Məhkəmə qərarları › İş №2(102)-5084/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5084/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5084/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı XXX Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5084/21 (Açar sözlər: pul tələbi, məhkəmə iclası barədə məlumat verilməməsi, sübutların təqdim edilmə mərhələsi ) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh və vəkili Əliyev Müşfiq Eldar oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2088/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 11 aprel 2016-cı il tarixli əmək müqaviləsinə əsasən 05 yanvar 2017-ci ilə kimi İddiaçındə ekspeditor vəzifəsində işləyib.

2. Cavabdehlə 11 aprel 2016-cı il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanıb.

3. Mübahisə cavabdehin iddiaçıdan götürdüyü məhsulların dəyərinin ödənilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı XXX İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5023 manat məbləğində borcun, 500 manat məbləğində mənəvi zərərə görə təzminatın və 30 manat ödənilmiş dövlət rüsu munun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 aprel 2016-cı il tarixdən 25 avqust 2016-cı il tarixədək İddiaçı MMC-dən ümumilikdə 80454.44 manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almışdır.

6. Müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın dəyərini 30 gündən gec olmamaq şərtilə ödəməli idi. Eyni zamanda müqavilənin 5-ci bəndinə görə tərəflərin birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi-məsuliyyət daşıması qeyd edilmiş və cavabdehlə cəmiyyət arasında 11 aprel 2016-cı il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır.

7. Qeyd olunan dövrdə cavabdeh satışdan 75431.44 manat məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə 05 yanvar 201 7-ci il tarixə cavabdehin maddi məsuliyyətində 5023 manat borcu, mal qalığı qalmışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh həmin pulu geri qaytarmamışdır. Həmin vəsait vaxtında qaytarılmış olsaydı, dövriyyədən xeyli fayda əldə edilmiş olardı.

8. Buna görə də Cavabdeh cəmiyyətin xeyrinə əlavə olaraq əldən çıxmış fayda kimi 500 manat ziyan ödəməlidir.

9. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 425.1, 430.1, 443.1 və 443.2-ci maddələrinə istinad etmişdir.

10. İmişli Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(036)-488/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.(hakim Qurban Hacıyev)

11. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad edib ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmiş, iddia ərizəsinə cavabdehlə aralarında bağlanmış əmək müqaviləsini və tam maddi məsuliyyət haqqında müqavilə əlavə etməklə kifayətlənmişdir ki, həmin sənədlər də cavabdehin iddiaçıya 5023 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

12. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı MMC apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianını təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdehin borcunun olması iddia ərizəsində qeyd edilsə də, borcun olmasını sübut edən rəsmi cədvəl bir sıra texniki səbəblərdən əldə edilməmişdi.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2088/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İmişi Rayon Məhkəməsinin 2(036)-488/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən t əmin olunması, Cavabdeh 5023 (beş min iyirmi üç) manat məbləğində pulun tutularaq İddiaçı Məhsdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Fuad Soltanov)

17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əlavə edilmiş sübutlara, o cümlədən Bakı şəhəri Nərimanov rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq, 299-c-17 saylı material üzrə 27 fevral 2018-ci il tarixli "cinayət işinin başlanmasının rədd edlilməsi" haqqında qərara əsasən müəyyən edib ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə ekspeditor vəzifəsinə işə qəbul olunmuş və əmək funksiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı üzə rinə tam maddi məsuliyyət götürmüşdür. Cavabdeh ekspeditor işləyərkən onunla bağlanılan tam maddi məsuliyyət daşıması barədə müqavilənin tələblərini pozaraq şirkətdən götürdüyü malların dəyərini təşkil edən 5389 manat pulu satış obyektlərindən toplayaraq şirkətin kassasına mədaxil etməli olduğu halda bunu etməmiş və bununla da şirkətə maddi zərər vurmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş həmin hallarına əsasən hesab edib ki, iddiaçının yetirilmiş zərərin əvəzinin ödənilməsi tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə maddi məsuliyyət daşıyır.

19. İddia tələbinin vurulmuş mənəvi zərərə görə 500 manat təzminatın tutulması hissəsində isə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı hüquqi şəxs olduğundan, ona mənəvi zərər yetirilə bilməz. İddiaçı pul vəsaitinin vaxtında qaytarılmaması səbəbindən əldən çıxmış faydanın ödənilməsi tələbini mövqeyini kifayət qədər əsaslandırmaqla irəli sürə bilərdi.

20. Apellyasiya instansiyası mövqeyini Mülki Məcəllənin 21, 852.1, 852.3, Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “c” bəndi, 199-cu maddəsinin 1-ci hissəsin “a” və “ç” bəndləri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Əliyev Müşfiq Eldar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya baxışında işt irakı təmin edilməyib, bununla da çəkişmə prinsipi pozulub; - Mülki Məcəllənin 852.1 və 852.3-cü maddələrində ekspeditorun əsas fəaliyyətinin nədən ibarət olması göstərilib. Ekspeditor kimi cavabdehin işi MMC-nin təqdim etdiyi malları qayimə vasitəsilə alıcılara çatdırmaqdan, alıcıların imzası ilə təhviltəslim sənədlərini MMC-yə təqdim etməkdən, mallar nisyə verildiyindən satışdan əldə olunan vəsaiti alıcılardan toplayaraq MMC-yə təhvil verməkdən ibarət olmuşdur. Həmin malları mənimsəməyib; - əmək müqaviləsinə xitam verildiyi üçün cavabdehin maddi məsuliyyətinə də xitam verilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri: - cavabdeh özü kassasiya şikayətində göstərdiyi kimi cavabdehin işi mallar nisyə verildiyindən əldə olunan vəsaiti alıcılardan toplayaraq MMC-yə təhvil verməkdən ibarət olsa da, buna əməl etməmiş, 5023 manat məbləğində nisyə verdiyi malların pulun toplayaraq MMC-yə təhvil verməmişdir; - cavabdehin maddi məsuliyyətinə xitam verilməsinə gəldikdə, cavabdehin öhdəliyi tam maddi məsuliyyət haqqında müqavilənin qüvvədə olduğu müddət ərzində yaranıb; - maddi və prosessual pozuntuların nədən ibarət olması şikayətdə göstərilməyib. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkil Əliyev Müşfiq Eldar oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı təşkilat nümayəndəsinin və vəkilinin məhkəmə iclasında iştir akını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Maddə 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşk il edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Əmək Məcəlləsi Maddə 10 (“ç” bəndi). Əmək müqaviləsi üzrə işçi işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Maddə 199-cu maddəsi.1-ci hissə, “a” bəndi. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 199-cu maddəsi.1-ci hissə, “ç ” bəndi. Əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə pr insipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 134.1.4. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxsl ər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üç ün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Məh kəmə kollegiyası qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən prosessual hüquq normalarını pozmuşdur.

26. Belə ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin tələblərinə baxmayaraq, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır.

28. İş materiallarında cavabdehə bildiriş göndərilməsi barədə poçt göndərişlərinin reyestrindən çıxarış olsa da, cavabdehin həmin bildirişləri almasını təsdiq edə n hər hansı sənəd işdə yoxdur. (i.v.46, 178) 29. “Poçt göndərişlərinin izlənməsi” adlanan sənədlər isə bildirişin Cavabdeh çatdırılmasını yəqin etmək üçün tutarlı sənəd deyil. (i.v.47, 179) Çünki həmin bildirişlərin üzərində “Cavabdeh” sözləri əlyazma ilə icra edilib və kim tərəfindən, nə vaxt icra edilməsi məlum deyil. Halbuki “Poçt göndərişlərinin izlənməsi” sənədlərində iddiaçıya göndərilən bildirişlərin iddiaçı təşkilat tərəfindən qəbul edilməsi həmin sənədin tərkib hissəsi kimi kompüter yazısı ilə qeyd edilib.

30. Bundan başqa, “Poçt göndərişlərinin izlənməsi” sənədində ştrix kod olsa da, poçt göndərişlərinin reyestrində ştrix kod yoxdur. Bu baxımdan, cavabdehə göndərilən bildirişlərin çatdırılmasını ştrix kodlarla da müəyyən etmək mümkün deyil.

31. İş materiallarında olan telefonoq ramma da (i.v.180) cavabdehin lazımi qaydada məlumatlandırılmasını müəyyən etməyə imkan vermir. Çünki telefonoqrammada cavabdehin özünün yox, atasının mobil telefonuna zəng edilməsi qeyd edilib. Lakin cavabdehin özünün mobil telefonuna hansı səbəbdən zəng edilməməsi, iddiaçı təşkilatla əmək münasibətlərində olan şəxs kimi cavabdehin telefonuna deyil, cavabdehin iddiaçı təşkilatla heç bir əlaqəsi olmayan atasının telefonuna hansı səbəbdən zəng edilməsi, cavabdehin atasının telefon nömrəsinin hansı üsulla məhkəməyə məlum olması işdən görünmür.

32. Buna görə də, qeyd edilən hallar məhkəmə kollegiyasına cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlillərini təkzib etməyə imkan vermir və məhkəmə kollegiyası bu dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı hesab edir.

33. Nəticədə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

34. Həmçinin işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməməsinə istinad etmişdir.

35. Apellyasiya şikayətində iddiaçı təşkilat sübut təqdim edilməməsini texniki səbəblərlə izah edərək, şikayətinə öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar da əlavə etmişdir.

36. Apellyasiya məhkəməsi həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmadan, sü butların təqdim edilməməsi ilə bağlı iddiaçının texniki səbəb kimi göstərdiyi halların nədən ibarət olmasını, həmin halların üzrlü və ya üzrsüz olmasını müəyyən etmədən şikayətə əlavə edilmiş sübutlara istinadən iddianı qismən təmin etmişdir. İşə baxılan vaxt Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin redaksiyasına əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin işə baxılan vaxt redaksiyasında isə qeyd edilib ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Göründüyü kimi, qanunvericilik sübutların bir qayda olaraq birinci inst ansiya məhkəməsinə təqdim edilməsini müəyyən edib. Əlavə sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsinə o halda imkan verilir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Apellyasiya məhkəməsi isə prosessual qanunvericiliyin sübutların təqdim edilmə qaydası ilə bağlı tələblərini pozaraq, iddiaçı tərəfindən sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini, sübutların təqdim edilməməsi ilə bağlı iddiaçının texniki səbəb kimi göstərdiyi halların nədən ibarət olmasını araşdırmadan həmin sübutları qəbul edərək onlara istinad etmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin iştirakını təmin etməklə iddiaçı tərəfindən sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini, sübutların təqdim edilməməsi ilə bağlı iddiaçının texniki səbəb kimi göstərdiyi halların nədən ibarət olmasını araşdırmalı və bundan çıxış edərək qanuni və əsaslı qərar qəbul etməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2088/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edils in. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar