Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-506/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-506/21 (Açar sözlər: evin boşaldıması, pulun qaytarılması, icranın eyni vaxta həyata keçirilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 vəkili Yusubov Orxan Hümbət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 v ə Cavabdeh3 qarşı “fərdi yaşayış evinin alqı-satqısından imtina olunması və bununla əlaqədar cavabdehlərə ödənilmiş vəsaitin və vurulmuş mənəvi ziyanın tutularaq ödənilməsi ardıcıllığı ilə eyni gündə həmin evin cavabdehlərə qaytarılması” barədə ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3806/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkə mədə iddia qaldıraraq hazırda yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35H saylı fərdi yaşayış evinin alqı-satqısından imtina olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ondan aldıqları 77500 manat pulun, ona vurduqları 5000 manat mənəvi ziyanın, cəmi 82500 manat pulun alınıb ona ödənilməsindən sonra ardıcılığı ilə eyni gündə həmin fərdi yaşayış evinin boşaldılması və ya tələb etdiyi məbləğin cavabdehlər tərəfindən ödənilmədiyi təqdirdə həmin evin real bazar qiyməti ilə, lakin 82500 manatdan az olmamaq şərti ilə qiymətləndirilərək hərrac yolu ilə satılması, habelə əldə edilmiş vəsait hesabına xeyrinə tutulmalı olan məbləğin tam şəkildə ödənilməsi, qalıq məbləğin cavabdehlərə qaytarılmasından sonra ardıcılığı ilə eyni gündə mübahisəli evdən ailə üzvl əri ilə birlikdə çıxarılmağı və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunl əsaslandırılıb ki, iddiaçı 2017-ci ilin əvvəllərində Sahil qəsəbəsindəki mənzilini satıb Lökbatan qəsəbəsində ev almaq üçün alqı-satqı mərkəzinə müraciət etmiş və bu zaman Cavabdeh1 ilə tanış olmuşdur.
3. Cavabdeh1 iddiaçıya yaşadığı evi satmaq istədiyini bildirmiş və birlikdə Kənanın yaşadığı evə baxmışlar. İlk baxışdan ev iddiaçının xosuna gəlmişdir. Lakin həmin vaxtı evin mülkiyyət sənədi olmamış, evin yerləşdiyi torpaq sahəsi isə Lökbatan Bələdiyyəsi tərəfindən verilməklə torpağın alqı-satqısına dair akt digər Cavabdeh2 adına olmuşdur.
4. Cavabdeh1 həmin torpaq sahəsinin və evin faktiki olaraq ona məxsus olduğunu, orada üç ilə yaxın müddət ərzində ailəsi ilə birlikdə yaş adığını, evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 adına olsa da, Mehmanın həmin torpaq sahəsini qardaşı Cavabdeh3 satdığını bildirmişdir.
5. Cavabdeh iddiaçının evi alacağı təqdirdə 21 gün müddətində həmin evə mülkiyyət hüququnu təsdiq dən sənədləri iddiaçıya təqdim edəcəyini bildirmişdir.
6. Bu işlə əlaqədar iddiaçı Cavabdeh2 və Cavabdeh1 qardaşı Cavabdeh3lə də tanış olmuş və onlar da eyni sözləri demişlər.
7. İddiaçı Cavabdeh1lə digər cavabdehlərin iştirakı ilə evin qiymətini 92000 manata və həmin məbləğin 77500 manatını əvvəlcədən ödəməyi, qalan 14500 manatı isə 21 gündən sonra evin sənədləri ona təqdim edildikdən sonra verəcəyi barədə şifahi razılığa gəlmişlər.
8. Razılıq əsasında da iddiaçı Cavabdeh1 77500 manat pul ödəmiş və ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı evə köçmüşdür.
9. İddiaçı hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır.
10. Lakin cavabdehlər vəd etdiyi kimi evin sənədlərini iddiaçıya verməmiş, evin sənədlərini tələb etdikdə isə müxtəlif bəhanələr gətirmiş, qalan 14500 manat pulu tələb etmiş, əks tədqirdə iddiaçını evdən çıxaracaqları ilə hədələmişlər.
11. İddiaçı bu barədə müxtəlif orqanlara şikayətlər etmiş, cavabdehlərə ödədiyi 77500 manat pulu onlardan geri alıb yaşadığı evin alqı-satqısından imtina etməklə həmin evi onlara qaytarmaq qərarına gəlsə də, cavabdehlərlə bu barədə razılaşa bilməmişlər.
12. Bu səbəbdən də iddiaçı stres keçirmiş, ona mənəvi ziyan vurulmuşdur ki, mənəvi ziyanı da iddiaçı 5000 manat miqdarında dəyərləndirir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 5 68.2, 569.2, 572.1, 576, 646.2, 648.1 və 648.2-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh1 da İddiaçı qarşı qarşılıqlı iddia verərək cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehin əşyalarından boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində qoyulmuşdur.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilsə də, faktiki olaraq ev Cavabdeh1 məxsusdur və o, ailəsi ilə birlikdə bir necə ildir ki, həmin evdə yaşayır.
17. Həmin evə daşınmaz əmlakın qiymətlədirilməsi həyata keçirilmiş və dəyəri 1680 00 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavad oğlu 2017-ci il tarixdə həmin evi onlardan almaq istəmişdir.
18. Belə ki, Cavabdeh1 atası xərçəng xəstəsidir. Atasının müalicəsinə müəyyən qədər pul lazım olduğundan Cavabdeh1 evi İddiaçı satmaq qərarına gəlmiş və evin 92000 manata satılmasına, pulun ev özəlləşdiriləndən və daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatdan keçəndən sonra ödənilməsinə razılaşmışlar.
19. Cavabdeh1 evi İddiaçı təhvil verərək həmin evdən çıxmış və ailəsi ilə birlikdə yaxınlıqdan kiçik bir ev alaraq ora köçmüşdür.
20. Cavabdeh1 evə görə İddiaçı hissə-hissə 77500 manat pul almışdır.
21. K.Tağyevin başı atasının xəstəliyinə qarışmış və atası 2018-ci ildə vəfat etdiyindən evin sənədləşdirilməsi 2018-ci ilin iyul ayına kimi çəkmişdir. 2018-ci ilin iyul ayında e və dair Çıxarış alınımışdır.
22. Bundan sonra Cavabdeh1 İddiaçı evin sənədlərini aldıqlarını və pulun qalan hissəsinin ödənilməsini tələb etsə də, İddiaçı hər dəfə ailəsinin problemi olmasını, ona vaxt verilməsini xahiş etmiş və pulu ödəməkdən imtina etmişdir.
23. Hazırda isə İddiaçı evi bəyənməyib qaytarmaq istədiyini bildirir.
24. Cavabdeh1 evi İddiaçı yaxşı vəziyətdə təhvil vermiş, lakin sonuncu mübahisəli evdə qaldığı müddət ərzində evin həyətinə daimi su tökdüyündən, divarları və həyətin hasarları artıq nəmlənmiş və evin vəziyyəti bir qədər pisləşmişdir.
25. İddiaçı ödədiyi 77500 manat pulun qaytarması mümkün deyildir. Belə ki, Cavabdeh1 pulun bir hissəsini atasının müalicəsinə və dəfn mərasiminə xərcləmiş, qalan hissəsinə isə başqa yerdə özünə ev almışdır. Mübahisəli evi satmaqla idd iaçıya borclu olduqları pulu ödəyə bilər. Lakin İddiaçı evdən çıxmasa evin satılması mümkün olmayacaq.
26. İddiaçı evin hərracda satılmasını ona görə istəyir ki, evi hazırkı dəyərindən aşağlı qiymətə hərracdan özü almaqla borclu olduğu 14500 manat pulu ödəməsin.
27. Bundan başqa, mübahisəli ev mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsusdur. Lakin İddiaçı Cavabdeh2, ümumiyyətlə, görməmiş, onunla hər hansı pul məbləği barədə razılaşması olmamış, M.Əlyevə pul verməmişdir.
28. Cavabdeh2 İddiaçı qarşısında Cavabdeh1 öhdəlikləri üzrə hər hansı məsuiyyəti öz üzərinə götürməmiş, bununla bağlı aralarında hər hansı notariat qaydada və müvafiq qeydiyyata alınmış hər hansı ədq bağlanmamışdır.
29. Belə olan halda Cavabdeh1 öhdəlikləri ilə bağlı üçüncü şəxsin mülkiyyətində olan daşınmaz əmlakın hərrac yolu il ə satılması və yaxud borcun ödənilməsi ilə mübahisəli evdən çıxarılmasının eyni vaxtda icra olunması mülki qanunvericiliyin tələblərinə ziddir.
30. Həmçinin iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh3 isə bu işlərə hər hansı bir aidiyyəti olmamış, sadəcə Cavabdeh1 qardaşı kimi müəyyən məlumatı olmuşdur.
31. Qarşılıqlı iddia Mülki Məcəllənin 425-ci maddəsi ilə əsaslandırılmışdır.
32. İlk iddia üzrə Cavabdeh2 iddiya etiraz olaraq göstərib ki, onunla İddiaçı arasında mübahisəli evlə bağlı hər hansı münasibət olmayıb. Cavabdeh1 öhdəlikləri üzrə Cavabdeh2 pul tutulması hüquqa ziddir.
33. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-3573/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən, qarşılıqlı iddia isə tam təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhər i, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 (yetmiş yeddi min beş yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 77500 (yetmiş yeddi min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və İddiaçı mübahisəli mənzildən çıxarılmaqla mənzil boşaldılması hərəkətlərinin eyni vaxtda icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rufan Mürsəlov)
34. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Qarada ğ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olsa da faktiki olaraq həmin ev Cavabdeh1 istifadəsində olmaqla o, həmin evi şifahi razılaşma əsasında 2017-ci il tarixdə İddiaçı Heydər oğluna 92000 manata satmağa razılaşmışdır. Telman Razmazanov həmin puldan 77500 manat verib ailəsi ilə birlikdə mübahisəli evə köçüb orada yaşayır. Qalan 14500 manat pulun evin sənədləri təqdim edildikdən sonra veriləcəyi barədə tərəflər arasında şifahi razılaşma olmuşdur. Lakin cavabdeh tərəfindən evin sənədləri vaxtında təqdim edilmədiyindən tərəflər arasında narazılıq yaranmışdır.
35. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair qanunun tələbləri (eləcə də beh müqaviləsinin tələbləri) poz ulmuşdur.
36. Birinci instansiya məhkəməsi hesab edib ki, hazırda evin mülkiyyətçisi olan Cavabdeh2 baş vermiş bu münasibətlərdə kifayət qədər rolu və marağı olduğundan evə görə iddiaçı tərəfindən ödənilmiş pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
37. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdeh X1 hər hansı öhdəliyinin olmamasını müəyyən edib, ona qarşı iddianın təmin edilməməsi nəticəsinə gəlib. yoxdur. Ona görə də iddia ona aid hissədə təmin edilməməlidir.
38. İlk iddianın 5000 manat mənəvi ziyan tələbi ilə məhkəmə qeyd edib ki, bu tələblə bağlı hər hansı sübut təqdim edilməyib.
39. Məhkəmə belə qənaətə gəlib ki, iddiaçının tələb etdiyi məbləğin cavabdehlər tərəfindən ödənilmədiyi təqdirdə evin real bazar qiyməti ilə, lakin 8250 0 manatdan az olmamaq şərti ilə qiymətləndirilərək hərrac yolu ilə satılması, habelə əldə edilmiş vəsait hesabına xeyrinə tutulmalı olan məbləğin tam şəkildə ödənilməsi, qalıq məbləğin cavabdehlərə qaytarılması tələbi də əsassız olduğu üçün təmin edilməməlidir.
40. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi məhkəmə hesab edib ki, İddiaçı da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evdən çıxarılmasına və evin boşaldılmasına etirazı olmadığından və bu tələb qanuni olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir.
41. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı hazırkı mübahisəli mənzili almaq üçün başqa mənzil satmış və hazırda da mübahisəli mənzildə yaşamaqla başqa yaşayış sahəsinə malik olmadığı üçün İddiaçı mübah isəli mənzildən çıxarılması ilə mənzilə görə ödədiyi pulun geri qaytarılmasını eyni vaxtda icra edilməsi əsaslı və ədalətlidir.
42. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 337, 491.1, 491.2, 567, 646.1, 646.2 və 648-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
43. İlk idda üzrə Cavabdeh2 apellyasiya şikayəti vermiş və qətnamənin dəyişdirilməsi, iddianın ona qarşı olan hissədə rədd edilməsini xahiş etmişdir. ləğv olunmaqla iddiasının təmin edilməsini xahiş etmişdir.
44. Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırıb ki, onun Cavabdeh1lə mübahisəli ev barədə razılaşması bir neçə il əvvəl, İddiaçı həmin evə köçənə qədər olmuş, bundan sonra onunla ilk iddiaçı arasında hər hansı münasibət olmamışdır. Belə olan halda İddiaçı Cavabdeh1 öhdəlikləri üzrə ondan hər hansı pul vəsaitini tələb etməsi absurddur və hüquqaziddir.
45. Cavabdeh1 tərəfindən pul ödənilməsi ilə eyni vaxtda İddiaçı evdən çıxarılmasına etiraz edir, çünki İddiaçı evdə qalması Cavabdeh2 mülkiyyət hüququnun pozulmasına səbəb olur. Cavabdeh1 evin faktiki sahibi olsa da, ev mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir.
46. Cavabdeh (qarşılıqlı iddiaçı)Cavabdeh1 da apellyasiya şikayəti verib, qətnamənin dəyişdirilməsi, ilkin iddianın yalnız İddiaçı evdən çıxarılması və evin boşaldılması hissəsində təmin edilməsini, qalan hissədə rədd olunmasını xahiş etmişdir.
47. Cavabdeh1 apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırıb.
48. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9893/2019 nömrəli, xx xxxx 2019- cu il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3573/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Azad İmanov)
49. Apellyasiya instansiyası məhkəməsi iş materialları və tərəflərin izahatına istinadən müəyyən etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsindən 250 kv.mni 16000 manata Cavabdeh3 satmışdır. Sonuncunun qardaşı Cavabdeh1 həmin torpaq sahəsində hazırda mübahisəsi gedən fərdi yaşayış evini tikərək, həmin evdə əvvəlcə ailəsi birlikdə özü yaşamış, 2017-ci ildə isə onu İddiaçı 92000 manata satmışdır. Sonuncu həmin puldan 77500 manat verməklə ailəsi ilə birlikdə mübahisəli evə köçmüş, qalan 14500 manatı isə evin sənədləri təqdim edildikdən sonra veriləcəyi barədə tərəflər arasında şifahi razılaşma olmuş, lakin evin sənədləri vaxtında hazır olmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Hazırda mübahisəli evdə ailəsi ilə birlikdə İddiaçı yaşayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırki mübahisəyə Mülki Məcəllənin 157.2, 567, 646, 648, 337 və 491-ci maddələrinin tətbiq etməsini düzgün saymamış və bu əsasla da qətnaməni ləğv etmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli yaşayış evinin alqı-satqısı barədə tərəflər arasında 2017-ci ildə münasibətlər yaranarkən və Cavabdeh1 həmin evə görə İddiaçı 77500 manat alarkən həmin ev Cavabdeh1, nə də başqa şəxsin adına qeydə alınmamışdır. Yaşayış evi ilk dəfə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh1 iddiaçıdan mübahisəli evə görə 77500 manat alar kən həmin evə dair hər hansı sərəncam vermək hüququ olmamışdır. Belə olan halda mübahisəli yaşayış evinin alqı-satqısından söhbət gedə bilməz və birinci instansiya məhkəməsinin də mübahisənin həlli ilə bağlı iddianın qanuni əsası kimi Mülki Məcəllənin daşınmaz əşyaların alqı-satqısı, beh və etibarsız əqdlərlə bağlı müddəalarına istinad etməsi əsassız olmuşdur.
52. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
53. Daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləs i notariat qaydasında təsdiq olunmalı olduğu üçün apellyasiya instansiyası hesab edib ki, mübahisəsi gedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmadığından (həmin ərəfədə ev ümumiyyətlə qeydə alınmamışdır), bununla da həmin ev onun mülkiyyyətində olmadığından, onun həmin evi İddiaçı sataraq, sonuncunun hesabına varlanmaq hüququ da olmamışdır.
54. Apellyasiya instansiyası qeyd edib ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə sənədlərinin olması da tərəflər arasında alqı-satqı əqdinin baş verməsinə əsas yaratmır və onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Hazırki halda iddiaçı mübahisəli evə görə Cavabdeh1 ödədiyi pul vəsaitini geri tələb edə bilər və onun bu hissədə tələbi əsassız varlanma müddəalarına uyğu n təhlil edilməlidir.
55. Apellyasiya instansiyası Cavabdeh1 mübahisəli evə görə iddiaçı tərəfindən ona 77500 manat məbləğində pul ödənilməsini etiraf etməsinə əsaslanıb belə qənaətə gəlib ki, Cavabdeh1 iddiaçının vəsaiti olan 77500 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə edib.
56. Apellyasiya instansiyasının gəldiyi nəticə belə olub ki, İddiaçı tərəfindən mübahisəli evin alınması üçün Cavabdeh1 ödənilmiş 77500 manat məbləğində pul vəsaiti sonuncudan alınaraq İddiaçı geri qaytarılmalıdır. Lakin 77500 manat məbləğində pulun Cavabdeh1lə bərabər, həm Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsində də isə iddianı əsassız hesab edən apellyaisya məhkəməsi vurğulayıb ki, mübahisəli evə dair bütün danışıqlar İddiaçıla Cavabdeh1 arasında getmiş, 77500 manat pulu da məhz sonuncu almışdır. Həmin vaxt yaşayış evi Cavabdeh2 mülkiyyətində olmamış, ev onun adına sonradan qeydə alınmışdır. İddiaçıla cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında hər hansı razılaşmanın olması və onların iddiaçıdan hər hansı məbləğdə pul almaları müəyyən edilmir. Belə olan halda isə pulun Cavabdeh1lə bərabər digər cavabdehlərdən də tutulması yolverilməzdir.
57. Apellyasiya instansiyası İddiaçı iddia tələbinin digər hissələri ilə bağlı qeyd edib ki, mənəvi zərərlə bağlı tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.
58. Üstəlik, apellyasiya instansiyası iddiaçının pul tələbinə dair iddiasının təmin olunmasını mənəvi ziyanın ədalətli kompensasiyası kimi qiymətləndirib.
59. Pulun İddiaçı ödənilmədiyi təqdirdə yaşayış evinin hərraca çıxarılmasını yolverilməz hesab edən apellyasiya instansiyası bu tələblə bağlı qeyd edib ki, həmin pul vəsaitinin Cavabdeh1 İddiaçı xeyrinə tutulmasının əsasını əsassız varlanma təşkil edir, yəni həmin tələbin Cavabdeh2 mülkiyyətində olan yaşayış evi ilə bağlılığı yoxdur. Buna görə də Cavabdeh1 tutulmalı olan 77500 manat pulun Cavabdeh2 mülkiyyətində olan yaşayış evinə yönəldilməsi (hərraca çıxarılması) mümkün deyildir.
60. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiya instansiyası qeyd edib ki, İddiaçı mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılması barədə tələb irəli sürmək üçün Cavabdeh1 subyektiv hüququ yoxdur, çünki o, mübahisəli yaşayış evinin mülkiyyətçisi deyil.
61. Ap elyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091-ci maddəsi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
62. İddiaçı kassasiya şikayəti vermiş, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
63. İddiaçı kassasiya şikayəti onunla əsaslandırlıb ki, cavabdehlərin apelyasiya şikayəti qətnamənin ləğvinə yönəlməsə də, apelyasiya məhkəməsi şikayətin həddini aşmışdır.
64. Apellyasiya məhkəməsi Cavabdeh2 cavabdehlər sırasından çıxarmaqla səhvə yol vermişdir.
65. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 də kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsii ləğv edilməsi və qarşılıqlı iddianını təmin təmin olunması barədə ye ni qərar çıxarılmasını xahiş etmişdir.
66. Cavabdeh1 kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-846/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilk iddia tələbinin pul ödənildikdən sonra evin eyni gündə boşaldılması və qarşılıqlı iddia tələblərinin İddiaçı mübahisəli yaşayış evindən çıxarılması və yaşayış evinin boşladılmasının rədd edilməsi hissələrdə ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
68. Apellyasiya instansiyasının qətnaməsinin ləğv edilən hissələrində kassasiya instansiyası məhkəməsi qeyd edib ki, ilk iddiaçının evin boşaldılması və qarşılıqlı iddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Çünki o, mübahisəli yaşayış evinin mülkiyyətçisi deyil. Mübahisəli yaşayış evindən çıxarılması barədə iddia qaldırmaq hüququna yalnız həmin evin mülkiyyətçisi olan Cavabdeh2 malikdir.
69. Kassasiya instansiyası hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin ilk iddia tələbinin 77500 manat pulun ona ödənilməsindən sonra eyni gündə evin boşaldılması və qarşılıqlı iddia tələbinin rədd etməkdə düzgün nəticəyə gəlməmiş, maddi hüquq no rmalarını düzgün tədbiq etməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
70. Kassasiya instansiyasının mövqeyinə görə işin mübahisələndirilməyən halları ilə mübahisəli yaşayış evinin Cavabdeh1 tərəfindən inşa edildiyi, bir müddət sonuncunun öz ailəsi ilə birlikdə orada yaşaması, evin satılması ilə bağlı İddiaçıla danışıqların onunla aparılması müəyyən edilmişdir. Həmçinin aydın olur ki, Cavabdeh2 də həmin evə dair Cavabdeh1 qarşı heç bir tələbi yoxdur. Evin Cavabdeh1 tərəfindən inşa edilməsi, torpaq sahəsinin sonuncunun qardaşı Cavabdeh3 qeyri-rəsmi satılması, Cavabdeh1 isə torpaq sahəsinin və evin faktiki sahibi olması Cavabdeh2 tərəfindən mübahisələndirilmir. Belə olan halda Cavabdeh1 yaşayış evinə münasibət də maraqları vardır. Ona görə də, İddiaçı həmin evin alınması üçün verdiyi 77500 manat pulun tələb edilməsi hüququ olduğu kimi, Cavabdeh1 də həmin yaşayış evindən İddiaçı çıxarılmasını və evin boşaldılmasını tələb etmək hüququ vardır.
71. Kassasiya instansiyasının onuda qeyd edib ki, apelyasiya instansiyası məhkəmə nəzərə almayib ki, bu tələbi həmçinin ilkin iddia üzrə iddiaçı da ərizəsində göstərmiş və birinci instansiya məhkəməsi tərəfindən tələb həmin hissədə təmin edilmişdir. İddiaçı bu hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətlərinə əsasən tam yoxlamasına, qətnaməni bütövlükdə ləğv edib yeni yeni qətnamə qəbul etməsinə baxmayaraq ilk iddianın göstərilən his səsinə hüquqi qiymət verməmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
72. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3806/2020 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsinin icranı müəyyən edən hissəsi ləğv edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Raqib Qurbanov)
73. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişlərə əsasən müəyyən edib ki, mübahisəli yaşayış evi Cavabdeh1 tərəfindən inşa edilib, bir müddət sonuncu öz ailəsi ilə birlikdə orada yaşayıb, evin satılması ilə bağlı İddiaçıla danışıqlar onunla aparılıb. Həmçinin Cavabdeh2 də həmin evə dair Cavabdeh1 qarşı heç bir tələbi yoxdur.
74. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, evin Cavabdeh1 tərəfindən inşa edilməsi, torpaq sahəsinin sonuncunun qardaşı Cavabdeh3 qeyri-rəsmi satılması, Cavabdeh1 isə torpaq sahəsinin və evin faktiki sahibi olması Cavabdeh2 tərəfindən mübahisələndirilmədiyi üçün Cavabdeh1 yaşayış evinə münasibətdə maraqları vardır. Bu səbəbdən də İddiaçı həmin evin alınması üçün verdiyi 77500 manat pulun tələb edilməsi hüququ olduğu kimi, Cavabdeh1 də həmin yaşayış evindən İddiaçı çıxarılmasını və evin boşaldılmasını tələb etmək hüququ vardır.
75. Apellyasiya instansiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarına istinadən həmçinin belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin qətnaməsinin icranı müəyyən edən hissəsi ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
76. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin icranı müəyyən edən hissədə qətnamə üzrə hər iki tələbin eyni zamanda icra edilməsi müəyyən edilməklə dəyişdirilməsini xahiş etmişdir.
77. Kassasiya şikayəti belə əsaslandırlıb ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini icranı müəyyən edən hissədə ləğv etməklə bərabərlik prinsipini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
78. Kassasiya şikayətinə cavabdehin (qarşılıqlı iddiaçının) yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
79. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
80. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Yusubov Orxan Hümbət oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
81. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas ol madan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
82. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini birinci instansiya məhkəməsinin qətnaməsini icranı müəyyən edən hissədə ləğv edilməsi hissəni mübahisələndirib. Bu baxımdan kollegiya da apelyasiya instansiyası məhkəməsinin aktını həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3573/2018 saylı qətnaməsinin icranı müəyyən edən hissəsini ləğv etməklə düzgün nəticəyə gəlməmişdir.
85. Əvvəla, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsinin icranı müəyyən edən hissəsini ləğv edərkən bunu qətnamədə əsaslandırmayıb, yalnız ümumi şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarına istinad edib.
86. Halbuki Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.
87. Apellyasiya instansiyası isə birinci instansiya məhkəməsinin qətnaməsinin icranı müəyyən edən hissədə ləğv etməsini əs aslandırmamaqla prosessual normanının tələblərini pozmuşdur.
88. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbi mahiyyətinə görə ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlib. İlk iddiaçının evdən çıxarılması və evə ödənilmiş pulun ilk iddiaçıya qaytarılması barədə müvafiq olaraq qarşılıqlı və ilk iddia tələbləri təmin edilib. Belə olan halda, hər iki tələbin eyni vaxtda icra edilməsinin müəyyən edilməsi qətnamənin hər iki şəxs tərəfindən eyni məsuliyyətlə icrasına və bununla da tərəflərin eyni vaxtda bərabər vəziyyətə gətirilməsinə imkan yaradır.
89. Əks halda, yəni hər iki tələbin eyni vaxtda icra edilməsi müəyyən edilməzsə, bu, evdən çıxarılması qət edilən iddiaçının eyni qətnamədən əldə edə biləcəyini cavabdehə nisbətən daha gec almasına səbəb ola bilər ki, bu da ədalət və bərabərlik prinsipinə ziddir. 90. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 nömrəli Qərarında da qeyd edilib ki, (6.10-cu bənd) əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir.
91. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən əqdin ləğvi və ya etibarsızlığı kontekstində qiymətləndirilməsə də, İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evinə görə ödənilmiş 77500 manat məbl əğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 35 H saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilməklə tərəflərin mahiyyət etibarilə əvvəlki vəziyyətə gətirilməsi müəyyən edilib.
92. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – ilk iddianın icranın eyni vaxtda olması tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, ilk iddia həmin hissədə təmin edilməli, evdən çıxarılma və pulun ödənilməsi eyni vaxtda icra edilməlidir.
93. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı k assasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3806/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – ilk iddianın icranın eyni vaxtda olması tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İlk iddia həmin hissədə təmin edilsin. İddiaçı evdən çıxarılması ilə pulun ona ödənilməsi eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.