Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-508/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh1, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)5694/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı2 nümayəndəsi (atası) Qanuni nümayəndə vasitəsi ilə cavabdehlər Cavabdeh1, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokundan yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" firması mübahisə predmeti olan mənzilin alqı-satqısına dair Cavabdeh1la 12 aprel 2019-cu il tarixli müqavilə bağlayaraq həmin mənzili 144000 ABŞ dollarına ona satmışdır. Müqavilənin əsasında mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ reyestrdə qeydə alınmış və bununla bağlı sonuncuya 24 avqust 2019-cu il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019- cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, cavabdehlər İddiaçı2, X1, Qanuni nümayəndə və X2, övladları X5 və X3 əşyaları ilə birlikdə iddiaçı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılmaları və həmin mənzilin boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi, İddiaçı2 Cavabdeh1 qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbayca n Respublikasının Ali Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 iddia tələbinin rədd edilməsi, İddiaçı2 qarşılıqlı iddia tələbinin təmin edilməsi, "xxxx" Fərdi Firması ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində 24 avqust 2019-cu il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh1 ********** qeydiyyat nömrəli, 28 mart 2023 tarixli çıxarış verilmişdir. Həmin çıxarış ləğv edilməlidir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(004)3436/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə mülkiyyət hüququ tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı əmlakın hərracdan satılaraq əldə edilməsi yolu ilə yaranmışdır. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, mülki münasibətlərin yaranmasının hüquqi əsaslarından biri qismində həmçinin məhkəmə qərarı çıxış edir. Cavabdehlərdən biri inzibati orqan olsa da və tələb vizual olaraq inzibati mübahisəyə oxşasa da, mübahisənin əsasını inzibati hüquq münasibətləri deyil, mülki icraat qaydasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası kimi daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması ilə bağlı münasibətlər təşkil edir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə hazırlıq iclası nda iştirak etməmiş, hazırlıq iclasının keçirildiyi gün məhkəməyə ərizə ilə müraciət edərək mülki işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Bu səbəbdən, iddiaçı ilə tələbin dəqiqləşdirilməsi və sübutların toplanılması ilə bağlı müzakirənin aparılması mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması iş materiallarına əsasən müəyyən edilməmişdir. Sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların sübut edilməsi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı Hüseynov Ağasi Hüseynağa oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(004)-3436/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5694/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(004)3436/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessua l hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qeyd edilən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
11. Belə ki, mənzilə mülkiyyət hüququnu mübahisələndirən iddiaçı ona əsas olmuş halları sübut etməmiş və subyektiv tərkib baxımından hər bir cavabdehə qarşı yönələn tələbin əsaslarını belə müəyyən etməmişdir. İddiaçının adının düzgün yazılmaması isə maddi və prosessual pozuntu sayıla bilməz. Belə ki, adı yazılan şəxs iddiaçının nümayəndəsi olmuşdur və birinci instansiya məhkəməsi yanlışlığın aradan qaldırılması kimi səlahiyyətlərə malikdir.
12. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublik ası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 139-158, 385-388, 560-cı, Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı Hüseynov Ağasi Hüseynağa oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)5694/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127-ci, Mülki Məcəllənin 139, 152-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 372.1 və 385.1.1-ci maddələrinin, İnsan hüquq larının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsi və həmin Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələbləri pozulmuşdur.
15. Belə ki, "xxxx" fərdi firması kooperativ deyil, digər kommersiya təşkilatıdır və cavabdehin bu firmada pay hüququ yoxdur. Bu səbəbdən, tələbin ona və ailəsinə məxsus yeganə mənzilə yönəldilməsi qanunsuzdur. Eyni zamanda, iddiaçının başqa yaşayış yerini qarşı tərəf sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahıya da uyğun olaraq, şəxsə məxsus mənzilə tələbin yönəldilməsinə yol verilmir. Həmçinin, iddiaçının sonuncu dəfə dövlət sərhəddindən 02 sentyabr 2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmaması mənzil və mülkiyyət hüququnun pozulması üçün əsas deyildir.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdu dlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər mübahisəli mənzilə cavabdehin tələbinin yönəldilməsinin qanunsuz olması ilə bağlıdır. Halbuki, hazırki iddia tələbində tələbin iddiaçının mülkiyyətində olan mənzilə yönəldilməsinin proseduru, bununla bağlı müvafiq şəxslərin (icra məmuru, hərrac təşkilatı və s.) hərəkətləri müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, yalnız cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələb olunmuşdur.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 17-ci bəndində məhkəmələrə izah etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdir ərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu izah etmişdir ki, mülki mühakimə icraatı qaydasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi müvafiq qeydiyyatın aparılması üçün əsas olmuş mülki-hüquqi əqdin (alqı-satq ı müqaviləsinin, hərrac protokolunun və s.) mübahisələndirilməsinin nəticəsi olaraq mümkündür ki, hazırki iddiada belə tələb irəli sürülməmişdir.
28. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: İddiaçı Hüseynov Ağasi Hüseynağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5694/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.