Məhkəmə qərarları › İş №2(102)-5084/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5084/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5084/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, X9 xxx iş üzrə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, çəkişmə prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasınınx x xxxxxx 2018-ci il tarixli, 2(103)11052/2018 nömrəli qətnaməsindən cavabdeh xxxqızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh adından tərtib olunmuş əlyazmaya əsasən, o, X2 xxx şəhərində işi ilə əlaqədar 430500 dirhəm pula ehtiyacı olduğu üçün İddiaçı müraciət etmiş, sonuncu həyat yoldaşı olan xxx məsləhətləşib kömək etməyə çalışacağını bildirmişdir. 2 gün sonra, xx xxxxxxxx 2014-cü ildə Cavabdeh İddiaçı X9 xxxlə birlikdə yaşadığı evə gəlmiş, xxx 2 nəfər şahidin iştirakı ilə 430500 dirhəm pulu Cavabdeh vermişdir. Cavabdeh həmin məbləği 1 il ərzində, yəni xx xxxxxxxx 2015-ci ilədək qaytarmağı söz vermişdir. Əlyazma cavabdeh və şahidlər tərəf indən imzalanmış, habelə barmaq izləri ilə təsdiqlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 430500 BƏƏ dirhəmi əsas borcun və gecikdirilmiş vaxt üçün 55606,25 BƏƏ dirhəminin (ödəniş gününə valyutanın manata məzənnəsinin nisbəti nəzərə alınmaqla manatla), həmçinin 30 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü ilin sentyabr ayında cavabdeh ona müraciət edərək, 110000 ABŞ dolları yəni, 430500 BƏƏ dirhəmi borc pula ehtiyacı olduğunu, həmin pulu 1 ilə qaytaracağını bildirmişdir. İddiaçı pulunun olmadığını, lakin ərixx xdan həmin məbləği borc ala biləcəyini demiş və əri həmin pulu borc verməyə razılaşmışdır. İddiaçı tərəfindən cavabdehə xx xxxxxxxx 2014-cü il tarixdə 430500 dirhəm borc pul verilmiş və cavabdeh öz imzası və barmaq izləri ilə təsdiq edilmiş əlyazma tərtib edərək, iddiaçıdan borc aldığını və həmin məbləği 1 il ərzində - xx xxxxxxxx 2015-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Əlyazma şahidlər X5 və X4 iştirakı ilə tərtib edilmişdir. Lakin borc qaytarılmamış, bu istiqamətdə aparılan danışıqlar isə nəticəsiz qalmışdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-3868/2018 nömrəli qətnaməsi ilə (hakim R.Y.Həsənov) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, borcu cavabdehə iddiaçı deyil, onun əri xxx verdiyinə görə iddiaçının həmin məbləği məhkəmə qaydasında cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur. b) Apelyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-3868/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apelyasiya baxışı zamanı X9 xxx iş üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11052/2018 nömrəli qətnaməsi ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, V.N.Sadıqovdan və A.N.İmanovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiy a şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-3868/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, Cavabdeh 400000 X6 dirhəminin (ödəniş gününə həmin valyutanın manata olan məzənnəsi ilə manatla), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan pul istədiyini və 430500 dirhəm pulu onun iştirakı ilə iddiaçının ərindən aldığını və həmin məbləği 1 il müddətinə qaytaracağını yazılı etiraf etmişdir. Bu baxımdan iddiaçı həmin faktları sübut e tmək yükündən azaddır. İddiaçının həmin məbləği cavabdehdən tələb etməklə bağlı subyektiv hüquqa malik olub-olmadığı barədə məsələyə münasibətdə nəzərə alınmalıdır ki, cavabdehin özünün tərtib etdiyi əlyazmada həmin məbləği məhz iddiaçıdan borc olaraq istədiyi açıq ifadə edilmişdir. İş materiallarında olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçı ilə X9 xxx xx xxxxxx 2004-cü il tarixdən rəsmi nikahdadırlar. Mülki qanunvericiliyin tələblərinə əsasən cavabdehə verilmiş borc məbləği iddiaçı və üçüncü şəxsin ümumi mülkiyyətidir, həm iddiaçının, həm də üçüncü şəxsin birgə kreditor kimi həmin əşya barəsində digər şəxslərə (cavabdehə) qarşı tələb irəli sürmək hüquqları vardır. İddiaçı ilə X9 halhazırda da ər-arvad olduqlarından borcun onların hansına qaytarılmasından asılı olmayaraq həmin məb ləğ onların ümumi mülkiyyətidir, başqa sözlə faktiki olaraq hər ikisinin xeyrinə tutulmuş hesab edilir. Apelyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş X9 xxx nümayəndəsi vasitəsi ilə verilmiş borc məbləğinin onun iddiaçı ilə ümumi əmlakı olduğunu təsdiq etmiş, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. 10.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin apelyasiya baxışı zamanı təqdim etdiyi ikinci əlyazmadan görünür ki, cavabdeh məhz iddiaçı qarşısında xx xxxxxxxx 2014-cü il tarixdə 400000 dirhəm borc öhdəliyinin yarandığını yazılı etiraf etmiş və həmin pulu xx xxxxxxxx 2016-cı ilədək qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında hər iki əlyazmanın eyni borc müqaviləsi üzrə tərtib olunduğ unu bildirmiş, əlyazmalarda qeyd edilmiş məbləğlər arasındakı 30500 dirhəm fərqin səbəbini həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılması ilə izah etmişdir.

11. Beləliklə, iş üzrə cavabdehin iddiaçıdan (onun ərindən) 430500 BƏƏ dirhəmi borc aldığı və həmin məbləğin 30500 BƏƏ dirhəmi hissəsini qaytardığı, öhdəliyin icra edilməsi vaxtının çatdığına baxmayaraq öhdəliyin qalan hissəsini yerinə yetirmədiyi müəyyən edilir. Bu baxımdan iddia cavabdehdən 400000 BƏƏ dirhəmi pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri 12.Cavabdeh xxxqızı etibarnamə əsasında nümayəndəsi, Vəkil vasitəsi ilə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11052/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin cavabdehə göndərdiyi məhkəmə bildirişi sonuncuya çatmadığı halda, işə onun iştirakı olmadan baxılmış, bununla cavabdeh səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etmək, müdafiəsini hazırlamaq, etiraz və mülahizələrini bildirmək imkanlarından məhrum olunmuş, prosesin çəkişmə prinsipi təmin olunmamışdır. Məhkəmə cavabdeh tərəfindən faktın etirafı kimi qiymətləndirdi yi əlyazmanı sonuncu tərəfindən icra edilib-edilməməsini araşdırmamış, cavabdehin imza və xətt nümunələrini götürərək ekspertiza təyin etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasında cavabdeh xxxqızı etibarnamə əsasında nümayəndəsi, Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 16.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: 17.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə a raşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 18.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir. Hazırda kasasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 19.Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 20.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əs asında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tik ilir. 134.1.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.3-cü maddəsinə əsasən işd ə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.5-ci maddəsinə müvafiq olaraq, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yer i barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: 21.İş materiallarından müəyyən olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qeydə alındığı ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, bildirişlər sonuncunun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. 22.Həmçinin işin hallarından müəyyən tərəflər arasında mübahisələndirilən hüquq münasibətləri X3 yaranmış və işə baxılarkən cavabdehin Azərbaycan Respublikası hüdudlarından xaricdə olması ehtimalı yüksək olmuşdur. 23.Lakin apelyasiya instan siyası məhkəməsi cavabdehin faktiki olduğu ünvanı müəyyən edərək, onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üçün real tədbirlər görmədən işə mahiyyəti üzrə baxmış və iddiaçının təqdim etdiyi, cavabdeh tərəfindən tərtib edilməsi iddia olunan əlyazmanı əsas götürərək iddianı qismən təmin etmişdir. 24.Halbuki, həmin əlyazmanın cavabdeh tərəfindən tərtib olunması özüözlüyündə iş materialları ilə təsdiq olunmur və hazırda cavabdeh tərəfindən mübahisələndirilir. 25.Bu səbəbdən məhkəmə kollegiyasının mövqeyinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulduğundan, işə Azərbaycan Respublikası MPM-in 9-cu maddəsinin tələblərinə riayət etməklə yenidən baxmalı və Azərbaycan Respublikası MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hə rtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. 26.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 27.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxqızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11052/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar