Məhkəmə qərarları › İş №2(102)-507/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-507/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-507/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər):kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçınıın Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-1093/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 11 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.R.Sultanova-Məmmədova) xx.xx.2023-cü il tarixli, e-2(004)-3690/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilə köçürülməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

4. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) 11 mart 2024-cü il tarixli, 2(103)-1093/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3690/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilə (girişdən ümumi həyətin sonunda yerləşən, qapısı soldan ikinci olan) köçürülməsi qət edilmişdir.

5. Cavabdeh qətnamədən xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, eyni zamanda prosessual müdd ətin bərpa edilməsi barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə cavabdehə təqdim olunmamış, telefonuna bununla bağlı hər hansı məlumat göndərilməmişdir. İcra məmuru evinə gələrkən cavabdehə qətnamə məlum olmuşdur. Qətnamənin surəti xx.xx.2024-cü il tarixdə ərizə əsasında cavabdehin vəkili elektron kabinetə əlavə edildikdən sonra əldə olunmuşdur. Alan kimi kassasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya instansiya məhkəməsi tərəfindən işin nə zaman yekunlaşmasından məlumatı olmamışdır. Cavabdehin hüquqi savadının olmadığı, elektron məhkəmə informasiya sistemində şəxsi kabinetinin çalışmadığı, “Asan imza” sertifikatı ondan asılı olmayan səbəbdən aktiv olmaması, ona görə də elektron məhkəmə informasiya sisteminə çıxışının olmadığı nəzərə alındıqda aydın olur ki, buraxılmış müddətin bərpa edilməsi zərurəti vardır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Akif İsgəndərov) 10 dekabr 2024-cü il tarixli, 2(103)-1093/2024 nömrəli qərardadı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1093/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə qətnaməsinin ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunduğunu bildirsə də, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1093/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti cavabdeh tərəfindən elektron kabinet vasitəsilə verilmiş və cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmişdir. Belə olan halda, məhkəmə prosesləri barədə məlumatlı olan cavabdehin uzun müddət ərzində mübahisənin nəticəsi ilə maraqlanmaması da inandırıcı deyil.

10. Bundan əlavə cavabdeh elektron kabinetinin çalışmadığı, “Asan imza” sertifikatının ondan asılı olmayan səbəbdən aktiv olmamasını əsas gətirsə də, bununla bağlı hər hansı sübut m əhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 133.3, 135.5, 135.6, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(103)-1093/2024 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti və əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının təyin edildiyi xx.xx.2024-cü il tarixdə digər bir məhkəmə iclası olduğu üçün məhkəməyə ər izə ilə müraciət etmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermişdir. Habelə məhkəmə çıxışını elektron məhkəmə informasiya sisteminə əlavə etmişdir. Bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında əsassız olaraq qeyd edilmişdir ki, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tam əsassız qəbul edilmişdir. Qərardad qəbul edilərkən məhkəmə kollegiyası nə işin hallarını tam, hərtərəfli araşdırmış, nə də, ümumiyyətlə, ərizə və qoşma qismində təqdim edilmiş sübutlarla tanış olmuşdur. Tərəfindən apellyasiya instansiyası məhkəməsinə yazılı sübut qismində asan imza sertifi katının aktivləşdirilməsi barədə bildirişin surəti, o cümlədən işə hansı tarixdə vəkil qismində əlavə edilməyi ilə, habelə, bununla bağlı sair sübutlar əlavə edilmişdir. Lakin göründüyü kimi məhkəmə tərəfindən ümumiyyətlə sübutların müayinəsi aparılmamış, məhkəmə tərkibi sübutlarla tanış olmamışdır. Bu səbəbdən, məhkəmə tərəfindən ciddi prosessual pozuntuya yol verilmişdir. Belə ki qərardadın 15-ci maddəsində məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh elektron kabinetinin çalışmadığı, “Asan imza” sertifikatının ondan asılı olmayan səbəbdən aktiv olmamasını əsas gətirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin ərizəyə tərəfindən işə vəkil qismində əlavə edilməklə bağlı müraciətin, işə əlavə edilməklə bağlı bildirişin, iş materialları ilə tanış olmaq barə də ərizənin surəti ilə yanaşı, “Sertifikatın aktivləşdirilməsi haqqında” bildirişin surəti də əlavə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş “Sertifikatın aktivləşdirilməsi haqqında” **********938010 saylı bildirişdən görünür ki, Cavabdeh FİN: xxxxxxx məxsus imza sertifikatı 14 noyabr 2024-cü il tarixindən 01 dekabr 2026-cı il tarixədək etibarlıdır. İclasların vaxtı barədə məlumat, habelə qətnamə Elektron məhkəmə informasiya sistemində kabinetə əlavə olunduğu halda belə vətəndaş Cavabdeh bu barədə hər hansı məlumatı olmamışdır. Çünki Asan imza sertifikatı ondan asılı olmayan səbəbdən aktiv olmamışdır. Bu hal İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən ve rilmiş “Sertifikatın aktivləşdirilməsi haqqında” **********938010 saylı bildirişlə də təsdiq olunur. Cavabdeh tərəfindən bu qədər sübut əlavə edilmiş olmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi hansı əsasla, elektron kabinetin çalışmaması, asan imza sertifikatının deaktiv olması ilə bağlı sübutların təqdim edilmədiyini qeyd edir. Cavabdehin vəkili kabinetə xx.xx.2024-cü il tarixdə əlavə edilmiş, xx.xx.2024-cü il tarixə kimi iş materialları ilə tanış olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 10-1.2 Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sən ədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

16. Maddə10-1.3 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

18. Maddə 10.1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informas iya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Maddə 405.Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəbi cavabdehin istinad etdiyi hallar üzürlü hesab edilə bilməz.

27. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1093/ 2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. MPM-nin 10-1.3, 135.5, 135.6-cı maddələrinə əsasən sənədin elektron kabinetinə yerləşdirilməsi rəsmi təqdim etmə hesab olunur. Cavabdehin bu qətnamədən rəsmi təqdim edildikdən sonra MPM-nin 405-ci maddəsinə əsasən 2 ay müddətində kassasiya şikayəti vermək hüququ olduğu halda, 6 ay sonra xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.

28. Məhkəmə aktlarının mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətlər MPM-nin 133-cü maddəsinin tələbinə əsasən məhkəmələr tərəfindən ərizə əsasında yalnız üzürlü səbəblər olduqda bərpa edilə bilər. Müddətin üzürlü səbəb olmadan bərpa edilməsi “Ədalətli məhkəmə araşdırması” hüququnun əsas elementlərindən biri olan “işlərə ağlabatan m üddət ərzində baxılması” prinsipinin pozulmasına səbəb olur.

29. Buraxılmış prosessual müddətin bərpasının üzürlü səbəbi kimi, məhkəmə tərəfindən o hallar qəbul edilə bilər ki, mübahisə tərəfi özündən asılı olan bütün hərəkətləri etsə də məhkəmə aktından vaxtında şikayət verməyə maneə olan halları aradan qaldıra bilməmişdir. Şikayət vermək istəyən tərəfin elektron kabinetinə daxil olmuş sənədlərlə vaxtında tanış olmaması, vəkillə müddət bitdikdən sonra və ya müddətin sonuncu günü müqavilə bağlaması, elektron kabinetində və asan imzasında olan problemin aradan qaldırması uçün vaxtında tədbir görməməsi müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz.

30. İşdən görünür ki, hazırkı halda cavabdehin elektron kabineti xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş, o öz kabineti vasitəsi ilə apellyasiya şikayəti vermişdir.

31. Cavabdeh tərəfindən kassasiya instansiyası məhkəməsinə təqdim edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin cavabdehin vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinetdə qeydiyyatdan keçdiyi, lakin onun tərəfindən e-mail ünvanı və aktiv mobil telefon nömrəsi təsdiqlənmədiyindən sistemə girişin tamamlanmadığı qeyd edilmişdir.

32. Eyni zamanda işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirmiş, həmçinin məhkəmə iclasları barədə cavabdehə SMS xəbərdarlıqlar göndərilmiş, cavabdeh yalnız xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, xx.xx.2024-cü il tarixli sonuncu iclas barədə eyni qayda da məlumatlandırılsa da həmin iclasa hər hansı üzürlü səbəb olmadan gəlməmiş, iclasın nəticəsi ilə maraqlanmamışdır.

33. Ərizədə prosessual müddətin ötürülməsinin üzürlü səbəbi kimi göstərilmişdir ki, cavabdeh şəxsi kabinetə “Asan imza” vasitəsi ilə giriş etmək istəmiş, “Asan imza” aktiv olmadığı üçün bu mümkün olmamışdır. “Asan imza” sertifikatının xx.xx.2024-cü il tarixdə aktivləşdirilməsi barədə sənəd ərizəyə əlavə edilmişdir.

34. Məhkəmə kollegiyası bu əsasla bağlı qeyd edir ki, elektron məhkəmə sistemindəki şəxsi kabinetə yalnız asan imza ilə deyil, eyni zamanda FİN (fərdi identifikasiya) kodu və şifrə ilə də daxil olmaq mümkün olduğundan iddiaçının asan imzasının aktiv olmaması elektron kabinetinə daxil olaraq yerləşdirilmiş sənədlərlə tanış olmağa maneə ola bilməzdi. “Asan imza” yal nız kassasiya şikayətini imzalamaq üçün zəruri olunduğundan “Asan imza”sı aktiv olmayan cavabdeh müqavilə bağladığı vəkilə etibarnamə verməklə kassasiya şikayətinin vəkil tərəfindən imzalanmasını və məhkəməyə göndərilməsini təmin edə bilərdi. Cavabdehin bütün bu hərəkətləri (asan imzanın aktıvləşdirilməsi, kassasiya şikayəti verilməsi üçün vəkillə müqavilə bağlaması və s) işə baxıldıqdan 6 ay sonra etməsi üçün hər hansı üzürlü səbəb olmamışdır.

35. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-1093/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)1093/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar