Məhkəmə qərarları › İş №2(102)-5066/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5066/2019

01.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5066/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Rnun, Cavabdeh2, onun və digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 vəkili Pnın iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cu il tarixli, 2(107)-916/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: M ingəçevir Şəhər Məhkəməsinin (hakim U.Osmanov) 17.12.2018-ci il tarixli, 2(051)-18/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər 2 saylı Xüsusi Notariat Kontorunun Xüsusi notariusu Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “E saylı evin paylar məlum olan 1 saylı mənzilinin ½ hissəsinə paylı mülkiyyət hüququ ilə mülkiyyət payının bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan notariat hərəkətinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilərək, E saylı evin paylar məlum olan 1 saylı mənzilinin İddiaçı məxsus ½ hissəsinə paylı mülkiyyət hüququ ilə mülkiyyət payının bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınma dan notariat qaydasında təsdiqlənməsi notariat hərəkətinin parılması vəzifəsinin cavabdeh Mingəçevir şəhər 2 saylı Notariat Kontoruna həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, E.Hüseynov, V.Məlikov) 13.03.2019-cu il tarixli, 2(107)-916/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəMingəçevir Şəhər Məhkəməsinin 17.12.2018-ci il tarixli, 2(051)-18/2018 nömrəli qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh 2 saylı Xüsusi Notariat Kontorunun Xüsusi notariusu Cavabdeh6 qarşı “paylı mülkiyyətdəki mənzilə və həyətyanı torpaq sahəsinə olan əmlak payının bağışlama müqaviləsinin notariat qaydasında təsdiq edilməsi notariat hərəkətinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 18.01.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, E saylı evin 1 saylı mənzilinin ½ hissəsinə olan mülkiyyət payının və həmin evin 0.09 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət payının bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin və həyətyanı torpaq sahəsinə pay hüququ olan digər paylı mülkiyyətçilərin razılığı alınmadan notariat qaydasında təsdiqlənməsi notariat hərəkətinin aparılması vəzifəsinin cavabdeh Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun Xüsu si X2 Rzayevə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, E saylı evin paylar məlum olan 1 saylı mənzilinin ½ hissəsinə paylı mülkiyyət hüququ ilə mülkiyyət payının bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan notariat qaydasında təsdiqlənməsi notariat hərəkətinin aparılması vəzifəsinin Mingəçevir şəhəri 2 saylı Notariat Konrotunun Xüsusi X1 həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və onların vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı bağışlamaq istədiyi əmlak ümumiyyətlə mövcud olmamışdır. Bu səbəbdən İddiaçı adına mülkiyyət hüququna dair Çıxarış verilərkən yaşayış evinin texniki pasportu hazırlanmamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 ailəsi ilə birgə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, 1/1 saylı evin 1 saylı mənzilində yaşayır. Ataları vəfat edənə qədər onlar birgə yaşamışlar. Yaşarın anası İddiaçı 1994-cü ildən qızı Xatirə Yusibovanın evində yaşayır. Digər qızı isə Xanlar rayonuna köçmüşdür. Yaşarın qardaşı İlqar 10.08.2000-ci ildən Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşayır. Digər qardaşı Azər isə 1980-ci ildən Xanlar rayonunda yaşayır. Yaşarın bacı və qardaşlarının hər birinin daimi yaşayış yerləri vardır. İddiaçı 1994-cü ildən mübahisəli ünvanda yaşamır. Mübahisəli mənzil mənzillərin özəlləşdirilməsi qaydasında cavabdehin atasının adına özəlləşdirilmiş, bu zaman cavabdehlər ailəı üzvü olaraq razılıq vermişlər. İşin mübahisə doğuran hallarından biri ondan ibarətdir ki, qeyd edilən tikililərin koordinatlarını müəyyən etmədən bağışlamanın həyata keçirilməsi mümkün deyildir. Çünki bağışlama müqaviləsi real müqavilə olduğundan əmlakın mövcudluğu müəyyən edilmədən həmin müqavilənin rəsmiləşdirilməsi mümkünsüzdür. İddiaçının bağışlamaq istədiyi əmlak fərdi yaşayış evidir və onların ümumi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Fərz edilsə ki, ev mövcuddur, ancaq həmin evə girişdə məhz ümumi mülkiyyətdə olan torpaq sahəsindən olacaqdır. Belə görünür ki, iddiaçı torpaqğı öz mülkiyyətində saxlamaqla, yaşayış evini başqasına bağışlamaq istəyir. İddiaçı t orpaq sahəsi ilə bağlı mübahisəni o səbəbdən qaldıra bilmir ki, bağışlamaq istəiyi şəxs xarici ölkə vətəndaşıdır. Ancaq necə ola bilər ki, ümumi mülkiyyətdə olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi xarici vətəndaşa bağışlasın. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.12.2012-ci il tarixli qərarının tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası səhvən işə aidiyyatı olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli Qərarına istinad etmiş, cavabdehin dəlilləri araşdırılmamış, dəlillərinə ümumiyyətlə münasibət bildiri lməmişdir. Cavabdehin dəlilləri hüquqi qiymət almadığından o, hesab edir ki, məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması aparılmamışdır. Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cu il tarixli, 2(107)-916/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Mingəçevir şəhər 2 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştira kı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun və digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 vəkili P kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili vəkili R kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cu il tarixli, 2(107)-916/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin işin mübahisəsiz hallarından görünür ki, mübahisəli Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 1/1, mənzil 1-n ½ hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiаçı sözügedən mənzildən özünə məxsus olan pay hissəsinin Mirzəyev İlqаr Nərimаn оğlunа bаğışlаnmаsı barədə ərizə ilə cаvаbdeh notariat kontoruna müraciət etmiş, lakin notarius “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsaslanaraq həmin mənzildə daimi qeydiyyatda olan ailə üzvlərinin razılığı olmaması səbəbindən mənzilin bаğışlаnmаsı bаrədə müqаviləni təsdiq etməkdən imtinа etmişdir. Notariat kontoru müqаvilənin təsdiq edilməsindən imtinа edərkən əsas kimi qeyd оlunаn həmin mənzildə daimi qeydiyyatda olan ailə üzvlərinin bаğışlаmаnın təsdiq edilməsi üçün yаzılı rаzılıq verməməsini əsаs tutmuşdur. Məhkəmə kollegiyası bununlа bаğlı qeyd etmişdir ki, iddiаçının özgəninkiləşdirmək istədiyi mənzilin ½ hissəsi оnun xüsusi mülkiyyəti оlduğu üçün, о həmin əmlаk üzərində tаm sərbəst оlаrаq sərəncаm vermək hüququnа mаlikdir. Qeyd оlunаn ünvаndа bаşqа şəxslərin qeydiyyаtdа оlmаsı həmin əmlаkın üzərində mülkiyyətçinin sərəncаm vermək hüququnun məhdudlаşdırılmаsınа səbəb оlа bilməz. Cаvаbdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tаrixli 167 nömrəli qərаrı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndini əsаs götürərək müqаviləni təsdiq etməkdən imtinа etmişdir. Düzdür, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Lakin bununla bağlı qeyd оlunmаlıdır ki, həmin Təlimаtdаn dаhа üstün hüquqi qüvvəyə mаlik оlаn nоrmаtiv hüquqi аktlаrın tələblərinə görə mülkiyyətçi öz əmlаkı üzərində tаm sərəncаm vermək hüququnа mаlik оlduğunа görə, Təlimаtın qeyd оlunаn bəndi əsаs götürülərək müqаvilənin təsdiq edilməsindən imtinа edilməsi iddiаçının mülkiyyət hüquqlаrının pоzulmаsınа səbəb оlmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin bu dəlilləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdehin şikayətində göstərdiyi dəlillər ümumi xarakter daşımaqla, əslində birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulduğu konkret və dəqiq göstərilməmiş, qətnamənin qanunsuzluğunun nədə ifadə olunduğu açıqlanmamış, yalnız şikayət xatirinə qanunvericilikdə nəzərdə tutulan hüquqi terminlərdən istifadə edilmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamə ilə razılaşmamasının səbəblərini, birinci instansiya məhkəməsinin daha hansı formada araşdırma aparmalı olduğunu, düzgün tətbiq etmədiyi maddi və prosessual hüquq normalarını, gəldiyi səhv nəticənin nədən ibarət olmasını dəqiq və aydın şəkildə göstərmək əvəzinə şəxsi mülahizələrinə əsaslanan ümumi fikirləri göstərmişdir. Bu dəlillər isə heç bir halda qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələrin müddəaları). Konsti tusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü mad dəsi). Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Аzərbаycаn Respublikаsı Kоstitusiyаsının 149-cu mаddəsinin 5-ci bəndinə əsаsən, Аzərbаycаn Respublikаsı Nаzirlər Kаbinetinin qərаrlаrı Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа, qаnunlаrınа və Аzərbаycаn Respublikаsı Prezidentinin fərmаnlаrınа zidd оlmаmаlıdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 144.1-ci mаddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 154.1-ci mаddəsinə görə, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 178.1-ci mаddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınd ığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci mаddəsinə görə, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və h üquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). «Nоtаriаt hаqqındа» Аzərbаycаn Respubli kаsı Qаnununun 45-ci mаddəsinə görə, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. «Nоrmаtiv hüquqi аktlаr hаqqındа» Аzərbаycаn Respublikаsının Kоnstitusiyа qаnununun 2.5-ci mаddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh kassasiya şikayətində dəlil kimi istinad etdiyi hallar apelyasiya şik ayətinin də dəlilləri olmuş, apelyasiya instansiyası məhkəməsi həmin hallara düzgün olaraq münasibət bildirib qeyd etmişdir ki, cavabdeh şikayətində hər hansı hüquq normasının pozulmasına istinad etməmiş, özünün formal mülahizələrinə əsaslanmışdır. Həqiqətən də kassasiya şikayətinin dəlillərinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasına yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq e tmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cu il tarixli, 2(107)916/2019 nömrəli q ətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar