müəyyən etmək mümkün olmamışdır.

38. İddiaçı indiki iddiasını irəli sürməyə subyektiv hüququ kimi Binəqədi qəsəbə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamına və işin faktik halı kimi cavabdehin torpaq sahəsini zəbt etməsinə istinad edir. Göründüyü kimi əvvəlki işin hüquqi vəziyyəti dəyişilməmiş, hazırki işin hüquqi vəziyyəti ilə eynilik təşkil edir.

39. Buna görə də apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işin icraatına xitam verməkdə haqlı olmuşdur.

40. Lakin apelyasiya instansiyası məhkəməsi Binəqədi qəsəbə Bəldiyyəsinə qarşı iş üzrə icraata xitam verərkən səhvə yol vermişdir. Belə ki, iddiaçının X1rşı əvvəllər eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması barədə işin olması iş materialları ilə müəyyən olunmur.

41. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qərardadı X1rşı hissədə ləğv olun malıdır.

42. Həmçinin iddia tələbi X1rşı olan hissədə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı cavabdeh X1rşı “torpaq sahəsinin zəbtinə son qoyulması, sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbini irəli sürmüş olsa da, bələdiyyənin torpağı zəbt etməsini və ya iddiaçının mübahisəli torpaq sahəsinə dair sahiblik, istifadə hüququnun bələdiyyə tərəfindən məhdudlaşdırılmasının nədən ibarət olmasını qeyd etməmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bələdiyyənin ona verdiyi torpaq sxemlərində müqayisə koordinatlarının və istinad nöqtələrinin göstərilməsi üçün üçüncü şəxs kimi məhkəməyə çağırılmasının vacibliyini bildirmişdir. Lakin iddia ərizəsində bələdiyyəni üçüncü şəxs kimi deyil, cavabdeh kimi qeyd etmişdir.

43. Halbuki, iddiaçının torpaq sahəsinin koordinatlarını mü əyyən etmək üçün X2 müraciət etməsi və sonuncunun bundan imtina etməsi iş materiallarından müəyyən olunmur. İddiaçının bələdiyyəyə qarşı bu tələblə məhkəməyə müraciət etməsindən əvvəl bələdiyyəyə müraciət etməsi və onun tələbini təmin etməkdən imtina etməsi barədə sənəd əlavə olunmalı idi. Bu hal, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün əsaslardan biridir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3672/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərardadı qismən – cavabdeh X1rşı iddia üzrə mülki işin icraatına xitam verilməsinə aid hissədə ləğv edilsin. Həmin hissədə id dia tələbi baxılmamış saxlanılsın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar