Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5064/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5064/21 (Açar sözlər: pul tələbi, apellyasiya şikayətinin qeyr-mümkün sayılması, prosessual normaların pozulması) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Ağakişiyev Gursel Firəddin oğlunun, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6533/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh oğlunun kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 385000(üç yüz səksən beş) ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4726/2017 nömrəli, 12.06.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 385000 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim Zəfər Quliyev) b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyaisya şikayət verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6533/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərardadı cavadbehin apellyasiya şikayəti qeyri-mümükün hesab edilmiş, mülki işin Yasamal rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rəfael Eyvazov)
5. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin 12.06.2017-ci il tarixli qətnaməsinin surəti cavabdehə rəsmi qaydada rəsmi qeydiyyatda olduğu ünvana 12.06.2017-ci il tarixdə göndərilmiş, iş materialına qətnamənin surətinin s ifarişli xəbərnaməli göndərilməsi barədə reyestr surəti əlavə edilmiş və cavabdehə göndərilmiş zərf “bu ünvanda yaşamır” səbəbi ilə geri qayıtmışdır. Qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır. Qətnamənin surəti cavabdehin nümayəndəsi (vəkil) X1 tərəfindən 08.05.2021-ci il tarixində alınmış, apellyasiya şikayəti 25.05.2021-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddətin ötübötmədiyinə prosessual-hüquqi qiymət verilməmiş və müddətin bərpa edilməsi barədə vəsatət məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin adından apellyasiya şikayətini imza edən şəxsin etibarnaməsinin kseronüsxəsi təqdim edilmiş, səlahiyyətlərinə dair (etibarnamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir.
6. Apell yasiya Məhkəməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan respublikasının Konstitusiya Qanununun 62, 67, Mülki Prosessual Məcəllənin 2, 128-133, 135.3, 135.5, 357, 360-366-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyaisya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Kassasiya şikayətinin dəlilləri: - qətnamə üzrə icra vərəqi verilməyib; - apellyasiya məhkəməsi qərardadında cavabdehin nümayəndəsinin qətnaməni 08.05.2021-ci ildə almasını və 25 may 20121-ci ildə apellyasiya şikayət i verməsini qeyd etsə də, düzgün nəticəyə gəlməyib; - apellyaisya məhkəməsi şikayəti qeyri-mümkün sayarkən etibarnamənin kserosurət olmasını qeyd edib. Lakin apellyaisya şikayətinə qoşmadan görünür ki, şikayətə etibarnamənin əsli əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı vəkili Ağakişiyev Gursel Firəddin oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
13. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. 15. barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi cavabdehin apellysasiya şikayətini qeyri-mümkün sayarkən 4 əsasa söykənmi şdir: - qətnamə cavabdehin rəsmi rəsmi qeydiyyatda olduğu ünvana 12.06.2017-ci il tarixdə göndərilmiş, lakin zərf “bu ünvanda yaşamır” səbəbi ilə geri qayıtmışdır; - qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır; - qətnamənin surəti cavabdehin nümayəndəsi (vəkil) X1 tərəfindən 08.05.2021-ci il tarixində alınmış, apellyasiya şikayəti 25.05.2021-ci il tarixdə verilərək, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddətin ötüb-ötmədiyinə prosessual-hüquqi qiymət verilməmiş və müddətin bərpa edilməsi barədə vəsatət məhkəməyə təqdim edilməmişdir; - cavabdehin adından apellyasiya şikayətini imza edən şəxsin etibarnaməsinin kseronüsxəsi təqdim edilmiş, səlahiyyətlərinə dair (etibarnamənin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir.
16. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamə cavabdehin rəsmi rəsmi qeydiyyatda olduğu ünvandan “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtsa da, işdən görünür ki, cavabdeh həmin ünvan üzrə heç bir məhkəmə sənədini almamışdır. Cavabdeh məhkəmə tərəfindən göndərilən ən azı bir sənədi qeydiyyatda olduğu ünvan üzrə almış olsa idi, belə olan halda, bu xüsusata istinad edilə bilərdi. Üstəlik, birinci instansiya məhkəməsi məhkəmə sənədlərinin çatdırılması üçün prosessual imkanlardan (MPM, 147) da istifadə etməyib.
17. Apellyasiya məhkəməsi bir tərəfdən cavabdehin nümayəndəsinin qətnamənin surətini cavabdehin 08.05.2021-ci il tarixində almasına, apellyasiya şikayətinin də 25.05.2021-ci il tarixdə verilməsini qeyd edir, digər tərəfdən də şikayət vermə müddətin ötüb-ötmədiyinə prosessual- hüquqi qiymət verilmədiyinə istinad edir. Halbuki qətnamənin surətinin cavabdehin nümayəndəsi tərəfindən 08.05.2021-ci il tarixində rəsmi qaydada alınması qəbul edilərsə, 25 may 2021-ci ildə təqdim edilmiş şikayətin müddət ötürülməklə verilməsinə istinad edilməsi düzgün sayıla bilməz. Çünki Mülki Prosessual Məcəllənin 360cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
18. Apellyasiya şikayətinə cavabdehin adından apellyasiya şikayətini imza edən şəxsin etibarnaməsinin kserosurətinin əlavə edilməsi barədə dəlil də iş materialları ilə təkzib edilir. İşdən görünür ki, apellyasiya şikayətinə etibarnamənin əsli əlavə edilib və iş apellyaisya məhkəməsinə orjinal nüsxəli etibarnamə ilə daxil olmuşdur. (i.v.61)
19. Qətnamənin qa nuni qüvvəsini alıb icraya yönəlməsi dəlili isə hazırki halda apellyasiya şikayətinin qeyri-mümkün sayılması üçün əsas olan dəlil kimi, ümumiyyətlə, nəzərdən keçirilə bilməz.
20. Bu baxımdan, apellyasiya məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən prosessual hüquq normalarının tələblərini pozmuş, xüsusən də apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə heç bir aidiiyyatı olmayan, normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilməsi məsələlərini nizama salan “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62 və 67-ci maddələrinə istinad etmişdir.
21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş cavabdehin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmalıdır.
22. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6533/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş Cavabdeh apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.