Məhkəmə qərarları › İş №2(102)-506/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-506/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-506/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-506/2023 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilərək çıxarılma, birgə nikah müddətində əldə olunmuş əmlakdan payın müəyyən edilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək çıxarılma” tələbinə dair ilkin iddiası və C avabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5778/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X10 ilə Cavabdeh 20 sentyabr 2017-ci il tarixdə faktiki ailə quraraq ərarvad münasibətinə girmiş, nikahlarını 03 fevral 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin arasında olan nikahları pozulmuşdur. T ərəflərin birgə nikahlarından uşaqları yoxdur.

2. İddiaçı Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 37.600 manata almışdır. Həmin mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri X ətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A ünvanında yerləşən 19 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşıdır, 25 ildir ki, İsveçrə dövlətində yaşayır. Lakin rəsmi nikaha daxil olmadan öncə cavabdeh özünə aid bir evin olmadığını və kirayədə yaşamaq istəmədiyini bildirərək ayrı bir mənzilin alınmasını israrla tələb etmiş, mənzil alınmadığı təqdirdə ailəsinin bu nikaha icazə verməyəcəyini bildirmişdir. Beləliklə xx.xx.2018-ci il tarixdə (rəsmi nikaha daxil olmada n 4 gün öncə), Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 23.600 Frank (kurs 1,16 Avro ilə 20.344 Avro) pulu çıxararaq, özü ilə Bakı şəhərinə gətirmişdir (bankdan rəsmi çıxarış mövcuddur). Həmin zamana olan məzənnə ilə 20.344 Avro Azərbaycan manatı ilə 38.000 manat edirdi. xx.xx.2018-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuşlar. Bundan 2 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə, 52 saylı Dövlət Notariat Kontorunun 4Ə/124 reyestr nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, mənzil 19-da yerləşən 43,8 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin alqı-satqısı baş tutmuş, (mənzil təqribi 38.600 manata alınmışdır). Mənzilin alqısatqı prosesində özü iştirak edib və mənzilin dəyərini özü ödəyib. xx.xx.2018-ci il tarixdə DƏDRX-də mənzilin çıx arışı onun adına rəsmiləşdirilmişdir. Mənzil təmirsiz olmuşdur. Mənzilin təmirinə də xərclənən pul vəsaiti özü tərəfindən ödənilmişdir. O, İsveçrədə yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 5.771 Frank və 1.500 avro, 2.000 ABŞ dolları pul vəsaitini bankdan çıxararaq, ayrı-ayrı vaxtlarda, qısa müddət ərzində cavabdehə göndərmişdir. Yəni, mənzilin satın alınmasından əlavə, mənzilin təmirinə də xərclənən pul vəsaiti onun şəxsi hesabından ödənilmişdir. Hal-hazırda cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da qeydiyyatdadır və orada yaşayır. Cavabdehlə həm rəsmi, həm faktiki bütün qohumluq münasibətləri bitmişdir. Lakin özünə məxsus əmlakdan istifadə edə bilmir və sərəncam verə bilmir. Belə olan halda mülkiyyət hüquqları məhdudlaşır, məhz buna gör ə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsə də, həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir. Belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda cavabdeh və onun nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməmişdir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qarşı tərəfin iddia ərizəsində iddiaçının Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı hesabından 23.600 Frank pulu çıxararaq özü ilə Bakı şəhərinə gətirməsi (bankdan rəsmi çıxarışın mövcud olması qeyd olunsa da, iddia ərizəsinə həmin çıxarış əlavə edilməmişdir. İddia ərizəsində qeyd olunduğu kimi 23.600 Frank pulun, yəni 10.0 00 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə ölkəyə gətirilməsi üçün “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilməsi barədə sənəd təqdim edilməlidir, Qanunun həmin tələblərinin yerinə yetirilməməsi, yəni qeyd olunan məbləğin bəyannamədə göstərilmədən ölkə ərazisinə gətirilməsi isə cinayət məsuliyyəti yaradır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ ölkəyə gətirilərkən bəyan edilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində mənzilin təmirinə xərclənən pul vəsaitinin İsveçrədə yerləşən “Glamer Kantonalbank”dakı hesabından 5.771 Frank və 1.500 avro, 2.000 ABŞ dolları pul vəsaitini ayrı-ayrılıqda qısa müddət ərzində ona göndərilməsi qeyd olunsa da, mənzil alındığı xx.xx.2018-ci il tarixdən sonra iddiaçı tərəfində n ona qeyd olunan məbləğlər göndərilməmişdir. Həmin hal onun bank kartına mədaxil olmuş məbləğlərlə bağlı çıxarışla da təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra cavabdeh iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikaha xx.xx.2018-ci il tarixdə girsə də, fakitiki olaraq xx.xx.2017-ci il tarixdə toyları olmuş və faktiki olaraq həmin tarixdən də ər-arvad münasibətində olmuşlar. Rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi, keçmiş həyat yoldaşının Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə bağlı olmuşdur. İddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girdikdən sonra xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili almışlar. Belə ki, ailə qurmamışdan öncə valideynləri rəhmətə getmiş, valideynlərindən qalan mənzil qardaşı X3 və onun mülkiyyətinə keçmişdir. Ailə qurduğuna görə keçmiş həyat yoldaşının evi olmadığından ev almaq məqsədilə valideynlərindən qalan Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi 8-ci döngə, ev 20 a mənzilin özünə aid hissəsini 35.000 manata xx.xx.2017-ci il tarixdə, yəni fakt iki nikahdan 1 ay sonra satmışdır. Bundan başqa, ailə qurduğuna görə keçmiş həyat yoldaşı ilə planlaşdırdıqları kimi onun yaşadığı ölkəyə gedəcəklərindən işdən çıxdığına görə xx.xx.2018-ci il tarixdə 1.545 manat da işdənçıxma müavinəti almışdır. Həmçinin, toylarından da 2.000 manatadək pul yığılmışdır. Faktiki nikahdan, yəni xx.xx.2017-ci il tarixdən 1 ay sonra xx.xx.2017-ci il tarixdə özünə məxsus evi satması, həmçinin rəsmi nikahdan öncə işdən çıxma müavinəti alması, mübahisəli mənzili isə rəsmi nikahdan 3 gün sonra alması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə, həmçinin məhkəməyə gələcək şahid ifadələri ilə sübut olunur. Beləliklə, mənzilin alınması üçün mənzilin ümumi dəyərinin 21.000 manatı onun tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin çox his səsinin onun tərəfindən ödənilməsinə baxmayaraq, iddiaçının adına almaqda məqsədləri onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyi olmuşdur. Bundan başqa, mənzil tam təmirsiz olduğundan mənzil təmir olunanadək 2-3 ay müddət qardaşının evində yaşamışlar. Evin təmiri də özünün vəsaiti ilə həyata keçirilmiş, hətta evin əşyalarının alınması üçün özünə məxsus zinət əşyalarından da satmış və özünə məxsus evin satış pulu, işdənçıxma müavinəti və toydan yığılan pullar hesabına evi alıb və təmir etdirmişlər.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4529/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payları müəyyən edilməklə, mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi barədə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilin yalnız onun vəsaiti hesabına əldə olunması və təmir olunmasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

11. Qarşılıqlı iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh qeyd olunan mənzilin onun hesabına təmir olunmasını göstərərək, mənzilin üzərində payların qeyri-bərabər müəyyən olunmasını xahiş etsə də, tələbini əsaslandıra bilməmişdir.

12. Qarşılıqlı iddianın təmin edilən hissəsində məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın tərəflər arasında qeyri-bərabər bölünməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasını nəzərə alınmaqla, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payları müəyyən edilməlidir.

13. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.2, 36.3, 37.1, 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətində iddia ərizəsində göstərilənlən əsaslara istinad etmiş, şikayəti həmçinin onunla əsasıandırmışdır ki, məhkəmənin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməm iş, araşdırılmalı olan hallar araşdırılmamış, açıq-aydın olan hallara isə göz yumulmuşdur.

16. Qətnamədən həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya dair hissəsinin ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən eyni əsaslara istinadla əsaslandırmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kllegiyasının 2(103)-10502/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddianın təmin edilməsi, cavabdehin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 20A, 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi işin mübahisələndirilən halıdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, həm ilk, həm də qarşılıqlı iddiaların düzgün və obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmaması araşdırılmalıdır. Tərəflərin verdikləri iz ahatlardan görünür ki, həm ilk, həm də qarşılıqlı iddiaçı mənzilin faktiki olaraq birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilmədiyini qəbul edirlər. Belə ki, ilk iddiaçı ümumiyyətlə, həmin vəsaitin hamısının ona məxsus olduğunu, mənzilə görə ödənilmiş məbləği mənzil əldə edilməmişdən bir neçə gün əvvəl İsveçrədə öz bank hesabından çıxararaq Bakıya gətirdyini və burada Azərbaycan manatına çevirərək mənzili əldə etdiyini bildirir. Qarşılıqlı iddiaçı isə mübahisəli mənzili əldə etməmişdən təxminən üç ay əvvəl qardaşı ilə birlikdə paylı mülkiyyətlərində olan mənzilin özünə aid 1/2 hissəsini satdığını və əldə etdiyi vəsaitin 21.000 manatını bu evin alınmasına sərf etdiyini bildirmişdir. Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyət hesab edilməsi üçün ilk növbədə həmin əmlakın birgə nikah müddətində, daha sonra isə tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir.

21. Qeyd edildiyi kimi, tərəflər nikaha xx.xx.2021-ci ildə daxil olmuşlar, mübahisəli mənzilin alqı-satqı müqaviləsi isə xx.xx.2021-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi, təqvim hesabı ilə mübahisəli mənzil tərəflər nikaha daxil olduqdan iki gün sonra əldə edilmişdir, bu səbəbdən də mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş hesab edilməlidir.

22. Buna baxmayaraq, iş materiallarından da göründüyü kimi, həmin mənzilin alqısatqısı ilə bağlı notariat hərəkətləri xx.xx.2021-ci ildə başlanmış, mənzilin dəyərinin tam ödənilməsi də xx.xx.2021-ci ildə, tərəflərin rəsmi nikaha daxil olduqları gün həyata keçirilmişdir. Tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birgə vəsaiti olmadığını, bu vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməmişdir. Yaranmış vəziyyətdə mənzilin əldə edilməsinə sərf edilmiş vəsaitin 21.000 manat hissəsinin ona məxsus olmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Bununla bağlı qarşılıqlı iddiaçı mübahisəli mənzilin alınmasından təxminən üç ay əvvəl özünə 1/2 payla məxsus olan mənzildəki payının satışından gəlir əldə etməsinə və əldə etdiyi həmin gəlirdən 21.000 manat vəsaitin mübahisəli mənzilin alınmasına sərf etməsinə istinad etmişdir. İş materialları ilə həqiqətən də, cavabdehin xx.xx.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20A saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata satdığı müəyyən olunur. Lakin cavabdeh bu alqı-satqıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

23. Məhkəmə kollegiya işin hallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab etmişdir ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin ilk iddiaçı ilə cavabdehin ümumi gəlirləri hesabına əldə edilməsi sübut olunmur. Bu səbəbdən mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mül kiyyəti deyil, iddiaçının mülkiyyəti hesab edilməlidir və iddia tələblərinə hüquqi qiymət verilərkən bu hal nəzərə alınmalıdır.

24. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, tərəflər arasında nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verildiyindən, habelə mənzildən istifadə ilə bağlı tərəflərin arasında hər hansı başqa razılaşma olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

25. Eyni əsaslarla məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə əmlakı olması məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən həmin mənzilə pay hüququnun müəyyən edilərək bölünməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmuşdur.

26. Apellyasiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllən in 157.1, 157.2, 225.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ümumi gəlirləri hesabına əldə edilmədiyini hesab edərək, yekunda belə bir əsassız və qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə yol vermişdir. Məhkəmə sözügedən qətnaməsində tam yalnış olaraq göstərmişdir ki, tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birgə vəsaiti olmadığını, həmin vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu mövqe iş üzrə mövcud olan faktiki hallara, məhkəməyə təqdim edilmiş sübutlara uyğun olmamaqla yanaşı tərəflərin faktiki münasibətlərinə də uyğun gəlmir. Belə ki, məhkəməyə sözügedən mübahisəli mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edildiyinə dair sübutlar, təsdiqedici sənədlər təqdim edilmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3005/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Əhməd Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılırdı. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır və bu hüququn yaranması üç ün başqa razılaşmanın olmasına ehtiyac yox idi. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsas idi. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə işin halları tam araşdırılmamışdır.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

33. Kassasiya məhkəməsi öz mövqeyini Mənzil Məcəlləsinin 30, 30.1, 30.2, 30.4, Mülki Məcəllənin 14, 152-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5778/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı ilk iddiasının təmin olunması, Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən istifadə hüququna xitam verildiyi müəyyən olunması və onun həmin mənzildən çıxarılması, Cavabdeh qarşılıqlı iddiasının rədd olunmasını qət etmiş, hazırkı qətnamənin Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olmasını qeyd etmişdir.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qarşılıqlı iddiası əsassızdır. Birinci, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin mənasına görə, mənzilin yalnız nikah müddətində əldə edilməsi onun ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün kifayət deyil, mən zil həm də ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Alqı-satqı müqaviləsi nikahdan 2 gün sonra bağlansa da, ödəniş qəbzindən görünür ki, mənzilin qiyməti nikahın qeydə alındığı gün - xx.xx.2018-ci ildə ödənilib. Ərarvadın məhz nikahın qeydə alındığı gün 37.600 manat ümumi gəlir əldə etdiyini təsdiq edən sübut yoxdur. Mənzilin qiyməti nikahın qeydə alındığı gün İddiaçı tərəfindən ödənildiyinə görə hesab olunur ki, 37.600 manat İddiaçı özünə məxsus olan puldur. İkinci, nikahın qeydə alındığı gün İddiaçı tərəfindən satıcıya ödənilmiş 37.600 manat pulun hər hansı hissəsinin Cavabdeh tərəfindən İddiaçı verildiyini təsdiq edən sübut yoxdur. Məhkəmə yalnız Cavabdeh sözlərinə əsaslanaraq onun İddiaçı pul verdiyini müəyyən edə bilməz. Alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 ay əvvəl – xx.xx.2017-ci ildə Cavabdeh özünə məxsus evi 35.000 manata satıb. Lakin bu fakt öz-özlüyündə Cavabdeh satışdan əldə etdiyi pulu İddiaçı verdiyini təsdiq etmir. Üçüncü, əgər Cavabdeh mənzilin əldə edilməsi üçün pul vermişdirsə, mənzili öz adına ala və ya müqavilədə İddiaçı ilə yanaşı birgə alıcı kimi qeyd edilməsini tələb edə bilərdi. Cavabdeh mənzilin nəyə görə İddiaçı adına əldə edilməsinin ağlabatan səbəbini izah edə bilmir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mənzilin əldə edilməsi üçün pul verməyib. Dördüncü, İddiaçı 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli deyil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə görə, pul satıcıya məhz İddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun İddiaçı məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məx sus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul İddiaçı məxsusdur. Beləliklə, mənzil ər-arvadın ümumi birgə mülkiyyəti deyil, ona görə də qarşılıqlı iddia təmin edilə bilməz.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının ilk iddiası əsaslıdır. İddiaçı (mülkiyyətçi) ilə Cavabdeh (keçmiş ailə üzvünün) arasında ailə münasibətlərinə xx.xx.2020-ci il tarixli qətnamə ilə xitam verildiyinə görə, həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh mənzildən istifadə hüququna Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilib. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə məhkəmə qərarına əsasən saxlanılması imkanı müəyyən edilsə də, belə qərarın qəbul edilməsinə zərurət yoxdur. Birinci, Cavabdeh özünü yaşayış sahəsi ilə təmin etməyə imkan olmadığını təsdiq edən sübutları birinci instansiya məhkəməsinə tədim etməyib. İkinci, nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçib, Cavabdeh bu müddətdə mənzildən istifadə edib. Yəni Cavabdeh istifadə hüququna xitam verilməsinə baxmayaraq onun mənzildən istifadə imkanı faktiki olaraq 2 il ərzində saxlanılıb. Cavabdehin mənzildən istifadə hüququna xitam verilib və hazırda onun mənzildə yaşaması mülkiyyətçi İddiaçı iradəsinə ziddir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehin mənzildən çıxarılmasını tələb etməyə haqlıdır.

37. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair hesab etmişdir ki, mənzil ərarvadın ümumi birgə mü lkiyyəti olmadığı üçün qarşılıqlı iddia təmin edilə bilməz.

38. Apellyasiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 32.1, Mənzil Məcəlləsinin 30.4, Mülki Məcəllənin 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi mövqe düzgün və iş üzrə mövcud olan faktiki hallara uyğun olmamaqla yanaşı tərəflərin faktiki münasibətlərinə də uyğun gəlmir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin icraatında olduğu döv rdə məhkəməyə sözügedən mübahisəli mənzilin tərəflərin umumi gəlirləri hesabına əldə edildiyinə dair sübut təqdim edilmişdir. Belə ki, mənzilin ümumi dəyəri 37.600 manat təşkil etmiş, həmin məbləğin 21.000 manat hissəsi Cavabdeh tərəfindən, qalan hissəsi isə İddiaçı tərəfindən ödənilmişdir. Sonradan həmin mənzilin təmiri üçün zəruri xərclər də mənzildə yaşadığı dövrdə (Qeyd olunmalıdır ki, hazırki tarixədək Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmaqla orada yaşayır və onun həmin mənzildə istifadə hüququ vardır.) Cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin birgə nikah müddətində onların ümumi gəlirləri hesabına – mənzilin dəyərinin 21.000 manat hissəsinin Cavabdeh, qalan hissəsinin isə İddiaçı tərəfindən ödənilərək əldə edildiy i müəyyən edilir. Bu hal da onu deməyə əsas verir ki, sözügedən mübahisə predmeti olan mənzil tərəflərin ümumi gəlirləri hesabına əldə edilmişdir.

41. Bundan başqa mübahisli mənzilin tərəflərin rəsmi nikahda olduqları dövrdə əldə olunması mübahisəsizdir. Lakin məhkəmə həmin mübahisəli mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə olunması ilə bağlı bütün faktları tam, hərtərəfli şəkildə müəyyən etmədən yalnış olaraq əks mövqeyə, yəni həmin mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilmədiyi qənaətinə gəlmişdir. Bu isə iş materiallarında mövcud olan işin faktiki, eyni zamanda hərtərəfli şəkildə araşdırılmalı olan halları ilə müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi və düzgün olmayan bu mövqeyi ilə razılaşmaq qanuni və əsaslı olmazdı. Apellyasiya inst ansiya məhkəməsi qətnamə qəbul etməklə, cavabdehin qanunla müəyyən edilmiş hüququnun həyata keçirilməsini məhdudlaşdırmış, başqa bir sözlə həmin hüququnu pozmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

42. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

45. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

46. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

47. Maddə 31.1. Ər-arvad ın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

48. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

49. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

50. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin a yrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

51. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

52. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

53. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakını n bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

54. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

55. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayı ş sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

56. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsa sında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Maddə 2 17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

65. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətind ə və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

66. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

67. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 7

2. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin aktının lə ğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərinə əməl olunmadığı müəyyən edilmişdir. 7

6. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X10 ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 20 sentyabr 2017-ci il tarixdə faktiki ailə həyatı quraraq ər-arvad münasibətinə girmiş, nikahlarını 03 fevral 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan, toy məclisindən sonra – lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata satmışdır. İddiaçı Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında 37.600 manata almışdır. Həmin mənzil üzərində id diaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh həmin mənzilə köçüb orada yaşamağa başlamışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin arasında olan nikahları pozulmuşdur. Tərəflərin birgə nikahlarından uşaqları olmamışdır.

77. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilk iddia tələbində ona məxsus olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) isə qarşılıqlı iddia tələbində cavabdehlə birgə nikah dövründə əldə etdikləri mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsini xahiş etmişdir.

78. İlk iddianı rədd edərək, qarşılıqlı iddi anı qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilib və hazırda onun mənzildə yaşaması mülkiyyətçi İddiaçı iradəsinə ziddir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehin mənzildən çıxarılmasını tələb etməyə haqlıdır. Mənzil ər-arvadın ümumi birgə mülkiyyəti olmadığı üçün qarşılıqlı iddia təmin edilə bilməz.

79. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə həm iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), həm də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən apellyasiya şikayətləri verilsə də, iş kassasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışına qaytarıldıqdan sonra, apellyasiya instansiyası məhkəməsi işə yalnız iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxmış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini yoxlamamış və həmin şikayətin dəlillərinə heç bir hüquqi qiymət verməmiş, bununla da hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi barədə qanunvericiliyin tələblərini pozmuşdur.

80. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

82. Bundan başqa məhkəmə kollegiyası daha əvvəl işə baxmış kassasiya kollegiyasının mövqeyinə uyğun olaraq qeyd edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilkin iddia ərizəsində tələbini mülkiyyət hüququnun müdafiəsi ilə bağlı müddəalarla əsaslandırmış, apellyasiya instansiyası məhkəməsi də cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mənzildən çıxarılması barədə nəticəyə gələrkən mülkiyyətin müdafiəsi barədə Mülki Məcəllənin 157.2-ci maddəsinin müddəalarına istinad etmişdir. Qeyd olunmalıdır ki, mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Bununla belə mülkiyyətçinin bu hüquqları hüdudsuz deyildir. Mülki Məcəllənin 152.5-ci maddəsi həmin səlahiyyətlərin qanunda və ya müqavilədə müəy yən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə etmə olmadan həyata keçirilməsini tələb edir. Məhkəmə kollegiyasının mövqeyinə görə mənzildən çıxarılma tələbi üzrə tərəflərin arasında yaranmış münasibətlər mənzildən istifadə üzrə yarandığından, bu mübahisənin həllinə də Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

83. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətləri ndən əmələ gəlir.

84. Həmin Məcəllənin 8.0.6-cı maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri kimi mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi nəzərdə tutulmuşdur.

85. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

86. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılmışdır. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ y aranmış və bu hüququn yaranması üçün başqa razılaşmanın olmasına ehtiyac olmamışdır. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsasdır. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.

87. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanı lmasını mümkün sayır.

88. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi Cavabdeh mənzildən çıxarılması barədə iddianı təmin edərkən, cavabdehin bu normaya əsasən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını araşdırmamış, yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçməsini, Cavabdeh bu müddətdə mənzildən istifadə etməsi kimi qiymətləndirərək yekun nəticəyə gəlmişdir. Halbuki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması, bu barədə tələbin olub-olmamasında asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalı və həll edilməlidir.

89. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlid irlər”.

90. Göründüyü kimi cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir.

91. Daha sonra qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə də işin halları tam araşdırılmamışdır.

92. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Ailə hüquq münas ibətlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.

93. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

94. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən isə ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nik ah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

95. Qarşılıqlı iddianın əmlakın bölünməsi ilə bağlı hissəsində nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi tərəflər 20 sentyabr 2017-ci il tarixdə faktiki ailə quraraq ərarvad münasibətinə girmiş, nikahlarını 03 fevral 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh faktiki olaraq 20 sentyabr 2017-ci il tarixdə ailə qurmalarını təsdiq edən sübut kimi məhkəməyə, iddiaçı ilə aralarında toyun keçirilməsi haqqında videodisk (i.v.92.) təqdim etmi şdir. Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan, toy məclisindən sonra – lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata satmışdır. Mübahisə predmeti olan mənzil isə xx.xx.2018-ci il tarixdə alınmış, mənzilin pulu xx.xx.2018-ci il tarixdə İddiaçı adından ödənilmişdir. Tərəflərin nikahı 21 may 2020-ci il tarixdə pozulmuşdur.

96. Göründüyü kimi tərəflərin mübahisəli mənzilin alqı-satqısına qədər, ailə qurmaqla bağlı qəti niyyətə əsaslanan münasibətlərinin formalaşması şübhə doğurmur. Bu hal isə həmin dövrdə onların mənzil almaq üçün birgə hərəkət etmək barədə razılığa gəlmələrini real və inandırıcı edir. Mübahisəli mənzilin alınması ilə bağlı 400 manat məbləğində behin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli beh müqaviləsinin (i.v.91) satıcı ilə cavabdehin qardaşı Kamran İsgəndərovla bağlanması isə bununla bağlı şübhələri tamamilə aradan qaldırır. İşin halları, cavabdehin mənzilin alınması üçün vəsait qoymaq iqtidarında olmasını da təsdiq edir. Belə ki, cavabdeh özünə məxsus mənzili xx.xx.2017-ci il tarixdə 35.000 manata satmış, həmçinin cavabdehə xx.xx.2018-ci il tarixdə əmək haqqı ilə bağlı 1.545 manat ödəniş edilmişdir. Cavabdeh həmin sübutları da məhkəməyə təqdim etmişdir. (i.v. 30-34) Bununla belə apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında araşdırma apararaq sübutları düzgün qiymətləndirməməklə, həqiqətin müəyyən olunması üçün zə ruri addımlar atmamışdır. 97. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

98. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd etməklə bağlı gəldiyi nəticəni o məntiqlə əsaslandırmışdır ki, iddiaçı 37.600 manat pulun özünə məxsus olduğ unu sübut etməli deyil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə görə, pul satıcıya məhz iddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun iddiaçıya məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məxsus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul iddiaçıya məxsusdur. Bir sözlə məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh mənzilinin alğı-satqsınıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini sübut edə bilməmişdir.

99. Məhkəmə kollegiyasının mövqeyinə görə, yarandığı zaman təməli qarşılıqlı etibara əsaslanan ailə və ər-arvad münasibətlərinin mövcud olduğu iddiaçı və cavabdehin arasındaki münasibətlərə, apellyasiya instansiya məhkəməsinin şəxsi mülahizələrə ə saslanan, tamamilə başqa münasibətlərdə olan şəxslərə tətbiq edilməli məntiqi ilə yanaşıb qiymət vermək düzgün deyildir.

100. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında rəsmi nikah kontraktı və ya başqa yazılı razılaşma mövcud olmamışdır. Bununla belə apellyasiya məhkəməsi cavabdehin mübahisəli mənzilin alınması üçün ödənilmiş pulun (və ya onun bir hissəsinin) məhz onun öz mənzilini satmaqdan əldə etdiyi vəsait olduğunu hansı sübutlarla təsdiq edə bilməsini açıqlamamışdır. Həmdə sual doğuran hal odur ki, qarşılıqlı etibara əsaslanan ailə bağları ilə bir-birinə bağlı olan, mənzil almaq üçün birgə hərəkət etmək haqqında razılığa gəlmiş şəxslərdən yuxarıda qeyd olunan halı təsdiq edən hansı sübutları tələb etmək mümkündür? İş ə baxmış məhkəmə bu cür sübutu məhz hansı məlumatlarda görürdüyünü açıqlamaqla MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş vəzifələrdən çıxış etməklə cavabdehə bu cür sübutu təqdim etməyi təklif etməmişdir.

101. Həmçinin tərəflərin birgə nikahda olduqları dövründə mənzilə görə iddiaçı tərəfindən ödənilmiş pul məbləğı, onun arvadı olmuş cavabdeh tərəfindən mübahisələndirildiyi halda, iddiaçının 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi yanlışdır.

102. Bu baxımdan işin hallarına nəzər salındıqda ümumiyyətlə görünür ki, iddiaçı mübahisəli mənzilin alınması üçün ödədiyi pulu xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23.600 Frankın, ekvivalentinə uyğun 38.000 manat pul olduğunu bildirmişdir. Cavabdeh iddiaçının b u sübutunu qəbul etməmiş və belə bir mövqe bildirmişdir ki, iddiaçı həmin pulu Azərbaycan Respublikasına həqiqətən də gətirmişdirsə gömrük bəyannaməsini təqdim etməlidir.

103. Bu halda məhkəmə tərəflərlə bu dəlili müzakirə etməli, mənzilin alınması üçün ödənilən məbləğin məhz xaricdə bankdan çıxardığı məbləğ olmasını təsdiq edən sübutu təqdim etməyi təklif etməli, yaxud bu halı əlavə sübut olmadan qəbul olunmasını əsaslandırmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi, əvvəlki apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvi təkrarlamaqla, iddiaçının nümayəndəsinin izahatında qeyd olunan pulun gömrük sərhəddindən keçirilməsi barədə sübutların saxlanılmaması haqqında fikirlərini dinləsə də, izahatda qeyd olunanlara qətnamədə münasibət bildirməmiş, nəyə görə iddiaçının xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23.600 Frankın məhz mənzilin alınmasına sərf olunan pul olması ilə bağlı əsaslandırma aparmamışdır. Halbuki qeyd olunan valyutada pul məbləğinin Azərbaycan Respublikasına gömrük sərhəddindən keçirilməklə, yaxud banklar və ya poçt rabitəsi vasitəsilə köçürməsinin sübuta yetirilməsi hazırki mübahisənin həlli üçün xüsusi əhəmiyyət həsb edir.

104. İddiaçı tərəfindən qarşılıqlı iddianı təkzib etmək üçün mövqeyini əsaslandıran mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir.

105. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi X5 16/1 saylı, 3 mart 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Res publikasından çıxarılması” Qaydalarında qeyd olunmuşdur ki, 2.1 Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı və xarici valyutada qiymətli kağızları nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. 2.3. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50.000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. 2.4. Bu Qaydaların 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla büt ün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

106. Həmçinin cavabdehin, rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi barədə dəlillərinin araşdırılması iş üzrə əhəmiyyət kəsb etdiyi halda, apellyasiya instansiya məhkəməsi qeyd olunan dəlilləri də araşdırmadan yekun qərar qəbul etmişdir. Belə ki, cavabdeh rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbini keçmiş həyat yoldaşının Türkiyə Respublikasının vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə əlaqələndirmişdir.

107. Həqiqətən də iddiaçının sənədləşmə işlərində yubanmanın olması tərəflərin rəsmi nikaha toydan 4 ay sonra girmələri ilə təsdiq olunmaqla yanaşı və mənzilin alqısatqısının da yaxın tarixlər olmaqla üst-üstə düşməsi ilə diqqəti cəlb edir. Göründüyü kimi sadalanan dəlillərin araşdırılmaması cavabdehin bununla bağlı söylədiyi fikirlərin həqiqəti əks etdirməməsi barədə apellyasiya məhkəməsində birtərəfli mövqenin formalaşması ilə nəticələnmişdir.

108. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

109. Qeyd olunmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış proses sual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

110. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

111. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

112. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5778/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar