Məhkəmə qərarları › İş №2(102)-508/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-508/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-508/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna, 3-cü şəxs YYY-ya qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili X14 oğlunun və Cavabdeh və vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9191/2019 nömrəli iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" MTK-nın sədri X7 ilə İddiaçı (alıcı) arasında bağlanmış 30 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, icraçı "xxxx" MTK Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 3-cü mərtəbə, 172 saylı, 3 (üç) otaqlı, ümumi sahəsi 144,5 kv.metr olan mənzili inşa edib alıcıya verməyi, alıcı İddiaçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Qiymətin razılaşdırılması protokoluna əsasən həmin mənzilin qiyməti "xxxx" MTK-nın sədri ilə İddiaçı arasında 44.500 manata razılaşdırılmış və 30 dekabr 2006-cı il tarixli mədaxil qəbzinə və maliyyə arayışına görə ümumi sahəsi 144,5 kv.metr olan mənzilin müqabilində 44.500 manat məbləğində ödəniş "xxxx" MTK-ya ödənilmişdir. Mülki işin materiallarında olan "xxxx" MTK-nın sədri X4 ilə Cavabdeh (payçı) arasında bağlanmış 24 may 2012-ci il tarixli müqaviləyə əsasən, icraçı "xxxx" MTK Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yaşayış binası inşa etməyi və bu binanın İİİ giriş, İV mərtəbə, 172 saylı, 2 otaqlı, ümumi sahəsi 101,5 kv.metr olan mənzili payçıya təhvil verməyi, payçı Cavabdeh isə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 24.05.2012-ci il tarixli "xxxx" MTK-nın maliyyə arayışından aydın olur ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin İV mərtəbə, 172 sayl ı mənzil (101,5 kv.m) Cavabdeh verilərək, zərərçəkmiş kimi təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 101,5 kv.m. mənzilin dəyəri 41.412 AZN Cavabdeh tərəfindən Nəsib Əliyevə ödənilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 475/2016 saylı, 03.02.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və X1 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13 M,İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil veri lməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, 12.07.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, 03.02.2016-cı il tarixli qətnaməsindən Cavabdeh və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil cavabdeh "xxxx" MTK-dan alınaraq İddiaçı təhvil verilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)8282 saylı, 21.12.2018ci il tarixl i qərarında müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12.07.2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12.07.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İİİ-ci mərtəbəsindəki, 3 otaqlı 172 saylı mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsa slandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən binanın İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzilin və həmin binanın İİİ mərtəbəsində yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq ona təhvil verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq borclu MTK təhvil verməli olduğu 172 və 177 saylı mənzillərin əvəzinə həmin binadakı 143, 144, 163 və 195 saylı mənzilləri ona təklif etmiş və aralarında olan razılaşmaya əsasən təklif olunan mənzillər tərəfindən qəbul olunmuşdur. Buna görə də Suraxanı rayon İcra Şöbəsinin icra məmuru İ.Muxtarovun təqdimatı əsasında Suraxanı rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qərardadı ilə həmin məhkəmənin 03 fevral 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icraatına xitam verilmişdir. Lakin sonradan borcu MTK və X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin 03.02.2016-cı il tarixli qətnaməsi ilə ona verilməsi qət olunan 172 və 177 saylı mənzillərin əvəzinə icra qaydasında verilmiş 143, 144, 163 və 195 saylı mənzillərin ayrı-ayrı şəxslərə məxsus olduğunu əsas gətirərək, icra sənədi üzrə icraata xitam verilməsi haqqında Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qərardadının ləğv olunmasını xahiş etmişlər və həmin məhkəmənin 23 noyabr 2016-cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş və ona təhvil verilmiş 143, 144, 163 və 195 saylı mənzillər borcluya geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə ona təhvil verilməli olan 172 və 177 saylı mənzillərdən 177 saylı mənzil artıq ona təhvil verilmişdir, o, bu mənzildə təmir işləri aparır. 172 saylı mənzildə hazırki iş üzrə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. O, hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hal-hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda Cavabdeh ona məxsus olan 172 saylı mənzilə buraxmır, cavabdeh isə mənzildən çıxmaqdan imtina etdiyindən, qüvvədə olan məhkəmə qətnaməsini həmin hissədə icra etmək mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona təhvil verilməli olan mənzildə hazırki iş üzrə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşaması onun hüquqlarını pozur. Cavabdeh bildirir ki, hazırda yaşadığı mənzil onun tələb etdiyi mübahisəli mənzil deyildir, belə ki mənzilin mərtəbəsi və kvadratı onun tələb etdiyi mənzillə uyğun gəlmir, binada 111 kv.m-dən böyük mənzil yoxdur. Bununla bağlı o, qeyd edir ki, binada bir ədəd 172 saylı və bir ədəd 177 saylı mənzil var, məhkəmə qətnaməsi ilə ona verilməli olan 177 saylı mənzil artıq ona təhvil verilmişdir, 172 saylı mənzildə isə cavabdeh yaşayır. Cavabdehin özü də verdiyi apellyasiya şikayətində bunu təsdiq etmişdir və mənzilin ona qaytarılmasını müəyyən edən məhkəmə qətnaməsini mübahisələndirmişdir. Qanuni q üvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona 144 kv.metr sahəsi olan mənzil verilməlidir, o, hər kv.metrin pulunu ödəmişdir, binada ona verilməli olan ölçüdə mənzilin olmaması onun problemi deyildir, binada cavabdehin yaşadığı və ona təhvil verilməli olan mənzilin sahəsi 101.5 kv.metrdir, bu səbəbdən o, əlavə kvadrat metrlərə görə ona kompensasiyanın verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İİİ-ci mərtəbəsindəki, 3 otaqlı 172 saylı mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2007-ci ildə iddiaçının mənzil tələb etdiyi binadan özü üçün mənzili alıb, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. O, aldığı mənzilin pulunu tam olaraq ödəyib, mənzildən çıxarılacağı təqdirdə, onun mənzilə görə ödədiyi pul batacaqdır, özü və ailə üzvləri isə mənzilsiz qalacaqlar. Onun mənzili sahəsi 101.5 kv.m olan iki otaqlı mənzildir, binanın 4-cü mərtəbəsində yerləşir. Hazırda onun yaşadığı mənzil iddiaçının tələb etdiyi mübahisəli mənzil deyildir, belə ki mənzilin mərtəbəsi və kvadratı iddiaçının tələb etdiyi mənzillə uyğun gəlmir, binada 111 kv.m-dən böyük mənzil yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X11 izahatında göstərmişdir ki, ünvan 1 ünvanda "xxxx" MTK tərəfində n inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bir ədəd 172 saylı və bir ədəd 177 saylı mənzil var, bunlardan başqa binada 177 və 172 saylı mənzil yoxdur. 177 saylı mənzildə hazırki iş üzrə iddiaçı tərəfindən təmir işləri aparılır. 172 saylı, 2 otaqlı, 101.5 kv.m sahəsi olan mənzildə isə Cavabdeh yaşayır. Lakin bu mənzilin sahəsi 144 kv.metr deyil, 101.5 kv.metrdir. Binada 111 kv.m-dən böyük mənzil yoxdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-83/2019 nömrəli 18.04.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 172 saylı mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi qüvvədədir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı təhvil verilməli olan 172 və 177 saylı mənzillərdən 177 saylı mənzil artıq ona təhvil verilmişdir, o, bu mənzildə sonuncu tərəfindən təmirişləri aparılır. Məhkəmə iş üzrə Cavabdeh iddia tələbinə dair etirazına tənqidi yanaşaraq qeyd etmişdir ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti verərkən, şikayətini onunla əsaslandırılmışdır ki, bu qətnamənin mövcudluğu ndan icra məmurları MTK-ya gələrək mənzillərlə bağlı icra sənədi göstərdikdən sonra xəbər tutmuşlar, hansı ki, İddiaçı təhvil verilməsi qət olunan 172 və 177 saylı mənzilləri Badu-Kubə” MTK-dan müvafiq olaraq 24.05.2012-ci il tarixli 108 saylı müqaviləyə əsasən Cavabdeh, 18.03.2010-cu il tarixli 67 saylı müqaviləyə əsasən isə İkram Mahmudov almışdır və həmin mənzillər onların qanuni istifadəsində, faktiki sahibliyində olmaqla, onlar hal-hazırda bu mənzillərdə yaşayırlar. Beləliklə, Cavabdeh məhkəmə qətnaməsi ilə İddiaçı təhvil verilməsi qət olunan 172 saylı mənzildə yaşaması özü tərəfindən etiraf olunmuş və bu səbəbdən də məhkəmə qətnaməsi onun maraqlarına toxunduğu səbəbindən mübahisələndirilmişdir. Məhkəmə iclasında izahat vermiş "xxxx" MTK-a nümayəndəsi X11 da izahatında göstərmişdir ki, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bir ədəd 172 saylı və bir ədəd 177 saylı mənzil var, bunlardan başqa binada 177 və 172 saylı mənzil yoxdur.177 saylı mənzildə hazırki iş üzrə iddiaçı tərəfindən təmir işləri aparılır. 172 saylı, 2 otaqlı, 101.5 kv.m sahəsi olan mənzildə isə Cavabdeh yaşayır. Cavabdeh iddia tələbinə dair etirazının digər əsası ondan ibarət olmuşdur ki, o, yaşadığı mənzili MTK-dan 2007-ci ildə almış və mənzilin pulunu tam olaraq ödəmişdir, mənzildən çıxarılacağı təqdirdə, onun mənzilə görə ödədiyi pul batacaqdır, özü və ailə üzvləri isə mənzilsiz qalacaqlar. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, 12.07.2018-ci il tarixli qətnaməsində məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı "xxxx" MTK ilə 30 dekabr 2006-cı il tarixdə bağladığı müqavilələrin predmetini Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" Yaşayış sahəsinin şərq hissəsində MTK-nın tikdiyi binada yerləşən 3-cü mərtəbə, 172saylı 3 otaqlı, ümumi sahəsi 144,5 m2 olan mənzil və həmin binada yerləşən 4-cü mərtəbə, 177 saylı 3 otaqlı, ümumi sahəsi 144,5 m2 olan mənzil təşkil edir. Maraqlı şəxs Cavabdeh həmin MTK ilə bağladığı 24 may 2012-ci il tarixli müqavilənin predmeti həmin binanın 3-cü giriş, 4-cü mərtəbə, 172 saylı 2 otaqlı, ümumi sahəsi 101.5 m2 olan mənzildir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ağlabatan mühakimə əsasında,iddiaçı ilə bağlanmış 30 dekabr 2006-cı tarixli müqavilələrdə təsvir olunan mənzillər ilə maraqlı şəxsin müqavilələrində qeyd olunan mənzili eyni olmadığı nəticəsinə gəl məkdaha məntiqlidir, ən azından ona görə ki, müqavilələrdə fərqli yerlərdə (mərtəbələrdə) və fərqli ölçülərdə olan mənzillərdən bəhs edilməkdədir. İddiaçı ilə yanaşı MTK və maraqlı şəxs Cavabdeh arasında da müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, MTK digər öhdəliklərlə yanaşı Cavabdeh ilə bağlanmış müqavilələrdə göstərilən mənzili də təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Sözügedən müqavilələrdəki mənzili müəyyənləşdirərək, Cavabdeh təhvil vermək vəzifəsini də bilavasitə Badu- Kübə MTK-nın daşıdığı unudulmamalıdır. Bu mənada məhkəmə hesab etmişdir ki, qeyd edilən öhdəliklərin MTK tərəfindən lazımınca icra edilməməsi hallarının müəyyən ediləcəyi təqdirdə, sözügedən müqavilələrin şərtlərinin pozulmasından irəli gələn hüquqlarının müdafiə edilməsi ilə bağlı Badu- Küb ə MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olduğu Cavabdeh izah edilmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 152,157, MPM-nin 14,77, 88-ci maddələrinə istinad etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-83/2019 nömrəli 18.04.2019-cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (X3 (sədrlik edən və məruzəçi)) 2(103)9191/2019 nömrəli 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, artıq qanuni qüvvəsini almış Suraxanı rayon Məhkəməsinin 0 3.02.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh MTK və Ə.Qənbərova qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 172 və 177 saylı mənzillərin MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. 177 saylı mənzil artıq iddiaçıya təhvil verilmişdir, bu mənzildə iddiaçı tərəfindən təmir işləri aparılır. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti verərkən, şikayətini onunla əsaslandırılmışdır ki, bu qətnamənin mövcudluğundan icra məmurları MTK-ya gələrək mənzillərlə bağlı icra sənədi göstərdikdən sonra xəbər tutmuşlar, hansı ki, İddiaçı təhvil verilməsi qət olunan 172 və 177 saylı mənzillə ri MTK-dan müvafiq olaraq 24.05.2012-ci il tarixli 108 saylı müqaviləyə əsasən Cavabdeh, 18.03.2010-cu il tarixli 67 saylı müqaviləyə əsasən isə İkram Mahmudov almışdır və həmin mənzillər onların qanuni istifadəsində, faktiki sahibliyində olmaqla, onlar hal-hazırda bu mənzillərdə yaşayırlar. Beləliklə, Cavabdeh məhkəmə qətnaməsi ilə İddiaçı təhvil verilməsi qət olunan 172 saylı mənzildə yaşaması özü tərəfindən etiraf olunmuş və bu səbəbdən də məhkəmə qətnaməsi onun maraqlarına toxunduğu səbəbindən mübahisələndirilmişdir. Rayon Məhkəməsi iclasında izahat vermiş "xxxx" MTK-nın nümayəndəsi X11 da izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanda MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bir ədəd 172 saylı və bir ədəd 177 saylı mənzil var, bunlardan başqa binada 177 və 172 saylı mənzil yoxdur. 177 saylı mənzildə hazırki iş üzrə iddiaçı tərəfindən təmir işləri aparılır. 172 saylı, 2 otaqlı, 101,5 kv.m sahəsi olan mənzildə isə Cavabdeh yaşayır. Məhkəmə apellyasiya şikayətinin cavabdehin mənzilin pulunu tam olaraq ödəməsi, mənzildən çıxarılacağı təqdirdə, onun mənzilə görə ödədiyi pulun batacağı, özü və ailə üzvləri isə mənzilsiz qalacağı barədə dəlilləri ilə bağlı isə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, 12.07.2018-ci il tarixli qətnaməsində məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MTK ilə 30.12.2006-cı il tarixdə bağladığı müqavilələrin predmetini 172 və 177 saylı mənzillər təşkil edir. Cavabdeh həmin MTK ilə bağladığı 24.05.2012-ci il tarixli müqavilənin predmeti 172 saylı mənzildi r. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ağlabatan mühakimə əsasında, iddiaçı ilə bağlanmış 30.12.2006-cı tarixli müqavilələrdə təsvir olunan mənzillər ilə Cavabdeh müqavilələrində qeyd olunan mənzili eyni olmadığı nəticəsinə gəlmək məntiqə uyğundur. Çünki müqavilələrin predmetini fərqli yerlərdə (mərtəbələrdə) və fərqli ölçülərdə olan mənzillər təşkil edir. İş üzrə İddiaçı ilə yanaşı MTK və Cavabdeh arasında da müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, MTK digər öhdəliklərlə yanaşı Cavabdeh ilə bağlanmış müqavilələrdə göstərilən mənzili də təhvil vermək öhdəliyini öz üzərinə götürmüşdür. Başqa sözlə, iddia əsaslıdır. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilmişdir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin halların a uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 152,157-ci maddələrinə istinad etmişdir. Apellyasiya məhkəməsinin 2(103)-9191/2019 nömrəli, 02 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanmış 30.12.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən 13M saylı yaşayış binasın ın 3-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144.5 kv.m sahəsi olan 172 saylı mənzilin verilməsi nəzərdə tutulub. Lakin Cavabdeh məxsus olan və yaşadığı mənzil Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən 13M saylı yaşayış binasının 3-cü giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 101.5 kv.m 2 otaqlı mənzildir. Yəni Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı 3-cü giriş, 4-cü mərtəbədə 2 otaqlı 101.5 kv.metr sahəli 172 saylı mənzilin qanuni sahibidir. Məhkəmə əsassız olaraq belə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında "xxxx" MTK tərəfndən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 172 saylı mənzilindən C avabdeh ailə üzvləri ilə birlikdə çıxarılmalıdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarım hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPMnin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı və onun vəkili X14 oğlu tərəfindən kassasiya şikayətinə etiraz daxil olmuşdur. Kassasiya şikayətinə etirazda qeyd edilmişdir ki, "xxxx" MTK Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s ev 13 m, 3 -cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzili inşa edib İddiaçı verilməli idi. Badu Kubə MTK öz öhdəliyini yerinə yetirmədyinə görə məhkəmə həmin mənzilin "xxxx" MTK-dan alınaraq X2 təhvil verilməsi qət edilmişdir. 172 saylı mənzilin sahəsinin isə "xxxx" MTK tərəfindən müqavilədə nəzərdə tutulduğundan balaca inşa edilməsi və müqavilədə nəzərdə tutulan mərtəbədə olmaması "xxxx" MTK ilə İddiaçı arasında həll edilməli olan mübahisədir və bu halın Cavabdeh aidiyyatı yoxdur. Bir sözlə Cavabdeh 172 saylı mənzilin sahəsinin İddiaçı aid müqavilədə nəzərdə tutulduğundan az olmasına istinad etməklə haqlı deyildir. Bundan başqa binanın 2007-ci ildə təsdiq edilmiş ilkin layihəsindən görünür ki, həmin layihədə sahəsi 144.5 kvadrat metr olan mənzillərin inşası nəzərdə tutulmuş, layihədə 2009-cu ildə edilmiş dəyişikliklərdə isə 144.5 kvadrat metr sahəli mənzillər nəzərdə tutulmamışdır. İddiaçı kassasiya şikayətinə qarşı etirazını əsaslandırarkən Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili X14 oğlu kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülki yyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 82.3. ir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya m əhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında "xxxx" MTK tərəfindən ünvan 7 sərəncamı ilə inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasında 4-cü mərtəbəsində, sahəsi 101.56 kv.m olan 2 otaqlı, 172 saylı mənzili Cavabdeh 24.05.2012-ci il tarixli müqaviləyə əsasən əldə etmişdir. Cavabdeh həmin müqaviləyə əsasən "xxxx" MTK-ya 41 412 manat ödəmişdir. Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə Badu-Kubə” MTK tərəfindən 24.05.2012-ci il tarixli Maliyyə arayışı verilmişdir. İddiaçı ilə bağlanmış 30 dekabr 2006-cı il tarixli müqavilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində i nşa edilən 13M saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı ümumi sahəsi 144.5 kv.m sahəsi olan 172 saylı mənzil verilməsini nəzərdə tutur. Lakin Cavabdeh məxsus olan və yaşadığı mənzil Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən 13M saylı yaşayış binasının 3-cü giriş, 4-cü mərtəbəsində, ümumi sahəsi 101.5 kv.m 2 otaqlı mənzildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək iddianı təmin edərkən, cavabdehin mübahisə predmeti təşkil edən mənzilə dair hüquqlarını müəyyən edən müqavilənin mövcudluğunu, iddiaçının həmin müqaviləni mübahisələndirmədiyini, məhkəmələr tərəfindən də bu əqdin etibarsızlığı müəyyən edilmədiyini nəzərə almadan cavabdehin mənzilə sahibliyinin qanunsuz olması barədə gəldiyi nəticə düzgün omamışdır. Bundan əlavə, məhkəmələr nəzərə almamışdırlar ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin iddiaçıya təqdim edilməsi "xxxx" MTK-ya həvalə edildiyindən preyudisial mənaya görə mülki hüquqi məsuliyyət hazırki iş üzrə cavabdehə deyil, məhz MTK-ya məxsusdur və iddiaçı qətnamənin icrasını MTK-dan tələb etməli, mümkün olmayan icranın məsuliyyətini MTK daşımalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı və cavabdehə verilən mənzillərin eyni olduğunu müəyyən edərək iddia tələbini təmin edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi bu nəticə ilə razılaşan apelyasiya instansiyası məh kəməsi Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, 03.02.2016-cı il tarixli qətnaməsindən Cavabdeh və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, 12.07.2018-ci il tarixli qətnaməsində müəyyən edilən hallara hazırki işdə düzgün istinad etməmişdirlər. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5821/2018 saylı, 12.07.2018-ci il tarixli qətnaməsinin 8-ci vərəqinin 2-ci və 3-cü abzaslarında məhkəmə İddiaçı verilmiş mənzillərlə, maraqlı şəxslər Cavabdeh və İ.Mahmudova verilmiş mənzillərin eyni mənzil olmadığı və mənzillərin nömrələrinin eyni olmasını isə bina tikildikdən sonra MTK tərəfindən mənzillərin nömrələnməməsinin düzgün aparılmaması nət icəsində ortaya çıxdığı qənaətinə gəlmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında 2 ayrı mənzilə dair bağlanmış müqavilə üzrə MTK öz öhdəliyini icra etmədiyindən, iddiaçının hüquqları pozulmuşdur. Sözügedən mənzillərin eyni olmadığı barədə gəlinən qənaətə görə məhkəmə kollegiyası hesab etmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, 03.02.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, maraqlı şəxslər Cavabdeh və İ.Mahmudovun apellyasiya şikayətləri təmin edilməməlidir. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında mübahisə üzrə preyudisial hal kimi müəyyən edilən hala məhkəmə düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə alınmalıdır ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü mad dəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı). İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərar çıxarılmasına əss verən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olm aq üçün lazımolan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9191/2019 nömrəli iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar