Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5073/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və X1na qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneələrin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) İddiaçı cavabdehlər X3 və X1na qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneələrin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, JN–053A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş, Şəmkir rayonu, Dağ–Cəyir kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə cavabdeh X1 tərəfindən yaradılan maneənin aradan qaldırılması, cavabdeh X1nın JN– 053 A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dağ–Cəyir kəndində yerləşən, 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən L.Süleymanov, hakimlər F.Mehtiyev və A.Bayramov) Şəmkir rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki pros essual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X2 və X1na qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, JN–053A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş, Şəmkir rayonu, Dağ–Cəyir kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinə və orada inşa edilmiş fərdi yaşayış evinə cavabdehlər tərəfində n edilən qəsdə son qoyulması, həmin mülkdə ölçü işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması, cavabehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslnadırmışdır ki, 1988-ci ildə Ermənistan Respublikasından məcburki köçkün düşərkən Şəmkir rayonu, Dağ-Cəyir kəndinə gəlmiş, həmin kənddə yaşayan X2 adlı şəxslə evini dəyişmək barədə müqavilə imzalamış və həmin vaxtdan sonuncuya məxsus evdə yaşamağa başlamışdır. Həmin evin yerləşdiyi 0.25 ha həyətyanı torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997–ci il tarixli, 45 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş, həmin torpaq sahəsinə dair JN–053A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. İddiaçı səhhəti ilə əlaqədar 2005-ci ildə uzunmüddətli müalicə üçün Bakı şəhərinə getmiş və oğlunun evində qalmışdır. Həmin vaxt cavabdehə torpaq sahəsindən müvəqqəti əvəzsiz istifadə etməyə icazə vermişdir. Bir müddət sonra cavabdeh və ərinin xahişini nəzərə alaraq, Bakı şəhərində olduğu üçün ona məxsus evdə yaşamaq üçün cavabdehə icazə vermişdir. İddiaçı müalicə si bitdikdən sonra evinə qayıtmış, mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq məqsədilə DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıya çıxarış verməkdən imtina etmişdir. İş materiallarından görünür ki, 25.11.1988-ci il tarixli müqaviləyə əsasən X2 ilə İddiaçı arasında evlərini dəyişmək barədə müqavilə bağlanmışdır. Bundan sonra iddiaçı həmin müqavilə əsasında hazırda mübahisə predmeti olan Şəmkir rayonunun Dağ-Çəyir kəndi ərazisində, 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Torpa ğın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997–ci il tarixli, 45 saylı qərarı ilə İddiaçı və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Dağ-Cəyir kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan başqa RİHB–nın Dağ–Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 24.07.2018–ci il tarixli, 91 saylı arayışa əsasən İddiaçı 1988–1992–ci illərdə Ermənistandan çıxarılmış, Şəmkir rayonu, Dağ–Cəyir kəndində məskunlaşmışdır. Azərbaycan Respubliksı Prezidentinin 22.08.2002–ci il tarixli 562 saylı Fərmanının 7 və 8– ci maddələrinə uyğun olaraq torpaq sahəsinin onun adına sənədləşməsi məqsədə müvafiqdir. DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 15.08.2018–ci il tarixli rəsmi məktuba əsa sən iddiaçıya məxsus olan, Şəmkir rayonu, Dağ– Cəyir kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, müəyyən edildi ki, həmin yaşayış evində hazırda başqa vətəndaş yaşayır. Belə olan halda fərdi yaşayış evində ölçmə işlərinin aparılması mümkün olmadı. Şəmkir RİHB–nın Dağ–Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30.01.2019–cu il tarixli arayışa əsasən X1 rayonu, Dağ–Cəyir kəndində daimi qeydiyyatda olmaqla, təsərrüfatbaşına kitabda adına yaşayış evi vardır. Şəmkir RİHB–nın Dağ–Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30.01.2019–cu il tarixli, 28 saylı arayışa əsasən X1 rayonu, Dağ–Cəyir kəndində daimi qeydiyyatda olmaqla, adına yaşayış evi vardır və nümayəndəliyə ev barəsində heç bir alğı-satqı sənədi daxil olmamışdır. Göründüyü kimi, iddiaçının qeyd olunan t orpaq sahəsi və üzərində yerləşən evə dair mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh isə iddiaçının bu hüququnu həyata keçirməsinə mane olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəmə si tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5073/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5073/2019
26.07.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver