Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5068/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:evə köçürülmə barədə 15.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(105)-921/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İşin hallarına görə, 19 aprel 2008-ci il tarixdə Cavabdeh rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub və onların birgə nikahından 18 oktyabr 2006-cı il tarixdə X, 14 iyul 2009-cu il tarixdə X adlı iki övladları doğlub; 04 oktyabr 2012-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC “AAAF-Park” yaşayış massivi, 10 saylı küçə, 3 saylı ünvanda yerləşən 0,025 ha torpaq sahəsini 12.500 manata Cavabdeh satıb; Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 19 aprel 2008-ci il tarixdə bağlanmış nikahın pozulması, onların birgə nikahından 18 oktyabr 2006-cı il tarixdə doğulmuş X, 14 iyul 2009-cu il tarixdə doğulmuş X anaları İddiaçı yanında saxlanılması, 10 fevral 2017-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 137 manat olmaqla, ümumilikdə 234 manat alimentin tutulub İddiaçı verilməsi qət edilib; Abşeron Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə “Mercedes Benz E-270 CDİ” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilib; Eyni zamanda, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı iddiası- “Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park 2” yaşayış kompleksində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə pay hüququnun tanınması” hissəsində rədd edilib; Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli hökmü ilə şəxsi münasibətlər zəmnində İddiaçı anası X1 tərəfindən Cavabdeh sağlamlığa az ağır vurmaya aid xəsarət yetirilib və o, Cinayət Məcələsinin 127.1-ci maddəsi i lə təqsirli bilinərək məhkum edilib. Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə 14 iyul 2009-cu il tarixdə doğulmuş X2 anası İddiaçı alınaraq atası Cavabdeh verilməsi, habelə İddiaçı 30 mart 2021-ci tarixdən etibarən azyaşlı Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilib; Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park 2” yaşayış kompleksində yerləşən torpaq sahəsinə görə ödənilən 12.500 manat pulun, həmin torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə və tikililərə çəkilmiş xərcin 2/3 hissəsinin, yəni 74.999 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi” barədə iddiası rədd edi lib. "xxxx" MMC-nin 10 avqust 2021-ci il tarixli arayışına görə, Cavabdeh ilə aralarında bağlanmış 04 oktyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ailə üzvləri arvadı X3; oğlanları X6; X7 və qızı X4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, “AAAF Park” yaşayış massivi, 10 saylı küçə, 0,025 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır; Abşeron Rayon Polis İdarəsinin 13 avqust 2021-ci il tarixli məktubuna görə, Cavabdeh ilə İddiaçı münaqişəli ailə kimi Polis İdarəsində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, azyaşlı övladı X8 ilə birlikdə cavabde hlə birgə nikahları dövründə inşa etdikləri "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi, 10 saylı küçə, 3 saylı ünvanda, 0,025 ha torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri” barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, 01 sentyabr 2003-cü il tarixdə cavabdehlə faktiki nikah münasibətinə girib və nikahlarını 19 aprel 2008-ci il tarixdə rəsmi qeydə aldırıblar. Cavabdehlə birgə nikahlarından 18 oktyabr 2006-cı il tarixdə X, 14 iyul 2009-cu il tarixdə X adlı iki övladları doğulub. Cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni 15 sentyabr 2012-ci il tarixdə ailəliklə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 1-ci döngə, 1-ci dalanda yerləşə n 3 otaqlı fərdi yaşayış evini sataraq, həmin evin pulu hesabına "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi, 10 saylı küçə, 3 saylı ünvanda yerləşən 0,025 ha torpaq sahəsini satın alıblar və həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi inşa ediblər. Evin tikintisində atası, qardaşı, qohumları iştirak ediblər və evin tikintisinə 100.000 manata yaxın vəsait xərcləyiblər. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra, ailəlikcə köçüb həmin evdə yaşamağa başlayıblar. Lakin, həmin evə köçdükdən sonra cavabdehin ailəyə münasibəti dəyişib, ailəsi ilə maraqlanmayıb və onlara baxmayıb. Bu səbəbdən də onlar arasında olan münasibətlər korlanıb. 2017-ci ilin əvvəllərində isə, cavabdeh başqa bir xanım evə gətirərək, həmin xanımla ailə qurduğunu bildi rib və onu iki azyaşlı övladı ilə birlikdə evdən qovub. Bundan sonra, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. Cavabdeh onu evdən qovduqdan sonra, o, azyaşlı övladları ilə birlikdə atasının H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 otaqlı mənzilinə köçərək, orada yaşamağa başlayıb. Sonradan oğlu X cavabdehlə yaşamaq istədiyini bildirib və hazırda o, azyaşlı qızı X ilə birlikdə atası evində yaşayır. Həmin mənzildə yaşamaqları qeyri-mümkündür, çünki mənzil üç otaqdan ibarətdir və həmin mənzildə 10 nəfər yaşayır. O, dəfələrlə cavabdehlə birgə nikah dövründə inşa etdikləri evə köçüb orada yaşamağa cəhd etsə də, cavabdeh buna imkan verməyib. Hətta, onun gəlin köçərkən apardığı və həmin evi tikdikdən sonra ora gətirdiyi cehiz əşyaları bu gündə həmin evdə qalmaqdadır və onun əşyalarından istifadə olunur. 2017-ci ildə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə inşa etdikləri evin dəyərinin onun payına düşən hissəsinin alınaraq ona verilməsini tələb etsə də, qeyd edilən fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüquqları qeydə alınmadığından onun iddiası rədd edilib. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sözügedən fərdi yaşayış evinin onun cavabdehlə birgə nikahları dövründə tikilməsi və onun azyaşlı övladları ilə qeyd edilən fərdi yaşayış evindən məcburi çıxarılmaları öz təsdiqini tapıb. Cavabdeh onun azyaşlı övladı ilə birlikdə birgə nikah dövründə inşa etdikləri və onun da istifadə hüququ olduğu evə köçərək, həmin evdə yaşamasına imkan vermədiyindən, məcburiyyət qarşısında qalaraq, hazırkı iddia ilə məhkəməyə müraciət edib. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, həmin evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, evin tikintisi zamanı cavabdehlə nikahda olub və uzun müddət həmin evdə yaşayıb və onun da azyaşlı övladı X ilə birlikdə eyni şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı 22 yanvar 2017-ci il tarixdən mübahisəli evi tərk edib gedib və 25 iyun 2021-ci il tarixdə mənzilə köçürmə barədə iddia ilə məhkəməyə müraciət ed ib. İddiaçı mənzili tərk edəndən sonra bir daha yaşamaq üçün həmin evə köçmək istədiyini, lakin cavabdehin buna imkan vermədiyini bildirsə də, bunu məhkəmə baxışında sübut edə bilmədiyindən, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli evi tərk edərkən bir daha ora qayıdıb yaşamaq niyyətində olmayıb. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı artıq cavabdehin ailə qurduğunu, yeni ailəsi ilə birlikdə 3 otaqlı evdə 5 nəfər ailə üzvləri ilə birlikdə yaşadıqlarını, tərəflərin münaqişəli ailə kimi Polis İdarəsində qeydiyyatda olduqlarını bildiyi, habelə tərəfər arasında münasibətin son dərəcədə kəskin olduğunu bildiyi halda, hazırki ilə məhkəməyə müraciət etməsi halı özü də, iddiaçının hazırkı iddia tələbinin onun həqiqi iradə ifadəsi olmadığını təsdiq edir. Bu səbəbdən də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nət icəni onunla əsaslandırıb ki, ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının keçmiş ailə üzvü olaraq köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Bu qənaətə gələrkən həmçinin o faktı da nəzərə alınır ki, hazırki iddia tələbi iddiaçının əsil niyyətini əhatə etmir. Belə ki, iddiaçı məhkəmə iclasında izahat verərkən, özü də etiraf etmişdir ki, onun mübahisəli yaşayış sahəsinə köçmək fikri yoxdur. Onun niyyəti cavabdehdən ayrıca mənzil əldə etməkdən ibarətdir. Bundan əlavə, cavabdeh artıq yeni ailə qurub, onun həmin qadından bir uşaqları doğulub. Cavabdeh mübahisəli evdə beş nəfər ailə üzvü, o cümlədən iddiaçı ilə birgə nikahdan doğulmuş oğlu X birlikdə yaşayır. Bu faktın özü də tərəflərin bundan sonra bir evdə yaşamasını mümkünsüz edən haldır. Həmçinin işdən gör ünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının köçmək istədiyi evlə bağlı qaldırdığı iddialar əsassız olduğundan rədd edilib. Cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir və ərizəsini belə əsaslandırıb ki, iddiaçı hazırki iddianı qaldırarkən 3 illik iddia müddətini ötürüb. Lakin, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göründüyü kimi, qanunverici ər-arvadın ümumi əmlakının bölünməsi halı üçün 3 illik müddət nəzərdə tutub. Hazırki halda isə mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. D igər tərəfdən, hazırki mübahisə üzrə iddia digər əsaslar üzrə rədd edilməli olduğundan, iddia müddətinin tətbiqinə zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya insitansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslan dırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin 386, 387, 390-cı maddələrinin tələblərini pozub. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evə hüququ olan şəxslərin dairəsini düzgün müəyyən etməyib və onları işə baxılmasına cəlb etməyib. Həmçinin evin nə vaxt tikilməsi ilə bağlı ərazi idarəetmə orqanlarından hər hansı məlumat almayıb. Evdə kimlərin qeydiyyatda olduğunu aydınlaşdırmayıb və iş üzrə məhkəmə qətnaməsinin onların mənafelərinə toxuna biləcəyini nəzərə almayıb. Başqa sözlə, iddianın rədd edilməsi üçün əsaslar olmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunu b. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məh rum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayı ş sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 416.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsas landırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər 19 aprel 2008-ci il tarixdə rəsmi nikah əsasında ailə quru blar və onların birgə nikahından 18 oktyabr 2006-cı il tarixdə X, 14 iyul 2009-cu il tarixdə X adlı iki övladları doğlub; 04 oktyabr 2012-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC “AAAF-Park” yaşayış massivi, 10 saylı küçə, 3 saylı ünvanda yerləşən 0,025 ha torpaq sahəsini 12.500 manata cavabdehə satıb; Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 19 aprel 2008-ci il tarixdə bağlanmış nikah pozulub, onların birgə nikahından 18 oktyabr 2006-cı il tarixdə doğulmuş X, 14 iyul 2009-cu il tarixdə doğulmuş X iddiaçının yanında saxlanılıb, 10 fevral 2017-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə 137 manat olmaqla, ümumilikdə 234 manat alimentin tutulub; Abşeron Rayon Məhkəməsini n 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə “Mercedes Benz E-270 CDİ” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin payları müəyyən edilib, eyni zamanda, həmin qətnamə ilə iddiaçının cavabdehə qarşı iddiası- “Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park 2” yaşayış kompleksində yerləşən torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə pay hüququnun tanınması” hissəsində rədd edilib; Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli hökmü ilə şəxsi münasibətlər zəmnində iddiaçının anası X1 tərəfindən cavabdehə sağlamlığa az ağır vurmaya aid xəsarət yetirilib və o, Cinayət Məcələsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilib; Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi i lə 14 iyul 2009-cu il tarixdə doğulmuş X6 anası İddiaçı alınaraq atası Cavabdeh verilib, həmçinin İddiaçı 30 mart 2021-ci tarixdən etibarən azyaşlı X yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilib; Abşeron Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park 2” yaşayış kompleksində yerləşən torpaq sahəsinə görə ödənilən 12.500 manat pulun, həmin torpaq sahəsində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə və tikililərə çəkilmiş xərcin 2/3 hissəsinin, yəni 74.999 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi” barədə iddiası rədd edilib; "xxxx" MMC-nin 10 avqust 2021-ci il tarixli arayışına görə, Cavabdehlə aralarında bağlanmış 04 oktyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu ailə üzvləri arvadı X3; oğlanları X6; X7 və qızı X4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, “AAAF Park” yaşayış massivi, 10 saylı küçə, 0,025 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır; Abşeron Rayon Polis İdarəsinin 13 avqust 2021-ci il tarixli məktubuna görə, tərəflər münaqişəli ailə kimi Polis İdarəsində qeydiyyatdadırlar. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan sübutları, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını araşdırıb, habelə tərəflərin iştirak etdikləri başqa mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktları və halları nəzər ə alıb müəyyən etmişdir ki, 1997-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən 3 otaqlı fərdi yaşayış evi cavabdehin mülkiyyətində olub və sonuncu 18 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evi 31.480 manata X satıb. Evin satılmasından əldə edilən vəsaitin 12.500 manat hissəsinə 04 oktyabr 2012-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-dən “AAAF-Park” yaşayış massivi, 10 saylı küçə, 3 saylı ünvanda yerləşən 0,025 ha torpaq sahəsi cavabdehin adına satın alınıb. Tərəflərin birgə yaşadıqları dövrdə həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evi inşa edilib. İddiaçı, iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində sözügedən evin tikintisində atası, qardaşı, qohumları iştirak etdiyini və evin tikintisinə 100.000 manata y axın vəsait xərclədiklərini iddia etsə də, kassasiya instansiyası onun bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla, mübahisəli evin yerləşdiyi 0,025 ha torpaq sahəsinin məhz cavabdehin ayrıca mülkiyyətində olmuş fərdi yaşayış evinin satılması hesabına əldə edilməsi mülki iş materialları, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə istisna edilmir və işdə, iddiaçının kassasiya şikayətində göstərdiyi bu dəlilləri təsdiq edən heç bir sübut yoxdur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi işin tədqiq olunan hallarını nəzərə alıb müəyyən etmişdir ki, istər yaşayış evi, istərsə də onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa da, həmin torpaq sahəsi bilavasitə yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulm uş yaşayış massivində yerləşir və evin yerləşdiyi torpaq sahəsi yaşayış mənəqələrinin torpaqları kateqoriyasına aiddir. Ona görə mübahisəli fərdi yaşayış evi özbaşına tikinti sayıla bilməz. Çünki, cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsini əvvəlki mülkiyyətçidən məhz alqı-satqı yolu ilə dəyərini ödəməklə satın alıb və bu fakt işin mübahisə olunmayan halıdır. Həmçinin, yuxarıda sadalanan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin alınması və onun üzərində sözügedən fərdi yaşayış evinin tikintisi məhz cavabdehin iddiaçı ilə nikaha girməmişdən əvvəl mülkiyyətində olmuş evin satılması hesabına əldə edilib. Bu fakt artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də öz təsdiqini tapıb. Belə ki, sözügedən məhkəmə aktları ilə də mübahisəli ev birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməyib. Başqa sözlə, cavabdehin həm mübahisəli torpaq sahəsi, həm də onun üzərində yerləşən yaşayış evinə dair “qanuni gözlənti” hüququ vardır. Eyni hüquqi mövqe “V.Q.Teryoxinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında da ifadə olunub. Həmin Qərarda ifadə olunmuş hüquqi mövqeyə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunv ericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozul masına gətirib çıxara bilər. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Bu baxamdan və işin tədqiq olunan faktiki hallarına görə, cavabdeh həm mübahisəli fərdi yaşayış evinin, həm də onun yerləşdiyi torpaq sahəsinin faktiki sahibidir. Başqa sözlə, daha öncə qeyd olunduğu kimi mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, mübahisəli əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin obyektiv həlli üçün maddi hüquq normasını tətbiq edərkən, işin yuxarıda qeyd olunan faktiki hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeləri nəzərə almayıb. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülk i Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Q ərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olara q, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarlarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı köçmək istədiyi evə “qanuni gözlənti” hüququ olan hazırkı sahibin- mülkiyyətçisinin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı cavabdehə münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyil və onun mübahisə predmetini təşkil edən daşınmaz əmlaklara dair heç bir hüquqi bağlılığı qalmayıb və tərəflər arasında bağlanmış nikaha xitam verilməklə, 2017-ci ildən iddiaçı həmin evi tərk edərək, həmin vaxtdan fasiləsiz və etirazsız olaraq öz valideynlərinə məsus olan evdə yaşayır. Apellyasiya instansiyası məhkəməsi, onu da qeyd etmişdir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə, iddia təmin oluna bilməzd i. Çünki, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, şərh olunanlara əsasən apellyasiy a instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ailə münasibətlərinə xitam verildiyi üçün iddiaçının keçmiş ailə üzvü kimi köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır və işdən görünür ki, cavabdeh iddiaçıdan ayrıldıqdan sonra o, yenidən başqa qadınla, yəni X ilə ailə qurub və onların bu nikahından 16 noyabr 2017-ci ildə X adlı övladları doğulub. Hazırda mübahisəli evdə cavabdeh ailə üzvləri- arvadı X, oğlanları X, X və X ilə birlikdə yaşayır. Apellyasiya instanqsiyası məhkəməsi həmçinin iddiaçının izahatını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, hazırki iddia tələbi iddiaçının əsil niyyətini əhatə etmir. Belə ki, məhkəmə kollegiyasının iclasında izahat verərkən iddiaçı özü də etiraf edərək göstərmişdir ki, onun mübahisəli yaşayış sahəsinə köçmək fikri yoxdur və onun niyyəti cavabdehdən ayrıca mənzil əldə etməkdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin münaqişəli ailə kimi Polis İdarəsində qeydiyyatda olmalarını, bundan sonra onların eyni evdə birgə yaşamalarının qeyrimümkün olduğunu nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan f aktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiyası məhkəməsi ümumən düzgün hüquqi nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verib və tətbiq edilməli olmayan normaya istinad etmişdir ki, b u da qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları, habelə tərəflərin ailə münasibətlərinə xitam verilməsini, 2017-ci ildən iddiaçının mübahisəli evlə hər hansı bağlılığının qalmamasını, başqa sözlə onun həmin evə köçürülməsi üçün əsasların olmamasını və sair halları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(105)-921/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5068/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5068/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver