Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-507/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7335/2023 nömrəli, 6 dekabr 2023cü il tarixli qərar dadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank, hal hazırda ləğv prosesindədir) hüquq departamentində işləmiş, “X1” medalı ilə təltif edildiyi üçün Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq ona illik 46 gün əmək məzuniyyəti hesablanmış, lakin əmək məzuniyyəti hüququndan tam istifadə etməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) Bankın ləğvedi cisi təyin edilmişdir.
3. Fondun xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilmiş, onun xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə istifadə etmədiyi 23 günlük məzuniyyət üçün kompensasiya məbləğinə dair tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Banklar haqqında” Qanun) 76 və 82-ci maddələrinə uyğun olaraq qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə pul əvəzi, ilkin mediasiya sessiyasında xidmət haqqı və digər xərclərə gö rə ödənilmiş 56 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi tələb etmək hüququ işdən çıxdığı andan yaranır və bu tələb “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında ödənilməli olan tələblər sırasında qeyd edilmədiyi üçün dərhal ödənilməlidir.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və etirazını Əmək Məcəlləsinin 140, 142, 178.2-ci, “Banklar haqqında” Qanunun 82, 87-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinadl a əsaslandırmışdır.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-1931/2023 nömrəli, 1 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim M.Bağırova) iş üzrə icraata xitam verilmişdir.
8. Məhkəmə etirazın dəlilərini əsaslı sayaraq, qeyd etmişdir ki, hazırkı iddia tələbi ləğv prosesi çərçivəsində baxılmalı olduğundan iş üzrə icraata xitam verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, əmək qanunvericiliyinə əsasən, istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan pul əvəzi nə əmək haqqı, nə də müavinət olmadığından işçiyə də rhal ödənilməlidir. Həmin tələbin qeydə alınması və növbəlilik qaydasında ödənilən tələblərə aid edilməsi mümkünsüzdür.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7335/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. təqdim edərək, qərardadın Tətbiq edilən hüquq Əmək Məcəlləsi 16.Maddə 139, 1-ci hissə. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 17.Maddə 142, 1-ci hissə. Məzuniyyət vaxtının əmək haqqı əməy in ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 18.Maddə 144. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 19.Maddə 154, 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 20.Maddə
157. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir (3-cü hissə). Tarif (vəzif ə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir (4-cü hissə). Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir (5-ci hissə). Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir (6-cı hissə). 21.Maddə 178, 2-ci hissə. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəm ələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Qanun 22.Maddə 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. 23.Maddə 82.1. Müfli s elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilər inin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. 24.Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdür ülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2017-ci il tarixli qərarı 25.“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
26. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələ blər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir.
27. Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Mülki Prosessual Məcəllə
28. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
29. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
30. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni p redmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 38.Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlillər i ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
39. Məhkəmə kollegiyası, həmçinin iddiaçının istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan pul əvəzinin əmək haqqı olmadığı ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 142-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 40.Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsi işçinin əmək haqqına əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələr və mükafatlarla yanaşı, digər ödəncləri də daxil etmişdir.
41. Əmək Məcəllənin 178-ci maddəsini 2-ci hissəsi də müəssisənin ləğv edildiyi hallarda işçiyə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzini onun əmək haqqına daxil olan ödənclərə aid etmiş və müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda həmin ödəncin də qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənildiyini təsbit etmişdir. 42.Bu baxımdan məhkəmələr “Banklar haqqında” Qanunun 82, 87-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinadla hazırkı tələbə ayrıca iddia icraatı qaydasında deyil, ləğv prosesi çərçivəsində baxılmalı olduğundan iş üzrə icraata xitam verməklə qanuni nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən s axlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7335/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.