Məhkəmə qərarları › İş №2(102)-5073/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5073/2022

21.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5073/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli, 2(107 )11/2022 saylı qətnaməsindən İddiaçı BOKT ASC və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, X2, Cavabdeh2, X3 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı BOKT ASC-nin xeyrinə 2013-cü il 19 dekabr tarixli, 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 694,39 manat əsas, 1035,80 manat hesablanmış faiz olmaqla, cəmi 1730,19 manat: 2015-ci il 08 yanvar tarixli 0001/NF/15nömrəli kredit müqaviləsi üzrə 12145,84 manat əsas, 14733,11 manat hesablanmış faiz, 20425,26 manat dəbbə pulu olmaqla, cəmi 48304,21 manat: 2015-ci il 08 yanvar tarixli 0002/NF/15 nömrə li kredit müqaviləsi üzrə 2758,89 manat əsas, 3213,02 manat hesablanmış faiz, 4706,67 manat dəbbə pulu olmaqla, cəmi 10678,58 manat: hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınması: ipoteka predmetinin 47000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0,1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi: ipoteka predmetinin 10000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Qəbələ rayonu, Laza kəndində X1 mülkiyyətindəki 0, 04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi: Qəbələ şəhəri, Ə.Bağırov küçəsində Cavabdeh1 mülkiyyətindəki 0,1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1, Cavabdeh2 çıxarılması, fərdi yaşayış evinin boşaldılması, Qəbələ rayonu, Laza kəndində X1 mülkiyyətindəki 0,04 ha torpaq sahəsində yerləşən 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən orada yaşayan X2, X3 və Cavabdeh5 çıxarılması, fərdi yaşayış evinin boşald ılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)-130/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli 1531/NF/13 PK nömrəli kredit müqaviləsi üzrə 694,39 manat əsas borc, 1035,80 manat faiz olmaqla, cəmi 1730,19 manat borc:, xx.xx.2015-ci il tarixli 0001/NF/15 nömrəli kredit müqaviləsi üzrə 12145,84 manat əsas borc, 14733,11 manat faiz, 1300 manat dəbbə pulu olmaqla, cəmi 28178,95 manat borc:, xx.xx.2015-ci il tarixli 0002/NF/15 nömrəli kredit müqaviləsi üzrə 2758,89 manat əsas 3213,02 manat faiz, 280 manat dəbbə pulu olmaqla, cəmi 6251,91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddia çı BOKT ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə 0,1 ha torpaq sahəsinə və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, tələb üzrə tutmanın X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birli kdə açıq hərracda satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 12000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, borcun ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Ə.Bağırov küçəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 138,32 kv.m yaşayış, 78,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,1 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, X1 mülkiyyətində olan Qəbələ rayonu, Laza kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 83,5 kv.m yaşayış, 100,24 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, 0,04 ha torpaq sahəsi və onun tərkibindəki həyətyanı tikili və qurğulara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X2 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və X2 apellyasiya şikayəti vermişlər. Cavabdeh4 qətnamənin borcun tutulması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsini, digər cavabdehlər Cavabdeh1 və X2 qətnamənin ləğv edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli 2(107)11/2022 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. İddiaçı BOKT ASC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin kredit müqaviləsi üzrə borcun miqdarının müəyyən edilməsi hissəsində ləğv edilərək işin həmin hissədə yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

6. Cavabdeh4 da həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin əmlakların qiymətləndirilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin əmlakların qiym ətləndirilməsi hissəsində yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1 Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən ve rilmişdirsə. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməs inə geri qaytarılmalıdır.

9. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

10. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

11. Nəzərə alınmalıdır ki, apell yasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

12. Hazırki iş üzrə müəyyən edilir ki, Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən qətnamənin yalnız b orcun tutulması hissəsini mübahisələndirmiş və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Lakin əmlakların qiymətlənidirlməsi hissəsini mübahisələndirməmiş və həmin hissə ilə razılaşmışdır. Buna baxmayaraq cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini məhz əmlakların qiymətləndirilməsi hissəsində (apelyasiya şikayətində mübahisələndirmədiyi hissəni) mübahisələndirmişdir ki, bu hissədən onun kassasiya şikayəti vermək hüququ yoxdur.

13. Kassasiya şikayətinin onu vermək hüququ olmayan şəxs tərəfindən verilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, Cavabdeh4 tərəfindən ver ilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 kassasiya şikayətini geri qaytardıqdan sonra Para” BOKT ASC-nin kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərməlidir.

14. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2022-ci il tarixli 2(107)11/2022 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Cavabdeh4 kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar