Məhkəmə qərarları › İş №2(102)-5071/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5071/2019

04.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5071/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Rnun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cuiltarixli, 2(107)460/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim F.Abbasov) 16.02.2018-ci il tarixli, 2(025)183/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh q arşı “evə məcburi köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) 05.07.2018-ciiltarixli, 2(107)-1511/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq, Qəbələ rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli, 2(025)-183/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməklə, iddia ərizəsinin təmin edilməsi, İddiaçı 1924-cü ildə mərhum X1 tərəfindən inşa edilmiş E kəndində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) 23.11.2018-ci il tarixli, 2(102)-7551/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2018-ciiltarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Məlikov, E.Hüseynov, A.Mahmudov) 07.03.2019-cuiltarixli, 2(103)-460/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Qəbələ rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli, 2(025)-183/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı C avabdeh qarşı “evə məcburi köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 06.12.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, yaşadığı Ekəndində yerləşən evə məcburi köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X3 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli ev tərəflərin atasına məxsus olmuşdur. İddiaçı həmin evə gedib-gələrkən cavabdeh o, evdə olmamışdır. İddiaçının mübahisəli evə getməkdə məqsədi o olmuşdur ki, həmin ev pis vəziyyətə düşmüşdür və təmirə ehtiyacı olmuşdur. İddiaçı həmin evi təmir etdirən zaman cavabdeh Rusiya Federasiyasında olmuşdur. Evin təmiri barədə cavabdehin ailə üzvləri cavabdehə məlumat vermi ş, onlar orada iddiaçının təmir işləri aparmasına imkan verməmişlər. Cavabdeh olan qardaşı qayıtdıqdan sonra iddiaçının əşyalarını şölə tökmüş, faktiki olaraq onu ata evindən qovmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxılarkən iddiaçı tərəfindən dəvət olunmuş şahidlər dindirilməmişdir. Apellyasiya kollegiyası Azərbaycan Respublikasının MPM-nin 9.1, 14, 77.1 və 88-ci maddələrinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-460/20 19 saylı, 07.03.2019cuiltarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili X3 oğlu və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili R kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, 1990-cı ildə iş üzrə tərəflərin ataları Muxtar Rəcəbovun ölümündən sonra həmin evə gediş-gəliş olmamış, ev baxımsız vəziyyətdə olduğundan iş üzrə tərəflərin anası mərhum Xublar Babayeva övladları Rəşid və İlhama atalarına məxsus ev baxımsız vəziyyətdə olduğunu və həmin evi təmir elətdirmək lazım olduğunu bildirmiş, həmin vaxt İddiaçı maddi imkanının olmadığını əsas gətirərək, həmin evin təmiri üçün maddi köməklik göstərə bilməyəcəyini bildirmiş, anaları Xublar Babayeva övladları Rəşid və İlhama atalarına məxsus Ağdaş şəhərində yerləşən dəmirçi sexinin İlhama, Duruca kəndi ndə yerləşən evinin isə Rəşidə verilməsini təklif etmiş, hər iki qardaş analarının bu təklifi ilə razılaşmış, bundan sonra Cavabdeh həmin evdə əsaslı tikinti-təmir işləri aparmağa başlayıb həmin evi yenidən bərpa etmiş, həmin vaxtdan da mübahisəli evdə yalnız Rəşid və onun ailə üzvlərinin yaşamış, İddiaçı isə atalarının ölümündən sonra, yəni 1990-cı ildən sonra həmin evə gedib-gəlməmiş, bir gün də olsun həmin evdə yaşamamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı son vaxtlara qədər mübahisəli evdə yaşamasını iddia etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələbi həm “mübahisəli evin onun atasına məxsus olması faktına” əsaslanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının evdən istifadə hüququ olub, lakin o, evi 28 ildən artıq müddətdir ki, tərk edib getmiş, bununla da həmin evdən istifadə hüququnu itirmişdir. Belə ki, iddiaçı 1990-cı ildən sonra heç vaxt həmin evdə yaşamamış, iddiaçının və onun ailəsinin yaşadıqları ayrıca ünvan ünvan 1an Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayı lır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Odur ki, göstərilən əsasla iddiaçının evdən istifadə hüquqları xitam olunmuşdur. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 9.1, 14, 77.1 və 88-ci maddələrinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya k ollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbayc an Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli, 2(107)-460/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar