Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-508/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İstahsalat firmasının Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İstehsalat firmasının Cavabdeh MMC-yə qarşı çıxarışın ləğvi və sahənin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7025/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İstahsalat firması (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən ********** nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehin zəbt etdiyi, iddiaçıya məxsus 4416.7 kvm. torpaq sa həsindən və müvafiq tikililərdən əşyaları ilə birlikdə öz hesabına boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyul 2022-ci il tarixli, 2(007)-163/2022 nömrəli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin olunmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7025/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, məhkəmə aidiyyəti üzrə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı və cavabdeh hüquqi şəxslərdir və onların hər birinin VÖEN-i vardır. Həmçinin, tərəflər arasındakı münasibət xarakter etibarilə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər hüquqi şəxslər olduğundan işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə olan halda, hazırkı mülki iş üzrə tərəflər hüquqi şəxs olduqlarından və mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır.
6. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 31.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağ lı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına, MPM-in 24.2-ci maddəsinə istinadla belə əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında heç bir iqtisadi, kommersiya mübahisəsi yoxdur və bu günədək qarşı tərəflə hər hansı bir iqtisadi münasibətə girməmişdir. Mübahisə dövlət orqanı olan yerli icra hakimiyyətinin sərəncamı əsasında ona istifadəyə verildiyi iddia edilən 0.4 ha torpaq sahəsinin iddiaçının, yoxsa cavabdehin qanuni sahibliyinə aid olmasıdır. Hansı ki, hazırda cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahələri tamamilə fərqli torpaq sahələridir və sərəncamın cavabdehin faktiki sahibliyində olan to rpaq sahəsinə verilməsinə dair iddiaçının heç bir əsası və rəsmi sənədi yoxdur. Cavabdeh həmin torpaq sahəsini birbaşa iddiaçıdan əldə etmiş olsaydı (və ya əksinə), bu zaman tərəflər arasında hər hansı iqtisadi münasibətin yaranmasına istinad etmək mümkün olardı. Tərəflər arasında bu və ya başqa formada hər hansı iqtisadi münasibətin olmaması işin mübahisəsiz hallarındandır. Mübahisənin predmeti torpaq sahəsidir və həmin torpaq sahəsinin əldə edilmə əsasları tərəflərin öz aralarındakı münasibətdən (alqı-satqı, bağışlama və s.) irəli gəlmir. Mübahisənin predmeti və münasibətlərin xarakteri tərəflər arasındakı mövcud münasibətlərdən irəli gəlmədiyindən kommersiya, iqtisadi mübahisə kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 24.2-ci maddəsinin tətbiqində səhvə yol ver diyi üçün qərardad ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəllə
11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraat ı qaydasında kommersiya məhkəmələri baxır.
13. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı
15. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).
16. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti o lubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
17. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsi ndən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13).
18. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəa liyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (bənd 14). Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, baxılan iş üzrə həm iddiaçı, həm də cavabdeh kommersiya hüquqi şəxsləridir. Əşya hüquqi münasibətlərindən irəli gələn hazırkı mübahisə tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən yaranmasa da, onların hər birinin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir.
23. MPM-in 26-cı və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 12-14-cü bəndlərinə əsasən belə mübahisələr kommersiya məhkəməsinə aiddir.
24. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barədə düzgün qərar qəbul etmişdir. Qüvvədə olan mülki prosessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır.
25. Məhkəmə kollegiyası baxılan iş üzrə iddia tələbinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə mahiyyəti üzrə baxılarkən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 17-ci bəndində ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla tələbin həmin hissəsinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılı olaraq və qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilərək, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması müəyyən edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7025/2022 nömrəli mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.