Məhkəmə qərarları › İş №2(102)-5066/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5066/2021

13.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5066/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X2 Xidməti "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7888/2020 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X3 Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X2 Xidməti "xxxx" MMC-də sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin böyük mütəxəssisi vəzifəsində işləmiş, MMC-nin baş direktorunun 09 iyul 2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vətəndaş X1 MMC-nin di rektoruna ünvanlandığı şikayətə əsasən əmək funksiyasını yerinə yetirməməsinə görə işdən azad edilsə də, şikayət olunan məsələ ilə heç bir əlaqəsinin olmamasını, həmin əmrin qanunsuz olmaqla əsaslandırılmamasını, onun işdən azad edilməsinə əsas verə bilən heç bir pozuntuya yol verməməsini əsas göstərməklə həmin əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4211/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: M.Ə.Rüstəmli) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normaların ın pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7888/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4211/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" MMC-nin 09 iyul 2020-ci il tarixli əmri İddiaçı münasibətdə ləğv edilib məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair yeni qətnamə çıxarılmışdır. "xxxx" MMC-nin nümayəndəsinin həmin qətnamədən verdiyi kassasiya şikayəti, şikayətə dövlət rüsumunun ödə nilməsini təsdiq edən sənəd əlavə edilməməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş, Ali Məhkəmənin 28 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət, şikayətə vəkil orderi əlavə olunmaması əsası ilə apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə şikayət kassatora geri qaytarılmışdır. Bundan sonra məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin bərpa sına dair ərizə daxil olmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7888/2020 saylı, 14 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7888/2020 saylı iş üzrə 21 may 2021-ci il tarixli qərardadından "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş kassasiya şikayəti və məhkəmənin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin bərpasına dair ərizə geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və kassasiya şikayətin in icraata qəbul edilərək baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 67.1 Kassasiya və əlavə kassas iya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışs a kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəs ini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkə mə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Göstərilən Məcəllənin 408.1.1maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə şikayət geri qaytarılır. Belə olan halda kollegiya hesab edir ki, həmin kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən düzgün olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair "xxxx" MMC-nin ərizəsinə qanunla nəzərdə tutulmuş qaydada vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti əlavə olunmadığından qanunun yuxarıda göstərilən normasına əsasən kassasiya şikayəti geri qaytarılmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qərardadı qanuni sayır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7888/2020 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar