Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5068/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2019-cu il tarixli, 2(107)1217/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax rayon Məhkəməsinin (hakim M.Qarayev) 16.01.2019-cu il tarixli, 2(024)-29/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehna qarşı “Cav abdeh üzərinə onun X4 vərəsəsi olması və X1 miras qalmış əmlakdan tam hissədə pay almaq hüququnun olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, E.Hüseynov, V.Məlikov) 27.03.2019-cu il tarixli, 2(107)-1217/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Qax rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(024)-29/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdehna qarşı “ Cavabdeh üzərinə onun X4 vərəsəsi olması və X1 miras qalmış əmlakdan tam hissədə pay almaq hüququnun olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə onun X4 vərəsəsi olması və X1 miras qalmış əmlakdan tam hissədə pay almaq hüququnun olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Prosessual Mə cəllənin 14.2, 88, 106-cı maddələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında”qərarının tələbləri pozulmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, izahatlara və sübutlara tam baxılmamış, işin məhkəmə tərəfindən müəyyən olunmuş halları və sübutlar əlaqəli şəkildə şərh edilməmiş, həmin sübutlara tətbiq edilməli hüquq normalarına düzgün qiymət verilməmiş və nəticədə düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, mərhumun qanun üzrə vərəsələri-övladları X11, X5 və X10 (birinci nikahdan olan övladlar, iddiaçı ilə mərhumun ümumi övladları olmamışdır) atalarından qalan miras əmlakdan qardaşları X2 xeyrinə imtina etmişlər. D.Berikaşvili isə miras qəbul etmə müddətini ötürmüş, mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin 12.11.2015-ci il tarixli, 2(107)-33/2015 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə iddia rədd edilmişdir. Beləliklə, hazırki şəkildə qüvvəyə minərsə, E kəndində yerləşən, iddiaçının yaşadığı fərdi yaşayış evi dövlətə keçəcəkdir. Qeyd edilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2019-cu il tarixli, 2(107)-1217/2019 saylı qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili R və Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehna ərizə ilə müraciət etmiş, lakin notariat kontoru tərəfindən sonuncuya 09.2018-ci il ta rixli, № 101 saylı məktubla E kəndində yaşamış və 2012-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X7 məxsus E kəndində yerləşən fərdi yaşayış evinin üzərində mübahisə olduğuna görə notariat kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması səbəbindən imtina məktubu verilmişdir. Bundan sonra İddiaçı Cavabdehna qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax Rayonu Dövlət Notariat Kontorunun üzərinə, onun X6 vərəsəsi olması və X3 miras qalmış əmlakdan tam hissədə pay almaq hüququnun olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.08.2014-cü il tarixli 2(107)-730/2014 saylı qərardadı ilə Qax Ra yon Məhkəməsinin “İddiaçı ilə X9 arasında 1983-cü ilin aprel ayında Qax rayonu Kötüklü kəndində nikahın qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair 07 dekabr 2012-ci il tarixli qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə qədər ki, hazırki işə baxılan müddətdə iddiaçı ilə X8 arasında “nikah faktının tanınmasına dair” Qax rayon Məhkəməsinin 07 dekabr 2012-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin baxılmamış saxlanılmasına dair preyudisial əhəmiyyətli qərardad mövcuddur və həmin qərardad əsasında nikah aktı etibarsız hesab olunmuşdur, bu halda İddiaçı İobi Berikaşvilinin rəsmi arvadı olması və Azərbaycan Respublikası Mülki Məcəllənin 1159-cu maddəsinin tələbi baxımından mərhumun vərəsəsi kimi tanınması sübut olunmur, eləcə də onun hazırki tələblə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yaranmır. Bu səbəbdən apelyasiya kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iş materialları ilə həqiqətən də iddiaçının qeyd edilən idia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığı, həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozulmasına yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üz rə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi t ənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıld ığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2019-cu il tarixli, 2(107)-1217/2019 nömr əli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5068/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5068/2019
01.07.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver